Xəbər lenti

Bütün xəbər başlıqları


İstanbul Azərbaycan Kültür evinin təmsilçiləri MEK-i ziyarət edib

Отправлено 13 июл. 2017 г., 5:03 пользователем Admin Sheki.city   [ обновлено 13 июл. 2017 г., 5:04 ]

        Türkiyənin İstanbul şəhərində yerləşən İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmet Elpin başçılığı ilə Türkiyədən gəlmiş nümayəndə heyəti AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib.








        İnterpress.az-ın məlumatına görə, nümayəndə heyətini qəbul edən MEK direktoru Leyla İmanova kitabxananın fəaliyyət istiqaməti, iş prinsipləri, Milli Rəqəmsal Yaddaş layihəsi, məlumat bazaları barədə məlumat verib. MEK direktoru gələcək əməkdaşlıq çərçivəsində Türkiyədə Azərbaycan üçün önəmli olan ədəbiyyatların, mənbələrin elektron versiyada MEK-ə göndərilməsinin əhəmiyyətinə xüsusi diqqət çəkib. MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü kitabxananın Türkiyə ilə əlaqələri barədə məlumat verib.
Müəssisə ilə tanışlıqdan məmnunluq duyan qonaqlar əməkdaşlıq təkliflərilə çıxış ediblər. Dərnəyin rəhbəri H.Elp qeyd edib ki, İstanbul Azərbaycan Kültür Evinin əsas məqsədi – Azərbaycan türklərinin zəngin mədəniyyətini Anadolu türklərinə tanıtdırmaq və sevdirmək, eləcə də onların bir kökdən olmalarını bir daha göstərməkdir. Dərnəyin fəaliyyət istiqamətlərindən biri də kitab çapıdır. H.Elp bu məqsədlə təsis etdiyi “Azərbaycan Kültür Evi Yayınları”nın buraxdığı nəşrlərdən danışıb, gətirdiyi “Revan Türkleri”, “Qarabağda pozulmuş insan haqları və BMT TŞ-nin qətnamələri” adlı kitabları kitabxanaya hədiyyə edib. Görüşdə Azərbaycanın Əməkdar artisti, “İrs” folklor ansamblının rəhbəri Nuriyyə Hüseynova da iştirak edib, MEK tərəfindən səsləndirilmiş əməkdaşlıq təkliflərini Azərbaycan mədəniyyəti və tarixinin müasir səviyyədə təbliği baxımından yüksək qiymətləndirib.
        Qarşılıqlı fikir mübadiləsi zamanı gələcək əməkdaşlığın çalarları və perspektivləri müəyyən edilib, birgə fəaliyyət müstəvisində bir sıra işlər planlaşdırılıb. Sonda qonaqlar kitabxananın Nadir fondunu ziyarət ediblər. L.İmanova qonaqlara MEK adından Azərbaycan klassik ədəbiyyatının incilərindən biri olan Nizami Gəncəvinin əsərlərindən ibarət kitablar hədiyyə edib. Qeyd etmək lazımdır ki, hədiyyə edilmiş kitablar Azərbaycan Respublikası Prezidentinin 2004 və 2007-ci illərdə imzaladığı Sərəncamlara əsasən Azərbaycan və dünya klassik və müasir ədəbi irsi çərçivəsində Azərbaycan dilində latın qrafikası ilə çap olunmuşdur.
İnterpress.az
6 iyul 2017

Türkiyədə Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri Azərbaycan dilində nəşr olunub

Отправлено 26 февр. 2017 г., 0:36 пользователем Murad Nabibekov   [ обновлено 26 февр. 2017 г., 0:37 ]

2017-ci il fevralın 24-də XVI əsr 
tarixçisi 
Həsən bəy Rumlunun 
"Əhsənüt-təvarix" 
əsəri 
qardaş Türkiyə Respublikasında 
Azərbaycan dilində işıq üzü görüb.




        XVI əsrin görkəmli Azərbaycan tarixçisi Həsən bəy Rumlunun farsca yazdığı “Əhsənüt-təvarix” əsəri Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi beynəlxalq standart kitab nömrəsi (ISBN 978-605-030-641-5) əsasında Türkiyənin “Uzanlar” nəşriyyatında Azərbaycan dilində nəşr edilmişdir. 
        Tərcümə işi 2009-cu ildən etibarən AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev və onun yetirməsi olan tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Musalı tərəfindən həyata keçirilməyə başlanmışdır.         O. Əfəndiyev 2013-cü ildə vəfat etdikdən sonra N.Musalı bu işi davam etdirmişdir. O, hal-hazırda elmi-pedaqoji fəaliyyətini davam etdirdiyi Türkiyədə əsərin doğma dilimizə tərcüməsinin işıq üzü görməsinə nail olmuşdur. Oxucular əsərlə yaxın günlərdə ölkəmizin kitabxanalarında və internet vasitəsilə elektronik kitab resurslarında tanış olmaq imkanı əldə edəcəklər. 
        “Əhsənüt-təvarix”in iki cildi zamanımıza qədər gəlib çatmışdır. İstər vətənimizin, istərsə də bir sıra yaxın və uzaq ölkələrin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyan bu salnamə ilk dəfədir ki, tam şəkildə Azərbaycan dilində nəşr olunur. Əsərin zamanımıza çatmış cildlərinin birincisində hicri 807-899-cu (miladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tapmışdır. Hər iki cildin tərcüməsi eyni kitab daxilində oxuculara təqdim edilir. Tərcümə zamanı mənbənin Baroda və Tehran nəşrləri ilə yanaşı Bakıda, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən B-1696 və S-435 şifrəli iki əlyazma nüsxəsindən də istifadə olunmuşdur.

