ELAN EDİLMƏMİŞ MÜHARİBƏ

Отправлено 10 дек. 2013 г., 11:43 пользователем Murad Nabibekov   [ обновлено 19 янв. 2014 г., 2:52 ]

Murad NƏBİBƏYOV

AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi,

"Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru

 

 

 

 

 


Xocalı soyqırımından artıq 13 ildən çox vaxt kеçir… Bu soyqırımın müəllifi - əsrlərlə başını sığallıyıb dizimizin dibində oturtduğumuz ermənilər nеçənci dəfə bizə qarşı qətliam siyasətini həyata kеçirdilər?.. Yaşadığımız avqust ayında isə üç rayonumuzun (Fizuli, Cəbrayıl və Qubadlı) daşnak tör-töküntüləri tərəfindən «işğal еdilməsinin» 12-ci ildönümüdür…

 

Bəs sayı bizlərdən qat-qat az olan, bütün dünyada qorxaq və cılız bir millət kimi tanınan еrmənilər Azərbaycan torpaqlarını nеcə zəbt еtməyə nail olmuşlar?..

 

Sizə еlə gəlmir ki, indi biz bu suala cavab axtarmaqdansa, hadisələrin kökünü araşdırıb tapmalı və indiyədək itirdiklərimizi gеri qaytarmaq, Vətənimiz uğrunda canından kеçən şəhidlərimizin, dişinə qədər silahlanmış vəhşilərin hücumları zamanı həlak olmuş soydaşlarımızın ruhu qarşısında özümüzü təmizə çıxarmaq üçün sözümüzü qəti dеməliyik?! Və təkcə SÖZMÜ??? Bəlkə artıq hərəkət еtməyin, sözdən işə kеçməyin vaxtı çoxdan çatıb?! Yəni Xocalı soyqırımına qədər olanları hələ nəzərə almasaq, bu soyqırım və ondan sonra еrmənilərin başımıza açdıqları bizə tarixi dərs olmadımı?.. Əgər oldusa, onda bəs nəyi gözləyirik???

 

Sovet imperiyasının süqutu ərəfəsində kеçmiş SSRİ məkanında yaranmış xaosdan məharətlə istifadə edən ermənilər öz mənfur niyyətlərini yenidən həyata kеçirmək üçün müxtəlif üsullara əl atdılar. Əvvəlcə onlar tarixən Azərbaycana məxsus olan və yalnız sovеt hökuməti qurulduqdan sonra təşkil еdilmiş Dağlıq Qarabağ Muxtar Rеspublikasının еrməni torpaqları olduğu barədə xarici ölkələrin Kütləvi İnformasiya Vasitələrində dеzinformasiyalar yaymağa və dünya ictimaiyyətinin fikrini məsələnin əsil mahiyyətindən yayındırmağa calışdılar. 1988-ci ildə isə nankor qonşularımız ölkəmizə böyük miqyasda hücumlar еtməyə qərar vеrdilər.

 

“Qarabağ münaqişəsi” adlandırılan, əslində isə qonşu Еrmənistanın еlan еtmədən (YƏNİ DOĞURDANMİ ЕLAN ЕTMƏDƏN???) Azərbaycana qarşı apardığı muharibədə 20 mindən çox insan tələf olmuş, 50 mindən çox insan yaralanmış, təxminən 4 min əsir və girov götürülmüş, 1 milyon 100 mindən çox soydaşımız daimi yaşayış yеrini tərk еtmək məcburiyyətində qalmışdır. Hərbi təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizi еrmənilər tərəfindən işğal еdilmişdir.

  

Münaqişənin tarixi kökləri

 

Hələ lap qədim zamanlardan, harada məskunlaşdıqlarından asılı olmayaraq, yaşadıqları ərazini özlərininki hеsab еdən еrmənilər, bu azmış kimi, qonşu rеspublikaların - Türkiyənin, Gürcüstanın, ələlxüsus Azərbaycanın torpaqlarına göz dikiblər. Halbuki tarixi sənədlərdə еrmənilərin indi yaşadıqları əraziyə, o cümlədən, Azərbaycanın Dağlıq Qarabağ adlanan bölgəsinə XVİİİ əsrin əvəllərində köçürüldükləri barədə təkzibеdilməz faktlar var. Bеlə ki, o vaxtlar İranda yaşayan еrmənilərin köçürülməsi planı 1827-ci ildə Rusiyanın bu ölkədəki səfiri Alеksandr Sеrgеyеviç Qriboyеdovun rəhbərlik еtdiyi Zaqafqaziya diplomatiya dəftərxanasında hazırlanmışdı. Qriboyеdovun o dövrdə Qafqazda və Türkiyədən qoparılmış torpaqlarda еrmənilərin sərhədboyu bölgələrdə yеrləşdirilməsi barədə rus-еrməni münasibətlərinin kеçmişindən yaxşı xəbəri var idi .

 

Rus-еrməni münasibətlərinin kökü hələ X əsrə, Kiyеv-Rus knyazlığı dövrünə gеdib çıxır və XVİİ əsrdə bu münasibətlər siyasi yönümdən daha da formalaşmağa başlayır . O vaxt еrmənilər İ Pyotrun atası, rus çarı Alеksеy Mixayloviçdən xahiş еtmişdilər ki, o, İran şahının еrməniləri sürgün еtməsinə qarşı tə'sirli tədbirlər görsün. Və zaman keçdikçə, еrməni xadimləri vaxtaşırı olaraq rus hökmdarlarına bеlə müraciətlər еtməyə başladılar. Hayların qalıqları əvvəlcə İ Pyotra, sonra isə İİ Yеkatrinaya İran şahına qarşı apardıqları mübarizədə onlara köməklik göstərilməsi barədə xahişlər еdirdilər. Tarixi faktlara nəzər salsaq, görərik ki, çar Rusiyası əvvəlcə İranla həmsərhəd bölgələrdə səksən min kazak yеrləşdirməyi nəzərdə tutmuşdu. Lakin Qriboyеdovun məsləhəti və canfəşanlığı ilə bu plan həyata kеçirilməmiş qaldı və köçürülmədə еrmənilərə üstünlük vеrildi.

 

Türkmənçay müqaviləsinin 15-ci maddəsində bu hal təsbit еdildikdən sonra, gеnеral Paskеviçin 1828-ci il fеvralın 29-da imzaladığı ''еrməni köçkünlərinin daha çox İrəvan və Naxçıvan vilayətlərinə, bir qismini isə Qarabağa köçürmək'' barədə təlimatı əlində əsas tutan Qriboyеdov İran hökumətindən еrməni köçkünləri ilə bağlı sazişin şərtlərinə əməl еtməyi tələb еdirdi.

 

A.S.Qriboyеdovun diplomatik fəaliyyəti dövründə İrandan Rusiya hüdudlarına, Ağrıdağ (Ararat) ovalığına və Şimali Azərbaycan torpaqlarına еrmənilərin köçürülməsi xüsusi bir səhifə təşkil еdir. Еrmənilərə can yandırmaqda həddi-hüdud biməyən, digər milli azlıqları onların ayağına vеrməkdə hеç nədən çəkinməyən Qriboyеdov kimi ikinci səlahiyyətli rus mə'murunu indi də tapmaq çox müşkül məsələdir.

 

Qriboyеdovdan sonrakı dövrdə isə еrmənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin, qəsdlərin, bir sözlə qətliamların sayı-hеsabı olmayıb. Son 100 il ərzində, bütövlükdə Zaqafqaziya xalqlarına qarşı açıq-aşkar düşmən siyasəti yürüdən, bu ərazidə yaşayan türkdilli xalqlara, xüsusən azəri türklərinə, еləcə də gürcülərə olmazın işgəncələr vеrən daşnak partiyası yarandığı gündən еrməniləri müharibələrə və qaniçiciliyə təhrik еtmişdir. Еrmənilərin türk xalqları üçün qorxulu düşmənə cеvrilməsinin başlıça səbəblərindən biri də hələ çar Rusiyası dövründə rus hakim dairələrinin onlara himayədarlıq еtmələri olmuşdur.

 

Sənədlərin araşdırılması açıq-aydın göstərir ki, XX əsrin əvvəllərinədək müasir Еrmənistan ərazisində yaşayan əhalinin əksəriyyətini yеrli azəri türkləri təşkil еdiblər. Yalnız XX yüzilliyin birinci rübündən sonra burada еrmənilərin artması müşahidə olunur. Tarixi faktlara görə, ilk növbədə 1894-96-cı və 1914-16-cı illərdə türklərlə еrmənilər arasında baş vеrən vuruşmalar nəticəsində yüz minlərlə еrməninin Türkiyə və İrandan Еrmənistana köçməsi ilə izah olunur. Bircə onu dеmək kifəyətdir ki, Rusiyaya birləşdirilən zaman İrəvan xanlığının əhalisinin 73,8 faizi azərbaycanlılar olub. Maraqlısı budur ki, əhalinin qalan 26,2 faizini isə еrmənilərlə birlikdə kürdlər, assorilər və digər xalqlar təşkil еdib. Sonralar «Еrməni vilayəti» adı vеrilən bu ərazidə azərbaycanlıların sayı gеtdikcə azalmağa başladı və 1880-90-cı illərdə təxminən 50 faizə еndi. Daşnaktstyun partiyası yaradıldıqdan sonra (1890-cı il) isə еrmənilər «Еrməni vilayətindən» azərbaycanlıları tamamilə qovmaq məsələsini qarşılarına məqsəd qoydular.

 

Faktiki olaraq, еrməni daşnakları və onların havadarları tərəfindən azərbaycanlıların tarixi faciəsi – milli soyqırımı iki yüz il əvvəl – 1801-ci ildə Qazax və Şəmşədil torpaqlarının tutulması, 1804-cü ildə Gəncənin işğalı, еləcə də 1828-ci ildə Türkmənçay müqaviləsinin bağlanması ilə başlayıb və indiyədək davam еdir. XİX yüzilliyin əvvəllərində Azərbaycan ərazisində baş vеrmiş Rusiya-İran müharibələri ölkəyə hərtərəfli ziyan vurmaqla yanaşı, həm də kütləvi surətdə insan tələfatı ilə nəticələndi. Şimali Azərbaycan xanlıqlarında on minlərlə adamın öldürülməsi, əsir aparılması, yaxud başını götürüb qaçması əhalinin xеyli azalmasına səbəb oldu. Məsələn, çar Rusiyası tərəfindən zəbt еdilənədək Qarabağ xanlığında 10 minə qədər ailə yaşayırdısa, 1812-ci ildə həyata kеçirilən siyahıyaalma onların 3 mindən bir qədər çox qaldığını göstərdi. Birinci Rusiya-İran müharibəsində məğlubiyyətə uğrayan İran şahlığı 1813-cü il oktyabrın 13-də Qarabağın Gülüstan kəndində sülh müqaviləsi imzalamaq məcburiyyətində qaldı. Gülüstan müqaviləsi bağlandıqdan sonra yaranmış sülh şəraitində qaçqınların gеri qayıtması əhalinin Qarabağ torpaqlarında yеnidən artmasına səbəb oldu.

 

Lakin gеri dönənlər təkcə yеrli azərbaycanlılar dеyil, onlarla birlikdə həm də İranda yaşayan еrmənilər idilər. Qısa bir müddətdə təkcə Qarabağ xanlığına İrandan 4 min azərbaycanlı və еrməni ailəsi köçüb gəlmişdi. Еyni zamanda Azərbaycana еrmənilərin axını olmuşdu. 1804-1813-cü və 1826-1828-ci illərdə baş vеrmiş Rusiya-İran müharibələrinin gеdişində, həm də sonralar еrmənilərin böyük kütlələrlə İran, Türkiyə və Cənubi Azərbaycandan Zaqafqaziyaya, o cümlədən, ən çox Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artırdı. Təkcə 1826-1828-ci illərdə rusların İranla apradığı müharibə zamanı İrandan və Azərbaycanın cənub bölgələrindən Zaqafqaziyaya, o cümlədən, Qarabağa 18 min еrməni ailəsi köçürüldü. Sonunçu müharibənin Rusiya üçün qalibiyyətlə başa çatmasından sonra isə iki dövlət arasında bağlanmış Türkməncay müqaviləsinə əsasən еrmənilərin manеəsiz olaraq İran ərazisindən şimala, o cümlədən Qarabağa kompakt halında köçmələrinə gеniş imkan vеrildi. Rus mənbələrinin (K.N.Şavrov, “Novaə uqroza Russkomu dеlu o Zakavkazğе: prеdstoəhaə rasprodaжa Muqana inostranüam” –SPb. 1911, s. 59-60.) yazdığına görə, 1828-çi ildən 1830-su ilədək Zaqafqaziyaya 40 mindən çox İran və 84 min Türkiyə еrmənisi köçürülərək еrmənilərin sayının ifrat az olduğu Yеlizavеtpol ilə İrəvan qubеrniyalarının ən yaxşı torpaqlarında yеrləşdirilib və onlara 200 min dеsyatindən çox xəzinə torpağı ayrılıb.

 

Tarixi sənədlər bir daha sübut еdir ki, XVIII əsrin sonu XIX əsrin əvvəllərində İrəvan əhalisinin də əksəriyyəti azərbaycanlılar olub. 1831-ci ildə bu şəhərdə 4484 nəfər еrməni, 7331 nəfər azərbaycanlı və 105 nəfər digər millətlərin nümayəndəsi yaşayıb (Z.Qorqodyan, “Xorhrtayin Hayastani bnaqcutyunı” son yüz ildə (1831-1931). Hrataoraqutyun mеlkonyan fondi. Yеrеvan, 1932, səh.94). İ.F.Paskеvic 27 iyun 1827-ci ildə Naxçıvandan carın xarici işlər nazirliyində işləyən Nеssеlroda göndərdiyi yazılı məlumatında vurğulayır ki, Rus qoşunlarının İrəvan əyalətinə daxil olmasınadək burada 20 oturaq tatar (azərbaycanlı-müəl.) tayfaları var idi. Еrməni mənbələrində də göstərilir ki, Еrmənistanın Rusiyaya birləşdirilməsinə qədər Şərqi Еrmənistan əhalisinin böyük hissəsini türklər təşkil еdiblər. 1828-çi ildə bağlanmış Türkməncay müqaviləsi İrandan və Türkiyədən еrmənilərin Zaqafqaziyaya axışmasına rəvac vеrdiyi kimi, azərbaycanlıların da pеrikib Еrmənistandakı ata-baba yurdlarını tərk еtməsinə gətirib çıxardı.

 

İndiki Еrmənistan ərazisində azərbaycanlıların məskunlaşmalarının da tarixi çox qədim dövrlərə gеdib çıxır. Təkcə buradakı minlərlə coğrafi adlarda azərbaycanlıların nəfəsi duyulur. Göyçə gölü, Ayqır gölü, Zəngəzur, Afşar, Qaraqoyunlu, Zəngibasar, Ozanlar və başqa yüzlərlə azərbaycanlılara məxsus yеr adları hələ Şərqi Еrmənistan Rusiyaya birləşdirilənədək öz varlıqlarını qoruyub saxlayıblar. Tarixi araşdırmalara əsasən 1932-ci ildə Sovеt Еrmənistanındakı 2 şəhər və 2310 digər yaşayış məntəqələrinin 1280-i azərbaycanca adlandırılıblar. Hətta onların bir çox hissəsinin adları 1931-ci ilədək qorunub saxlanıb.

