Xəbər lenti‎ > ‎

“Əmək veteranı” adının və vəsiqəsinin verilməsi üçün komissiyanın iclası keçirilib

Отправлено 3 дек. 2014 г., 10:20 пользователем Murad Nabibekov   [ обновлено 3 дек. 2014 г., 10:22 ]
        Dün
ən - dekabrın 2-də AMEA-nın vitse-prezidenti, Birləşmiş Veteranlar Şurasının (BVŞ) kuratoru, akademik Akif Hacıyevin rəhbərliyi ilə AMEA Rəyasət Heyətinin 07 may 2014-cü il 11/6 nömrəli qərarına əsasən AMEA elmi müəssisə və təşkilatlarda çalışan veteranlara “Əmək veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar komissiyanın iclası keçirilib.

        Tədbirdə AMEA İşlər İdarəsinin müdiri, komissiyanın üzvü Fətəli Abdullayev, AMEA Birləşmiş Veteranlar Şurasının sədr müavini, komissiyanın üzvü Eldar Quliyev, AMEA RH Mərkəzi Aparatının İkinci xüsusi şöbəsinin baş mütəxəssisi, komissiyanın katibi Tamilla Nağıyeva iştirak etdilər.

II Xüsusi şöbənin rəisi, BVŞ-in sədr müavini E.Quliyev şuraya 12 təşkilatdan 121 sənədin daxil olduğunu bildirdi. Qeyd etdi ki, bu sənədlər komissiyanın iclasına qədər araşdırılıb, hər bir əməkdaşın sənədinə baxılaraq komissiya üzvlərinə təqdim edildi.
        Akademik Akif Hacıyev şuraya daxil olan 121 sənədin müvafiq qaydaya uyğun olduğunu bildirdi.
        Sonda elmi müəssisə və təşkilatlardan BVŞ-ə daxil olmuş 121 əməkdaşın sənədləri məqbul hesab edilərək onlara “Əmək veteranı” adının və əmək veteranı vəsiqəsinin verilməsi qərara alındı.
        Tədbirdə “Əmək veteranı” adını almış əməkdaşlara əmək veteranı vəsiqəsinin verilməsi elmi müəssisə və təşkilatların rəhbərləri tərəfindən təntənəli şəraitdə təqdim edilməsi tövsiyə edildi.

Mənbə: www.science.az