Xəbər lenti‎ > ‎

Şəki Regional Elmi Mərkəzinin ümümi yıgıncağı keçirilmişdir

Отправлено 5 окт. 2014 г., 5:53 пользователем Murad Nabibekov   [ обновлено 5 окт. 2014 г., 5:54 ]
        03 oktyabr 2014-cü il tarixində AMEA Şəki Regional Elmi Mərkəzinin ümümi yıgıncağı keçirilmişdir.

        Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-minerolgiya elmləri doktoru, professor Zəkəriyyə Əlizadə iclası açıq elan edib kollektivin üzvlərini Müqəddəs Qurban bayramı münasibətilə təbrik etdikdən sonra Elmi Mərkəzin Folklorşünaslıq və el sənətləri laboratoriyasının rəhbəri, istedadlı gənc alim, memarlıq üzrə fəlsəfə doktoru, sentyabrın 30-da vaxtsiz olarag həyatdan köcmüş İradə xanım Rövşənin (İradə Rövşən qızı Məmmədova) əziz xatirəsi yad edildi.
        Daha sonra Z.Əlizadə Regional Elmi Mərkəzin yaranma tarixindən söhbət acaraq cox maraqlı məqamlara toxundu və Mərkəzdə calişan gənclərə daha fəal, daha mübariz olmalarını tövsiyyə etdi.
        Yıgıncaqda pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov, biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov, direktor müavini, Elmi Mərkəzin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rahim Həsənov, kicik elmi işci Yusif Rəhimov, Sellərin öyrənilməsi laboratoriyasının rəhbəri Dilbazi Cəmilov cixiş edərək Mərkəzin fəaliyyəti və indiyədək görülmüş işlər barədə öz fikirlərini bildirdilər.
AMEA Şəki Regional Elmi 
Mərkəzinin 
İctimaiyyətlə 
əlaqələr şöbəsi