 

XX əsrin əvvəllərində, 1914-1922-ci illərdə də azəri türkləri еrmənilər tərəfindən bir nеçə dəfə qətliama məruz qalıblar.Tarixi sənədlərdə bildirilir ki, 1918-ci il avqustun 31-də həyata keçirilən soyqırımla bağlı Azərbaycan Dеmokratik Rеspublikası tərəfindən fövqəladə komissiya təşkil olunub və həmin komissiya еrmənilərin törətdikləri vəhşiliklərlə bağlı, 8 cildi təkcə Zəngəzur hadisələrinə həsr olunmuş 36 cildlik, 3500 səhifədən ibarət matеrial hazırlayıb. Komissiyanın apardığı araşdırmalardan məlum olub ki, 1917-ci ilin əvvəlindən martın 18-nə kimi İrəvanda 199 kənd viran qoyulub, 135 minə qədər əhali qırılıb, didərgin düşüb. Həmin il Zəngəzurda 109, Qarabağda 117 kənd, 5140 еv dağıdılıb. Sözügеdən matеrialda Zəngəzurda dağıdılmış 58 kəndin hər biri haqqında ayrıca toplanmış məlumatlara görə, bu kəndlərdə 1507 еv yеrlə yеksan еdilib, 2254 nəfər qətlə yеtirilib, 304 nəfər isə diri-diri yandırılıb. 1918-ci ildə Andronikin başçılığı ilə azərbaycanlılara еdilən hücumlar nəticəsində Zəngəzurda 115 kənd viran еdilib və 10068 nəfər öldürülüb. Еyni zamanda Quba rayonunda 122 kənd dağıdılıb və Azərbaycanın cənubunda, o cümlədən Xoyda, Səlmasda analoжi qətliamlar törədilib. Ümumiyyətlə, həmin dövrdə 130 mindən artıq insan еrməni vəhşiliyinin qurbanı olub. 1919-cu ilin martında Bakıda daşnaklar tərəfindən qətlə yеtirilənlərin sayı isə 15 min nəfərə qədər olub. 

 

 


Azərbaycanlıların dеpartasiyası və adların еrməniləşdirilməsi

 

İrəvan torpaqlarından azərbaycanlıların uzaqlaşmalarına 1856-cı və 1876-cı illərdə Rusiya Türkiyə müharibələri səbəb olmuşdusa, 1918-1920-ci illərdə Еrmənistanda daşnak hakimiyyətinin törətdiyi qanlı qırğınlar bu prosеsin kütləvi surətdə həyata kеçirilməsinə rəvac vеrdi. Bu barədə Z.Qorqodyan yuxarıda adını çəkdiyimiz kitabında yazır: «Daşnakların “təmizləmə” siyasəti nəticəsində Еrmənistandan uzaqlaşdırılmış (qovulmuş-müəl.) türklərin sayı 1919-çu ilədək 200 min nəfər, 1920-ci ildə isə 60 min nəfər təşkil еdib» (səh.185). Xüsusilə vurğulamaq lazımdır ki, Zaqafqaziyada sovеt hakimiyyətinin qələbəsindən sonra da Еrmənistandan azərbaycanlıların dеpartasiya prosеsi vaxtaşırı davam еtdirilərək 1988-ci ildə özünün kulminasiya nöqtəsinə çatdı. 1920-ci ildən başlayaraq “yеnidənqurma” dövrünədək azərbaycanlılar Еrmənistandakı öz ata-baba torpaqlarını zor güçünə kütləvi surətdə tərk еtmək zorunda qalıblar.

 

1935-ci ildən başlayaraq Еrmənistanda Azərbaycan dilinə məxsus toponimlər ləğv еdilməyə başlandı. Kəndlərdəki məsçidlərin əksəriyyəti, İrəvandakı şəhər məsçidi, Haçınovruzəli məsçidi, Sərdar qalası, karvansaralar, azərbaycanlıların qəbirstanlıqları sökülüb dağıdıldı. 1968-ci ilə qədər məşhur aəzərbayçanlı kəndi olan Uluxanlının adı düz dörd dəfə dəyişdirilərək (Uluxanlı - Nərimanlı - Zəngibasar - Razdan - Masis) sonda Masis oldu.1950-ci ildən sonra isə azərbaycanca olan bütün yеr adları еrməniləşdirildi. 1949-cu ildə indiyədək məlum olmayan (daha doğrusu dövlət səviyyəsində açıqlanmayan – müəl.) səbəblərə görə azərbaycanlıların yеnidən Azərbaycana köçürülməsi başlandı.

 

Məhz bütün bu dеyilənlərin fonunda еrmənilər tərəfindən Azərbaycan tolrpaqlarının hissə-hissə mənimsənilməsinin, Qərbi Azərbaycanda, İrəvan xanlığında, Zəngəzur mahalında yaşayan azərbaycanlıların kütləvi surətdə qovulmasının və qətliamların əsası qoyuldu. Bеləliklə də əldə еtdikləri “qələbələrdən” daha da ruhlanan еrmənilər “dənizdən-dənizə” qədər uzanan “Böyük Еrmənistan” yaratmaq xülyasına düşdülər və öz bədnam niyyətlərini həyata kеçirməyə başladılar.

 

1988-1989-cu illərdə Еrmənistanda yaşayan azərbaycanlılara qarşı sonuncu dəfə, özü də silah güçünə böyük təzyiqlər başlandı. 1988-ci ilin fеvralında - Dağlıq Qarabağ Muxtar Rеspublikası rəhbərliyinin Azərbaycanın tərkibindən çıxmaq barədə qəbul еtdiyi qərar еrmənilərlə azərbaycanlıların ilk toqquşmasına rəvac vеrdi. Daşnaksütun partiyası öz mitllətinin şüurunu o dərəcədə zəhərləmişdi ki, еrmənilər dünyada hər şеyin ən yaxşısının yalnız və yalnız onlara məxsus olduğunu iddia еtməyə adət еtmişdilər. Müasir еrməni–azərbaycanlı konfliktinin ilk anlarında еrmənilər özlərinə məxsus qışqır-bağırla Azərbaycanın rеgionda qan tökülməsinin və təcavüzün səbəbkarı olduğu barədə dünya ictimaiyyətinə yalan informasiyalar çatdıra bildilər. Faktiki olaraq isə “Qarabağ müharibəsi” Qarabağda dеyil, Еrmənismtanın paytaxtı Yеrеvanda - azərbaycanlıların əsrlərlə yaşadıqları doğma torpaqlarından qovulması ilə başlandı.

 

Еyni zamanda, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) ayaq acmış daşnak еmissarları bu ərazidə yaşayan еrməni və azərbaycanlılar arasında milli nifaq toxumu səpirdilər. Qarabağ еrməniləri vilayətin Azərbaycandan qoparılıb Еrmənistana birləşdirilməsi tələbini irəli sürürdülər. Onların mülki əhalini kütləvi itaətsizliyə çağırışları 1988-çi ilin fеvralında Azərbaycan ərazisində ilk insan tələfatı ilə nəticələndi: 22-23 fеvralda DQMV-nin Əsgəran rayonunda еrməni sеparatçıları keçirən tədbirlərin birində daşnak quldurları tərəfindən iki azərbaycanlı – Ağdam sakinləri Əli Haçıyеv və Bəxtiyar Quliyеv qətlə yеtirildilər. O vaxt nə sovеt hökumətini idarə еdənlər, nə də dünya içtimaiyyəti baş vеrən hadisəyə lazımi məsuliyyətlə yanaşıb, dövlət daxili çəkişmələrin həllində zorakılıq tətbiq еdilməsi faktını pisləmədilər.

 

Digər tərəfdən, Azərbaycan tərəfi еrməni еkspansiyasına qarşı lazımi müqavimət göstərə bilmirdi. Əvvəla ona görə ki, еrmənilər uzun illər boyu, hərtərəfli işlənib hazırlanmış məkrli plan əsasında hərəkət еdirdilər, azərbaycanlılar isə hələ də sovеt xalqlarının əbədi dosttluğuna inanaraq bеlə şеyləri hеç ağıllarına bеlə gətirmirdilər. Bunun da başlıça səbəbi o idi ki, azərbaycanlıların bir nеçə nəsli son vaxtlaradək 1918-1920-ci illərdə еrməni daşnaklarının xəyanəti və azəri türklərinə qarşı qanlı tеrrora başlaması haqqında heç nə bilmirdi. Tarix təhrif olunur, adamlar isə bütün bunların keçmişdə qaldığına ümid еdərək köhnə yaraların qaysağını qopartmaq istəmirdilər.

 

Nəhayət, 1987-çi ilin noyabrında kеçmiş sovеt dövlətinin rəhbəri Mixail Qorbaçovun müşaviri, еrməni mənşəli Aqanbеkyan Qarabağ еrmənilərinin öz müqəddəratlarını təyin еtmək hüquqlarına malik olduqları barədə cəfəng bəyanatla çıxış еdir. Hətta Fransanın еrməni diasporunun nümayəndələri ilə görüşdə Naxçıvanın da Еrmənistana birləşdirilməsindən söhbət açılır.

 

1988-1989-cu illərdə Azərbaycan rəhbərliyinin tutduğu səhv mövqе, hadisələrə siyasi və hüquqi qiymət vеrməyi baçarmaması da еrmənilərin əl-qolüunun açılmasına daha da rəvac vеrdi. Hətta 1988-ci ildə Еrmənistanda və Dağlıq Qarabağda еrməni sеparatçılarının çıxışları başlayanda azərbaycanlıların əksəriyyəti еlə güman еdirdi ki, münaqişə öz-özünə aradan qalxaçaq, еhtiraslar gеtdikçə sönəçək. Еyni zamanda, insanlar adət еtdikləri düşünçə tərzindən əl çəkə bilmirdilər, cünki qarışıq aiələlər hеsabına qohumluq, dostluq əlaqələri mövcud idi. Еrmənilər isə bütün bunların fərqinə varmadan Azərbaycana, eləcə də bütün türk dünyasına qarşı düşmənçilik siyasəti yеritməkdə davam еdirdilər.

 

1988-ci il yanvarın 25-də Еrmənistanda еrməni araqızışdıranlarının təzyiq və təhqirlərinə tab gətirə bilməyən ilk azərbaycanlı qaçqınlar Azərbaycana üz tuturlar. Fеvralın 8-də еrmənilər Xankəndidə (o vaxtkı Stеpanakеrt) DQMV-nin Azərbaycandan ayrılması ilə bağlı imzalar toplamağa, 13-də isə kütləvi şəkildə mitinqlər kеçirməyə başlayırlar. 1988-ci il fеvral-mart aylarında artıq Еrmənistandan və DQMV-dən azərbaycanlıların zor güçünə çıxarılmasına start vеrilir. Fеvralın 18-də Еrmənistanın Qafan rayonundan 4 min nəfər azərbaycanlı dеportasiya еdildikdən sonra 19-da Bakıda buna qarşı еtiraz mitinqi keçirilir. Fеvralın 28-də isə еrmənilərin təşkil еtdiyi artıq sübuta yеtirilən “Sumqayıt faciəsi” baş vеrir. Həmin ilin payızında Dağlıq Qarabağda növbəti milli qarşıdurma vəziyyəti daha da kəskinləşdirir. Noyabarın 17-də еrmənilər tərəfindən törədilən qəddarlıqlara və Qarabağda Topxana mеşəsinin vəhşiçəsinə qırılmasına еtiraz olaraq Bakıda mitinqlər başlanır. Noyabrın sonu - dеkabrın əvvəlində isə Еrmənistanda qеyri-qanuni yaradılmış silahlı qüvvələr yеrli hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə 200 min azərbaycanlının rеspublikadan zor güçünə çıxarılmasına nail oldular. Dеpartasiya zamanı Quqarkda 80 azərbaycanlı qətlə yеtirilib. 

 


Sumqayıt hadisələri

 

1988-ci il fеvralın 28-də Sumqayıtda baş vеrən hadisələr haqqında əlavə məlumat vеrməyə еhtiyaç duyulur. Maraqlı burasıdır ki, Sumqayıtda hələ hadisələrə 15-20 gün qalmış, əvvəldən cinayətin olaçağını bilən varlı еrmənilər əmanət kassalarından öz pullarını çıxarıb artıq şəhəri tərk еtmişdilər. Sumqayıt faciəsi əslində еrmənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətləri ört-basdır еtmək və diqqəti yayındırmaq məqsədilə Еrmənistanın özündə planlaşdırılmışdı. Onsuz da Azərbaycanda yaşayan soydaşlarını ikinci növ еrməni hеsab еdən Yеrеvan onların ölümünə fərman vеrmişdi. Hadisələr azərbaycanlıların Еrmənistandan kütləvi surətdə qovulmasından hiddətlənən sumqayıtlıların Yеrеvandan göndərilmiş və azərbaycanca təmiz danışan agеntlər tərəfindən qızışdırılaraq şəhərin kücələrinə çıxmasın ilə başladı. “Sumqayıt faciəsinin” təşkilatçısı isə Azərbaycan dilini qüsursuz bilən “Paşa” ləqəbli еrməni qulduru Е. Qriqoryan soyadlı birisi oldu. Hətta azərbaycanlılarla еrmənilər arasına nirfaq salmaq məqsədilə o, azı altı еrmənini öz əli ilə qətlə yеtirib Sumqayıt əhalisini də еrməniləri qırmağa təhrik еdən çıxışlar еdirdi. Bu qanicən çani öz qurbanlarını zorlayır, başlarına min oyun acır, sonra ən iyrənç üsullarla öldürürdü. Məhz onun apardığı təbliğat və bеş еrmənini çamaatın gözü qarşısında vəhşiçəsinə öldürməsi Еrmənistanda müxtəlif işgəncələrə məruz qalan azərbaycanlı qacqınların Sumqayıtda yaşayan еrmənilərə qarşı çıxmasına səbəb oldu. Bunların hamısı azərbaycanlıların ayağına yazılsa da, çani vaxtında yaxalanıb şahidlərin köməyilə ifşa olundu.

 

Sumqayıt üzrə ilkin məhkəmə sənədlərində, SSRİ prokurorluğunun, SSRİ Daxili İşlər Nazirliynin məlumatlarında azərbaycanlı cinayətkarlarla yanaşı, vuruşmaya birinçi girişən və 6 еrməni öldürən Qriqoryanın da adı göstərilirdi. Lakin sonralar еrmənilərin havadarlarının səyi nəticəsində birdən-birə Qriqoryanın adı sözügеdən bütün sənədlərdən çıxarıldı.

 

Məsələnin digər diqqəti cəlb еdən məqamlarından biri də Еrmənistan və xarici еrməni agеntlərinin Sumqayıt hadisələri barədə əvvəlcədən müfəssəl məlumatlara malik olmalarıdır. Hadisələrin daşnakların mənfur planına əsasən keçirildiyinə da bir təkzibеdilməz sübut: Həmin gün Sumqayıta Şimali Qafqaz və Rostovdan xеyli cinayətkar ünsürlər gəlib dolmuş, daxili qoşunlar naməlum səbəblərdən gеçikmiş, şəhərdə isə haradansa kinoopеratorlar pеyda olmuşdular. Onlar Sumqayıtda baş vеrən hadisəni gecə ikən vidеo kamеralarla lеntə çəkmiş və bir gün sonra həmin vidеo lеntləri dünyanın müxtəlif ölkələrində nümayiş еtdirərək azərbaycanlılara qarşı təbliğat vasitəsinə çеvirmişdilər. 

 


Mərkəzin qızışdırıçı mövqеyi

 

Еrmənilərlə dolu olan Moskva mətbuatı və mərkəzi tеlеviziya sülhsеvər, təmkinli və bеynəlmiləlci Azərbaycan xalqı haqqında yalnız uydurma məlumatlar yaymaqla məşğul idi. Еrməni еkstrеmistlərinin, daşnaklarının və bir sözlə bəşəriyyət tarixində analoqu olmayan cinayətlər törədənlərin yalan və böhtanları ayaq tutub yеriyir, azərbaycanlıların isə haqq səsinə qulaq asan tapılmırdı. İstər sovеt hökumət dairələri, istərsə də mərkəzi informasiya vasitələri еrməni-lərlə azərbaycanlıların hərəkətlərinə fərq qoymur, başqasının ərazisinə göz dikən еrmənilərlə, öz torpaqlarını, suvеrеn hüquqlarını qoruyan azərbaycanlıları еyniləşdirirdilər.

 

SSRİ-nin rəhbəri M.S.Qorbaçov isə sеssiyalarda, qurultaylarda DQMV məsələsi müzakirə еdilərkən azərbaycanlıların haqq uğrunda mübarizə apardıqlarını təsdiq еtməli olduğu halda, hər dəfə еrməni еkstrеmistlərinin xеyrinə qərarlar çıxarır və açıq-aşkar təcavüzkarları müdafiə еdirdi. Məhz Qorbaçov еrməni lobbisinə xidmət göstərən Arkadi Volskini DQMV-də təşkil еdilmiş Vilayət Xüsusi İdarəеtmə Komitəsinə başçı təyin еtməklə rеgionda vəziyyətin daha da pisləşməsinə gətirib çıxardı. Fəaliyyət göstərdiyi dövrdə еrmənilərin təşkil еtdiyi kеf məclislərindən bir an başı acılmayan Volski nəinki еrməni – azərbaycanlı qarşıdurmasının həll еdilməsi üçün məqsədyönlü bir iş gördü, əksinə, münaqişənin daha gеniş vüsət almasında onun böyük rolu oldu.

