Xəbər lenti‎ > ‎

Azərbaycanlı alimlərin əsəri nüfuzlu beynəlxalq jurnalda dərc olunub

Отправлено 7 апр. 2014 г., 22:43 пользователем Murad Nabibekov   [ обновлено 7 апр. 2014 г., 22:44 ]
    Məlum olduğu kimi, bu il görkəmli mütəfəkkir, ədib Mirzə Şəfi Vazehin 220 illik yubileyi tamam olur. Bununla bağlı ölkə prezidenti cənab İlham Əliyevin 3 fevral 2014-cü il tarixli Sərəncamı imzalanmış və dünya şöhrətli şairin irsinin elmi əsaslarla tədqiqi ilə bağlı genişmiqyaslı işlərə başlanılmışdır.

    Almaniyanın nüfuzlu beynəlxalq elmi nəşri –“Europäische Fachhochschule” jurnalında Mirzə Şəfi dövrünün Gəncə mühiti, xüsusilə də ənənəvi sənətkarlıq sahələrinin etnoqrafik və antropoloji əsaslarla tədqiqinə həsr olunmuş elmi məqalə alman dilində çap edilmişdir.
    Elmi əsərin müəllifləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru prof. Nərgiz Quliyeva və AMEA Gəncə Bölməsinindoktorantı Elnur Həsənovdur. Məqalədə ilk dəfə olaraq Mirzə Şəfi Vazehin əsərləri, eləcə də digər çoxsaylı elmi mənbələr, yerli və əcnəbi müəlliflərin əsərləri əsasında bu görkəmli ədibin yaşadığı dövrdə Gəncə şəhərinin səciyyəvi tarixi-etnoqrafik və antropoloji xüsusiyyətləri tədqiq edilmişdir.

Mənbə: www.science.gov.az