Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzində 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Отправлено 1 апр. 2014 г., 8:29 пользователем Murad Nabibekov   [ обновлено 1 апр. 2014 г., 8:30 ]
    Dünən - martın 31-də Şəki Regional Elmi Mərkəzində 1918-ci ilin mart və aprel aylarında Azərbaycanın paytaxtı Bakıda, eləcə də Şamaxı, Quba, Göyçay, Zəngəzur, Naxçıvan və Qarabağda ermənilərin xalqımıza qarşı həyata keçirdiyi vəhşiliklər, qətllər və soyqırımla bağlı tədbir keçirilmişdir. 
    
    Tədbiri giriş sözü ilə açan mərkəzin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Zəkəriyyə Əlizadə, 20-ci əsrin əvvəllərindən etibarən başlayan erməni fitnəkarlığı nəticəsində minlərlə soydaşımızın şəhid olduğunu, yüz minlərlə insanın öz ata baba yurdlarını tərk etdiklərini, kənd və şəhərlərin talan olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. “Biz həmişə sülh tərəfdarı olsaq da 1905-1906-cı illərdə, eləcə də 1918-ci ildə və 1990-cı illərdə erməni vəhşiliyinə məruz qalmışıq. 1918-ci ilin Martında xüsusən Bakıdakı Bolşevik hökumətindən kömək alan erməni dəstərlərinin Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və başqa yerlərdə dinc əhaliyə qarşı böyük soyqırımlar təşkil etmələri bir daha onların mənfur xislətlərini açıq göstərmişdir” deyən professor Əlizadə, hər bir vətəndaşın belə tarixi hadisələri unutmayaraq gələcək nəsillərə ötürməyə borclu olduğunu bildirmişdir.
    Tədbirdə çıxış edən mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov erməni vandalizminin qurbanına çevrilən və şəhid edilən soydaşlarımızın xatirəsinin daim yad edilməsi gərəkdiyini ifadə etmişdir.
    Daha sonra çıxış edən digər natiqlər 1918-ci il Mart hadisələri zamanı şəhid olmuş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə aparılan təqdirəlayiq işlər haqqında məlumat vermiş, tariximizin bu qanlı səhifəsinin təbliğatı istiqamətində hər bir vətəndaşın qarşısında böyük işlər durduğunu açıqlamışdır.