        Kitabın PDF formatı blə burada tanış olmaq olar: ƏHSƏNÜT-TƏVARİX 


ELAN

Отправлено 2 апр. 2016 г., 0:02 пользователем Murad Nabibekov   [ обновлено 2 апр. 2016 г., 0:26 ]

        AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Şəki Rayonu İcra Hakimiyyəti, AMEA Şəki Elm Mərkəzi 2016-cı il 12-13 sentyabrda Şəki şəhərində “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” mövzusunda konfrans keçirilməsini nəzərdə tutur.

        Azərbaycan MEA-nın yaradılmasının 70 illik yubileyində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə demoqrafik inkişafın öyrənilməsinin vacibliyini qeyd etmişdir. Bu sahədə tədqiqatların genişləndirilməsi üçün elmi fikir mübadiləsinin aparılması mühüm əhəmiyyət kəsb edir. Müstəqilliyin ilk illərində yaranan iqtisadi və sosial çətinliklər demoqrafik inkişafa da öz mənfi təsirini göstərmişdir. Az vaxtda aparılan iqtisadi islahatlar bu sahələrdə olan problemlərin aradan qaldırılmasına, davamlı inkişafa keçidə imkan vermişdir. Artıq XX əsrin 90-cı illərinin ortalarından başlayaraq iqtisadi inkişaf mərhələsinə keçid başlanmışdır. Əldə edilən müsbət dəyişikliklər demoqrafik inkişafa da şərait yaratmışdır.

        Şəki-Zaqatala çoxmillətli region kimi mövcuddur. Burada müxtəlif millətlərin yanaşı yaşaması tolerantlığın və multikulturalizmin bariz nümunəsidir. Buna görə belə bir regionda elmin konfransın keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

        Konfransın əsas bölmələri aşağıdakılardır:

        1. Azərbaycannın demoqrafik inkişaf problemləri və demoqrafik siyasət

        2. Əhalinin milli-etnik tərkibinin formalaşması

        3. Multikulturalizm və tolerantlıq: müasir vəziyyət və inkişafın prioritet istiqamətləri

        4. Məskunlaşmanın iqtisadi və sosial bazasının səmərəli ərazi təşkili

        5. Şəhər və kənd məskunlaşmasının davamlı inkişafının təmin edilməsi

        6. Əhalinin məşğulluq probleminin həlli yolları və məşğulluq siyasəti

        7. Fiziki-coğrafi şəraitin və təbii ehtiyatların əhali məskunlaşmasına təsirinin qiymətləndirilməsi

        8. Məskunlaşma areallarının ekocoğrafi problemləri

        9. Turizm-rekreasiya ehtiyatlarından istifadə və əhalinin iş yerləri ilə təminatı

Məqalələr aşağıdakı qaydalar əsasında tərtib edilməlidir:

        1. Format A4, interval 1,5, yuxarı, aşağı, sağ və soldan 2 sm;

        2. Şrift Times New Roman, şriftin ölçüsü 14;

        3. Məqalənin yuxarısında qeyd edilməlidir: məqalənin adı, müəllifin adı, soyadı, atasının adı, işlədiyi təşkilatın adı;

        4. 2 dildə (rus/azərbaycan və ingilis dillərində) xülasə;

        5. Ədəbiyyat siyahısı və məqalədə onlara istinadlar;

        6. Məqalələr 5 səhifədən az olmamalıdır;

        7. Məqalələr elektron formatda (disk) və çap olunmuş şəkildə təqdim olunmalıdır

        8. Bir müəllifdən yalnız bir məqalə qəbul edilir.

Qeyd: Məqalələr avqust ayının 15-nə kimi qəbul edilir (AMEA Coğrafiya İnstitutu, 827-ci otaq. Tel: 012 539 33 61. E-mail: xalidahasanova@gmail.com). Konfransın mövzusuna uyğun gəlməyən və elmi məzmunu zəif olan məqalələr nəşr edilməyəcək.

Təşkilat komitəsi

* * *

        The Institute of Geography named after H.Aliyev of ANAS, Sheki Scientific Center of ANAS, Knowledge Fund under the President of Azerbaijan, Executive Power of Sheki is planning to hold a conference in Sheki on September 11-12, 2016 on the theme: “Demographic development in the Republic of Azerbaijan: prospects of settlement of the population and regional problems”.

