Xəbər lenti‎ > ‎

Bakıda “Epos və etnos” mövzusunda beynəlxalq simpozium keçiriləcək

Отправлено 1 февр. 2015 г., 1:22 пользователем Murad Nabibekov   [ обновлено 1 февр. 2015 г., 1:22 ]
Pərvanə İmanova, 
AzərTAc, Bakı, 30 yanvar 


        Bu il “Kitabi-Dədə Qorqud” dastanının alman diplomatı və şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə çevrilərək dünyaya tanıdılmasının və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ili tamam olur. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun təşkilatçılığı ilə cari ilin oktyabrında Bakıda “Epos və etnos” mövzusunda beynəlxalq simpozium keçiriləcək.
        Bu sözləri AzərTAc-a müsahibəsində Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov söyləyib.
        Alim bildirib ki, simpoziumda yerli və xarici ölkələrdən qorqudşünas alimlər, bu sahə ilə məşğul olan görkəmli mütəxəssislər iştirak edəcəklər.
    Mənbə (URL): http://azertag.az/xeber/828751