Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzi “İpəkçilik Ensklopediyası” hazırlayır

Отправлено 6 мар. 2014 г., 11:26 пользователем Murad Nabibekov   [ обновлено 6 мар. 2014 г., 11:31 ]
    AMEA Şəki Regional Elmi Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilib.

    İclası giriş sözü ilə açan Mərkəzin direktoru, geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadə gündəlikdə duran məsələlər barədə məlumat verib.
    Z.Əlizadə elmi-tədqiqat müəssisəsində hazırlanmaqda olan “İpəkçilik Ensklopediyası” üçün nəzərdə tutulan materialların işlənilməsi və nəşrə hazırlıq vəziyyətindən söhbət açdı. O, “İpəkçilik lüğəti” kitabı kimi çapı düşünülən nəşrin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə “İpəkçilik Ensklopediyası” şəklində hazırlanmasına qərar verildiyini bildirib: “Akademik İsa Həbibbəylinin respublikada son 100 ildə ipəkçilik sahəsində ensklopediyanın mövcud olmadığını qeyd edərək, belə bir elmi əsərə ehtiyac duyulduğunu bildirmişdir”.
    Son dövrlərə qədər Azərbaycanın əsas ipəkçilik regionlarından olan Şəki-Zaqatala və Şamaxı ipəkçiliyinin bütün dünya miqyasında tanındığını söyləyən Z.Əlizadə ensklopediyada bu istiqamətdə mühüm məlumatların toplandığını nəzərə çatdırıb.
    Müzakirələrdə çıxış edən pedaqogika üzrə elmlər doktoru Firədun İbrahimli, biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov ensklopediya ilə bağlı fikir və mülahizələrini bildiriblər.
Comments