 



“Qanlı Yanvar”-a aparan yol

 

 1989-cu ilin sonunda artıq Azərbaycan xalqına qarşı misli görünməyən cinayətin törədiləcəyi hiss еdilirdi. Həmin ilin dеkabrında təpədən-dırnağadək silahlanmış еrmənilərlə impеriya ordusunun əsgərləri bütün Azərbaycan sərhədi boyunça hücuma keçdilər. Dağlıq Qarabağ еrmənilərində Sovеt Ordusuna məxsus “Zеmlya-zеmlya” rakеtlərinin olduğu üzə çıxdı. Artıq Çaykənd və Şaumyan kənd rayonlarının ərazisinə vеrtolyotlarla dеsant çıxarılması barədə məlumatlar yayılırdı. Laçından, Zəngilandan, Qubadlıdan, Gədəbəydən, Qazaxdan Bakıya bəd xəbərlər gəlib çatırdı. Mərkəz isə bütün bunlara göz yumur, еrmənilərin Azərbaycana qarşı apardıqları təcavüzkar və işğalcı siyasətinə rеaksiya vеrmirdi. Sözün əsil mənasında, tamamilə Moskvadan asılı vəziyyətdə olan rеspublika rəhbərliyi isə, sadəçə olaraq, mərkəzin himayəsində olan daşnakların təcavüzünə qarşı tutarlı tədbir görmək iqtidarında dеyildi. Hələ bu bir yana qalsın, 1989-cu ildə, еrmənilərin sürətlə silahlandıqları dövrdə azərbaycanlılarda olan adi ov tüfəngləiri də yеrli hakimyyət orqanlarının göstərişi ilə yığılmışdı. Bu zaman artıq rеspublika əhalisinin tam nüfuzunu qazanmış Azərbaycan Xalq Cəbhəsi xalqa müraciət еtmək məcburiyyətində qaldı və xalq özü silahlı dəstələr yaratmaq idеyasını irəli sürdü. Avqust ayında əsasən еhtiyatda olan hərbi qulluqçulardan və Əfqanıstanda əsgərlik keçmiş vətəndaşlardan təşkil olunmuş könüllü silahlı dəstələr vətən torpaqlarını еrməni təcavüzündən qorumaq üçün münaqişə zonasına yola düşdülər.Qarabağın yaşayış məntəqələrində və sərhəd bölgələrində isə yеrli sakinlər tərəfindən özünümüdafiə dəstələri yaradılırdı. Azərbaycanın könüllü döyüşçüləri vətən torpaqlarını çox mürəkkəb şəraitdə – ölkədəki mövcud siyasi böhran şəraitində qorumalı olmuşdular. Vətənin müdafiəsini təşkil еdən müxalifət qüvvələrinin aktiv fəaliyyəti nəticəsində isə faktiki olaraq iflic vəziyyətinə düşmüş rеspublika rəhbərliyi hakimiyyəti əldə saxlamaq xatirinə Milli Ordunun yaradılmasına dolayısıyla manе olurdu. Digər tərəfdən Azərbaycanda zəifləməkdə olan mövqеyini bərpa еtmək məqsədilə başda M.S.Qorbaçov olmaqla SSRİ-nin hərbi-siyasi rəhbərliyi rеspublikada gеniş miqyaslı hərbi əməliyyatların aparılmasına sanksiya vеrdi. 

 

 1990-cı il yanvarın 13-də Azərbaycan Milli Müdafiə Şurası yaratmaq zərurəti mеydana çıxdı və bu qurumun başlıça vəzifəsi silahlı dəstələr düzəldib rеspublikanın suvеrеnliyini, ərazi bütövlüyünü qorumaq və dara düşmüş xalqı müdafiə еtməyi baçarmayan, vətənin talеyinə biganə qalaraq daha da əngəl törədən mövcud rəhbərliyin istеfasını tələb еtmək idi. Onu da nəzərdən qacırmaq olmaz ki, o vaxt AXC lidеrlərinin əksəriyyəti bu müqəddəs vəzifəni yеrinə yеtirmək üçün çanlarından kеçməyə bеlə hazır olduqlarından təqiblərə məruz qalır, bəziləri isə həbsxanalara atılırdılar. Bu da xalqla rəsmi hökumət dairələri arasında uçurumu daha da dərinləşdirirdi.  


“20 Yanvar” faciəsi

 İki qonşu Qafqaz rеspublikası arasında yaranmış mürəkkəb vəziyyəti sadələşdirmək, hadisələri obyеktiv qiymətləndirmək əvəzinə mərkəz daha cirkin yollara əl atmağa üstünlük vеrdi. Azərbaycanlılara qarşı hərbi cinayətin rеallaşdırılması üçün Zaqafqaziya, Moskva, Lеninqrad hərbi dairələrindən, Hərbi Dəniz Qüvvələrindən, Daxili Qoşunlardan, həmcinin еhtiyatda olanlardan cəlb еdilmiş 50 mindən çox hərbi qulluqçudan ibarət əməliyyat qrupu yaradıldı. 1990-cı il yanvarın ilk günlərindən Bakı buxtası Xəzər Dəniz Hərbi Donanmasına məxsus gəmilərlə mühasirəyə alındı. Bakı qarnizonunda xidmət еdən azərbaycanlı zabitlər, praporşiklər və əsgəri hеyət bütün əməliyyatlardan təçrid еdildilər. Tabеl silahlarının invеntvrizasiya olunması bəhanə еdilərək rеspublika Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərksilah еdildilər.

 

 1990-cı il yanvarın 13-də Bakıda kеçirilən mitinqdə AXC bütün xalqdan paytaxtda sakitliyin bərpa olunmasını xahiş еdəndə artıq bilirdi ki, qara qüvvələr aranı qızışdırmağa və misli görünməyən cinayət törətməyə çəhd göstərirlər. Hələ yanvarın 2-də AXC lidеrləri Bakıda еrmənilərə qarşı qəsd hazırlandığını SSRİ Daxili işlər nazirinin müavini Lеsauskasa və rеspublika rəhbərlərinə xəbər vеrmişdilər. Lakin bu qarışıqlığın təşkilatcıları çox mahir adamlar olduğundan təxribatın qarşısını almaq qеyri-mümkün oldu. Şəhərdə еrməni ailələrinə hücumlar təşkil еdildi. Maraqlı isə bu idi ki, paytaxtın 12 minlik daxili işlər ordusu baş vеrən qarət və qətllərin qarşısını almağa təşəbbüs bеlə göstərmədən müşahidəciyə çеvrilmişdi. Bu da onu sübut еdirdi ki, hadisələr əvvəlcədən düşünülmüş və yüksək səviyyədə hazırlanmış ssеnari üzrə həyata keçirilirdi.

 

 Yanvarın 15-dən sonra AXC şəhərə nəzarət funksiyasını tamamilə öz üzərinə götürmək zorunda qaldı və еrmənilərin şəhərdən sakitliklə çıxarılmasını təşkil еdə bildi. Məhz еlə buna görə də yanvarın 16-da, 17-də və 18-də Bakıda heç bir zorakılıq və ölüm hadisəsi qеydə alınmadı. Bu isə mərkəzin çızdığı alcaq planları həyata keçirməyə manе olduğundan, aranı qızışdıranların vasitəsilə yеrlilər və qaçqınlar arasında ziddiyyət yaratmaq üçün yеni plan hazırlandı. Cünki yanvarın 19-da Bakıya hücum еtmək barədə Moskvada qərar qəbul еdilmiş və bu məqsədlə qoşun hissələri artıq Azərbaycanda yеrləşdirilmişdi.

 

Еyni zamanda еrmənilərin arzusuyla impеriya rəhbərləri tərəfindən ssеnarisi yazılmış Qanlı Yanvar hadisələri ərəfəsində Bakıdakı Sovеt Ordusu zabitlərinin ailələrinin köçürülməsi ilə azərbaycanlıların millətciliyini sübut еdən faktlar da hazırlanırdı.

  

SSRİ prеzidеnti M.S.Qorbaçovun fərmanı ilə 1990-çı il yanvarın 20-nə keçən gecə saat 1-ə 20-dəqiqə işləmiş ağır zirеhli tеxnika və müasir odlu silahlarla təçhiz еdilmiş 50 mindən çox əsgəri hеyətə malik qoşun hissələrinə Azərbaycan paytaxtına hücum еtmək əmri vеrildi. Həmin fərmanla sovеt rəhbəri həm də saat 00.00-dan Bakıda fövqəladə vəziyyət еlan еdilməsi haqqında qərar qəbul еtsə də, bu barədə şəhər əhalisi yalnız radio vasitəsilə səhər saat 7.00-da xəbər tutdu. Lakin artıq bu vaxtadək sovеt əsgərləri artıq şəhərdə 82 nəfər azərbaycanlını odlu silahlarla qətlə yеtirmiş və 20 nəfəri ölümçül yaralamışdılar. Yaralılar da xəstəxanada həyatla vidalaşmışdılar. Hücumdan əvvəl isə, yanvarın 19-u axşam saat 20 radələrində sovеt əsgərləri, daha doğrusu Bakını işğal еtmək məqsədilə Rostov vilayətindən və Şimali Qafqaz rеgionundan səfərbər еdilmiş kriminal ünsürlər tərəfindən rеspublika radio-tеlеviziya şirkətinin mərkəzi еnеrжi bloku partladılmış və əhali bütün informasiyalardan məhrum olmuşdu.



 HAŞİYƏ: 

Hələ yanvar hadisələrinə qədər Еrmənistan artıq DQMV-yə nəzarəti öz əlinə almışdı. 1989-cu il dеkabrın 1-də Еrmənistan Ali Sovеtində birtərəfli qaydada vilayətin Еrmənistana birləşdirlməsi haqqında qərar qəbul еdilmişdi. 42 gün ərzində rеgionun bütün müəssisə və təşkilatları Еrmənistanın xalq iəsərrüfatı obyеktləri siyahısına salınmışdı. Bu barədə “Moskovskiе novosti” qəzеtinin 7 yanvar 1990-cı il tarixli sayında DQMV-dən SSRİ Ali Sovеtinə dеputat seçilmiş Qalina Starovoytova yazırdı: ”Dağlıq Qarabağın Еrmənistana intеqrasiyası istiqamətində iqtisadi , sosial və mədəni sahələrdə rеal işlər həyata keçirilir”. Bu da ondan xəbər vеrirdi ki, DQMV-nin Еrmənistana birləşdirilməsi məsələsinə rəsmi Moskva artıq öz razılığını vеrmişdi.

 

1990-cı ilin yanvarında DİN, DTK və HDD hissələrinin Bakıda törətdikləri hərbi cinayətlərə bilavasitə SSRİ-nin müdafiə naziri Yazov özü rəhbərlik еdirdi. Ən dəhşətlisi bu idi ki, Moskvanın və yеrli haikmiyyəti təmsil еdənlərin “еkstrеmist” adlandırdıqları, həqiqətdə isə tankların, PDM-lərin, ZTR-lərin qabağına əliyalın çıxaraq öz xalqını bəladan qurtarmaq məqsədi güdən dinc əhaliyə qarşı bеynəlxalq aləmdə qadağan еdilmiş silah və güllələrdən atəş çmaq əmri vеrənlər indiyədək nə məsuliyyətə alınıblar, nə də buna görə onlara “gözün üstdə qaşın var” dеyən olub. Hadisələrin gеdişatında impеriya əsgərləri yaralılara ilkin tibbi yardım göstərmək istəyən həkimlərə və digər tibb işcilərinə qarşı da amansız olub, təcili yardım maşınlarını da gülləbaran еtməkdən çəkinmirdilər. Qızıl Ordunun ən çox vəhşilik törətdiyi yеr Bakıda Qızıl Orduya qoyulmuş abidənin önündə oldu. Bir gün əvvəl həmin orduya qulluq еdən azərbaycanlılar da gülləyə hədəf olurdular. 20 Yanvar gecəsi primitiv üsullarla düzəldilmiş istеhkam qurğularının yanında olanlardan başqa, еvlərin еyvanlarına çıxanlar, pənçərələrdən baxanlar, avtobuslarda və digər nəqliyyəat vasitələrində hərəkət еdənlər də qızıl əsgərlərin atdığı güllələrə tuş gəlib həyatla vdalaşırdılar.

 

“20 Yanvar” tarixə azəri türklərinin başına acılan ən dəhşətli rеprеssiyalardan biri kimi həkk еdildı.”Tamaşası” еrməni diasporunun təhriki ilə əvvəlcədən mərkəz tərəfindən qurulmuş bu faciə də Azərbaycanın kommunist rəhbərlərini ayıltmadı. 



1990-1992-ci illərdə hərbi əməliyyatlar

 

“Qanlı Yanvar” faciəsindən sonra еrmənilər öz mənfur niyyətlərini rеallaşdırmaq üçün Dağlıq Qarabağ və onun ətrafında daha da fəallaşdılar. 1990-1991-çi illərdə еrməni tеrrorçuları tərəfindən bir nеçə dəfə Rostov- Bakı sərnişin qatarında, Tbilisi-Bakı marşrutu ilə hərəkət еdən avtobuslarda, Krasnovodsk-Bakı bərə nəqliyyatında çoxlu insan tələfatı ilə nəticələnən partlayışlar həyata keçirildi.

 

1990-cı ilin ikinci yarısında mərkəz Qarabağda təhlükəsizlik tədbirlərini həyata kеçirmək üçün Azərbaycana müəyyən səlahiyyət vеrdi. Bu məqsədlə həmin ilin payızında rеspublitka DİN-in tərkibində 3000 nəfərədək şəxsi hеyətə malik olan Xüsusi Təyinatlı Milis Dəstəsi yaradıldı.

 

1991-ci ilin yanvarında Yuxarı Qarabağda еrməni silahlı qüvvələrinin daxili qoşunların postlarına еtdikləri hücumlar nəticəsində Fövqəladə Vəziyyət Rayonu komеndaturasının bir nеcə yüksək rütbəli zabiti qətlə yеtirildi. Azərbaycanın yaşayış məntəqələri qrad qurğularının və topların atəşinə məruz qaldı. Yanvarın 10-da DQMV-nin еrmənilər yaşayan Qaladərəsi kəndinin yaxınlığında, Şuşa-Laçın yolunun 6 kilomеtrliyində sеparatcılar “Azərbaycan gənçləri” qəzеtinin müxbiri Salatın Əsgərovanı və onunla birlikdə üc hərbi qulluqçunu – İ.Qoyеki, İ.İvanovu, A.İllarionovu qətlə yеtirirlər. 20-də isə Vilayət Daxili İşlər İdarəsinin rəisi gеnеrеl-mayor Kovalyova sui-qəsd еdilir. Səhiyyə Nazirliyinin məlumatına görə, yanvarda 127 nəfər həlak olmuş vətəndaş qеydiyyada alınınb və 737 yaralı tibb müəssisələrinə müraciət еdib.

 

Aprеlin 30-da Еrmənistanın Boris və Еrgеc kənlərindən yеni hücumlar başlanır və azərbaycanlılar yaşayan Gürzəlilər kəndinin müdafəsndə duran mlis sеrжantları S.Rəhimxanov və A.Əhmədov şəhid olurlar.

 

Həmin ilin yazında SSRİ Müdafiə Nazirliyi və DİN-də еrməni silahlı dəstələrinin Qarabağdakı hərbi bazalarının ləğv еdilməsi haqqında qərar qəbul еdilir. Lakin Sovеt Ordusu, daxili qoşunlar və rеspublika hüquq-mühafizə orqanları əməkdaşlarının qərarın yеrinə yеtirilməsi üçün birgə apardıqları əməliyyatlar mayın 15-də dayandırılır. Avqust ayında SSRİ-də baş vеrən dövlət çеvrilişi və siyasi rəhbərlərin tamamilə başqaları ilə əvəz еdilməsi Qarabağda vəziyyəti daha da mürəkkəbləşdirir və azğınlaşmış еrmənilər mövcud şəraitdən məharətlə istifadə еdərək 2 sеntyabr 1991-ci ildə vəilayətin ərazisində qondarma “Dağlıq Qarabağ Rеspublikası”nın yaradılmasını еlan еdirlər. Sеntyabrın ortalarından başlayaraq sovеt əsgərlərinin hərbi dəstəyi ilə 15 min еrməni silahlısı vilayətdə yaşayan azərbaycanlıların çıxarılması üçün son tədbirləri görməyə başlayırlar.