        The president of Azerbaijan Ilham Aliyev, who spoke at the 70th anniversary of creation of the National Academy of Sciences, stressed the importance of studying the country’s demographic development. The exchange of scientific views is of great significance to expand researches in this field. Demographic, economic and social problems which have arisen from the first years of independence had a negative impact on demographic development. In a short time, economic reforms conducted to overcome the problems in these areas, allowed the transition to sustainable development. In the mid-90s of the twentieth century began the transition to the stage of economic development. Positive changes also contributed to demographic development.

        Sheki-Zagatala is as a multi-ethnic region. The coexistence of different nationalities is a good example of tolerance and multiculturalism. Therefore, it is important to hold a conference in such a region.

The main topics of the conference are as follows:

        1. Problems in Azerbaijan’s demographic development and demographic policy

        2. Formation of ethnic composition of the population

        3. Multiculturalism and tolerance: present situation and development in the priority areas

        4. The settlement of the territorial organization of the economic and social base

        5. Ensuring the sustainable development of urban and rural settlement

        6. Ways to solve the problem of employment of population and employment policy

        7. Assessment of geo-physical conditions and natural resources

        8. Eco-geographical problems of settlement areas

        9. Use of tourism-recreation resources and provision of the population with jobs

The text of the report should be compiled based on the following guidelines:

        1. Format A4, interval 1.5,up, down, right and left 2 cm;

        2. The font Times New Roman, font size 14;

        3. At the top of the article, it should be noted title, author’s name, surname, father’s name, name of the organization;

        4. Summary in 2 languages (Russian/Ukrainian and English);

        5. List of literature and references to them;

        6. Articles must be at least 5 pages;

        7. Articles must be submitted in electronic format(disc)in print format

        8. Only one report may be received from an author.

Note: Reports are accepted until June 15. Those wishing to participate in the report may contact the Institute of Geography of ANAS, room 827

(Tel: 012 539 33 61, 050-590-43-88. E-mail: zakir_eminov@mail.ru)

Organizing committee

* * *

        Институт Географии НАНА им.Г.А. Алиева, Шекинский Научный Центр НАНА, Фонд Знаний при Президенте Азербайджанской Республики, Исполнительная власть г. Шеки 11-12 сентября 2016г в городе Шеки проводят конференцию на тему: «Демографическое развитие в Азербайджанской Республике: перспективы расселения населения и региональные проблемы»

        Президент Азербайджанской Республики Ильхам Алиев, выступая на юбилее, посвященном 70 - летию НАН Азербайджана, отметил важность изучения демографического развития в стране. Для расширения исследований в этой области большое значение приобретает проведение научных обсуждений по этой тематике. Возникшие в первые годы независимости страны экономические и социальные трудности оказали негативное влияние и на демографическое развитие. Экономические реформы, проведенные в короткое время, создали предпосылки для устранения проблем в этой области и перехода к устойчивому развитию. Начиная с середины 90-ых годов ХХ века, в нашей стране начался переход к этапу экономического развития. Достигнутые положительные тенденции создали благоприятные условия для демографического развития.

        Шеки – Загатальский экономический район является многонациональным регионом. Он является ярким примером толерантного и мультикультурного совместного проживания различных наций и народностей. Поэтому проведение научной конференции именно в таком регионе имеет важное значение.

Основными направлениями конференции являются:

        1. Проблемы демографического развития в Азербайджане и демографическая политика

        2. Формирование национально-этнического состава населения.

        3. Толерантность и мультикультурализм: современное состояние и приоритетные направления развития

        4. Рациональная территориальная организация экономической и социальной базы расселения

        5. Обеспечение устойчивого развития городского и сельского расселения

        6. Пути решения проблем занятости населения и политика занятости

        7. Оценка воздействия физико-географических условий и природных ресурсов на расселение населения

        8. Экогеографические проблемы ареалов расселения

        9. Использование рекреационно-туристического потенциала и обеспечение занятости населения

Правила по оформлению текст доклада:

        1. Формат А4, интервал 1,5 , сверху, снизу, справа, слева – 2см

        2. Шрифт Times New Roman, размер 14

        3. Сверху статьи должны быть указаны: название статьи, имя, фамилия и отчество автора, место работы

        4. Резюме на 2 языках (азербайджанский (русский) и английский)

        5. Список литературы и ссылки на нее в тексте

        6. Статья должна быть не менее 5 страниц

        7. Статья должна быть представлена как в электронном, так и в распечатанном виде

        8. Каждый автор может представить лишь одну статью

Примечание: Статьи принимаются до 15 июня. Желающие непосредственно принять участие в конференции могут обратиться за информацией в НАНА институт Географии, 827 комната 

(Тел: 0125393361, 050-590-43-88) Е-mail: zakir_eminov@mail.ru)

Организационный комитет

AMEA-nın Yer Elmləri Bölməsinin iclasında palçıq vulkanlarının tədqiqinə dair məruzə dinlənildi

Отправлено 11 мар. 2016 г., 13:25 пользователем Murad Nabibekov   [ обновлено 11 мар. 2016 г., 13:34 ]

        Dün
ən - m
artın 11-də AMEA Rəyasət Heyətində Yer Elmləri Bölməsinin (YEB) növbəti iclası keçirilib.

