Xəbər lenti‎ > ‎

Google restoranların menyusuna "baxa biləcək"

Отправлено 4 мар. 2014 г., 7:55 пользователем Murad Nabibekov   [ обновлено 4 мар. 2014 г., 7:55 ]
    Google axtarış sisteminin növbəti faydalı funksiyası test rejimində işə salınıb. O, müvafiq sorğular üzrə yemək və məhsulların qiymətini göstərməklə konkret restoranların menyusunu öz istifadəçilərinə təqdim edəcək.
    pitbit.ru saytının məlumatına görə, yeni funksiya hazırda yalnız ABŞ-dan olan istifadəçilər üçün əlçatandır. Hələ ki, axtarış sistemi ölkənin bütün restoranlarının menyusu ilə tanış olmasa da, onun məlumat bazası daim yenilənir.
    İstehsalçılar vurğulayırlar ki, bu funksiya müəyyən vəziyyətlərdə olduqca faydalı ola bilər. Məsələn, istifadəçi Google-un köməyi ilə hansı restorana gedəcəyini dəqiqləşdirərək, qabaqcadan onun menyusu ilə tanış ola və oradakı mətbəxin xoşuna gəlib-gəlmədiyini müəyyən edə biləcək.
Mənbə: www.iсt.az