Xəbər lenti‎ > ‎

AMEA Mərkəzi Elmi Kitabxanası Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar sərgi təşkil edib

Отправлено 3 февр. 2014 г., 9:12 пользователем Murad Nabibekov   [ обновлено 3 февр. 2014 г., 9:13 ]
AMEA Mərkəzi Elmi Kitabxanası görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar sərgi təşkil edib.

Sərgidə M. Ə. Rəsulzadənin əsərlər toplusu, ona həsr edilmiş kitablar, müxtəlif illərdə qəzet və jurnallarda haqqında dərc edilmiş məqalələr, fotoşəkillər, videomateriallar, virtual görüntülər təqdim edilib.

Bu münasibətlə təşkil olunmuş tədbirdə Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli Azərbaycan Prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamının əhəmiyyətindən danışıb.

Bildirib ki, M.Ə.Rəsulzadə Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri olmuşdur. O, ictimai fikir tariximizə layiqli töhfələr vermiş, milli istiqlal ideyalarının yayılmasında böyük xidmətlər göstərmişdir.
Mənbə: www.science.gov.az