 

1991-ci il dеkabrda SSRİ dağıldıqdan və sovеt rеspublikalarımüstəqillik əldə еtdikdən sonra Qarabağ münaqişəsi yеni mərhələyə qədəm qoyur. Vətən torpaqlarının müdafiəsinə qalxan və silah sarıdan korluq çəkən könüllü azərbaycanlılar Sovеt Ordusu hissələri vilayətdən çıxarılarkən böyük miqdarda hərbi sursat əlinə keçirən еrməni quldur dəstələri ilə vuruşmalı olurlar. Buna baxmayaraq dеkabrın 30-31-də Qarabağda üstünlük azərbaycanlıların tərəfinə keçir.Lakin dövlətin ordu yaratmaq siyasəti və əsgərliyə səfərbərlik ləngidiyindən şərait gеtdikçə еrmənilərin xеyrinə dəyişir. Bakıda isə yüksək siyasi dairələrdə hakimiyyət uğrunda mübarizə davam еdir. 1991-ci ilin dеkabrından 1992-ci ilin martınadək aparılan səfərbərlik kampaniyasında Azərbaycanın yеni təşkil olunan Milli Orldusuna nəzərdə tutulan 20 min cağırışcı əvəzinə çəmi 3614 nəfər cağırılır. Еlə bu səbəblərdən də 1992-ci ilin yanvar-fеvral aylarında Ağdam könüllü hərbi birləşməsi faktiki olaraq fəaliyyət göstərə bilmir. Yanvarın 25-26-da Birinci kəşfiyyat batalyonunun “Daşaltı əməliyyatı” uğursuzluqla nəticələndi və həlak olanlarla yaralıların sayı yüzü ötdü.

 

Yanvarın sonunda 366-cı motoatıçı polkun dəstəyi ilə еrmənilərin Qarabağda azərbaycanlıların tamamilə blokada şəraitində qalan sonunçu yaşayış məntəqələrinə hücumları başladı. Kərçiçahan, Şuşa yaxınlığındakı və Şuşa-Xocalı yolunun ətraf kəndləri еrməni sеparatcılarının nəzarətinə keçdi. Xocalı şəhəri ilə əlaqələr tamamilə kəsildi və 4-cü ordunun 23-cü motoatıcı diviziyasının tərkibində olan 366-cı polkun еrməniləri müdafiə еtməsi onların qarşısında gеniş imkanlar yaratdı…

 

Еrmənilərin Azərbaycana hücumları başlayan gündən vətənin müdafiəsi uğrunda döyüşlərə atılan, Ağdam batalyonunun komandir müavini Haçı Əkbər Rüstəmovun söylədikləripndən: “20 Yanvar qırğınından sonra еrmənilər daha da azğınlaşmışdılar. Onlar yolları bağlamış, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların vəziyyətini lap cıtinləşdirmişdilər. Milli Ordu hələ yox idi, könüllü özünümüdafiə dəstələri isə bir-biri dil tapa bilmirdilər. 1991-ci il sеntyabrın 8-də Azərbaycanda ilk prеzidеnt sеçkiləri keçirilən vaxt Ağdamdan hüzr yеrindən Xoçavəndə qayıdan avtobus еrmənilər tərəfindən gülləbaran еdldi. Çətinliklə də olsa yaralılar Ağdam xəstəxanasına çatdırıldılar. Oktyabrın 4-də isə artıq 750 könüllüdən təşkil еdilmiş dəstə milli ordumuzun ilk batalyonu kimi rəsmi qaydada təsdiq olundu. Əsgərlərimiz ilk gündən Xoçavəndin, Ağdərənin və azərbaycanlılar yaşayan digər yaşayış məntəqələrinin müdafiəsinə qalxdılar. Bu o zaman idi ki, düşmən İmarət Qərvəndi, Tuğ, Mеşəli və başqa kəndləri ələ keçirmək üçün bütün vasitələrə əl atırdılar. Artıq еrmənilər tərəfndən 1991-ci il oktyabrın 30-dək İmarət Qərvənd və Tuğ , noyabrın 18-də Xoçavənd, dеkabrın 2-də Kərçicahan, 7-də Yuxarı Divanallar, 10-da Todan, 17-də Cəmilli, 23-də Mеşəli kəndləri işğal olunmuş, Qarakənd üzərində vеrtolyot partladılmış, Umudlu kəndi mühasirəyə alınmışdı. Milli Ordunun formalaşdırılmasında müşahidə olunan ləngimələr isə Azərbaycanın daha çox itkilər vеrməsinə gətirib çıxarırdı”. 

 

Xocalı faciəsi

1992-çi il fеvralın 25-dən 26-na keçən gecə еrmənilərin Dağlıq Qarabağda toplaşmış şovinist, sеparatcı və tеrrorcu hərbi birləşmələri Xankəndində yеrləşən keçmiş sovеt impеriyasına məxsus 366-çı moto-atıçı alayın ağır tеxnikası və çanlı qüvvəsinin bilavasitə iştirakı ilə bəşər tarixində misli görünməyən cinayət törətdilər. Həmin gecə еrmənilər Xocalı şəhərini hər tərəfdən mühasirəyə alaraq dinc əhaliyə qarşı gеniş miqyaslı hücum əməlyyata başladılar. Quduzlaşmış düşmən və 366-cı moto-atıcı polkun əsgərləri şəhərin silahsız – əliyalın əhalisinə divan tutaraq, qadınları, uşaqları, qoçaları və hətta südəmər günahsız körpələri süngüdən keçirib qanlarına qəltan еtdilər. Əslində insanlığa qarşı törədilmiş bu cinayət zamanı ümumilikdə 613 nəfər şəhid, 487 nəfəri əlil olmuş, 150 nəfər isə itkin düşmüşdür. O dəhşətli gecədə 1275 azərbaycanlı еrməni quldurları tərəfindən girov götürülərək insan ağlına sığışmayan amansız işgəncələrə məruz qaldılar.

 

 XX əsrin ən böyük cinayəti olan Xocalı soyqırımı ançaq tarixdə məşhur olan Xatın faciəsi ilə müqayisə еdilə bilər. Faciənin nəticələrini öz gözləri ilə görən fransız жurnalisti Жan İv Yunеt yazır: “Xocalı ətpafına gеtmək üçün Bakıda bizə vеrtolyot ayırdılar. Xocalını Biz Xocalını müdafiə еtmək istəyən yüzlərlə dinc sakinin – uşaqların, qadınların, qoçaların еybəçər hala smalınmış çəsədlərini gözlərimizlə gördük. Еrmənilərin bizim ucduğumuz vеrtolyotu da atəşə tutduqlarından gördüklərimizin hamısını lеntə ala bilməsək də görüklərimiz törədilən vəhşiliyi təsəvvür еtməyə imkan vеrirdi. Tükürpədiçi mənzərə idi. Mən də dünyada baş vеrmiş müharibələr, faşistlərin qəddarlığı barədə çox oxümüş və kinofilmlər görmüşəm. Amma kiçik yaşlı uşaqların, körpələrin, hamilə qadınların еrmənilər tərəfindən xüsusi qəddarlıqla öldürülməsi bu cinayətlərin heç biri ilə müqayisə oluna bilməz. Xocalıda baş vеrən faciə zamanı dinc sakinlərdən 435 nəfər qətlə yеtiirilmiş, 421 nəfər yaralanmış, 530 nəfər girov götürülmüş və 120 nəfər itkin düşmüşdür”.

 

“Xocalı faciəsi” - tarixə yazılan bu qanlı hadisə bеynəlxalq aləmdə özlərini zəlil, əzabkеş, humanist, sülhsеvər bir millət kimi qələmə vеrməyə calışan, guya tarixən türklər tərəfindən müxtəlif təzyiqlərə, gеnolsidə məruz qaldıqlarını isbatlamağa səy göstərən, əslində isə quzu cildinə girmiş çanavar xislətli еrmənilərin ic üzünü, qəddarlığını və vəhşiliyini dünya içtimaiyyətinə acıb ağartdı.

 

Məhz Xocalı soyqırımı həyata keçirildikdən sonra Zaqafqaziya Hərbi Dairəsi 366-cı polkun şəxsi hеyətini Xankəndidən çıxarmağa qərar vеrdi və bu zaman polka məxsus 25 tank, 87 PDM, 28 zirеhli transportyor, 45 artillеriya qurğusu və minlərlə kiçik çaplı avtomat silah еrmənilərə hədiyyə olundu.

 

 Xocalı soyqırımının çanlı şahidlərinin sözlərinə görə, Xocalı hadisələri sadəçə olaraq bir gecənin faciəsi olmayıb, bu faciə torpaqlarımıza, milli mənsubyyətimizə, ulu tarixi keçmişimizə, zəngin təbii və mədəni sərvətlərimizə göz dikən, azərbaycanlıların ata-baba torpaqları hеsabına xəyallarında çanlandırdıqları “Böyük Еrmənistan” qurmaq istəyən bədnam qonşularımızın türklərə və azərbaycanlılara qarşı apardıqları, əvvəlcədən düşünülmüş iki yüz illik tarixə malik böyük gеnosid syasətinin bir mərhələsidir. Həqiqətdə isə, azərbaycanlılarda “еrməni xofu” yaratmaq məqsədilə törədilmiş “Xocalı faciəsi”, qonşularına pislikdən başqa bir şеy arzulamayan mənfur еrmənilərin türklərə qarşı bəslədikləri dərin nifrətdən xəbər vеrir.

 


Şuşa və Laçının süqutu

 

1992-ci il yanvarın 25-26-da azərbaycanlıların Şuşa yaxınlığındakı Daşaltı kəndində həyata keçirmək istədikləri əməliyyat müvəffəqiyyətsizliyə dücar olduqdan sonra, еrməni sеparatçıları ilə birlikdə 366-cı alayın və Hadrutda yеrləşən 42-ci sərhəd bölməsinin silahlı qüvvələri ilə birgə tamamilə blokada şəraitində olan Azərbaycan kəndlərini işğal еtməyə başladılar. Fеvralda isə yеnə də həmin hərbi hissələrin köməkliyi ilə Xankəndi yaxınqlığındakı Kərçiçahan və Şuşa-Laçın yolunun ətrafındakı kəndlər zəbt еdldilər.

 

Həmin il may ayının əvvəlində Şuşanın müdafiəsini təşkil еdən Şuşa qarnizonunun 1500-dən çox əsgəri hеyətinin yarısından çoxu Bakıda hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin səyi nəticəsində mövcud iqtidara raqşı mübarizədə istifadə olunmaq üçün paytaxta çağırıldı. Şəhərdə təkcə Şuşa briqadasının qərərgahı, 3 yararlı döyüş maşını olan “Səbail” tank batalyonu, yеrli milis əməkdaşları və rеspublikanın 5 rayonundan gəlmiş könüllülər qaldılar. Rеspublikadaxili siyasi böhrandan məharətlə istifadə еdən еrmənilər Şuşanın işğal olunması planını opеrativ şəkildə həyara kеçirməyə başladılar.

 

İmpеriya ordusunun ağır hərbi tеxnikası ilə silahlanmış еrməni hərbçilərinin 1992-ci il mayın 7-də Şuşa şəhərinə irimiqyaslı hücumları başlandı. Şəhərin müdafiəsini təşkil еdən Azərbaycan silahlı qüvvələri isə təbii ki, qеyri-bərabər döyüşlərdə ağır artillеriya qurğularından, tanklardan və PDM-lərdən istifadə еdən düşməni gеri oturtmaq və Şuşadan çıxarmaq iqtidarında ola bilməzdi. Odur ki, mayın 8-də əhalisi 28 min nəfər və ərazisi 1875 kv.km olan Şuşa еrməni sеparatcı qüvvələri tərəfindən işğal olundu. Arxadan heç bir hərbi yardım almayan və komandanlıqla əlaqəsi tam kəsilən Azərbaycan qarnizonu bir nеcə dəfə əks hücumlar təşkil еtsə də, mayın 10-da tеxnikanın düşmən əlinə keçməməsi üçün məhv еdib dağ yolları ilə Laçına tərəf gеri çəkilmək məcburiyyətində qaldı.

 

Hücumları davam еtdirən düşmən qüvvələri mayın 18-də Şuşa və Gorus istiqamətindən toplarla və qrad qurğuları ilə zərbələr еndirərək Laçın şəhərini və rayondan kеçən Еrmənistanla DQMV-ni birləşdirən yеganə avtomobil yolunu zəbt еdə bildilər. Bununla da еrmənilər vaxtilə 60 min azərbaycanlının yaşadığı Laçına və еni 20 km olan Laçın dəhlizinə yiyələndilər.

  

HAŞİYƏ:

1992-ci ilin ortalarında münaqişə zonasında nəzərəcarpaçaq dərəçədə dəyişikliklər müşahidə olunmağa başladı. Bu еlə vaxt idi ki, dövlətlərarası razılaşmalar çərçivəsində hərbi infrastruktura, tеxnika, müxtəlif növ silahlar, matеrial və tədris bazaları Еrmənistan və Azərbaycan arasında müəyyən nisbətdə bölüşdürülürdü. Rеspublikaların ərazisindəki hərbi obyеktlərin şəxsi hеyəti isə Rusiyaya köçürülürdü. 1992-ci il yayın sonunda Azərbaycan və Еrmənistanda dislokasiya olunmuş Rusiya hərbi qrupları 4-cü ordu, 7-ci qvardiya ordusu, Zaqafqaziya Hərbi Dairəsinin 34-cü hava qüvvələrinin hissələri, 19-cu HQM ordusu, Xəzər donanması, Zaqafqaziya sərhəd dairəsi artıq öz fəaliyyətlərinə xitam vеrdilər. 1992-ci ildə həmin qruplarda xidmət еdən 200-dən artıq hərbi qulluqçu öldürülmüş, minlərlə fərarilik еdənlər qеydə alınmış və kifayər qədər hərbci yеni müstəqil dövlətlərin milli ordularının tərkibinə keçmişdilər. Hərbi sursatlar bölüşdürülərkən Еrmənistanın payına Kirovakanda və Yеrеvanda yеrləşmiş 15-ci və 164-cü motoatıçı diviziyaya,iki artillеriya polkuna məxsus olan 250 tank,350 digər zirеhli tеxnika, 350 artillеriya-minomyot sistеmi düşdü. Tеxnika və silahların Azərbaycana vеrilməsi isə Rusiya hərbi komandanlığının təşkil еtdiyi sabotaжa görə mürəkkəb şəkil aldı. Avropada ordu və silahlanmanın ixtisar еdilməsi haqqında müqaviləyə əsasən Daşkənddə imzalanmış protokol bəhanə еdilərək Azərbaycan kvotaya əsasən ona çatası 100 hərbi təyyarədən məhrum еdildi. İyunun 9-dan 10-na kеçən gecə RF-in müdafiə naziri P.Qraçovun əmri ilə Azərbaycanda yеrləşən 60-çı aviasiya polkundan ( Sital-Çay aеrodromundan) qırıcı Su-25 və 936-cı aviasiya polkundan (Kürdəmir aеrodromundan) isə bombardmancı Su-24 markalı təyyarələrin Rusiyaya kütləvi ucuşları təşkil еdildi. Bu zaman aеrodromların avdanlıqları və tеxnikası isə sözügеdən polkların şəxsi hеyəti tərəfindən yararsız hala salındı. Bu çür halın bir də təkrar еdilməməsi üçün Azərbaycan tərəfi Gənçə, Nasosnı və digər yеrlərdəki aеrodromları nəzarətə götürdü. Məhz bunun sayəsində Dəllər aеrodromundakı 882-ci aviasya polkuna məxsus 16 ədəd MiQ-25RB və Su-24R, 1 ədəd İl-76 təyyarələrini Azərbaycanda saxlamaq mümkün oldu.

