Etnik ərazi münaqişələri niyə yaranır...

Отправлено 18 дек. 2014 г., 0:11 пользователем Murad Nabibekov   [ обновлено 18 дек. 2014 г., 0:53 ]






Rahim HƏSƏNOV,
AMEA Şəki Regional Elmi Mərkəzi
Folklorşünaslıq və el sənətləri 
laboratoroyasının rəhbəri

        
Bəşər tarixi boyunca etnik-ərazi münaqişələri mövcud olmuşdur. Bu cəmiyytdə təbii və normal hadisə kimi başa düşülməlidir. Münaqişə və əməkdaşlıq ictimai inkişaf prosesində həmişə qarşılıqlı əlaqə kəsb etmişdir.

        XX əsr milli-etnik zəmində konfliktlərin daha çox baş verdiyi dövrdür. İlkin mərhələdə məhdud və lokal xarakter daşıyan etnk-ərazi münaqişələri, sonradan genişlənərək qarşısıalınmaz müharibələrə səbəb olmuşdur. Eyni ərazidə yaşayan etnosların bir-birinə nifrəti heç vaxt özbaşına olaraq təbii şəkildə yarana bilməz, bu nifrətin kökünü və onu döğuran səbəbləri isə etnosların məhdud ehtiyatları üzündən, maddi nemətlər, xüsusilə də torpaq üstündə bir-birləri ilə apardıqları çəkişmədə axtarmaq lazımdır. Məhz buna görə də etnosların mübarizəsi özünü müxtəlif dövlətlərin mübarizəsi kimi qabarıq şəkildə göstərir. Dövlət daxilində etnosların mübarizəsi də xaraktercə dövlətlərarası mübarizədən heç bir şeylə fərqlənmir.
        Etnik- ərazi mühaqişələrinin qarşıdurmasında daxili faktorla yanaşı xarici qüvvələr, gopolitik rəqabət də müəyyən rol oynayır. Məsələn, Cənubi Qafqaz ölkələrinin şimal qonşusu Rusiyanın bölgədə özünün hegamonluğunu bərqərar etmək və ya dövlətləri özünün təsir dairəsinə salmaq məqsədilə etnik münaqişələrdən bir alət kimi istifadə etməsi hamıya məlumdur. Rusiya demokratik dövlət quruculuğu elan etsə də hələ imperialist siyasətindən əl çəkə bilməyib.
        1992-ci ilin iyununda və 1994-cü ilin mayında imzalanmış sazişlərə əsasən, müvafiq olaraq Cənubi Osetiyada və Abxaziyada rusların “sülhməramlı qüvvələri” yerləşdirildi. Üstəlik Moskvanın bu cür təyziqləri nəticəsində Gürcüstan 1993-cü ilin oktyabrırında MDB-yə üzv olmağa qərar verdi və daha sonra dörd rus hərbi bazasının öz ərazisində yerləşdirilməsinə razılıq verdi. (Qudautada, Vazianida, Batumidə, Axalkəlikdə). 
        Moskvanın hakim dairələrindəki bəzi qüvvələr bunlarla kifayətlənməyib, bölgədə “potensial münaqişə ocaqları” yaratmaq niyyətində də bulundular. Azərbaycanda süni “Talış Muğan respublikası” nın yaradılması cəhdləri, Gürcüstan ərazisində rus hərbi bazasının yerləşdiyi Axalkəlikdə ermənilərin separatçılıq meyllərinin güclənməsi deyilənlərə bir nümunədir. Düzdür Gürcüstan ərazisindən rus qoşunları tamamilə çıxarıldı, ancaq “sülh şəraiti” adı altında muxtar qurumların ərəazisində qoşun hissələri saxlanıldı.
        Buna görə də Cənubi Qafqazdakı etnik-ərazi münaqişələrinin həll olunmasında bu dövlətlərin müstəqilliyinin gücləndirilməsi, sabit demokratik təsisatların və vətəndaş cəmiyyətinin formalaşdırılması, hərbi-siyasi təhlükəsizlik üçün real təminatların yaradılması, qərbin siyasi və iqtisadi strukturlarına inteqrasiya prosesinin sürətləndirilməsi, mövcud münaqişələrin beynəlxalq hüquq prinsiplərinə uyğun, insan hüquqları və milli azlıqların hüquqların hörmət əsasında nizamlaınması, bölgədəki xalqlar arasında dialoqun və əməkdaşlığın dərinləşdirilməsi başlıca şərtlərdəndir.
        Milli-etnik münaqişələrin demək olar ki, hamısı əvvəlcə lokal xarakter daşıyır, məhdud bir ərazini ehatə edir, sonra isə öz məhduduğundan çıxaraq, beynəlxalq problemə çevrilir. Dağlıq Qarabağ, Yuqoslaviya, gürcü-abxaz və başqa bu kimi münaqişələr buna əyani sübutdur.
