Xəbər lenti‎ > ‎

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda1918-ci il mart soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Отправлено 31 мар. 2014 г., 23:03 пользователем Murad Nabibekov   [ обновлено 31 мар. 2014 г., 23:03 ]
    31 mart 2014-cü il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 1918-ci il 31 Mart soyqırımı qurbanlarının anım mərasimi keçirilmişdir.

    İclası giriş sözü ilə açan Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filo-logiya elmləri doktoru Paşa Kərimov 1918-ci ildə Azərbaycan xalqına qarşı bolşeviklərlə erməni daşnaklarının birgə həyata keçirdikləri soyqırımın geniş miqyaslı olduğunu söyləmiş, əsas məqsədin azərbaycanlıların məhv edilərək sərvətlərmizə və torpaqlarımıza sahib çıxmaqdan ibarət olduğu bildirilmişdir.\
    P.Kərimov erməni cinayətlərindən Azərbaycanın mərd övladlarının düşmənə qarşı mübarizəsindən bəhs edən əlyazma materialları barədə danışmış, bunların bir çoxunu Əlyazmalar İnstitutunun əməkdaşları tərəfindən çap etdirildiyini diqqətə çatdırmışdır. 
    Elmi işçi Şöhrət Səlimbəyli mart hadisələrini Azərbaycan xalqının başına gətirilən çoxsaylı faciələrdən yalnız biri olduğunu nəzərə çatdırmış, şəxsən şahidi olduğu Qarabağ müharibəsi barədə xatirələrini danışmışdır. 
    Əlyazmalar İnstitutunun əməkdaşları, filologiya elmləri doktoru Tərlan Quliyev, filol. ü.f. doktorları Əli Əliyev, Əkrəm Bağırov və elmi işçi Aqil Gəncəli mart faciəsinin xalqımızın qan yaddaşına yazıldığını, bu hadisələri heç vaxt yaddan çıxartmaq hüququmuzun olmadığını söyləmişlər. 
Mərasim iştirakçıları faciə qurbanlarının ruhuna dualar oxumuş, onları bir anlıq sükutla yad etmişlər.