Əvvəlki rəhbərlik

Direktor: (1972-2014-cü illər) - Zəkəriyyə Mabud oğlu Əlizadə, geologiya-mineralogiya elmləri doktoru, professor.

Anadan olduğu yer: Azərbaycan Respublikası, Şəki ş.
Təvəllüdü: 04.01.1936.
Təhsili: Azərbaycan Sənaye İnstitutu, dağ mühəndisi - geoloq.
Elmi dərəcəsi: Geologiya-minerologiya elmləri doktoru.
Elmi rütbəsi: Professor.
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:04.00.21, 04.00.02 - Litologiya, geokimya.
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 55, 3 monoqrafiya .
Xaricdə çıxmış elmi əsərlərin sayı: 10.
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 4.
        Əsas elmi nailiyyətləri:
        Qərbi Azərbaycanın ağcaqil çoküntülərində qələvi torpaq elementlərindən Ba və Sr, dəmir qrupu elementlərindən isə Mn, V, Cr, Ni, və Ti-nin ayrı-ayrı litoloji tərkibə malik çöküntülərdə miqdarı spektral analiz üsulu ilə öyrənilib, onların yayılma qanunauyğunluqları müəyyənləşdirilib, müvafiq geokimyəvi xətlər tərtib edilmişdir. Mürəkkəb dislokasiyaya uğraşma rayonların filizləşən suxurlarının litologiyası və filiz elementlərinin gekimyası Böyük Qafqazın cənub yamacının orta və üst yura çöküntülərini təşkil edən ayrı-ayrı suxur növlərpindən dəmir qrupu elementləri və filiz elementləri və filiz elementləri hesab edilən qurğuşun, mis və sink polimetal elementlərinin tədqiq regional geokimyası öyrənilmiş, müvafiq geokimyəvi xəritələr tərtib edilməklə filizlilik baxımından yeni perspektivli sahələr müəyyən edilmişdir.
        Əsas elmi əsərlərin adları:
        Qərbi Azərbaycanın ağcaqıl çöküntüləridə bə'zi kimyəvi elementlərin paylanması qanunauyğunluğu və onunla əlaqəli paleocoğrafi problemlər (namizədlik desertasiyası 1966).
Azərbaycanın ağcaqıl çöküntülərinin litologiyası. Ə. C. Sultanov, 1979.
        Mürəkkəb dislokasiyaya uğramış rayonların filizyerləşən suxurlarının litologiyası v filiz elementlərinin geokimyası (B. qafqazın cənub yamacının orta və üst yura çökəklikləri timsalında )D. dis. k. 1988.
        Böyük qafqazın Cənub yamacının Tfan antiklinorisində filizləşən orta yura çöküntülərinin gokimyası. Moskva, 1980. Ümumit.müşav. tezisləri.
        Böyük Qafqazın cənub yamacının orta və üst yura çöküntülərinin litoloji və petrografiq tərkibinin kimyəvi elementlərinin paylaşmasına təsiri. Litoqrafiya və faydalı qazıntılar jur-ı, Moskva. 1987.
        Pedaqoji fəaliyyəti: Bakı Dövlət Universitetinin Şəki filyalında 1993-1999 illərdə Diyarşunaslığın əsasları və Təbiətşunaslıqdan dərs demişdir.


Elmi işlər üzrə direktor müavini: Zərbalı Murad oğlu Xəlilov,biologiya elmləri namizədi.
(2014-cü ilədək).









Elmi katib: İradə Rövşən, memarlıq üzrə fəlsəfə doktoru,

(2008-2013-cü illər).









Elmi katib: Ramin Fərman oğlu Sadıqov, tarix üzrə fəlsəfə doktoru,

(2013-2014-cü illər).









Ümumi işlər üzrə direktor müavini: Adil Fətullah oğlu Həbibullayev, 
(2014-cü ilədək).










Ümumi işlər üzrə direktor müavini: Rahim Rafiq oğlu Həsənəv, 

(2014-cü il).











Struktur bölmələri

Biofizika laboratoriyası


Laboratoriya müdiri: Yusif Hacıbala oğlu Şükürov, fizika -riyaziyyat elmləri namizədi. 


İşçilərin ümumi sayı: 5. 
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri: Bitki genofondunun toplanması, sağlamlaşdırılması, müasir ekoloji şəraitdə mühafizəsi və səmərəli istifadəsi. 
Laboratoriyanın əsas elmi nəticələri: Gön-dəri, yun məhsullarının yeni alınmış təbii boyaq maddəsi ilə rəngləmə üsulu təklif edilmişdir.


Geokimya laboratoriyası


Laboratoriya müdiri:
Hüseyn Lütvəli oğlu Mustafabəyli, geologiya-mineralogiya elmləri namizədi

İşçilərin ümumi sayı: 5.
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri: Çökmə süxurlarda mikroelementlərin geokimyəvi xüsusiyyətləri və onların polimetal filizlərinin axtarışında rolu.
Laboratoriyanın əsas elmi nəticələri: Polimetal filizi yataqlarının axtarışında indikator elementlərin rolu öyrənilmişdir.

Folklorşünaslıq və el sənətləri laboratoriyası


Laboratoriya müdiri: Ulduz Mürşüdova, filologiya üzrə fəlsəfə doktoru. 