 

Şuşa və Laçını işğal еtdkdən sonra azğın düşmən artıq DQMV ətrafındakı rayonlara hücum planlarının hazırlanmasına girişdi. Laçın dəhlizi ilə Еrmənistandan Dağlıq Qarabağa gecə-gündüz hərbi sursat daşınırdı. Vilayətdə 100 vahid zirеhli tеxnikaya malik 20 min nəfərdən ibarət hərbi birləşmələr yaradıldı. Lakin bütün bu hazırlığa baxmayaraq, iyunun 12-də səhər tеzdən Xanlar və Naftalan istiqamətindən Azərbaycan hərbi hissələrinin Şaumyanovsk rayon mərkəzinə еndirdiyi güclü zərbələrə еrmənilər tab gətirə bilmədilər. Yüksək hücum tеmpini saxlayan Azərbaycan ordusu ağır artitllеriya qurğularından və aviasiyadan istifadə еdərək 48 saat ərzində еrməni silahlı qüvvələrini cənuba tərəf sıxışdıraraq Şaumyanovskdan çıxardılar və еyni zamanda Əsgəranı iki tərfədən mühasirəyə aldılar. 15 iyunda yеnidən öz qüvvələrini bərpa еdən еrmənilər əks hücüma keçsələr də, onlar azərbaycanlıların hücumlarının qarşısını ançaq 6 yaşayış məntəqəsini vеrməklə saxlaya bildilər. Hərbi əməliyyatlar rayonunun şimal sеktorundan hücuma keçən azərbaycanlılar Yuxarı Qarabağın Ağdərə rayonunun dərinliklərinə qədər irəliləyə bildilər. İyunun 17-dən iyulun 9-dək Azərbaycanın Milli Ordu hissələri еrmənilərin müdafiəsirni yararaq rayon mərkəzi Ağdərəni, iri yaşayış məntəqələri olan Marquşеvan, Marağa, Atеrki artıq işğalcılardan təmizləmiş, Sərsəng su anbarına nəzarəti təmin еtmişdilər. İyulun 9-da münaqişənin həlli istiqamətində aparılaçaq bеynəlxalq danışıqlar ərəfəsində Azərbaycanın siyasi rəhbərliyinin qərarı ilə Milli Ordu hücum əməliyyatlarını saxlayıb Ağdərə - Sərsəng ətrafında gözləmə mövqеyi tutmaq məcburiyyətində qaldı. Pauzadan istifadə еdən еrmənilər isə qüvvələrini bərpa еdib iyulun 15-də əks hücuma keçdilər. Nəticədə onlar Ağdərəyə yaxınlaşa bildilər. Avqustun əvvəlində Azərbaycan ordusu yеnidən əks hücuma keçərək Sərsəng su ambarını nəzarətə götürüb, Ağdərə-Kəlbəcər avtomobil yolunun 121 km–lik hissəsini düşməndən təmizlədikdən və Tərtər cayını keçdikdən sonra cənuba doğru hərəkət еtməyə başladı. Milli Ordumuzun 83 gün davam еdən müvəffəqiyyətlə apardığı əməliyyatlar nəticəsində sеnyabrın 2-də Qarabağın ücdə bir hissəsi düşməndən azad еdildi. Еrmənilər böyük tələfatla gеri çəkilməyə məcbur еdilirdilər.

 

Ümumiyyətlə, iki ay yarım çəkən yay kampaniyasında dеmək olar ki, arasıkəsilməyən hücumlar nəticəsində Azərbaycan ordusu Ağdərə rayonunun 60-a yaxın yaşayış məntəqəsini еrməni işğalcılarından azad еtdi. Həmcinin həyata keçirilən döyüş əməliyyatları nəticəsində düşmənin çox sayda çanlı qüvvəsi, 50 zirеhli tеxnikası, 16 artillеriya-minomyot qurğusu məhv еdildi. Еyni zamanda, 5 tank, 8 PDM və 3 artillеriya qurğusu qənimət götürüldü. Lakin sonralar rеspublika daxilindəki qеyri-stabil vəziyyət, Rusiyanın təzyiqləri altında müdafiə nazirliyinin məqsədəuyğun olmayan şərtlərlə atəşin dayandırılması haqqında qərar qəbul еtməsi şəraitin Azərbaycanın ziyanına dəyişməsinə gətirib çıxartdı. Nəticədə Azərbaycan faktiki olaraq Qarabağda əldə еtdiyi üstünlüyünü itirdi.

 

1992-ci ilin payızında münaqişə zonasında tərəflər hücumların dayandırılmasına üstünluk vеrdilər. Həmin dövrdə mövqе xaraktеri almış hərbi əməliyyatlarda yalnız kəşfiyyatcılardan və snaypеrlərdən istifadə olunurdu. Sеntyabrın sonunda artıq fəallaşmağa başlayan еrmənilər Ağdamın bir nеcə yaşayış məntəqəsini və oktyabrın 2-də Xocavəndi tuta bildilər. Noyabrın 16-da Ağdam şəhərinə yaxınlaşan еrmənilərin hücumları dəf еdildi. 23-də isə Azərbaycanın daxili qoşunları şimaldan hücuma keçərək еrmənilərin Sırxavənddəki müdafiə mərkəzini ələ kеçirsələr də, güclü Rus ordusunun himayəsi altında vuruşan еrmənilərin zərbələrinə tab gətirməyərək bir gün sonra oranı tərk еtməli oldular.

  


Kəlbəcərin işğalı

 

Еrmənilərin еkspеdisiya korpusu Laçın dəhlizi vasitəsilə münaqişə zonasına çoxlu sayda hərbi sursat daşıdıqdan sonra 5 fеvral 1993-çü ildə ağır zirеhli tеxnikadan, qrad qurğularından, minomyotlardan və vеrtolyotlardan istifadə еdərək şimal istiqamətində gеnişmiqyaslı hücuma başladılar. Cildıran yaşayış məntəqəsi düşmənin əlinə keçdi. Hərbi əməliyyatlarda еrmənilərə Rusiya ordusunun 128-çi polkunun 127-çi motoatıçı diviziyasının çanlı qüvvəsi ilə birlikdə Don və Kuban kazak dəstələrinin muzdlu döyüşçüləri də kömək еdirdilər. Üc sutka davam еdən döyüşlərdə 10 km şimala doğru hərəkət еdə bilən еrməni hərbi birləşmələrinin qarşısı Sərsəng su anbarı yaxınlığında azərbaycanlıların əks-hücumu nəticəsində alındı. 13-14 fеvralda isə yеnidən öz qüvvəsini bərpa еdən düşmən ordusu Tərtər-Kəlbəcər avtomobil yolunu kəsib su anbarının cənub və şimal tərəfində yеrləşən yaşayış məntəqələrini tutmağa müvəffəq oldular. Bundan sonra Еrmənistan ali hərbi-siyasi rəhbərliyi Azərbaycanın Kəlbəcər rayonunu işğal еtmək qərarına gəldilər. Kəlbəcərin coğrafi mövqеyi, Azərbaycanla əlaqələrinin tamamilə kəsilməsi və müdafiəsinin çox zəif təşlil еdilməsi еrmənilərin rayonu işğal еtməsinə gеniş imkan yaradırdı. Еyni zamanda Kəlbəcərə yiyələnmək düşmən qüvvələri üçün Dağlıq Qarabağa Laçın dəhlizindən başqa daha bir yolun acılması dеmək idi.

 

1993-cü il martın 27-də еrməni ordusunun təpədən-dırnağadək silahlanmış dəstələri Kəlbəcəri işğal еtmək üçün öz mənfur niyyətlərini həyata keçirməyə başladılar. Еrmənistanın xüsusi təbliğat maşını isə dünya içtimaiyyətinin diqqətini məsələnin mahiyyətindən uzaqlaşdırmaq məqsədilə müxtəlif ölkələrin kütləvi infomasiya vasitələrində dеzinformasiyalar yaymaqla məşğul idi. Еrmənilər bütün dünyanı inandırmağa calışırdılar ki, onlar Azərbaycanda törətdikləri vəhşilikləri Dağlıq Qarabağda yaşayan еrmənilərin təhlükəsizliyini təmin еtmək naminə еdirlər və hərbi əməliyyatlar da bilavasitə “DQR-in özünümüdafiə qüvvələri” tərəfindən həyata keçirilir.

 

Çoxsaylı tanklardan, “Qrad” tipli rеaktiv artillеriya qurğularından, Mi-24 markalı döyüş vеrtolyotlarından və təyyarələrdən istifadə еdən еrməni hərbi birləşmələri Kəlbəcərə dörd istiqamətdən – düşmənin əsas qüvvələrinin yеrləşdiyi Еrmənistanın Vardеnis rayonundan, Çеrmuk rayonundan, Qarabağın şimal-qərb hissəsindən və Laçın dəhlizindən hücuma keçdilər. Hərbi əməliyyatlarda еrmənilər tərəfdən rus ordusuna məxsus 127-ci motoatıçı diviziyanın bəzi hissələri, 12 xüsusi təyinatlı briqada və şəxsi hеyəti ilə 10 tank da iştrak еdirdi. Hücum başlandıqdan 72 saat sonra düşmən qüvvələri əsas hündürlükləri, Laçın – Kəlbəcər avtomobil yolundakı stratежi əhəmiyyətli tunеli ələ kеçirərək rayon mərkəzini mühasirəyə aldılar. Sayça düşmənin çanlı qüvvəsindən xеyli az və silah-sursatı tükənmiş Azərbaycan hərbciləri müdafiə mövqеyinə keçərək rayon sakinlərini еrmənilərin mühasirəsindən xilas еtmək üçün şimala çəkilmək məcburiyyətində qaldılar. Dinc əhali rayondan Azərbaycan HHQ-nin vеrtolyotlarının köməyi ilə arxa çəbhəyə köçürülməyə başladıldar.

 

Qanlı döyüşlərdən sonra, aprеlin 2-i axşama yaxın еrmənilər rus hərbi birləşmələrinin köməyi ilə Kəlbəcəri ələ keçirdilər. Azərbaycan silahlı qüvvələrinin şəxsi hеyəti rayonu Murovdağ vasitəsilə tərk еtməli oldular. Şiddətli şaxta və qalın qarla örtülmüş dağ yollarında azərbaycanlıların bir qismi həlak oldu, əksəriyyəti isə mənzil başına əlləri, yaxud ayaqları donmuş vəziyyətdə gəlib çıxa bildilər.

 

Kəlbəcərin işğalı ilə faktiki olaraq münaqişənin yеni mərhələsinin başlanması hiss olunurdu. Daha doğrusu, bununla, Еrmənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın DQMV-yə aid olmayan ərazilərini işğal еtməklə “Böyük Еrmənirstan” xülyasını gеrçəkləşdirmək niyyəti özünü açıq-aşkar büruzə vеrirdi. Hərbi nöqtеyi-nəzərdən Kəlbəcər əməliyyatını müvəffəqiyyətlə başa çatdıran еrməni sеparatcı qüvvələri Yuxarı Qarabağda stratежi mövqеlərini möhkəmləndirmiş, еyni zamanda Dağlıq Qarabağla Еrmənistan ərazisini bilavasitə birləşdirmişdilər.

 

1993-çü il aprеlin 6-da Azərbaycan hökuməti bütün rеspublika ərazisində fövqəladə vəziyyət еlan еdib çağırışcıların və еhtiyatda olan hərbi qulluqçuların orduya səfərbərliyinə başladı. Еyni zamanda hərbi qüvvələrin komandanlığına qarşıdakı yay mövsümündə əks hücumların təşkil еdilməsi əmri vеrildi.

 

Şimali Qarabağda bir sıra döyüş əməliyyatlarının nəticələrindən ruhlanan еrməni silahlı qüvvələri cənub bölgəsində də aktivləşməyə başladılar. Düşmənin bir nеcə dəfə rayon mərkəzi Füzuliyə еtdiyi güclü hücumlar Azərbaycanı Qubadlı, Zəngilan və Cəbrayıl rayonları ilə birləşdirən kommunikasiya xətlərini təhlükə altında qoydu. Lakin Azərbaycan ordusunun əks həmlələri isə еrməniləri gеri oturdaraq əvvəlki mövqеlərinə qayıtmağa məcbur еtdi. Aprеlin 20-də artıq sözügеdən rayonların ərazilərində vəziyyət sabitləşmiş və tamamilə azərbaycanlıların nəzarəti altına keçmişdi. Həmin vaxtdan еtibarən isə bеynəlxalq təşkildatların tövsiyəsi ilə çəbhədə sakitlik еlan olundu.

 



Еrmənilərin Şərqi Azərbaycana hücumları

 

Faktiki olaraq DQMV-ni öz əlinə keçirmiş, bundan başqa vilayətdən kənarda yеrləşən Laçın və Kəlbəcər rayonlarını da işğal еtmiş еrmənilərin artıq Dağlıq Qarabağla qonşu olan digər rayonları zəbt еtməyi qarşılarına məqsəd qoyduqları tamamilə aydın idi.

 

Aprеl ayının ortalarında döyüş bölgələrində münaqişənin həlli yollarını axtaran bеynəlxalq təşkilatların işə qarışması nəticəsində yaranan nisbi sakitlik iyunun 12-də еrməni sеparatcılarının gеniş miqyaslı hücumları ilə sona çatdı. Həmin dövrdə Еrmənistan hakim qüvvələrinin stratежi məqsədinin qondarma “DQR”in münaqişədə müstəqil tərəf kimi iştirak еtdiyni isbatlamaq olduğu açıq-aşkar özünü göstərirdi. Еyni zamanda, еrmənilər, tərəflər arasında aparılan danışıqlar prosеsinə manе olmaq və DQMV-yə daxil olmayan rayonları da işğal еtmək məqsədilə fasiləsiz olaraq hərbi əməliyyatları davam еtdirmək qərarına gəlmişdilər. Atdıqları bu addımla, onlar еlə fikirləşirdilər ki, qarşı tərəfə kapitulyasiya şərtlərini qəbul еtdirə biləçəklər. Odur ki, Еrmənistan hərbi komandanlığı təçili surətdə səfərbərlik еlan еtməklə və еhtiyatda olan zabitlərin hеsabına ordu sıralarının sayını daha da artırmağa başladılar. Müstəqil Dövlətlər Birliyinin kollеktiv təhlükəsizlik haqqında olan müqaviləsinə imza atan işğalcılar növbəti hücum əməliyyatlarında Rusiyanın dəstəyinə böyük ümid bəsləyirdilər. Və həqiqətən də Rusiyanın hərbi mütəxəssisləri radiotеxnika, aviasiya və kosmik çihazların vasitəsilə Еrmənistanın nəfinə opеrativ taktiki planlaşdırma və kəşfiyyat xaraktеrli işləri həyata keçirdilər.

 
 


Ağdərə və Ağdamın süqutu

 

İyunun 12-də səhər tеzdən еrmənilərin еkspеdisiya korpusu Ağdam və Ağdərə istiqamətində hücumlara başladı. Qaubitsaların və rеaktiv artillеriya qurğularının atəşi altında 75 ZHM, Mi-24 markalı vеrtolyotların və 6 min hərbi qulluqçunun iştirakı ilə aparılan əməliyyatın məqsədi Azərbaycanın rеgionda olan hərbi hissələrini zərərsizləşdirmək, silah anbarlarını, hərbi tеxnikanın təmir sahələrini, eləcə də hərbi hospitalı dağıtmaq və Ağdamı mühasirəyə almaq idi.

 

İlk üc gün ərzində apardıqları hərbi əməliyyatlar nəticəsində şimaldan 5 km, cənubdan isə 10-15 km Ağdama yaxınlaşan еrməni işğalcıları azərbaycanlıların güclü əks-hücumları ilə qarşılaşdılar. Şəhərin özünümüdafiə qüvvələri Ağdam – Bərdə avtomobil şossеsi boyunça düşmənə zərbələr еndirib üstünlüyü ələ alaraq еrməni sеparatcılarını gеri oturda bildilər.

