Xəbər lenti‎ > ‎

Millət vəkili Şəki Regional Elmi Mərkəzinin problemləri ilə maraqlanmışdır

Отправлено 6 июл. 2015 г., 7:10 пользователем Murad Nabibekov   [ обновлено 6 июл. 2015 г., 7:11 ]
        İyulun 6-da AMEA Şəki Regional Elmi Mərkəzində Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudovla görüş keçirilmişdir.


        Millət vəkili ŞREM-in şöbələri ilə tanış olmüş, mərkəzin ümumi fəaliyyəti ilə bağlı ətraflı məlumat əldə etmişdir. Sonra o, ŞREM-in əməkdaşları ilə akt zalında görüşmüşdür.
        Toplantını giriş sözü ilə açan ŞREM-in direktoru, fizika-riyaziyyat elmləri namizədi, dosent Yusif Şükürlü ŞREM-in problemləri ilə millət vəkilini tanış etmışdir. Eyni zamanda, aşkarlıq və demokratiya şəraitində keçirilən yığıncaqda ŞREM-in əməkdaşları da öz problemlərini millət vəkilinin diqqətinə çatdırmışlar.
        
Hamıya qulaq asdıqdan sonra akademik Yaqub Mahmudov eşitdiyi bir sıra problemlərin həllinə köməklik göstərəcəyinə söz vermişdir. O, həmçinin ŞREM-də müasir kitabxananın yaradılmasının vacibliyini vurğulamış və bu işdə də yardımçı olacağına söz vermişdir. Eyni zamanda, millət vəkili həm də ŞREM-in gənc tarixçilərinə elmi araşdırmalarında köməklik göstərəcəyini də vəd etmışdir.