        İclası giriş sözü ilə açan YEB-in akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

        Sonra Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyevin “Palçıq vulkanı brekçiyasının ehtimal olunan aksessor minerallaşmasının tədqiqi” mözusunda məruzəsi dinlənildi. Ölkəmizdə və dünyada palçıq vulkanlarının öyrənilməsi istiqamətində mühüm tədqiqatların aparıldığını söyləyən A.Əliyev qlobal
miqyasda onların əmələgəlməsi, coğrafi yayılması, neft-qazlılıq və seysmikliklə əlaqəsi kimi məsələlərlə bağlı yeni elmi nəticələrin əldə olunduğunu bildirdi. Qeyd etdi ki, rəhbərlik etdiyi şöbənin əməkdaşları ilə Ukrayna Milli Elmlər Akademiyasının alimlərinin birgə apardıqları tədqiqatlar hər iki ölkənin palçıq vulkanizmi probleminin müqayisəli təhlilinə, xüsusilə vulkan tullantılarının mineralogiyasına yönəldilib. Vulkan brekçiyasında aksessor minerallaşmanın öyrənilməsi nəticəsində Qara dəniz və Kerç yarımadasının palçıq vulkanlarında təbii əmələ gələn qızıl, gümüş, qurğuşun, mis və digər elementlərin aşkar edilməsi Azərbaycanda da analoji yeni istiqamətdə geniş tədqiqatların aparılmasını zəruri edir.
        Məruzə ətrafında AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, akademik Arif İsmayılzadə, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev və başqaları suallarla çıxış etdilər.
        
Daha sonra bölmə alimlərinin kitablarının nəşri ilə bağlı müzakirələr aparıldı. “Palçıq vulkanları” dərsliyinin, “Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər üçün Tədbirlər Proqramı” çərçivəsində hazırlanmış 3 monoqrafiyanın, “Azərbaycanın alt paleogen çöküntülərində biotların stratiqrafik və paleocoğrafi paylanma qanunauyğunluqları” və “Azərbaycanın mezo-kaynozoy yaşlı perlitləri” adlı monoqrafiyalarının, “Radon və insan sağlamlığı” adlı elmi-populyar kitabın çapa verilməsi tövsiyyə olundu.
        İclasda AMEA-nın adlı mükafatlarına namizədlərin seçilməsi məsələsinə də baxıldı. Akademik Pərviz Məmmədovun namizədliyinin "Akademik Musa Əliyev" adına mükafata təqdim edilməsi haqqında Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alındı.
        Tədbirdə Qərb zonasının termal sularının xarakteristikalarının və mümkün tətbiq sahələrinin öyrənilməsi istiqamətində AMEA-nın Gəncə Bölməsi ilə əməkdaşlıq məsələsi də müzakirə olundu. Geologiya-minerologiya üzrə elmlər doktoru Abdulvahab Muxtarov bildirdi ki, Qərb zonasında mövcud olan geotermal mənbələrdən gələcəkdə sənayedə, kənd təsərrüfatında, məişət və kommunal sahələrdə, eləcə də təbabətdə geniş istifadə olunması üçün onların fiziki xarakteristikalarını və kimyəvi tərkibini öyrənməyə ehtiyac var. Alim Qərb zonasının geotermal mənbələrinin alternativ enerji və digər məqsədlər üçün istifadə olunması imknalarının tədqiq ediləcəyini diqqətə çatdırdı.
        
Sonra "AMEA-nın Xəbərləri" (Yer elmləri seriyası) və AMEA Məruzələri jurnallarında bölmə üzvlərinin iştirakı, Coğrafiya və Geologiya və Geofizika institutlarında Təhsil şöbələrinin yaradılması, həmçinin Akademik Mithəd Abasovun 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar Rəyasət Heyəti qaşısında vəsatət qaldırılması haqqında qərarlar qəbul olundu.
        Tədbirdə müzakirə edilən növbəti məsələ Azərbaycan Respublikası Prezidenti İlham Əliyevinin "Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlası" barədə sərəncamından irəli gələn tədbirlər haqqında oldu. Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ölkə başçısı tərəfindən imzalanmış sənədin icrasına başlanıldığını söyləyərək, sərəncamdan irəli gələn məsələlərin həlli üçün işçi qrupunun yaradıldığını bildirdi. Qeyd etdi ki, xəritələr CİS texnologiya əsasında hazırlanıb, onların siyahısı və məzmunu müəyyənləşdirilib, müvafiq məlumatlar toplanaraq yol xəritəsi hazırlanıb.
        İclasda iştirak edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmisi Tariel Hüseynov bildirdi ki, atlasın nəşri gələcəkdə ölkəmizdə təhlükəli ərazilərin əvvəlcədən müəyyənləşdirilməsinə və bu işə nəzarət edilməsinə imkan verəcək.

