Xəbər lenti‎ > ‎

Nəcəf Bəy Vəzirovun indiyədək işıq üzü görməyən əsəri çap edilib

Отправлено 3 дек. 2014 г., 10:26 пользователем Murad Nabibekov   [ обновлено 3 дек. 2014 г., 10:26 ]
        
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutundakı yazılı abidələr təkcə xalqımızın deyil, bütövlükdə Yaxın Şərqin ictimai-siyasi vəziyyətini öyrənmək baxımından qiymətli mənbədir.

        Belə qiymətli mənbələrdən biri də görkəmli ədib Nəcəf Bəy Vəzirovun şəsxi fondunda saxlanılan meşə təsərrüfatına dair qiymətli vəsait hesab olunan “Palıd” elmi əsəridir. Qeyd edək ki, N.B.Vəzirovun ümumi yaradıcılığı ətraflı öyrənilib, tədqiq edilsə də, bu əsər haqqında yalnız bir-iki məqalə dərc olunub, indiyə kimi bütöv şəkildə nəşr edilməmişdir.
        Azərbaycan dilində ərəb əlifbası ilə yazılan bu əsəri Əlyazmalar İnstutitunun Şəxsi fondların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova işləyərək nəşrə hazırlamışdır.
        “Palıd” elmi əsəri Azərbaycanda meşə təsərrüfatı inkişafı üçün çox dəyərli bir vəsaitdir. Burada çürümüş ağacların böyüməsi, növləri, onlara qulluq, yaşı və xüsusiyyətlərini öyrənmək, meşə torpağının dərinliyi, rütubətliliyi əsasında ağacları, onların yaşını və kölgəyə davamlılığını təyin etmək və digər bu kimi mövzuları əhatə edir.
        Qeyd edək ki, “Palıd” elmi əsəri meşə təsərrüfatı sahəsində çalışan işçilər və bu istiqamətdə tədqiqat aparan elmi işçilər üçün əvəzsiz bir vəsaitdir.
Mənbə: www.science.az