Xəbər lenti‎ > ‎

AMEA-nın illik Ümumi yığıncağı keçiriləcək

Отправлено 3 апр. 2015 г., 10:33 пользователем Murad Nabibekov   [ обновлено 3 апр. 2015 г., 10:35 ]
        Aprelin 29-da AMEA Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağı keçiriləcək.

        =Tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq, AMEA-nın vitse-prezidenti vəzifəsinə və bir sıra bölmələrinin akademik-katibi vəzifəsinə seçkilər keçiriləcək. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı da tədbirin gündəliyinə daxil olan məsələlərdəndir.
        Ümumi yığıncaqda, həmçinin akademiyanın müvafiq elmi bölmələrinin sərgi eksponatları nümayiş etdiriləcək.
        Tədbirdə AMEA-nın institut və təşkilatlarından olan alim və mütəxəssislərlə yanaşı, AR dövlət və ictimai təşkilatlarının nümayəndələri, müvafiq nazirlik, elmi müəssisə və ali məktəblərin rəhbərləri də iştirak edəcəklər.
Mənbə: www.science.gov.az