Xəbər lenti‎ > ‎

Azərbaycan alimləri Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçiliblər

Отправлено 2 мар. 2014 г., 23:53 пользователем Murad Nabibekov   [ обновлено 2 мар. 2014 г., 23:54 ]
        AMEA prezidenti, Azərbaycan Geoloqlarının Milli Komitəsinin Prezidenti, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, akademik Akif Əlizadə geologiya elminin inkişafında göstərdiyi xidmətlərə görə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Rəyasət Heyətinin qərarına əsasən RTEA-nın xarici üzvü seçilib. Alim, həmçinin «Рыцарь науки и искусства» Fəxri nişanı ilə də təltif edilib.
        RTEA Rəyasət Heyətinin üzvü, Yeraltı Sərvətlərin Sistem Tədqiqatları seksiyasının rəhbəri, texnika üzrə elmlər doktoru, akademik Əzizağa Şahverdiev alimin Rusiya və Azərbaycan elmi cəmiyyətlərinin beynəlxalq əlaqələrinə, təbiət və texniki elmlərin inkişafına, yeraltı sərvətlərin tədqiqinə əhəmiyyətli töhfələrini qeyd edib və ona RTEA-nın üzvlük diplomunu və Fəxri nişanını təqdim edib.
        Həmçinin, Azərbaycan və Rusiya beynəlxalq elmi əlaqələrinin inkişafında böyük xidmətləri olan AMEA-nın vitse-prezidentləri - akademiklər İbrahim QuliyevAkif Hacıyev RTEA-nın xarici üzvü seçiliblər. Alimlərə RTEA-nın fəxri diplomu və döş nişanı təqdim olunub.
Mənbə: www.science.gov.az