Xəbər lenti‎ > ‎

Yusif Vəzir Çəmənzəminlinin 30-a yaxın məqaləsi aşkar edilib

Отправлено 1 апр. 2014 г., 22:17 пользователем Murad Nabibekov   [ обновлено 1 апр. 2014 г., 22:17 ]
    AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəlalə Ana Hümmətli görkəmli Azərbaycan ədibi Yusif Vəzir Çəmənzəminlinin 1918-1920-ci illərdə Krımın Ağməscid (Simferopol) şəhərində nəşr olunan “Millət” qəzetində dərc edilmiş, indiyədək bizə məlum olmayan 30-a yaxın məqaləsini aşkar edib.

    “Yusif Vəzirov”, “Y.” imzaları ilə çap edilən bu məqalələr yazıçının ədəbi irsinin, Azərbaycan-Krım ədəbi əlaqələrinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Mənbə: www.science.gov.az