Xəbər lenti‎ > ‎

AMEA-nın 70 illiyinə həsr olunmuş “Azərbaycan elminin baş qərargahı: tarix və müasirlik” sənədli filmi çəkiləcək

Отправлено 2 мар. 2014 г., 0:52 пользователем Murad Nabibekov   [ обновлено 2 мар. 2014 г., 0:53 ]
        AMEA Rəyasət Heyəti Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş “Azərbaycan elminin baş qərargahı: tarix və müasirlik” sənədli filminin çəkilməsinə dair qərar qəbul edib.

        Xatırladaq ki, 2015-ci ilin mart ayında AMEA-nın yaradılmasının 70 ili tamam olur. Akademiyanın yubileyini yüksək səviyyədə qeyd etmək məqsədilə AMEA Rəyasət Heyətinin 20 noyabr 2013-cü il tarixli qərarı ilə “AMEA-nın 70 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planında AMEA haqqında filmin çəkilməsi də nəzərdə tutulmuşdur.
        Sənədli filmin ssenarisinin yazılması və çəkilişinin təmin edilməsi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilib. Filmə dair sənədlərin toplanılması, mövcud kinoxronikanın əldə edilib öyrənilməsi, seçilib müəyyənləşdirilməsi və təhlili üçün İşçi qrupu yaradılıb.
nbə: www.science.gov.az