Xəbər lenti‎ > ‎

Türkiyədə Bəxtiyar Vahabzadə haqqında kitab nəşr ediləcək

Отправлено 5 апр. 2015 г., 12:52 пользователем Murad Nabibekov   [ обновлено 5 апр. 2015 г., 12:54 ]
        Türkiyədə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edən kitab çap ediləcək.


        Bu barədə APA-nın Türkiyə müxbirinə kitabı çap edəcək olan İstanbul Metropol bələdiyyəsinin Baş mədəniyyət idarəsindən məlumat verilib.
        1000 səhifəlik kitab çapa azərbaycanlı alim Esmira Fuad Şükürova tərəfindən hazırlanıb.
        Kitaba alimin Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı barədə tədqiqatdan əlavə "Gülüstan”, "Atılmışlar”, "Şəhidlər” poemaları və şeirləri daxil edilib.
        Baş mədəniyyət idarəsindən deyilib ki, kitab bu ilin çap planındadır.
        Kitaba Bəxtiyar Vahabzadənin yaxın dostu, müasir Türk poeziyasının tanınmış nümayəndəsi Yavuz Bülənt Bakilər ön söz yazıb. Kitabın sentyabr ayında işıq üzü görməsi planlaşdırılır. Kitabın çapından sonra Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi gözlənilir.
        Qeyd edək ki, İstanbul metropol bələdiyyəsinin Baş mədəniyyət idarəsi 2014-cü ilin aprelində Esmira Fuad Şükürovanın məşhur Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyar barədə monoqrafiyasını çap edib.
        Onu da əlavə edək ki, Bəxtiyar Vahabzadə sovet dövründə Türkiyədə kitabı çap edilmiş ilk azərbaycanlı şair olmaqla birlikdə Türk oxucularının ən çox tanıdığı azərbaycanlı söz sənətkarıdır.

Mənbə: Adalet.az