Xəbər lenti‎ > ‎

“Azərbaycan istiqlal mücadiləsinin görkəmli xadimi” mövzusunda elmi konfrans keçirildi

Отправлено 3 апр. 2014 г., 23:52 пользователем Murad Nabibekov   [ обновлено 3 апр. 2014 г., 23:53 ]
    AMEA Naxçıvan Bölməsində Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş “Azərbaycan istiqlal mücadiləsinin görkəmli xadimi” mövzusunda elmi konfrans keçirildi.

    Konfransda çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbirin AR Prezidenti cənab İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 22 noyabr 2013-cü il tarixli Sərəncamına əsasən keçirildiyini vurğuladı. Akademik M.Ə.Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu və Milli Şuranın sədri kimi tarixi fəaliyyətindən söz açdı. Qeyd etdi ki, dünyanın 10 ölkəsində yaşayıb fəaliyyət göstərmiş böyük mütəfəkkir 2000-ə qədər siyasi-publisistik məqalənin müəllifidir.
    Elmi konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin“Məhəmməd Əmin Rəsulzadənin həyatı və fəaliyyəti”, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucovun “Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü fəaliyyəti”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Məhəmməd Əmin Rəsulzadənin ədəbi irsi” mövzularında elmi məruzələri dinlənildi.

Mənbə: www.science.gov.az