İşçilərin ümumi sayı: 5.
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri: Balakən-Şəki bölgəsinin folklor və el sənətləri nümunələrinin toplanması və tədqiqi. 
Laboratoriyanın əsas elmi nəticələri: Bölgə folklorunun toplanması və tədqiqi aparılmış, folklor və el sənətləri nümunələri haqda materiallar nəşrə hazırlanmış, xeyir-dualar kitabı buraxılmış, folklor muzeyi yaradılmışdır

Yabanı və mədəni bitkilərin genefondu laboratoriyası


Laboratoriya müdiri: Seyidzadə İlqar Baxşəli oğlu

İşçilərin ümumi sayı: 13.
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri: Şəki-Zaqatala bölgəsinin müxtəlif yerlərindən ta\oplanmış meyvə və giləmeyvə soptlarının yetişdirilməsi, yabanı bitki genofondunun toplanması və səmərəli istifadəsi.
Laboratoriyanın əsas elmi nəticələri: Şəki–Balakən bölgəsində yayılmış qiymətli ata-baba sortlarından olan meyvə və giləmeyvə, habelə dərman bitkilərinin kompleks öyrənilməsi, saxlanması və səmərəli istifadəsi işimizin əsasını təşkil edir. ETİ-ni aparmaq üçün Şəki və Balakən rayonlarının müxtəlif yerlərindən toplanmış ata-baba sortlarından 10 ədəd qönçə armudu, 10 ədəd iryal armudu, 20 ədəd Şərq xurması, 25 ədəd sinab alma qələm vasitəsilə calaq olunmuşdur.Şəki rayonunun Oxud kəndindən, Şəki şəhərindən və ŞREM-in genofond bağından götürülmüş zoğal nümunələrinin hərəsindən 10 ədəd göz calağı vurulmuşdur. Çox böyük müalicəvi əhəmiyyətə malik olan rozmarin bitkisindən 200 ədəd ting vasitəsilə cücərdilmişdir. Seçilmiş nümunələrin artırılaraq Şəki – Balakən bölgəsində kütləvi yayılmasına imkan verir.

İpəkçilik laboratoriyası


Laboratoriya müdiri:
Qüdürət Məmməd oğlu Bəkirov

İşçilərin ümumi sayı: 7
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri: Yerli şəraitə uyğun, yüksək məhsuldarlıqlı tut ipəkqurdu cinslərinin yaradılması.
Laboratoriyanın əsas elmi nəticələri: İpək çıxımı 8-10% artıq olan, xəstəliyə dözümlü tut ipəkqurdu xətləri yaradılmışdır.

Sellərin öyrənilməsi laboratoriyası

Laboratoriya müdiri: Ələşrəf Veysəl oğlu Məmmədov, geologiya-mineralogiya elmləri doktoru, akademik

İşçilərin ümumi sayı: 7.
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri: Sel hadisələrinin öyrənilməsi və mübarizə tədbirlərinin elmi əsaslarının hazırlanması.
Laboratoriyanın əsas elmi nəticələri: Sel, onu əmələ gətirən amillər, yaranma şəraiti və formalaşmasının qarşısının alınması məqsədilə təkliflər hazırlanmışdır. "Kiş və Şin çayları hövzələrinin selləri" monoqrafiyası buraxılmışdır.

Biokimya laboratoriyası

Laboratoriya müdiri: Elmi işlər üzrə direktor müavini Zərbalı Murad oğlu Xəlilov, biologiya elmləri namizədi.

İşçilərin ümumi sayı: 3 
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri: Yeni biostimulyatorların alınması və onların ipəkçilikdə istifadəsi. 
Laboratoriyanın əsas elmi nəticələri: Biostimulyatorların tut ipəkqurdunun məhsuldarlığına təsiri öyrənilmişdir.

El sənətləri qrupu

Qrupun rəhbəri: İradə Rövşən, memarlıq üzrə fəlsəfə doktoru.

İşçilərin ümumi sayı: 3.
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri: Şəki-Balakən bölgəsinin еl sənətləri nümunələrinin tоplanması, tədqiqi, nəşr üşün hazırlanması. Şəki şəhərinin ХVIII- ХХ əsr yaşayış evlərinin tədqiqi, evlərdə ölçü işlərinin aparılması, interyerlərin xüsusiyyətlərinin üzə çıxarılması.
Laboratoriyanın əsas elmi nəticələri: İşin məqsədi-Şəki şəhərində xalq memarlığının tarixən formalaşması və inkişaf prosesini tədqiq etmək bu əsas üzərində yerli memarlıq ənənələrinə xas olan spesifik xüsusiyyətləri, qanunauyğunluqları aşkarlamaq və ümumiyyətlə Azərbaycanda yaşayış evləri memarlığının tədqiqatı sahəsində mövcud olan boşluqları aydınlaşdırmaqdan, üzə çıxarmaqdan ibarətdir Aparılan araşdırmalar nəticəsində daha çox təmirə ehtiyacı olan, memarlıq baxımından bir-birindən fərqlənən yeddi müxtəlif yaşayış evinin ünvanı müəyyənləşdirilmişdir. Bu binalar barədə qeyd olunan məlumatlar 2010-cu ilin iyul ayında Şəkidə olan YUNESKO-nun nümayəndələrinə çatdırılmışdır.Əsrlər ərzində toplanmış memarlıq irsi üslub və əqidəsiylə öz obyektiv dəyərini təcəssüm etdirərək inşaat işində mövcud olan fikirlərə müsbət mənada təsir edir və bu sahədə yeni düşüncələrə, onların həyata keçirilməsinə rəvac verir. Memarlıq nəzəriyyəsi və tarixi, tarixi abidələrin bərpa işlərinin aparılması üçün elmi tövsiyələrin hazırlanması. Müasir evlərin interyerlərini milli koloritə uyğun qurulması üçün təkliflərin verilməsi.