Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş yığıncaq keçirilib

Отправлено 8 мая 2015 г., 6:17 пользователем Murad Nabibekov   [ обновлено 8 мая 2015 г., 6:24 ]
        Bu gün - mayın 8-də AMEA Şəki Regional Elmi Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş yığıncaq keçirildi.

        İclasda Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü ümummilli lider öndər Heydər Əliyevin Azərbaycanımızın və xalqımızın tarixi inkişafında müstəsna xidmətləri olduğunu vurğuladı. O, əlavə etdi ki, ki, ulu öndər Heydər Əliyev Azərbaycanlıların taleyində misilsiz xidmətləri olan görkəmli dövlət xadimidir və eyni zamanda, Azərbaycan tarixinin 40 ili Heydər Əliyevin adı ilə bağlıdır.
        Y.Şükürlü onu da qeyd etdi ki, 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan xilas edib, onun həyata keçirdiyi məqsədyönlü daxili siyasət nəticəsində respublikamızda ictimai-siyasi asayiş bərpa olunub, qısa zamanda yüksək iqtisadi inkişafın əsası qoyulub.
        
Mərkəzin əməkdaşı, pedaqoji elmlər doktoru Firədun İbrahimov ulu öndərin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini vurğulayaraq, onun 1993-cü ildə akademiyada Azərbaycan ziyalıları ilə keçirdiyi görüşü və AMEA ilə bağlı sözlərini xatırlatdı.
        F.İbrahimov bu gün görkəmli dövlət xadimi Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, ölkəmizdə gedən nəhəng quruculuq işlərinin, gündən-günə güclənən iqtisadiyyatımızın, sürətlə abadlaşan və inkişaf edən şəhər və rayonlarımızın, mədəniyyətə, elmə, səhiyyəyə göstərilən əvəzsiz qayğının bunun əyani təsdiqi olduğunu söylədi.
        Toplantıda mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov və başqaları çıxış edərək ümummilli liderin sovet dövründə və müstəqillik illərində respublikamızın, ölkə iqtisadiyyatının və elmimizin inkişafındakı tarixi xidmətlərindən söz açdılar.