Xəbər lenti‎ > ‎

Şəkinin WEB ensiklopediyasının təqdimat mərasimi keçirildi

Отправлено 1 дек. 2013 г., 15:31 пользователем Aydin Mammadov   [ обновлено 27 дек. 2013 г., 23:40, автор: Murad Nabibekov ]


    Dekabrın 1-də "Şəki-Palace" hotelində Şəkinin VEB ensiklopediyasının təntənəli təqdimat mərasimi keçirildi.

          Tədbirdə Şəkinin tanınmış ziyalıları, alimləri, ağsaqqaları ilə yanaşı gənclər və müxtəlif təşkilatların nümayəndələri iştirak edirdilər.

            Ensiklopediyanın hazırlanmasında bilavastə iştirak etmiş təşkilat komitəsinin üzvləri tədbir iştirakçılarına ensiklopediyanın yaranması haqda  qısa məlumat verdilər. Sonra ideya müəlliflərinin və redaksiya heyəti üzvlərinin ensiklopediyanın yaranması ilə bağlı fikirlərini nümayiş etdirən video rolik nümayiş etdirildi.

            Tədbirdə iştirak edən AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru, professor Zəkəriyyə Əlizadə çıxış edərək, yaradılmış internet portalının Şəki və eləcə də Azərbaycan üçün böyük önəm daşıdığını vurğuladı. Eyni zamanda, Zəkəriyyə müəllim onu da xüsusilə qeyd etdi ki, bu layihə olduqca məsuliyyət tələb edir, regionumuzun mənəvi dəyərlərini olduğu kimi dünya ictimaiyyətinə internet vasitəsilə çatdırılmasında böyük rol oynayır. Professor layihənin gələcək mərhələlərinin yerinə yetirilməsində öz tövsiyələrini də verməyi unutmadı.  Çıxışının sonunda Z.Əlizadə belə bir layihənin gündəmə gətirilməsində və həyata keçirilməsində əməyi olan insanlara öz təşəkkürünü bildirdi. 


            VEB ensiklopediyanın Şəkinin dünyaya tanıdılmasında bilavasitə yüksək rol oynayacağını qeyd edən təşkilat komitəsinin və redaksiya heyətinin üzvləri  onlara yardımçı olan hər  bir kəsə minnətdarlıq etdilər və tədbir çərçivəsində onları mükafatlandırdılar.


Ensiklopediyanın internet ünvanı:

 http://sheki.tv/

http://sheki.biz/

http://sheki.name/

Comments