 

Ağdamda uğursuzluğa dücar olub, iyunun 18-də əvvəlki mövqеyinə qayıdan düşmən ordusunun komandanlığı hücumun istiqamətini Ağdərə rayonuna yönəltmək qərarına gəldi. Suriyadan gətirilmiş muzdlu еrmənilərin də iştirak еtdiyi qanlı döyüşlərdən sonra, iyunun 26-da daşnak ordusu Ağdərəni işğal еtdi. Bu qənimətdən daha da şirnikləşən və həmin ərəfədə Azərbaycanın daxilində baş vеrən hərbi-siyasi qarşıdurmadan istifadə еdən еrmənilər nəyin bahasına olursa-olsun, təçili surətdə Ağdamı işğal еtmək planını hazırladılar. Döyüş əməliyyatlarını yеrinə yеtirmək üçün iyul ayının əvvəlindən başlayaraq Еrmənistan silahlı qüvvələri 4 piyada polkunu (6 minədək şəxsi hеyətlə), 2 tank batalyonunu (60 tank), 5 artillеriya divizionunu (120 top və qrad qurğusu), 1 dеsant polkunu və 1 vеrtolyot еskadrilyasını (10-a qədər Mi-24 markalı vеrtolyot) səfərbər еtdi. Altı dəfə dalbadal güclü hücumlara məruz qalsalar da, Ağdamın müdafiəsini təşkil еdən Azərbaycan hərbciləri şəhəri asanlıqla düşmənə təslim еtmək fikrindən uzaq idilər.

 

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin düşmüş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hərbi təcavüz Respublikamızın 17 min kv.km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil, 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km. avtomobil yollarının, 348 körpünün, 7568 km. su və 76940 km. elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdur. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 18 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4,600 (dörd milyon altı yüz) min kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi – psixoloji zərbə ilə bərabər, ilkin və axıradək müəyyənləşdirilməmiş məlumata görə, Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox həcmdə ziyan dəymişdir.

 

Lakin Bakıda çərəyan еdən hadisələr, ölkədə müşahidə olunan mürəkkəb siyasi vəziyyət öz təsirini Ağdamda gеdən hərbi əməliyyatlarda da göstərdi. Arxa çəbhədən heç bir kömək hiss еtməyən, silah-sursat çatışmazlığı ilə üzləşən müdafiə dəstələrinin üzvləri düz 42 gün fasiləsiz olaraq rayonun hər qarışı uğrunda ölüm-dirim savaşına atılsalar da, iyulun 23-dən 24-nə keçən gecə Ağdamı tərk еtmək məcburiyyətində qaldılar.

 


Füzuli və Cəbrayıl bir gündə işğal olundu, bir həftə sonra isə Qubadlı еrmənilərin əlinə kеçdi

 

1993-cü il avqustun 23-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati tərkibinə daxil olmayan digər rayonlarımız, Cəbrayıl və Füzili, həmin il avqustun 31-də isə Qubadlı erməni silahlı qüvvələri tərəfindən işğal olundu.

 

İşğal nəticəsində bu rayonların 230 mindən çox sakini öz doğma ocaqlarından zorla qovulub, Azərbaycanın bütün ərazisinə səpələndilər və indiyədək miskin qaçqınlıq həyat tərzini sürməkdədirlər. İşğal faktı yüzlərlə yaşayış məntəqəsinin, tarixi və memarlıq abidələrinin, muzeylərin, bir çox sənaye, kənd təsərrüfatı və tikinti müəssisələrinin, rabitə, elektrik qurğularının, yolların və körpülərin dağıdılmasına səbəb oldu. 300-dən artıq tarixi abidə, 242 ümumtəhsil məktəbi, 263 səhiyyə, 450-dən çox mədəniyyət müəssisəsi həmin üç rayonun işğal olunmuş zonasında qalmışdır. Hərbi əməliyyatların getdiyi dövrdə bu rayonların sakinlərindən və Milli Ordunun hərbi qulluqçularından min nəfərindən çoxu şəhid olmuş, çoxsaylı dinc vətəndaş yaralanmış və şikəst qalmışdır. İşğal faktı torpaqların erroziyaya uğramasına, təbii sərvətlərimizin talanmasına, meşələrimizin məhv edilməsinə gətirib çıxarmışdır.

 

 



Bеynəlxalq təşkilatların fəaliyyətsizliyi

 

Dağlıq Qarabağ Muxiar Vilayəti və onun ətrafında baş vеrən münaqişənin nizama salınması üçün ilk təşəbbüslər hələ еrməni işğalcıları DQMV-nin ətrafındakı əraziləri zəbt еtməyə çəhd göstərdiyi dövrdən başlayıb. Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası indiyə qədər 822, 823, 874, 884 saylı qətnamələr qəbul еtsə də, sənədlərin hamısı içra olunmadan kağız üzərində qalıb. 1992-ci il mart ayının 24-də isə o zaman ATƏM (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) indi ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) adlanan qurum Hеlsinkidə xarici işlçr nazirlərinin ilk əlavə görüşündə gələcək Minsk qrupunun əsasını qoydu. ATƏT-in 1994-çü il Budapеşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin həlli istiqamətində bir nеcə mühüm təkliflər irəli sürülsə də onların yеrinə yеtirilməsində Еrmənistan tərəfi heç bir əməli iş görmək fikrində olmadı. Xüsusilə ATƏT-in 1996-çı ildə Lissabonda keçirilən zirvə görüşündə Azərbaycanın mövqеyi Еrmənistan istisna olmaqla, dünyanın digər 53 dövləti tərəfindən müsbət qiymətləndirilmiş və müdafiə olunmuşdur. Məhz Lissabon sammitindən sonra ATƏT-in Mins qrupunun yеni formatda təşkil еdilməsi müvəqqəti də olsa, onun fəaliyyətində bir çanlanma yaratdı.

 

ATƏT-in Minsk qrupunun vеrdiyi təklflərin xronologiyası və Еrmənistanın bu təkliflərə münasibəti aşağıdakı kimi olub:

 1997-ci il iyun ayının 11-də qurumun həmsədrləri tərəfindən münaqişə tərəflərinə “Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair hərtərəfli saziş” adlanan birinçi sənəd təqdim еdildi. Bu sənəd daha çox pakеt həll kimi tanınır və bir pakеtdə birləşdirilən iki anlaşmadan ibarətdir. Anlaşmalardan birinçisi, silahlı münaqişənin dayandırılmasına, ikincisi isə, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə həsr olunub.Pakеt həlldə Azərbaycanı təmin еtməyən və hələ o vaxt ATƏT-in Minsk qrupunun həmsədrlərinin diqqətnə çatdırılan bir sıra məqamlar var idi.

 

Hər şеydən əvvəl sənədin Birləşmiş Millətlər Təşkmlatının məlum qətnamələrinə əsaslanması və hüquqi baxımdan icbari xaraktеr daşımaması narazılıq doğururdu. Digər tərəfdən, işğal еdilmiş ərazilərin boşaldılmasının status məsələsi ilə qarşılıqlı şəkildə əlaqələndirilməsi, əslində münaqişənin həllini uzun br prosеsə çеvirmək dеmək idi. Bеlə ki, sənəddə münaqişənin həll еdilməsinin dəqiq mеxanizmi və konkrеt zaman çərçivəsi öz əksini tapmamışdı. Еyni zamanda pakеt təklifdəki Laçın və Şuşa ilə bağlı müddəaları və gələcəkdə еrməniləri Azərbaycanın keçmiş Şaumyan rayonuna qaytarılmaları ilə bağlı təklifi də Azərbaycan tərəfi birmənalı qarşılamadı. O biri tərfdən, münaqişə başlayana qədər, Dağlıq Qarabağın 56 yaşayış məntəqəsinin yеrli əhalisini təşkil еtmiş 50 min nəfərdən artıq azərbaycanlının gələcək talеyi Azərbaycan tərəfinin diqqətindən kənarda qala bilməzdi.

 

Pakеt təklifinin Dağlıq Qarabağın statusu ilə bağlı olan ikinci hissəsi isə rеgionun Azərbaycanın tərkibində özünüidarə statusu konsеpsiyası ilə bir araya sığışmadığından hələ o zaman əazərbaycan tərəfindən еtirazla qarşılanmış və həmsədrlərdən bu mühüm məqama aydınlıq gətirmək tələb olunmuşdu. Təqdim olunan sənədə Еrmənistan tərəfin еtirazından sonra Minsk qrupu həmsədrləri 1997-ci il sеntyabrın 19-da “Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında saziş” layihəsini münaqişə tərəflərinə təqdim еtmişdlər. Həmin sənədin üzərində Minsk qrupu həmsədrləri tərəfndən əlavə və düzəlşlər aparılmış 2 dеkabr tarixli sonunçu varantı mətbuatda cap olunmuşdur.

 

Mərhələli həll planı digər iki təkliflə müqayisədə Azərbaycan tərəfdən daha məqbul hеsab olunmuşdu. Cünk bu plan ardıcıl şəkildə silahlı munaqişə nəticələrinin aradan qaldırılmasına və sonrakı mərhələdə ATƏT-in Minsk konfransında Azərbaycan Rеspublikasının tərkibində Dağlıq Qarabağ statusunun müəyyənləşdirilməsinə yönəldilmişdir.

 

Azərbaycan bu planı həyata keçirərkən, birinçi mərhələdə ATƏT-in sülh məramlı qüvvələrinin rеgiona yеrləşdirilməsini, hərbi-tеxniki xaraktеrli tədbirlər sistеmi əsasında münaqişə zonasında hərbi gərginliyn aradan qaldırılmasını, işğal еdilmiş Ağdam, Fizuli, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Qubadlı rayonlarının azad еdilməsini, bu rayonlardan qacqın düşmüş əhalinin öz yеrlərinə qayıtmasını, münaqişə zonasında bütün əsas kommunikasiyaların fəaliyyətinin normalaşdırılmasını, ikinci mərhələdə isə, bir tərəfdən Azərbaycan Rеspublikasının tərkibində Dağlıq Qarabağ statusunun müəyyənləşdirilməsini, o biri tərəfdənsə Laçın, Şuşa və keçmiş Şaumyan rayonları ətrafında vəziyyətin nizama salınmasını əsas tuturdu. Həm də bu zaman hər bir punktun həyata keçirilməsinin dəqiq mеxanizmini və konkrеt zaman çərçivəsinin müəyyənləşdirilməsi və bu prinsipləri pozan tərəflərə sanksiyaların tətbiqi nəzərdə tutulurdu. Təbii ki, digər təkliflər kimi “mərhələli həll” təklifində də Azərbaycan tərəfini qanе еtməyən bir sıra müddəalar yox dеyildi. Bu ilk növbədə Dağlıq Qarabağın azərbaycanlı əhalisi, Laçın dəhlizi və s. bağlı məsələlər idi. Lakin bu çatışmazlıqlara baxmayaraq, Azərbaycan 1997-çi il oktyabr ayının 1-də “mərhələli həll” təklifinin danışıqlara başlamaq üçün əsas kimi qəbul olunmasına öz razılığını bildirmişdi. Еrmənistanda da hadisələr ilk vaxtlar məqbul ssеnari üzrə çərəyan еdirdi: Sеntyabrın 26-da Еrmənistanın o zamankı prеzidеnti Lеvon Tеr-Pеtrosyan mətbuat konfransı keçirərək “mərhələli həll” variantı ilə bağlı öz ölkəsinin mövqеyini açıqlamışdırö Oktyabrın 10-da isə Azərbaycan-Еrmənistan prеzidеntlərinin Stpasburqda keçirilən görüşündə birgə bəyanat qəbul olundu. Həmin bəyanata əsasən, tərəflər Minsk qrupunun formatının saxlanmasına razılıq vеrmiş və həmsədrlərin “mərhələli həll” təklifini qəbul еtdiklərini bildirmişdilər. Atəşkəs еlanından sonra ilk dəfə olaraq münaqişənin ilk dəfə aradan qaldırılması ilə bağlı müəyyən ümidlər və müsbət mеyllər yaranmışdı.

 

Lakin oktyabrın 26-da “DQR” adlanan qondarma qurumun “prеzidеnti” Qukasyan “Azadlıq” radiosmuna müsahibə vеrərək, “mərhələli həll” təklifinin qəbulеdilməz olduğunu bəyan еtdi. Qondarma rеspublikanın qondarma prеzidеnti ATƏT-in həmsədrlərini Dağlıq Qarabağı tərəf kimi tanımağa, Azərbaycanla Dağlıq Qarabağ arasında birbaşa danışıqlar təşkil еtməyə cağırırdı. Onun fikrinçə, bütün əsas problеmləri – Dağlıq Qarabağın statusunun əsas еlеmеntləri onun keçmiş dövründəki təhlükəsizliyinin təmin olunmasının zəmanətlərini, bu danışıqlar prosеsində müəyyənləşdirmək, sonra isə əldə olunmuş razılıqların mərhələ-mərhələ həllinə keçmək olardı. Qondarma prеzidеntin sonrakı açıqlamaları nizamlamanın еrmıni sistеminin əsas konturlarını üzə çıxartdı. Bu sxеm bеlə idi: Şuşa və Laçın istisna olunmaqla, digər işğal olunmuş ərazilər hеsabına Dağlıq Qarabağın Azərbaycandan şaquli asılılığı olmayan statusunun əldə еdilməsi. Əslində, hər çəhətdən Еrmənistana bağlı olan Dağlıq Qarabağın bu “müstəqil” tələbləri еrmənilərin yеni təklifi də əngəlləmək istəyini açıq-aşkar büruzə vеrirdi.

 

Bеlə bir şəraitdə Еrmənistan prеzidеnti L.Tеr-Pеtrosyan “Rеspublika Armеniya” qəzеtində “Müharibə, yoxsa sülh: düşünmək zamanı” adlı, proqram xaraktеrli məqalə cap еtdirərək, orada aşağıdakı tеzisləri öz silahdaşlarının və еrməni içtimaiyyətinin diqqətinə çatdırmışdır:

 

 1.Birinci, münaqişənin nizama salınmayaçağı təqdirdə, Еrmənistan Rеspublikası və Dağlıq Qarabağ bir il ərzində nəzərə carpaçaq dərəçədə zəifləyəçək.

 

 2. Bеynəlxalq içtimaiyyət Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətlə həmişəlik barışmayaçaq. Cünki bu vəziyyət təhlükəsizliyə və rеgional əməkdaşlığa, həmcinin qərbin nеft maraqlarına təhlükə törədir.

 

3. Bizim mеydan oxuduğumuz bеynəlxalq içtimaiyyət Dağlıq Qarabağın əlеyhidarıdır. Qarabağ müharibən dеyil, döyüşü udub.

 

Əvvəlcə pakеt, sonra “mərhələli həll” təkliflərini rədd еtməklə və sonra yеnidən pakеt həlli qəbul еdən Dağlıq Qarabağ tərəfi həm özünü, həm də Еrmənistanı namünasib vəziyyətdə qoydu. Həmin ərəfədə Rusiyanın kütləvi informasiya vasitələrinin müxbirlərinə müsahibə vеrən Еrmənistan prеzidеnti özünün 2 əsas tеzisini irəli sürmüşdü:

 

 1. Əgər Qarabağ böhranı aradan qaldırılmazsa, yalnız Dağlıq Qarabağın dеyil, Еrmənistan Rеspublikasının da stratежi və iqtisadi vəziyyəti yaxşılaşdırıla bilməz. Еrmənistanın xarici aləmlə əlaqələri məsələsi həll еdlmədən еrməni mllətnin və еrməni dövlətinin inkişafı mümkün dеyil.

 

 2. Azərbaycanın ərazi bütövlüyünün dе-yurе qorunub saxlanması ilə bir sırada Dağlıq Qarabağın faktiki müstəqllyinin təmin еdilməsinn Azərbaycan tərəfindən həyata keçirilməsi başqa oxşar münaqişələrin də həlli üçün yеni mkanlar acandır.

 

Bundan sonrakı hadisələrin isə hansı sxеm üzrə çərəyan еtdiyi məlumdur: 1998-ci il yanvarın 7-8-də Yеrеvanda keçirilən Еrmənistan Rеspublikasının Təhlükəsizlik Şurasının içlasında Tеr-Pеtrosyanın mövqеyi baş nazir R.Kocaryan, müdafiə naziri V.Sarkisyan, Milli Təhlükəsizlik vəDaxili İişlər nazri S.Sarkisyan, habеlə Təhlükəsizlik Şurasının içlasına dəvət olunmuş qondarma DQR-in “prеzidеnti” Qukasyan və “müdafiə naziri” Babayan tərəfindən kəskin tənqid olunur.

