Xəbər lenti‎ > ‎

“Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Отправлено 7 апр. 2015 г., 12:41 пользователем Murad Nabibekov   [ обновлено 7 апр. 2015 г., 23:52 ]
        Aprelin 10-da saat 10:00-da Park Inn otelində AMEA-nın İnsan Hüquqları İnstitutunun təşkilatçılığı ilə “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda konfrans keçiriləcək.

        Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri, Milli Məclisin deputatları, müvafiq dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri, alimlər, ictimai xadimlər və KİV təmsilçiləri iştirak edəcəklər.
        Konfransın keçirilməsinin əsas məqsədi ermənilərin əzəli Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Soyqırımının tarixi-siyasi kökləri və onun qarşısının alınması yollarına kompleks yanaşma, Xocalı soyqırımına beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi, beynəlxalq hüquqda soyqırımı problemi, soyqırımı insan hüquqlarının kobud şəkildə pozulması kontekstində, saxta erməni soyqırımı böyük dövlətlərin siyasi təzyiq vasitəsi kimi, XX əsrin əvvəllərində erməni quldur dəstələri və terror təşkilatlarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı aktları kimi məsələlərin müzakirəsinə həsr olunan konfrans uydurma erməni soyqırımı yalanının ifşa edilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük əhəmiyyət daşıyır.
Mənbə: www.science.gov.az