Xəbər lenti‎ > ‎

AMEA Geologiya və Coğrafiya institutlarına direktor seçkiləri keçirilib

Отправлено 1 апр. 2014 г., 22:21 пользователем Murad Nabibekov   [ обновлено 1 апр. 2014 г., 22:21 ]
    Dünən - aprelin 1-də AMEA Rəyasət Heyətində (RH) Yer Elmləri Bölməsinin (YEB) növbəti Büro iclası keçirilib. İclas AMEA GeologiyaCoğrafiya institutlarında direktor seçkilərinə həsr olunmuşdu.

    Büro üzvləri və institut direktorlarının iştirak etdiyi iclası giriş sözü ilə açan YEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov Geologiya İnstitutuna bu elmi müəssisənin Elmi Şurası adından direktor vəzifəsinə akademikAkif Əlizadənin, Coğrafiya İnstitutuna isə AMEA-nın müxbir üzvü Ramiz Məmmədovun namizədliyinin irəli sürüldüyünü bildirdi.
    Tədbirdə akademik Arif İsmayılzadə, AMEA-nın müxbir üzvləri Vasif BabazadəArif Quliyev çıxış edərək A.Əlizadə və R.Məmmədoun institut direktoru vəzifəsini tutmaq üçün seçkilərə namizədliklərini dəstəklədilər.
    Sonra açıq səsvermə yolu ilə Hesablama Komissiyası yaradıldı. AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev komissiyanın sədri, AMEA-nın müxbir üzvləri Qərib CəlalovƏkpər Feyzullayev komissiyanın üzvləri seçildilər. Gizli səsvermə yolu ilə institutlara direktor seçkiləri keçirildi. Səsverməyə əsasən Akif Əlizadə Geologiya İnstitutunun, Ramiz Məmmədov isə Coğrafiya İnstitutunun direktoru vəzifəsinə seçildilər.
    Tədbirdə Geologiya İnstitutunun Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi şöbəsinin rəhbəri, professor Fərid Dadaşovun AMEA-nın yeni təsis edilmiş Musa Mirzə oğlu Əliyev adına mükafatına təqdim edilməsi məsələsinə də baxıldı. Bölmə tərəfindən Azərbaycanın müxtəlif neft-qaz rayonlarının mezo-kaynozoy çöküntülərində karbohidrogen yataqlarının, o cümlədən iri yataqların, genezisi və formalaşmasının öyrənilməsi və modelləşdirilməsi sahəsində əldə etdiyi nailiyyətlərə görə alimin mükafatla təltif olunması üçün sənədlərinin Ekspert Komissiyasına təqdim edilməsi, bu məsələ ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alındı.

    Tədbirdə, həmçinin 2014-cü ildə bölmə institutlarında fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmuş namizədlərin mövzuları da təsdiq edildi.

Mənbə: www.science.gov.az