Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzi beynəlxalq əlaqələri genişləndirir

Отправлено 7 окт. 2015 г., 4:30 пользователем Murad Nabibekov   [ обновлено 7 окт. 2015 г., 10:54 ]
        Şəki Regional Elmi Mərkəzinin əməkdaşları 28-31 oktyabr tarixlərində Bolqarıstan Respublikasında keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər.

        AMEA Şəki Regional Elmi Mərkəzində Akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiqlənmiş 2014-2020-ci illərə dair “Gələcəyə baxış” proqramı çərçivəsində Akademiyanın tabeçiliyində fəaliyyət göstərən bölmələrdə, institutlarda, regionla elmi mərkəzlərdə innovativ yönümlü elmi-tədqiqatlara üstünlük verilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi nəzərdə tutulur. Bunu öz elmi fəaliyyətində əsas istiqamət götürən ŞREM-in əməkdaşları bu sahədə fəaliyyəti intensivləşdirmək məqsədi ilə bir sıra xarici ölkələrlə elmi-texniki əməkdaşlığı genişləndirirlər.
        Bu baxımdan 2015-ci il ŞREM əməkdaşları üçün uğurlu hesab oluna bilər. Belə ki, cari ilin aprel ayında ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü Rumıniyanın Sinai şəhərində “İpəkçilik” üzrə Beynəlxalq konfransda iştirak etmiş, elmi məruzə ilə çıxış etmişdir. Məruzə iştirakçılar tərəfindən maraqla dinlənilmiş və yüksək qiymətləndirilmişdir. Bütün konfrans iştirakçılarının birgə razılığı ilə növbəti konfransın 2017-ci ildə Şəki şəhərində keçirilməsi qərara alınmışdır.
        Mərkəzin əməkdaşlarının növbəti səfəri isə oktyabrın 28-də Bolqarıstan Respublikasına nəzərdə tutulur. Bir neçə ay əvvəl ŞREM əməkdaşları Bolqarıstanın Plovdiv şəhərinin Aqrar Universitetinin 70 illiyi ilə əlaqədar Beynəlxalq Konfransa dəvət olunublar. Konfransda ŞREM-in direktoru Yusif Şükürlü və elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov iştirak edəcəklər.
        Konfrans oktyabr ayının 28-dən 31-dək keçiriləcək. 
        Əvvəlcədən konfransda məruzə ediləcək məqalələrin mətni göndərilmiş və təşkilat komitəsi tərəfindən ekspertizadan keçirilərək çıxış üçün tövsiyə olunmuşdur. 
Murad Nəbibəyov,
ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs