Xəbər lenti‎ > ‎

“Azərbaycanın elm məbədi” sənədli filminin çəkilişləri davam edir

Отправлено 6 авг. 2015 г., 3:18 пользователем Murad Nabibekov   [ обновлено 6 авг. 2015 г., 3:21 ]
        
AMEA Rəyasət Heyətinin qərarına əsasən akademiyanın 70 illik yubileyi ilə əlaqədar “Azərbaycanın elm məbədi” adlı sənədli filmin çəkilişləri davam edir.

        Akademiyanın tarixi ənənələrini və müasir inkişafını əks etdirəcək filmin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadədir. “Salnamə” studiyasının çəkdiyi filmin baş rejissoru tanınmış kino xadimi Ayaz Salayev, operatoru Moskva Dövlət Kinomatoqrafiya İnstitutunu bitirmiş Yuri Varnovskidir.
        Filmi hazırlayan yaradıcı qrupun rəhbəri və ssenari müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin verdiyi məlumata görə, çəkilişlər əsasən başa çatmaq üzrədir. Bu günlərdə yaradıcı qrup AMEA-nın Şamaxı Astrofizika RəsədxanasıŞəki Regional Elmi Mərkəzində və Şamaxı-Qəbələ-Şəki arxeoloji qazıntılarında çəkilişlər aparıblar.
        Yaradıcı qrup rəsədxananın fəaliyyət istiqamətləri ilə tanış olub, buradakı mövcud teleskopların qurulma tarixləri, onların hazırki texniki durumları ilə maraqlanıblar. Həmçinin teleskoplarda aparılan gecə müşahidələrini lentə alıblar.
        Çəkiliş qrupunun üzvləri Şəki rayonun Fazıl kəndində yerləşən tunc dövrünə aid qədim yaşayış məskəni - “Təpəbaşı” arxeoloji abidəsində də olublar. Məlumat verilib ki, 
“Əbədi sükut dünyası” adlandırılan labirint formasında olan bu kompleksdə aşkar olunan maddi-mədəniyyət nümunələri eramızdan əvvəl III-II minilliklərdə ərazidə yaşayan əhalinin təsərrüfat həyatı, məişəti və adət-ənənələri haqqında maraqlı və dolğun təəssürat yaradır.
        Şəkinin qədim tarixi abidələri ilə tanış olan yaradıcı heyət Şərq memarlığının ən nadir incilərindən hesab olunan XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi - Şəki Xan Sarayında da çəkilişlər aparıblar.
Mənbə: www.science.gov.az

ŞAMAXIDA

   
   
    
  

ŞƏKİDƏ