Xəbər lenti‎ > ‎

Gənc alimlər AMEA-nın Fəxri Fərmanı ilə təltif ediləcək

Отправлено 2 мар. 2014 г., 1:02 пользователем Murad Nabibekov   [ обновлено 2 мар. 2014 г., 1:03 ]
        AMEA Rəyasət Heyəti gənclərin elmi və elmi-təşkilati fəaliyyətini stimullaşdırmaq məqsədi ilə “Gənclər üçün Prezident Mükafatı”na təqdim etdiyi 8 gənc alimin AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmasına dair qərar qəbul edib.

        AMEA RH-nin dünənki iclasında akademiyanın prezidenti, akademik Akif ƏlizadəPrezident İlham Əliyevin “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi haqqında” 2 iyul 2013-cü il tarixli Fərmanının əhəmiyyətindən söhbət açaraq, ölkədə gənclərin inkişafına dövlət qayğısını yüksək dəyərləndirib. Akademiya prezidenti qeyd edib ki, AMEA-nın Fəxri Fərmanı ölkə başçısının gənclər siyasətinin qarşıya qoyduğu vəzifələrdən irəli gəlir. Gənclərin təltif olunmasında məqsəd elm sahəsində yüksək intellektual və yaradıcı potensialı ilə fərqlənən gənc alimlərə dəstək olmaq, fəaliyyətini qiymətləndirmək, onları daha geniş miqyasda elmi və elmi-təşkilati işlərə cəlb etməkdir: “Bu, AMEA-nın kadr hazırlığı siyasəti çərçivəsində həyata keçirdiyi kompleks tədbirlərdəndir” – deyə A.Əlizadə vurğulayıb.

Mənbə: www.science.gov.az