Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Bolqarıstan Aqrar Universitetinin 70 illik yubileyində iştirak etmişlər

Отправлено 5 нояб. 2015 г., 1:00 пользователем Murad Nabibekov   [ обновлено 5 нояб. 2015 г., 1:41 ]
        
AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və Mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov Bolqarıstan Respublikasının Plovdiv şəhərindəki Bolqarıstan Aqrar Universitetinin 70 illiyinə həsr olunmuş konfransda iştirak etmişlər. 

      






        2015-ci il oktyabrin 28-dən noyabrın 
1-dək keçirilən Konfransda Şəki Regional Elmi Mərkəzinin (ŞREM) əməkdaşlarının 3 məruzəsi dinlənilmişdir. 
        Tədbir ərəfəsində ŞREM-in direktoru Y.Şükürlü ilə  Bolqarıstan Aqrar Universitetinin rektoru Dmitri Qrekov Azərbaycanda və Bolqarıstanda aqrar təsərrüfatda fundamental və tətbiqi tədqiqat sahəsində əməkdaşlıq haqqında memerandum imzalanmışlar.