Xəbər lenti‎ > ‎

Tibb bacılarını "ağıllı plastırlar" əvəz edəcək

Отправлено 4 мар. 2014 г., 7:59 пользователем Murad Nabibekov   [ обновлено 4 мар. 2014 г., 8:00 ]
Image    Böyük Britaniyanın səhiyyə sistemində ürək döyüntüsü, tənəffüs ritmi və bədənin hərarətini izləyəcək “ağıllı plastır”lardan istifadə ediləcək. Plastır toplanılmış məlumatları tibb bacılarına Wi-Fi vasitəsilə hər iki dəqiqədən bir kompüterlərə və mobil telefonlara ötürəcək. 
    Əgər hər-hansısa bir problem yaranarsa, həkimlərə həmin dəqiqə həyəcan siqnalı veriləcək. Lakin bu, pasiyentlərə birbaşa nəzarətin zəruriliyini istisna etmir ki, bu da xüsusən yaşlı xəstələr üçün çox vacibdir. 
    meddaily.ru saytının bildirdiyinə görə, plastır yaxın vaxtlarda 10 dövlət klinikasında sınaqdan keçiriləcək. Sınaqlar əsasən xəstələrin çoxluq təşkil etdiyi xəstəxanalarda aparılacaq. Məlumdur ki, təkcə Böyük Britaniyada hər il 6000 pasiyent onlara lazımi səviyyədə nəzarət edilmədiyi üçün dünyasını dəyişir. “Ağıllı plastır”lardan istidafə il ərzində yüzlərlə insanın həyatını xilas edə bilər. Səhiyyə sistemi isə hər il 837 milyon dollar məbləğində vəsaitə qənaət edə bilər. 
Mənbə: www.iсt.az