© Mənbə: www.science.gov.az
   
   
   
   
   






ŞREM-də Qadınlar gününə həsr edilmiş tədbir keçirildi

Отправлено 7 мар. 2016 г., 2:52 пользователем Murad Nabibekov   [ обновлено 7 мар. 2016 г., 2:54 ]

Bu gün Şəki Regional Elmi Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli yığıncaq keçirilmişdir.

        Toplantını giriş sözü ilə mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq bu bayramın tarixi haqqında qısa məlumat verdikdən sonra qadın həmkarlarımızı təbrik etmişdir.
Sonra söz deyənlərin də hamısının çıxışının əsas mövzusu qadınlara ünvanlanan təbrik olmuşdur.
        Tədbirin sonunda qadın əməkdaşlara rəhbərlik tərəfindən hədiyyələr verilmişdir.

   

ŞREM-in əməkdaşları “Multikulturializm Azərbaycan modeli” mövzususunda keçirilmiş tədbirdə iştirak ediblər

Отправлено 3 мар. 2016 г., 6:30 пользователем Murad Nabibekov   [ обновлено 3 мар. 2016 г., 6:51 ]

        Bu gün - martın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (
DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə " Multikulturializm Azərbaycan modeli” mövzusu ətrafında Şəki şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. 

        Tədbirdə DQİDK-nin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin aparıcı məsləhətçisi Elvin Qarayev, Şəki şəhər Heydər Əliyev Mərkəzinin direktoru Zeynəb Məmmədova, Şəki şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Şəki Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin
direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü, Şəki-Oğuz bölgə qazisi Kamran Məmmədov, gənclər, müəllimlər,elmi işçilər və din xadimləri iştirak etmişlər.

        
Toplantını giriş sözü ilə açan Mərkəzin direktoru Zeynəb Məmmədova dövlətin siyasəti və xalqın yaşam tərzi olan multikultural ənənəni tədbir iştirakçılarına çatdırmışdır. DQİDK-nin Şəki bölgəsi üzrə şöbənin müdiri Gündüz Paşayev çıxış edərək bildirmişdir ki, ölkəmizdə tolerantlığın və multikulturalizmin ənənələrinə sadiklik yüksək səviyyədədir. Bu ənənələrin daha da inkişaf etdirilməsi üçün görülən işlərdən və həyata keçirilən tədbirlərdən ətraflı danışaraq multikulturalizm ənənəsinə sadiqlik nümunəsi kimi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ili məhz "Multikulturalizm ili" elan olunması ilə bağlı sərəncamını xüsusi vurğulamışdır.

        
Daha sonra Şəki şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Şəki Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov, AMEA-nın Şəki regional elmi mərkəzinin direktoru Yusif Şükürlü və Şəki-Oğuz bölgə qazisi Kamran Məmmədov mövzusu ətrafında öz mülahizələrini və fikirlərini bölüşmüşlər.
        Sonda Mərkəzdə Heydər Əliyevin büstü önündə xatirə şəkili çəkilmişdir.
       
        
 
  






Tariximizin qan yaddaşı - XOCALI

Отправлено 26 февр. 2016 г., 6:18 пользователем Murad Nabibekov   [ обновлено 26 февр. 2016 г., 6:19 ]

        Bu gün – fevralın 26-da AMEA Şəki Regional Elmi Mərkəzində Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.


        Toplantı iştirakçıları Xocalı faciəsində həlak olan soydaşlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının Himni səsləndirilmişdir.
        Tədbiri giriş sözü ilə ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq, Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd etdi. O, bildirdi ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
        Sonra ŞREM-in Tarixi İrs və Etnoqrafiya şöbəsinin əməkdaşı Reyhan Məcidova öz çıxışında bunları söylədi: bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.çıxış edərək ya verdi.
        Tədbirdə, gənclər - Tarixi İrs və Etnoqrafiya şöbəsinin rəhbəri Rahim Həsənov “Xocalı faciəsinə qədər Azərbaycanda siyasi vəziyyət”, Landşaftşünaslıq şöbəsinin əməkdaşı Etibar Lətifov “Xocalı unudulmur”, Landşaftşünaslıq şöbəsinin əməkdaşı Aygün İsmayılova “Xocalı faciəsi dünya arenasında” adlı məruzələrlə çıxış etdilər.
        Sonda Landşaftşünaslıq şöbəsinin rəhbəri Hüseyn Mustafabəyli Xocalı haqqında xatirələrini bölüşdü.
        Tədbir Reyhan Miqdadqızının “Xocalım ay Xocalım” şeirini səsləndirməyi ilə sona çatıb.

   
   
   




Viki-Mərkəzin 2016-cı il üzrə Fəaliyyət planı müzakirə olunub

Отправлено 26 февр. 2016 г., 6:03 пользователем Murad Nabibekov   [ обновлено 26 февр. 2016 г., 6:04 ]

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında institutda fəaliyyət göstərən Viki-Mərkəzin 2016-cı ilə dair Fəaliyyət planı müzakirə olunub.