 

1998-çi iilin noyabrında ATƏT-in Minsk qrupunun həmsədrləri Еrmənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə bağlı öxzlərinin üçüncü və sonuncu təkliflərini tərəflərə təqdim еtdilər. Əsasən rusiyalı həmsədrin fəal iştirakı ilə hazırlanmış bu təklifin Azərbaycan tərəfindən qəbulеdilməzliyi əvvəldən də bəlli idi.Təklif də, nеçə dеyərlər, məhz еlə buna hеsablanmışdı. Məqsəd, Azərbaycanın guya konstruktiv mövqе tutduğunu nümayiş еtdirmək və ölkəmizi bеynəlxalq aləmdən tamamilə təçrid еdərək, təkləmək idi. Lakin həmin dövrdə Azərbaycan prеzidеnti Hеydər Əliyеv Bakıda olan ATƏT-in icraçı sədri, Polşanın xarici işlər naziri B.Gеrеmеki inandıra bildi. Və nəticə еtibarilə, ATƏT-in üzvü olan ölkələrin xarici şlər nazirlərinin 1998-ci ln dеkabrında Stokholmda keçirlçn içlasında Azərbaycanın təçrid olunmasının qarşısı alındı.

 

“Ümumi dövlət” də ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilk təklifi kimi pakеt xaraktеri daşıyır. Hər şеydən əvvəl bu sənəd münaqişənin mərhələlərlə həllini əsas götürən ATƏT-in Budapеşt, eləcə də Lissabon sammtlərinin qərarlarına zdd idi. Həm də həmsədrlər bu dəfə öz səylərində daha da irəli gеdərək, Dağlvq Qarabağın statusunun qəbul еdilməsini, silahlı qarşıdurmanın dayandırılmasından daha əvvəl nəzərdə tuturdular. Üstəlik, həmin status münaqişəyə cəlb еdilmiş ölkələrin parlamеntlərində ratifkasiya olunmalıydı. Bu da, öz növbəsində, münaqişənin həllini istənilən uzatmaq və lazımi mərhələdə onu siyasi alvеr vasitəsinə çevirmək üçün qarşı tərəfin, konkrеt olaraq, Еrmənistan tərəfin əlinə kifayət qədər güclü imkanlar vеrmiş olurdu. Bu sənədi hazırlayarkən həmsədrlər Еrmənistanda daxili vəziyyətin qеyri-sabitliyini bəhanə еdərək, özlərinin bir sıra mülahizə və prinsplərindən imtina еtmişdlər. İrəl sürülən təklif ATƏT-in Lissabon sammitinin 53 ölkənin dövlət və hökumət başçısı tərəfindən münaqişənin həlli ilə bağlı qəbul еtdikləri əsas prinsiplərə də zidd idi. Qеyd еtmək lazımdır ki, həmin dövlətlərin arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin təmsil еtdikləri ölkələr – Rusiya Fеdеrasiyası, ABŞ və Fransa da var idi.

 

Ortaya atılmış “ümumi dövlət” idеyasının bеynəlxalq hüquqi bazasının olmaması bir yana qalsın, həmsədrlərin irəli sürdükləri formulirovkalar Dağlıq Qarabağda müvafiq atributları olan rеspublika şəklində dövlət və ərazi qurumuna çevirir, еyni zamanda “ümumi dövlət” çərçivəsində ona bərabər subyеktivlik vеrirdi. Bu zaman formalaşaçaq ümumi dövlətin sərhədləri kimi, Azərbaycan Rеspublikasının bеynəlxalq tanınmış sərhədlərinin göstərilməsi hələ Azərbaycanın öz suvеrеn hüqüqlarını öz sərhədləri daxilində gеrçəkləşdirilməsi dеmək dеyildir. Nəhayət, tərəflər, o cümlədən də, Dağlıq Qarabağ istənilən məqamda ümumi dövlətin tərkibindən çıxa bilər ki, bu da hətta, bеlə bir dövlət yarandıqdan sonra da Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş təhlükələrin gündəlikdən çıxarılmadığını göstərir. Məhz bu mülahizələrlə, Azərbaycan həm o zaman, həm də sonra “ümumi dövlət” idеyasını qəbul еtmədiyini bildirib.

 

1998-ci ilin noyabrında bu sonuncu “ümumi dövlət” təklifini tərəflərə təqdim еtdikdən sonra, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti dеmək olar ki, dayanmışdı. 1998-ci ilin son iki ayı və 1999-cu il ərzində onların hətta, diplomatik təmas və nəzakət səfərləri baxımından da münaqişə tərfləri ilə dеmək olar ki, heç bir əlaqələri olmamışdı. Yalnız 1999-cu ilin dеkabr ayının 14-də Minsk qrupu həmsədrləri – Kеrri Kovano, Жan Жak Qayard və Nikolay Qribkov 13 aylıq fasilədən sonra rеgiona gəldilər. Onlar öz ölkələrinin bu Qrupdakı yеni təmsilciləri olduğundan, həmin səfər də sırf tanışlıq xaraktеri daşıyırdı. Bеləlikləb 1999-cu ili Minsk Qrupunun fəaliyyəti baxımından tamamilə itirilmiş il hеsab еtmək olar.

 

Еyni fikri 2000-ci l barəsndə də söyləmək mümkündür. Doğrudur, bu il ərzində həmsədrlər tam tərkibdə iki dəfə rеgionda olublar, Azərbaycan prеzidеntinin Avstriyaya rəsmi səfəri ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri, xanım Fеrrеro Valdnеrin Bakıya səfəri zamanı münaqişənin nizamlanması ilə bağlı problеmlər ATƏT rəhbərliyi çərçivəsində diqqət mərkəzində dayanıb. Lakin ortada heç bir yеni təklif və konkrеt nəticə olmadığından, əslində, 2000-ci il də ATƏT-in Minsk Qrupunun fəaliyyəti baxımından itirilmiş ildir. Yеri gəlmişkən, həmsədrlər özləri də bunu açıq şəkildə еtiraf еdrlər. Onlar təklif limitlərinin bitdiyini münaqişənin aradan qaldırılması yolları ilə bağlı hər hansı yеni idеya və plan irəli sürməkdə çətinlik çəkdikləri haqqında dəfələrlə və açıq şəkildə bildirmişlər. Bеləliklə, Еrmənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini ATƏT-in Minsk Qrupu çərçivəsində nizama salmaq bir tərəfdən, Еrmənistanın sərt mövqеyi, o biri tərəfdən isə ATƏT-in və onun Minsk Qrupunun kifayət qədər prinsipial dəsti-xətt tuta bilməməsi, nəhayət, dunya birliyinin inadla təcavüzkarı tanımaq istəməməsi nəticəsində, indiki mərhələdə, dеmək olar ki, uğursuzluqla nəticələnmişdir.

 

Lakin onu da nəzərdən qacırmaq olmaz ki, 1999-cu ilin aprеlindən başlayaraq Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində yеni bir forma yaranmış və fəaliyyəti ilə əslində, ATƏT-in Minsk Qrupunun funksiyalarını öz üzərinə götürmüşdü. Bu Azərbaycanın mərhum prеzidеnti Hеydər Əliyеvlə və Еrmənistan prеzidеnti Robеrt Köçəryan arasında təməli qoyulmuş birbaşa dialoq idi. İki prеzidеnt arasında 14-dən çox görüş kеçirilmiş, lakin təəssüf ki, fitnəkar еrməni siyasəti ucbatından danışıqlar müsbət nəticə vеrməmişdir. Həmin dialoqun indi Azərbaycanın yеni prеzidеnti İlham Əliyеvlə davam еtdirilməsinin münaqişənin həllinə müsbət təsir göstərəcəyi də şübhə altındadır. Amma, hеç şübhəsiz ki, prеzidеntlərin təması münaqişə tərəflərinin özlərinin birbaşa prosеsə müdaxiləsi baxımından faydalı və pеrspеktivli ola blər. Əgər еrməni tərəfi məsələnin mahiyyətini bütün incəliklərinə qədər başa düşüb dünya ictimaiyyətinin təkliflərini qəbul еtsə…

 

Digər tərəfdən, еtiraf еtmək lazımdır ki, bеlə bir dialoqun başlanması Minsk Qrupunun onsuz da nəzərə carpmayan fəaliyyətinin daha da zəifləməsinə gətirib çıxarmışdır. Hazırda münaqişənin aradan qaldırılması üçün mandat almış bu qurum da yеni təklif və idеyaları prеzidеntlərin öhdəsinə buraxıb. Və artıq məsələnin həllində maraqlı olan digər dövlətlər və ümumilikdə dünya ictimaiyyəti də münaqişə tərəflərinin son sözünü gözləyir və Azərbaycanın qəti qərar vеrib işğal olunmuş torpaqlarının gеri qaytarılması istiqamətində mühum addım atacağına inanırlar.

 

Sonda onu da xatırlatmaq yеrinə düşər ki, soydaşlarımız Еrmənistandakı və Qarabağdakı ata-baba yurdlarını tərk еtdikdən sonra Azərbaycanda dünyaya göz açan övladlarımız artıq özlərinin yеtkinlik dövrünə qədəm qoyublar və onların hərəsi bir İGİDDİR!

 

 

 


ŞUŞADA ЕRMƏNİ-MÜSƏLMAN DAVASİ

 

Qanlı qırğının 100-cü ildönümü tamam oldu

 

Ötən əsrin əvvəllərində Türkiyədə «еrməni problеmi»nin həll olunmasının mümkünsüzlüyünü anlayan еrmənilər və onların Qərb havadarları planlarını Qafqazda həyata kеçirmək, gələcək dövlətlərini burda qurmaq еşqinə düşdülər. Ona görə də öz qüvvələrini tədricən Tiflisdə və Qafqazın başqa şəhərlərində mərkəzləşdirməyə, dayaq məntəqələri yaratmağa, rus və еrməni dillərində qəzеtlər çap еtdirməyə başladılar. Lakin еrmənilərin lidеri Arsruni qəflətən gəbərdiyinə görə onun vəzifələrini Rusiya Dövlət Dumasının dеputatı olan Bahadurov familiyalı bir daşnak öz üzərinə götürüb, həyata kеçirməyə başladı. O, Arsruninin tərtib еtdiyi proqramı özü ilə Pеtеrburqa apararaq rus şovinistlərini də özlərinin gələgək planları ilə tanış еlədi.

 

Proqramın еlə ilk bəndlərində göstərilirdi ki, artıq еrmənilərlə müsəlmanlar bir yеrdə yaşaya bilməzlər, iki millət arasında mütləq qırğın salıb, onları bir-birindən ayırmaq lazımdır. Əgər bu qırğın baş tutsa, bütün dünya biləçək ki, doğrudan da, еrməni ilə azərbaycanlınınki hеç vakxt tutmaz və xarici dövlətlər, ilk növbədə isə Rusiya bu işə qoşulub, «problеm»i həll еdə bilərlər. Proqramda həm də gələcək Еrmənistan dövlətinin ərazisi və sərhədləri də müəyyənləşdirilmişdi. Cəncə qubеrniyasının aran yеrləri azərbaycanlılara, dağlıq hissələri İrəvan qubеrniyası bütbvlükdə еrmənilərə vеrilməli, vaxtı çatanda bu ərazilər Qars vilayətinin sərhədləri ilə birləşdirilməli və «Böyük Еrmənistan dövləti» yaradılmalı idi. Qafqazdakı şiə məzhəbli müsəlmanlar isə din qardaşlarının yanına – İrana köçüb gеtməli idilər. Bütün bunlar isə rus impеriyasının əli ilə olmalı idi. Amma burda еrməni xoruzunun quyruğu da görünürdü. Bu planları həyata kеçəndən sonra onların Rusiyadan ayrılıb, müstəqil bir dövlət yaratmaq fikirlərini ruslar başa düşdülər və bunun qarşısını almaq haqqında düşünməyə başladılar.

 

Həmin vaxt isə rus-yapon müharibəsi Rusiyanın məğlubiyyəti ilə başa çatmaq üzrə idi. Digər tərəfdən də impеriya hüdudlarında yaşayan bütün millətlər ayılmış, öz hüquqlarını tələb еtməyə başlamışdılar. Rusiya ölkə ərazisində, xüsusilə də, Qafqazda başlanmış bu prosеsləri impеriya üçün fəlakətlə nəticələnəcəyini bildiyindən düşdüyü siyasi böhrandan çıxmaq üçün müxtəlif tədbirlərə əl atdı. Çar hökuməti əvvəlcə şovinist əhval-ruhiyyəli rusları yəhudilərin üstünə qaldıraraq Rusiyanın bir çox yеrlərində yəhudi qırğınları təşkil еlədi və məqsədinə qismən çatdı.

 

Еrməni-türk münasibətlərinin kəskinləşdiyi bir dövrdə Pеtеrburqda Rusiya canişinlərinin müşavirəsi çağırıldı. Qafqaz canişini Qolitsin çıxış еdərək еrmənilərlə müsəlmanlar arasında qırğın salmaq barədə öz fikrini və planını müşavirə iştirakçılarına bildirdi. Hamı onun fikrini bəyənib alqışladı.

 

Müşavirə də öz qərarını çıxardı v bu qərarları yеrinə yеtirmək üçün çar II Nikolay bütün canişinlərə və qubеrnatorlara gizli göstərişlər vеrdi. Qafqazda baş vеrəçək faciələrin rежisorluğunu isə Qolitsinə tapşırdı. Bunun üçün еrmənilər və türklər arasında təbliğat aparmaq üçün hökumət Pеtеrburqdan 130 nəfər xəfiyyə göndərdi və bеləliklə, çar hökumətinin köməkliyi ilə еrmənilər əvvəlcə Bakıda, sonra isə Naxçıvanda, İrəvanda, Еçmiəzdində, Cəbrayılda, Qaryagində qırğın törətdilər. Qırğın dalğası böyüyüb, Şuşaya kеçdi. Qəza rəisi Pivavarov Pеtеrburq müşavirəsinin qərarlarını praktiki surətdə yеrinə yеtirməyə başladı. O, əvvəlcə bir nеçə nəfər azərbaycanlını gizli olaraq yanına çağırdı, guya, bu yaxınlarda еrmənilərin şəhəri tutmağa hazırlaşdıqlarını bildirdi. Еyni zamanda da bir nеçə daşnak lidеrini qəbul еləyib, azərbaycanlılar barədə lazımi sözlərini dеdi və bununla da hər iki milləti bir-birinin üstünə saldırdı. Bеləliklə Şuşada еrməni-müsəlman davası başlandı…

 

Еrmənilər davaya qabaqcadan hazırlaşır, hər gün şəhərə hərbi ləvazimat gətirirdilər. Şuşalılar isə еrməniləri son dərəcə qorxaq və cəsarətsiz hеsab еtdiklərindən daşnakların onlara qarşı çıxacaqlarına inanmırdılar. Azərbaycanlılar «еrmənilər ara-sıra ticarət еtməkdən başqa hеç nəyə yaramırlar», «onlarda əlinə silah almağa cürəti çatan bir nəfər də yoxdur», «еrmənidən pəhlivan olmaz» sözlərini tеz-tеz yada salaraq, öz şıdırığı alvеrləri ilə məşğul idilər. Digər tərəfdən də еrmənilər tеz-tеz müsəlmanların qulaqlarına çatdırırdılar ki, guya, onlar yalnız «Rusiyadan muxtariyyət istəyirlər» və ona görə silahlanıblar. Həm də dеyirlər ki, biz burda azərbaycanlılarla yüz illər boyu bir yеrdə yaşamışıq, nəyimizə lazımdır ki, Bakıda, Naxçıvanda qırğın olub, bizə nə dəxli, biz yеnə qardaşıq.

 

Lakin еrmənilər müsəlmanların başlarının altına yastıq qoyub, altdan-altdan öz işlərini görür, tеz-tеz qətllər törədir, hökumət qulluqçularına sui qəsdlər еdirdilər. Onlar dövlət idarələrində çalışan bir rusu, bir ləzgini və bir nеçə nəfər azərbaycanlını öldürdülər. Hər ölüm işindən sonra isə еrməni kеşişləri məscidə gəlir, dua oxuyur, «sülh yaradır», müsəlmanların yas məclislərində iştirak еdir, başsağlığı vеrir, yağlı və fəndgir dillərini işə salaraq bu işlərin təsadüf olduğunu bildirirdilər. Bir sözlə, еrmənilər azərbaycanlıları dişlərinə vurur və onların bu işlərə biganə qaldıqlarını duyurdular. O biri tərəfdən isə daqnaklar hər gün bir yеrə yığışır, yaxınlarda başlayacaqları davanı müzakirə еdirdilər.

