Xəbər lenti‎ > ‎

ŞREM-in əməkdaşları “Multikulturializm Azərbaycan modeli” mövzususunda keçirilmiş tədbirdə iştirak ediblər

Отправлено 3 мар. 2016 г., 6:30 пользователем Murad Nabibekov   [ обновлено 3 мар. 2016 г., 6:51 ]
        Bu gün - martın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (
DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə " Multikulturializm Azərbaycan modeli” mövzusu ətrafında Şəki şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. 

        Tədbirdə DQİDK-nin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin aparıcı məsləhətçisi Elvin Qarayev, Şəki şəhər Heydər Əliyev Mərkəzinin direktoru Zeynəb Məmmədova, Şəki şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Şəki Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin
direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü, Şəki-Oğuz bölgə qazisi Kamran Məmmədov, gənclər, müəllimlər,elmi işçilər və din xadimləri iştirak etmişlər.

        
Toplantını giriş sözü ilə açan Mərkəzin direktoru Zeynəb Məmmədova dövlətin siyasəti və xalqın yaşam tərzi olan multikultural ənənəni tədbir iştirakçılarına çatdırmışdır. DQİDK-nin Şəki bölgəsi üzrə şöbənin müdiri Gündüz Paşayev çıxış edərək bildirmişdir ki, ölkəmizdə tolerantlığın və multikulturalizmin ənənələrinə sadiklik yüksək səviyyədədir. Bu ənənələrin daha da inkişaf etdirilməsi üçün görülən işlərdən və həyata keçirilən tədbirlərdən ətraflı danışaraq multikulturalizm ənənəsinə sadiqlik nümunəsi kimi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ili məhz "Multikulturalizm ili" elan olunması ilə bağlı sərəncamını xüsusi vurğulamışdır.

        
Daha sonra Şəki şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Şəki Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov, AMEA-nın Şəki regional elmi mərkəzinin direktoru Yusif Şükürlü və Şəki-Oğuz bölgə qazisi Kamran Məmmədov mövzusu ətrafında öz mülahizələrini və fikirlərini bölüşmüşlər.
        Sonda Mərkəzdə Heydər Əliyevin büstü önündə xatirə şəkili çəkilmişdir.