        Fəaliyyət planını təqdim edən mərkəzin rəhbəri İradə Ələkbərova mərkəzin AMEA Rəyasət Heyətinin Qərarı ilə 2014-cü ildə yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, mərkəz Vikipediya virtual ensiklopediyasında Azərbaycan Respublikasının milli maraqlarının qorunması, ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, Azərbaycanın tarixi və müasir həqiqətlərini, mədəni və mənəvi dəyərlərini əks etdirən kontentlərin Vikipediyada yerləşdirilməsi məqsədilə yaradılıb. Onun sözlərinə görə, Viki-Mərkəz vikimetrik tədqiqatların aparılması, ayrı-ayrı sahələrin alim və mütəxəssisləri üçün Vikipediyaya aid nəzəri və praktiki dərslərin tədrisi, vətəndaşlar arasında Vikpediyanın populyarlaşdırılması və onların Vikipediyada Azərbaycanın maraqlarına uyğun fəaliyyətə cəlb edilməsi üçün təbliğat-təşviqat işlərinin aparılması istiqamətlərində fəaliyyət göstərir.
        Mərkəzdə yerinə yetiriləcək elmi tədqiqatlar barədə məlumat verən İ.Ələkbərova viki-mühitdə Big Data ilə bağlı problemlərin analizi, viki texnologiyaların elektron kitabxanalara tətbiqi, viki-mühitə daxil edilən dezinformasiyalarla mübarizə mexanizmlərinin işlənməsi və vikipediyanın manipulyativ informasiya təsirinin analizi istiqamətində yerinə yetiriləcək tədqiqatları diqqətə çatdırıb.
        Məruzəçi bildirib ki, viki-mühitdə Azərbaycan maraqlarına zidd olan kontentin, AMEA-nın institut və təşkilatları, Azərbaycanın tanınmış şəxsiyyətləri və alimləri haqqında ensiklopedik məqalələrin monitorinqi, “Vikikitab” layihəsində isə AMEA alimləri haqqında biblioqrafik məqalələrin, Azərbaycanla bağlı elektron kitab və jurnalların monitorinqi, o cümlədən Vikipediyanın “Commons” layihəsində Azərbaycanla bağlı multimedia fayllarının monitorinqi cari ildə görüləcək işlər sırasındadır.
        İ.Ələkbərova bildirib ki, Fəaliyyət planında AMEA institut və təşkilatları, digər dövlət qurumları əməkdaşlarına Vikipediyada işləmək bacarığını aşılamaq üçün mühazirə və seminarların keçirilməsi, orta və ali təhsil müəssisələrində tələbələrə, müxtəlif sahə mütəxəssislərinə Vikipediya layihələri ilə əlaqədar mühazirə, seminar və treyninqlərin təşkili, həmçinin Vikipediya ensiklopediyasının Azərbaycan ictimaiyyəti arasında populyarlaşdırması və təbliğatı işləri nəzərdə tutulub.
        
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan xalqının tarixi, mədəniyyəti, incəsənəti, musiqisi və s. dünya miqyasında daha da dolğun təqdim edilməsi, ölkənin maddi və mənəvi sərvətlərinə olan informasiya müharibəsi təzahürlərinin qarşısının alınması və s. baxımından Vikipedia virtual ensiklopediyasının əhəmiyyətini qeyd edib.
        R.Əliquliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi Yığıncaqda çıxışı zamanı ölkə alimlərinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli rola malik olduğunu vurğulayıb. Qeyd edib ki, dövlət başçısının bu çağırışı Viki-Mərkəzin məsuliyyətini daha da artırır və qarşıya yeni vəzifələrin qoyulmasını zəruri edir.
        
“Viki-Mərkəzin fəaliyyəti AMEA prezidenti, akademik Akif Əlizadənin diqqət mərkəzindədir və rəhbərlik bu mərkəzin fəaliyyətinin gücləndirilməsi üçün hər cür dəstək verir”, – deyə bildirən akademik bildirib ki, ötən müddət ərzində Vikipediyada Azərbaycanın tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri ilə bağlı dolğun məlumatların yerləşdirilməsi, bu mühitdə toplanan informasiyanı, baş verən prosesləri analiz etmək, təsnifatlaşdırmaq üçün elmi araşdırmaların aparılması, vikipediyada işləmək üçün zəruri bilik və vərdişlərin aşılanması, AMEA-nın qurumlarının bu layihəyə fəal şəkildə qoşulmasının təşviq edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Azərbaycan alimlərinin viki-layihələrdə yaxından iştirakını təmin etmək üçün AMEA-nın bütün institut və təşkilatlarında viki-qrupların yaradıldığını söyləyib.
        Alim, həmçinin mərkəzin maddi-texniki təminatının gücləndirilməsi, kadr potensialının artırılmasının zərurliyini vurğulayıb.
        Sonda Fəaliyyət planı Elmi şura üzvləri tərəfindən müzakirə edilərək qəbul olunub.