        Milli etnik məsələlərin tədricən böyüyüb münaqişəyə çevrilməsini mütəxəssislər müxtəlif aspektdən izah edirlər. Gəlin bu problemin münaqişəyə aparan yollarına diqqət edək:
        Birincisi, hakimiyyətdə olan çoxluğun nümayəndəsi həmin ərazidə yaşayan azlıqlara qarşı milli ayrı-seçikilik siyasətini yaradır. Bu zaman milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri hakimiyyətə buraxılmır. Onların dilinin tarixinin və mədəniyyətinin yaşamasının, inkişafının qayğısına qalmır;
        İkincisi, ərazidə yaşayan azlıqların sosial-iqtisadi durumunun başqalarına nisbətən ağır olması;
        Üçüncüsü, ölkə daxilində bütövlüklə sosial-iqtisadi və siyasi durumun ağır böhran içərisində olması;
        Dördüncüsü, xarici dövlətlərin bilavastə və ya dolayı yolla etnik zəmində narazılıqları qızışdırmaları.
Onların istifadə etdiyi əsas qüvvə milli-etnik problemlərin olduğu ölkənin ərazisindəki separatçılıqlardır. Qafqazda baş verən milli-etnik konfliktlərin əksəriyyəti bu bənddə göstərilən səbəbdən yaranmışdır.
        Xarici dövlətlərin yaratdıqları milli münaqişə ocaqlarında separatçı qüvvələrin aktivliyi öndə dayanan əsas amildir. Üumiyyətlə separatçılq o vaxt baş qaldırır ki, ölkədə sosial-iqtisadi və siyasi böhran yaranır. Qafqazda da etnik münaqişə ocalarının süni surətdə yaradılması və köhnə sönmüş etnik konflikt mərkəzlərinin aktivləşdirilməsi SSRi-nin dağlıması və iqtisadi-sosial və siyasi problemlərin olduğu dövrdə baş vermişdi. Yuxarıda göstərilən böhranların baş verməsi nəticəsində etnik separatçılıq aktvləşir, antimərkəzçi təbliğatı güclənir. Bu zaman separatçıların əsas məqsədi xarici dövlətlərin köməyinə arxalanaraq, ölkənin ərazi bütövlüyünü parçalayıb, özlərinin dövlətini qurmaq və ya müəyyən bir ərazini başqa bir dövlətə birləşdirmək olur.
        Qeyd etmək lazımdır ki, separatçı qruplara daxil olanlar, eləcə də onlarla yaxınlıq edənlərin heç də hamısı eyni fikirdə olmurlar. Belə ki, həmin separatçılarla bilavastə və dolayı yolla bağlı olan şəxsləri üç qrupa bölsək aşağıdakı mənzərə yaranacaq:
        Birinci qrupa daxil olanlar xarici ölkələrdə yaxşı təlim görmüş, hər cür təlimat və təminata malik adamlardır.
        İkinci qrup birinci qrupa daxil olanların təbliğatı nəticəsində onlara qoşulan adamlar
        Üçüncü qrup isə vaxtı ilə dövlətdə mühüm vəzifələr tutmuş adamlar öz şəxsi maraqları baxımından separatçılara qoşularaq, mərkəzi haimiyyətə təyziq edənlər.
        Müasir təcrübə göstərir ki, etnik münaqişlərin əsas səbəbkarları böyük imperialist dövlətlər və onların formalaşdırdıqları - bizim birinci kateqoriyada göstərdiyimiz separatçılardır. Milli etnik konfliktlərin qarşısını almaq üçün bəzi tədqiqatçılar dövlətçiliyin, iqtisadiyyatın və demokratiyanın möhkəmliyini vacib hesab edirlər və əsaslandırmağa çalışırlar ki, bu amillərin hər hansı birinin olmaması milli-etnik münaqişələrin yaranmasına səbəb ola bilər. Ancaq unutmamaq lazımdır ki, ölkə daxilində iqtisadi siyasi durumun yaxşı olması məsələnin həlli demək deyildir. Müasir təcrübə göstərir ki, imperializm siyasəti milli-etnik münaqişələrin yaranmasında əsas amildir. Bu amilin isə həll ediməsinə aid konsepsiyarın irəli sürülməsi romantizmdən başqa bir şey deyil.