Xəbər lenti‎ > ‎

AMEA Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar İdarəsi kadr və kargüzarlıq məsələlərinin müzakirəsi ilə bağlı iclas keçirib

Отправлено 7 апр. 2015 г., 23:49 пользователем Murad Nabibekov   [ обновлено 7 апр. 2015 г., 23:50 ]
        AMEA Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar İdarəsiBotanika İnstitutunda bu elmi qurumun, Mikrobiologoya İnstitutuMərkəzi Nəbatat Bağının əməkdaşlarının iştirakı ilə iclas keçirib. İclasda kadr və kargüzarlıq məsələləri üzrə institutlara göstərilən metodiki dəstəyin nəticələri müzakirə olunub.


        Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə iclasın təşkilinin məqsədindən danışıb və göstərilən metodik köməkliyin kadr və kargüzarlıq sahəsindəki işin təkmilləşdirilməsinə yardım edəcəyini bildirib.
        Sonra çıxış edən Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoruRasim Ağasiyev qeyd edib ki, institutlara kargüzarlıq sahəsi üzrə ölkə Prezidentinin 27 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Təlimatın tələblərinə əsasən metodiki köməklik göstərilmişdir. R.Ağasiyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli Qanunun tətbiqi barədə” ölkə Prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli Qərarının tələblərinə uyğun olaraq əmək müqavilələrinin bağlanmasının, onlara dəyişiklik edilməsinin və ya xitam verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasının hüquqi əsasları, eyni zamanda əmək müqavilələrinin bağlanması qaydaları ilə bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında ətraflı məlumat verib.
        R.Ağasiyev bildirib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında əməkdaşların əmək icra intizamı qaydalarına riayət etməsi, iş günü ərzində işçiyə icazənin verilməsi qaydaları və əməkdaşların əvəzçilik üzrə başqa iş yerlərində çalışması məsələləri Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun həyata keçirilməlidir.
        Sonda AMEA-nın Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, b.ü.f.d.Eldar Novruzov, AMEA-nın müxbir üzvləri Xəlil Qasımov, Pənah Muradov, biologiya üzrə elmlər doktoru, professor Səyyarə İbadullayeva, biologiya üzrə fəlsəfə doktorları Xuraman Xəlilova, Şəkər Muxtarova,Vüqar Kərimov, Pərvanə Qaraxani, Botanika İnstitutunun ümumi işlər üzrə direktor müavini İmran Babayev, Mərkəzi Nəbatat Bağının elmi işçiləri, b.ü.f.d. Elman İsgəndər, b.ü.f.d. Şakir Qasımov və digərlərini maraqlandıran suallar cavablandırılıb, aparılan müzakirələr zamanı bir sıra məsələlərə aydınlıq gətirilib.
Mənbə: www.science.gov.az