Xəbər lenti‎ > ‎

AMEA-nın ümumi yığıncağı keçirilmişdir

Отправлено 3 июл. 2014 г., 8:48 пользователем Murad Nabibekov   [ обновлено 3 июл. 2014 г., 8:51 ]
İyunun 30-da AMEA Rəyasət Heyətinin böyük konfrans zalında akademiyanın ümumi yığıncağı keçirilmişdir. Tədbiri giriş sözü ilə AMEA prezidenti, akademik Akif Əlizadə açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verib.

        AMEA rəhbəri alimlərin əməyinin stimullaşdırılması ilə bağlı təkliflərin ölkə rəhbərliyi tərəfindən böyük həssaslıqla qarşılandığını, Azərbaycan elminin inkişafı naminə akademiyaya hər cür diqqətin göstərildiyini diqqətə çatdıraraq elmi ictimaiyyət adından ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycanın elmi potensialı dövlətin diqqət və qayğısı, həmçinin özünün daxili intellektual səfərbərliyi sayəsində yeni dövrün tələbləri baxımından daha da mütəşəkkilləşəcək, respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bundan sonra da yaxından iştirak edəcək, dünya elminə öz layiqli töhfələrini verəcək. AMEA prezidenti AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin ölkədə elmin gələcək inkişafında mühüm rol oynadığını bildirib.
        
Çıxışının sonunda akademik A.Əlizadə bu ilin sentyabr ayında akademiyanın təşkilatçılığı ilə Qafqazda ilk elm festivalının keçirilməsinin planlaşdırıldığını, ilin sonunda Azərbaycan alimlərinin I qurultayının keçiriləcəyini, həmçinin növbəti ilin əvvəllərində AMEA-nın 70 illik yubiley tədbirlərinə başlanacağını da yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
        Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyanın yeni Nizamnaməsinin layihəsi haqqında ətraflı məlumat verərək bildirib ki, sənəd elmin inkişafının müasir tələblərinə uyğunlaşdırılmış, müvafiq komissiya və Rəyasət Heyəti tərəfindən müzakirə edilmişdir. Akademik yeni nizamnaməni elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirib. Sənədin layihəsi ümumi yığıncaq tərəfindən bəyənilib və müvafiq qərarla qəbul edilib.
        
Müzakirəyə təqdim olunan növbəti məsələ “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” olub. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək nəzərə çatdırıb ki, konsepsiyada elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və elmi infrastrukturun müasirləşdirilməsi kimi mühüm məsələlər nəzərdə tutulub: “Maliyyələşdirmə mexanizimləri, maddi-texniki və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin beynəlxalq elm məkanına inteqrasiya da konsepsiyada elmin inkişafına xidmət edən hədəflərdəndir”. Sonra sənəd ümumi yığıncağın qərarı ilə qəbul edilib.
        
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, akademik İ.Həbibbəyli isə Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutunun yaradılması zərurətindən danışıblar.
        Yığıncaqda mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin keçirilməsidir. Bununla əlaqədar təşkil olunmuş ümumi yığıncaqda AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, AMEA-nın həqiqi üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfər namizədliyini irəli sürmüşdür. Akademik seçkilərin istər hüquqi, istərsə də texniki baxımdan müasir tələblərə uygun və şəffaf aparılacağına əminliyini ifadə edib.

        Səsvermə nəticəsində 26 həqiqi və 50 müxbir üzv seçilib. Seçkilərin nəticələri aşağıdakı siyahıda təqdim olunur:

Comments