© Mənbə: www.science.gov.az 

Şəki Regional Elmi Mərkəzi beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir

Отправлено 17 февр. 2016 г., 22:05 пользователем Murad Nabibekov   [ обновлено 17 февр. 2016 г., 22:33 ]

        
Dünən - fevralın 17-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) hesabatı dinlənilib.



        Elmi mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü mərkəzin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair məruzə ilə çıxış edib.

        Hesabat ilində Şəki Regional Elmi Mərkəzində təşkilati idarəetmə, elmi-tədqiqat, mədəni-kütləvi tədbirlər həyata keçirilib. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının "Erməni diasporuna qarşı effektiv mübarizə tədbirləri və koordinasiya işinin gücləndirilməsinə dair fəaliyyət planı"na uyğun olaraq elmi mərkəzdə görüləcək işlər müəyyən edilib, Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialında arxiv araşdırmalarına başlanılıb.
        
Bildirilib ki, AMEA prezidenti və Şəki şəhər İcra Hakimiyyətinin tövsiyələri ilə 2016-2020-ci illərdə Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi ilə əlaqədar xüsusi konsepsiya hazırlanaraq yerli icra hakimiyyəti orqanına təqdim edilib. Bundan əlavə, Şəki rayonu Fazıl kəndində mövcud olan "Labirint"ə muzey statusu verilməsi və onun bazasında "Arxeologiya, Etnoqrafiya və Antropologiya" muzeyinin təsis edilməsi barədə konsepsiya hazırlanıb.
        ŞREM beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra nailiyyətlərə də imza atıb. Belə ki, Bolqarıstan Aqrar Universiteti ilə hər iki ölkə arasında aqrar təsərrüfatda fundamental və tətbiqi tədqiqat sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb. ŞREM-lə Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının İpəkçilik və Əkinçilik Təcrübə-Sınaq Stansiyası arasında 2016-2020-ci illər üçün elmi-texniki əməkdaşlıq haqqında müqavilə bağlanıb. Şəki REM-in əməkdaşlarının Bolqarıstan, Rumıniya, Türkiyə və Rusiyada olmaqla 16 konfransda iştirakı və bu konfrans materiallarında tezislərin çap olunması elmi müəssisənin xaricdə uğurla təmsil olunmasının göstəricisidir. Hesabat ilində prioritet istiqamətlərə uyğun elmi tədqiqat işlərinin təsdiq edilmiş planı üzrə səkkiz şöbə üzrə səkkiz mövzu daxilində elmi tədqiqat işləri aparılıb.
        
Məruzəçi tədbirdə elmi mərkəzin kadr potensialından da danışıb. Bildirib ki, mərkəzdə fəaliyyət göstərən əməkdaşlardan 15-i elmi işçi, biri elmlər doktoru, yeddisi isə fəlsəfə doktorudur. Bundan başqa, elmi mərkəzin beş əməkdaşı akademiyanın 70 illiyi ilə əlaqədar AMEA-nın "Nizami Gəncəvi adına" döş nişanı ilə təltif edilib. Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Y.Şükürlü isə 2015-ci ildə Avropa Nəşr Mətbuat Evinin "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı ilə təltif olunub.
        Daha sonra mərkəzin mühüm elmi nəticələri haqqında məlumat verən direktor nəzərə çatdırıb ki, ŞREM əməkdaşlarının biri impakt faktorlu jurnalda, beşi xaricdə olmaqla, ümumilikdə 27 məqaləsi, 11-i xaricdə olmaqla 24 tezisi nəşr olunub. Beş kitab, iki monoqrafiya çapdan çıxıb.
        Məruzə müzakirə olunduqdan sonra elmi mərkəzin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat AMEA-nın illik hesabatına daxil edilib.

Mənbə: www.science.gov.az 

   
   
   
   






AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsinə dair treninq keçirildi

Отправлено 5 февр. 2016 г., 22:30 пользователем Murad Nabibekov   [ обновлено 5 февр. 2016 г., 22:32 ]

        Dünən - fevralın 5-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkilinə həsr olunmuş treninq keçirildi. Tədbirdə AMEA-nın elmi bölmələrinin, elmi müəssisə və təşkilatlarının veb-saytlarına məsul şəxslər iştirak edirdi.

        Tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademik Rasim Əliquliyev treninq iştirakçılarını AMEA prezidenti, akademik Akif Əlizadə və İTİ-nin kollektivi adından salamladı. İnstitut direktoru qabaqcıl texnologiyaların inkişafı, İnternet-medianın meydana gəlməsi sayəsində müxtəlif hadisələri, ən yeni xəbərləri izləmək, o cümlədən informasiyanın əldə olunması, emalı və ötürülməsinin asan bir prosesə çevrildiyini qeyd edərək informasiya və multimedia məhsullarının yayılmasında veb-saytların mühüm rol oynadığını söylədi.
        İnformasiya əsrində istənilən qurumun, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkilinin vacibliyini qeyd edən akademik veb-resursların elmi fəaliyyətin təbliğinin yüksək səviyyədə təşkili, cəmiyyətin informasiya əldə etmək hüququnun təmin olunması və elmi informasiyaya olan tələbatının ödənilməsində mühüm əhəmiyyət kəsb etdiyini söylədi.
        “AMEA-da elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilir”, – deyə bildirən R.Əliquliyev akademiyanın institut və təşkilatlarının saytlarının monitorinqinin aparıldığını, monitorinqin nəticələrinə əsasən institutlar üçün xüsusi arayışların hazırlandığını diqqətə çatdırdı. Alimin sözlərinə görə, AMEA Rəyasət Heyəti monitorinqin nəticələri haqqında müvafiq Qərar qəbul edib. Qərarda bir sıra məsələlərlə yanaşı, akademiyanın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsinə dair treninqin keçirilməsi də nəzərdə tutulub. Bu məqsədlə təşkil olunan treninq bu sahədə mövcud problemlərin müzakirəsi və həlli baxımından mühüm əhəmiyyətə malikdir.
        Treninqdə veb-texnologiyaların müxtəlif istiqamətləri üzrə məruzələr təqdim olundu.
        
“Veb-texnologiyaların inkişaf mərhələləri və perspektivləri” mövzusunda məruzə ilə çıxış edən institutun şöbə müdiri Gülnarə Nəbibəyova ümumdünya hörümçək torunun əsas anlayışları və tarixləri, veb-texnologiyaların inkişaf mərhələləri olan WEB1.0, WEB2.0, WEB3.0-ın əsas xüsusiyyətləri, onları bir-birindən fərqləndirən cəhətlərdən söz açdı. O, həmçinin kompüter elmləri sahəsində dünyanın aparıcı alimlərinin veb-texnologiyaların perspektivləri haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
        
“Veb-saytların işinin təşkili və idarə olunması” mövzusunda məruzə ilə çıxış edən institutun sektor müdiri Əfruz Qurbanova akademiyanın elmi müəssisə və təşkilatlarının saytlarının yaradılması və idarə edilməsinə dair tələblərdən söz açdı. Saytların dizaynı, proqram təminatı, dili, ünvanı, həmçinin saytların yaradılması və istismarına dair normativ-hüquqi sənədlər, AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının vəzifələrindən danışdı.
        AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini Ülviyyə Rzayeva “Veb-saytların
informasiya təminatı”
mövzusunda məruzə ilə çıxış etdi. Ü.Rzayeva saytların informasiya təminatı haqqında geniş təqdimatla çıxış edərək, İnternetdə müəlliflik hüquqlarının qorunması məsələsinə toxundu, bəzi xəbər və materiallarda, xüsusən də xarici məlumatlarda istinadların öz əksini tapmasının, müəllif və mənbənin göstərilməsinin zəruriliyini qeyd etdi.
        İnstitutun elmi işçisi Səadət Ağayeva “Veb-analitika: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda məruzəni təqdim edərək
veb-analitikanın yaratdığı imkanlar və üstünlüklər haqqında məlumat verdi. Veb-analitikanın məqsədi, veb-saytın formalaşmasında veb-statistikanın rolundan bəhs etdi. Bildirdi ki, veb-analitika saytın fəaliyyətinin təkmilləşdirilməsi üçün lazım olan məlumatların hesablanmasını həyata keçirir.

        Veb-saytların zəif tərəflərinin aşkara çıxarılması məqsədilə onların statistikasının aparıldığını qeyd edən S.Ağayeva ən çox müraciət olunan veb-statistika alətlərindən söz açdı. O, həmçinin tədqiqatçının elmi fəaliyyətinin və elmi jurnalların qiymətləndirilməsi, ölkələr və universitetlərin reytinqinin təyin
edilməsi üçün istifadə olunan bir çox elmmetrik və vebometrik göstəricilər barədə danışdı.

        Proqramçı Yusif Sadıyev “Veb-saytların təhlükəsizliyi” mövzusunda məruzə ilə çıxış edərək müasir dövrdə aktual problemlərdən olan saytların təhlükəsizliyinin təmini yolları barədə məlumat verdi. Dünyada veb-təhlükəsizlik sahəsi üzrə ümumi vəziyyət, kibermüharibələr, saytlara olan hücumlar, kiberhücumların xüsusiyyətləri, veb-platformaların təhlükəsizlik səviyyəsi, dəyə biləcək zərərin minumuma endirilməsindən söz açdı. Həmçinin AMEA-nın bəzi institut və təşkilatlarının veb-saytlarının proqram təminatlarının problemləri, kiberhücumlara qarşı mübarizədə Azərbaycanda mövcud vəziyyət haqqında danışdı.
        Təqdimatlar treninq iştirakçıları tərfindən maraqla qarşılandı, müxtəlif səpkili suallar cavablandırıldı, müzakirələr aparıldı.
© Mənbə: www.science.gov.az
   
   
   
   
   
   
   






 

1-10 of 370