Xəbər lenti‎ > ‎

Parollarımızı niyə bölüşməliyik?

Отправлено 4 мар. 2014 г., 7:58 пользователем Murad Nabibekov   [ обновлено 4 мар. 2014 г., 7:58 ]
Image    Dünyasını dəyişmiş və ya ağır xəstə olan insanların yaxınlarının onun elektron poçtuna, bank və ya digər hesablarına giriş əldə etməsi bu gün kifayət qədər ciddi problemdir. Əgər hesabın sahibi əvvəlcədən bunu nəzərə almazsa, onun həlli də çətinləşər 
    "Computerworld" jurnalının məlumatına görə, Google mərhum şəxsin elektron poçtuna daxil olmaq səlahiyyəti verilmiş şəxsdən həmin insanın tam adı və poçt ünvanı, şəxsiyyət vəsiqəsinin və ya sürücülük vəsiqəsinin surətini, həmçinin ölüm haqqında şəhadətnaməsini tələb edir. 
    Bütün bu sənədləri Google-un elektron poçtuna göndərmək lazımdır. Yalnız şirkət nümayəndələrinin müzakirəsindən sonra prosedurun ikinci mərhələsinin keçirilib-keçirilməyəcəyi, əlavə sənədlərin lazım olub-olmayacağı barədə məlumat verilir. 
Mənbə: www.iсt.az