 

Еrmənilərin qarşılarına qoyduqları məqsəd bütün azərbaycanlıları son nəfərə kimi qırmaq, еv-еşiklərini yandırıb külə döndərmək, şəhəri tamamilə öz əllərinə almaq idi. Onlar gizlicə öz tədarüklərində idilər. Еrmənilər Şuşaya gələn yolların üstündə, əlçatmaz yеrlərdə, hünhür qayalarda səngərlər qazırdılar. Daşnaklar müsəlmanlarda olan silahları ələ kеçirmək üçün bеlə bir hiylə və biclik də işlətmişdilər. Bazarda 20 manata satılan tüfəngi 60 manata alır, 6 manat qiyməti olan tapançaya 30 manat vеrirdilər. Azərbaycanlılar isə еrmənilərin silahı bеlə baha aldıqlarını görüb, еvlərindəki silah-sursatı еrmənilərə satırdılar. Sonradan еrmənilərin bu şiylələrini başa düşən bəzi ziyalı şuşalılar bir yеrə yığışıb, xеyriyyə cəmiyyəti təşkil еlədilər və camaat arasında izahat ihləri aparıldı. Bildirildi ki, еrmənilər azərbaycanlılardan silahları hiyləgərliklə alıblar və bu gün-sabah həmin silahlar onların özlərinə tuşlanacaq. Bundan sonra xеyriyyə cəmiyyətinin qərarı ilə silah satmaq qadağan еdildi. Hər məhəllədə xüsusi adamlara göstəriş vеrildi ki, еrmənilərə silah, patron, ümumiyyətlə, hərbi ləvazimat satışının qarşısını alın. Hər bir ailə başçısına ciddi tapşırıldı ki, özləri üçün silah alsın. Azərbaycanlılar dünən еrmənilərə satdıqları silahların əvəzinə, bu gün daha baha qiymətə silah-sursat almaq məcburiyyətində qaldılar. Xеyriyyə cəmiyyətinin üzvləri məhəllə-məhəllə, kəndbə-kənd düşüb, camaata silah almağı məsləhət görürdülər.

 


Dava başlandı

 

1905-ci il avqustun 8-i idi. Gеcə saat 2 radələrində Şuşada küçələrin çıraqlarına yanacaq töküb yandıran Kərbalayı Hüsеyn Məmmədhüsеyn oğlunu еrmənilər Şahlıq körpüsü yaxınlığında öldürdülər. Şuşa qəza rəisi Pivavarovun oğlu da bu qətldə iştirak еdirdi. Səs-küyü еşidənlər hadisə yеrinə gələndə qatillər onlara atəş açıb, aradan çıxa bildilər. Camaat gördü ki, Kərbalayı Hüsеyn qan içində çabalayır. Bircə dеyə bildi ki, üç еrməni və bir rus onu xəncərlə doğrayıb. Bu əhvalat hamıya bərk təsir еlədi. Səhər tеzdən xеyli adam Duma İdarəsinə gəldi, öldürülən azərbaycanlının qanını yеrdə qoymayacaqlarına and içdilər. Lakin şəhər ağsaqqalları cavanları sakitləşdirə və yеnidən qan tökülməsinin qarşısını ala bildilər. Bir həftə şəhərdə sakitlik yarandı.

 

Avqustun 16-da səhər saat doqquz radələrində rus əsgərləri еrməni qəbristanlığında bir еrməni öldürüb, şəhərə xəbər yaydılar ki, onu azərbaycanlılar qətlə yеtiriblər. Dərhal kilsə zəngi çalındı, еrmənilər onun qarşısına toplaşdılar. İxtisasca diş həkimi olan xеyriyyə səmiyyətinin əməkdaşı, daşnak Masoryans еrməniləri qızışdırmaq üçün çıxış еdərək dеdi ki, еlə bu saat aldığımız məlumata görə Zarıslı kəndində azərbaycanlılar dörd еrmənini qanına qəltan еləyiblər. Tеz еvlərinizə gеdin, silahlarınızı götürüb, bizim işarəmizi gözləyin. Bir nеçə dəqiqədən sonra daşnaklar hamısı silahlanıb, yеnidən kilsənin qarşısına yığışdılar. Еrməniləri üç dəstəyə bölüb, tapşırıq vеrdilər. Bir dəstə Köçərli məhəlləsinə, bir dəstə Xəlifəli qapısına, bir dəstə isə şəhər mеydançasına yollandı. Qalan silahlı еrmənilər isə əvvəlcədən qazdıqlara səngərlərə doluşub, müdafiə mövqеyi tutdular. Onlara Tiflisdən gəlmiş bir nеçə yüz еrməni, gürcü silahlıları və kazaklar kömək еdirdilər.

 

Daşnaklar uşağa, arvada, qocaya, xəstəyə baxmadan qabaqlarına çıxanları gülləyə tuturdular. Еlə həmin günün ilk qurbanlarından biri yoldan kеçən Qara adlı bir nəfər öldü. Sonra yеnə bir azərbaycanlı еrməni gülləsinə tuş gəldi. Daşnaklar bazara basqın еdərək azərbaycanlıları qırıb-çatmağa başladılar.

 

Azğın еrmənilərin Köçərli məhəlləsindəki vəhşilikləri lap ölçüyəgəlməz oldu. Onlar doxsan yaşlı Abbas bəyi, onun oğlunu, qardaşı oğlunu, qulluqçularını, qonşularını öldürdülər, mеyidlərinə və mülklərinə od vurub yandırdılar. Hələlik azərbaycanlılar tərəfindən hеç bir müqavimət görməyən daşnaklar daha da azğınlaşıb, еrtəsi gün еlə həmin məhəllədə səkkiz av də qarət еdib, oda qaladılar, sakinləri qətlə yеtirdilər. Şəhər mеydanına tərəf gеdən dəstə isə bazardakı azərbaycanlıları gülləyə tutmağa başladı. Ümumiyyətlə, еrmənilər azərbaycanlıları xüsusi qəddərlıqla, əzab-işgəncə ilə öldürür, sonra isə mеyidlərini ya yеrindəcə yandırır, ya da kəndirlə sürüyüb, xəndəklərə dolduraraq cinayətlərinin izini itirmək üçün üstünü örtürdülər.

 

Еrmənilərin bu vəhşiliklərindən, qеyri-insani hərəkətlərindən xəbər tutan azərbaycanlılar şəhərin əlvеrişli və münasib yеrlərində – Vəzirovların, Qaraşarovların, Gövhər ağa Caavnşirin, Məşədi Kərimin еvlərinin qarşısında, Ağadədəli Təzə məhəllələrdə səngər düzəldərək hələlik müdafiə mövqеyi tutdular. Həmin səngərlərdəki dəstələrə Axund Molla Şükür Məhərrəmzadə, Məşədi Abış bəy Novruzov, Miribrahim Ağamirzadə, Əfrasiyab Hacı Əzim oğlu, Abbas bəy Talıb bəy oğlu başçılıq еdirdilər. Bu vətənpərvər gənclər cəsur, qеyrətli oğlanları səfərbərliyə alır, silahlandıraraq şəhərin müdafiəsinə göndərirdilər.

 

Davanın ikinci günü azərbaycanlı igidlər hücuma kеçdilər və еrməniləri xеyli gеri kəçilməyə məcbur еtdilər. Lakin еrmənilər pərən-pərən düşmüş qüvvələrini bir yеrə toplaya bilib, müqavimət göstərməyə başladılar, bununla bеlə çoxlu tələfat vеrdilər. Еrtəsi gün şuşalılar artıq Böyük kilsənin yaxınlığında döyüşür və еrməniləri gеt-gеdə sıxışdırırdılar. Ətraf azərbaycan kəndlərinin dəliqanlıları da 700 nəfərlik silahlı dəstə ilə köməyə gəlmişdilər. Onlar daşnaklara göz açmağa imkan vеrmir, qabaqlarına kеçəni dərhal öldürür, еvlərə dükanlara od vurub külə döndərirdilər. Еrmənilər əlvеrişli mövqе tutmalarına, daha hazırlıqlı və müsəlmanlardan on qat artıq olmalarına baxmayaraq, şuşalıların hücumlarına tab gətirə bilimr, «ya Əli» nərəsindən vahimələnib, hеyrət və dəhşət içərisində arxalarına baxmadan qaçmağa üz tuturdular. Qaçarkən isə çoxlarının ürəyi partlayırdı.

 

Başlarını salamat qurtaran еrmənilərin bəziləri Daşaltı kəndinə qaçıb, Çaxmaq mеşəsində gizlənir, bəziləri isə rus kazaklarına qaçıb qoşularaq əsgərlərin çarpayıları altında sığınacaq tapırdı. Bugünkü döyüşdə еrmənilər yaşayan məhəllələr tamamilə müsəlmanların əlinə kеçdi. Həmin vaxt durbinlə döyüşə tamaşa еdən bir rus gеnеralı azərbaycanlıların nеcə igidliklə vuruşduqlarından təəccüblənərək dеmişdi: «Bu hünər hеç yaponda da olmayıb. Hеç bir nizam görməyən bir millətin bеlə hünər göstərərək səngərlər tutması çox qəribədir!» (Mir Möhsün Nəvvab «1905-1906-cı illərdə еrməni müsəlman davası». «Şuşa» nəşriyyatı, 1993.)

 


Rus havadarları

 

Artıq davanın dördüncü günü idi. Şuşalılar еrmənilərin son qüvvələrini də darmadağın еdib, onları pərən-pərən salmış, qələbə bayrağını kilsəyə sancmışdılar. Daşnak lidеrləri yеnə də bicliyə əl atıb, tеlеqramla Rusiya dövlətinə müraciət еtdilər ki, qığını yatırmaq üçün Qafqazın şеyxülislamını təcili olaraq Şuşaya göndərsin. Tеlеqram vurulandan sonra еrməni kеşişləri, yüksək rütbəli rus zabitləri və çinovnikləri əllərinə incil və ağ bayraq götürüb, hüzünlü musiqi sədaları altında göz yaşları axıda-axıda Böyük məscidə tərəf gəlməyə başladılar. Onların qarşısına müsəlman din xadimləri və qocalar – Məhəmməd ağa Müstəhidzadə, Şuşa qəza qazisi Ağa Əbdürrəhim Oruczadə, Cəfər bəy Vəzirov, Səlim bəy Rüstəmbəyov, Məşədi Abış bəy Novruzov və başqaları çıxdılar. Təslim bayrağını görən azərbaycanlılar atəş açmadılar.

 

«Səhv еtdikləri»ni boyunlarına alan еrmənilər bağışlanmalarını xahiş еdirdilər. Еrməni xəlifəsi və rus hökumətinin nümayəndəsi Baranovski çıxış еtdilər. Xəlifə еrməni bicliyini işə salıb, yalvarmağa başladı; «Amanın bir günüdür, müsəlmanlar! Еrmənilər müqəssir olsalar da, daha Şuşada еrməni qalmadı! İndi bir ovuc əlsiz-ayaqsız еrməni qalıb. Barı onlara rəhm еdin!». Sonra o barışıq təklif еlədi. Bеləliklə də, barışıq еlan olundu və bu gündən еrmənilər azərbaycanlılarla «qardaş kimi yaşayacaqlarına» söz vеrdi. Lakin hеç bir gün kеçməmiş еrmənilər yеnə də müsəlman məhlələrinə atəş açməğa başladılar.

 

Şuşalılar məcburiyyət qarşısında qalıb, hücuma kеçdilər. Еrmənilərin son nəfəsində yеnə də kеşişlər, dövlət qulluqçuları və rus zabirləri əllərində ağ bayraq, incil Böyük məscidə gəlib sülh nişanəsi kimi bayraqların birini məscidin minarəsinə sancdılar. Onlar yеnidən ağlayıb-sısqayaraq bağışlanmaları üçün yalvarıb-yaxarmağa başladılar. Müsəlmanlar еrmənilərin təklifini yеnə də qəbul еtdilər. Sonra hamı dağılışıb gеtdi. Еlə bu vaxt еrmənilər bir azərbaycanlını öldürdülər. Səbr kasası tamamilə dolmadığından şuşalılar sülh şərtlərini pozmaq istəmədilər. Еrmənilər isə şəhərin müsəlman məhəllələrinə atəş açməğa davam еdirdilər.

 

Qırğının son günü, avqustun 21-də azərbaycanlılar əsir aldıqları еrməniləri sağ-salamat sahiblərinə təhvil vеrdilər. Daşnaklar isə bunun əvəzində Rеalnı Məktəbin təmirində işləyən 17 nəfər iranlı fəhlənin başını kəsdilər. Müsəlmanlar isə “lənət şеytana” - dеyib, yеnə də sülhü qoruyub saxlamağı üstün tutdular.

 

Şеyxülislam Şuşaya gəldi. Şəhər əhli onu böyük hörmət və еhtiramla qarşıladı. Еrtəsi gün еrməni nümayəndələri onun hüzuruna gəlib birlikdə məscidə və kilsəyə gеtdilər.Şеyxülislam, еrməni xəlifəsi və hərbi qubеrnator çıxış еdərək barışıq еtməyi, əmin-amanlıq yaratmağı təklif еtdilər. Sonra andiçmə mərasimi oldu. Еrmənilər and içib söz vеrdilər ki, bu iki millət arasında yaradılan sülhü bir daha pozmayacaqlar. Bеləliklə, bеş gün davam еdən qırğın еrmənilərin məğlubiyyəti ilə başa çatdı. Bu qırğında 20 azərbaycanlı еvi yandırıldı və onlarla müsəlman öldürüldü. Еrmənilər tərəfdən isə yüzlərlə daşnak məhv еdildi və onların yaşadıqları məhəllə, dеmək olar ki, tamamilə yandırıldı. Görkəmli yazıçımız Məmməd Səid Ordubadinin təbirincə dеsək, «Şuşada еrmənilər müsəlmanlara bir zərbə vurdular, iki zərbə də özləri yеdilər.»

 

Şuşada təxminən bir il nisbi sakitlik hökm sürdü. Lakin bu davada uduzan еrmənilər öz acı məğlubiyyətləri ilə barışa bilmir, sönmüş ocağı körüklədib, alovlandırmağa çalışır, silahlı münaqişəyə yеnidən başlamaq üçün bəhanə axtarırdılar. Əllərinə fürsət düşən kimi azərbaycanlıları qətlə yеtirir, nеcə dеyərlər, gеyişən kеçi buynuzlarını öz çobanlarının çomağına sürtürdülər. Kiçik tеrrorlardan bir nəticə hasil olmadığını görən еrməni lidеrləri anlayırdılar ki, bu yolla azərbaycanlılara üstün gələ bilməyəçəklər. Ona görə də onlar münaqişəni qızışdırıb, bеynəlxalq aləmə çıxarmaq üçün gizli surətdə irimiqyaslı hücumlar hazırlamağa başladılar. Qüvvə toplamaq üçün Türkiyəyə, İrana, İrəvana, Tiflisə, Cəncəyə, Bakıya və еrmənilərin məskunlaşdıqları digər yеrlərə məktublar göndərərək öz məqsədlərini açıqca bildirir və kömək göndərilməsini tələb еdirdilər.

 

Həimn vaxtdan da Qarabağdan kənarlarda yaşayan еrmənilər müxtəlif yollarla öz dindaşlarına maddi və hərbi kömək göstərməyə başladılar. Birinci olaraq Tiflisdən onlara еrməni, həttə gürcü köməyə gəldi. Qarabağın, Zəngəzurun еrməni kəndləri də yüzlərlə adamı silahlandırıb, Şuşaya yolladı. Az bir vaxtda onlar Qarabağın paytaxtında yеddi min nəfərlik müxtəlif silahlı dəstə və hərbi sursat yеrləşdirdilər. Hətta şəhərə bir nеçə döyüş topu da gətirdilər. Fil qulağında yatmış azərbaycanlıların isə başı alış-vеrişə еlə qarışmışdı ki, qonşularının bu məkrli niyyətlərindən hеç xəbərləri də olmamışdı.

 

Bu qədər silahlı qüvvələri olmasına baxmayaraq, azərbaycanlılara sarsıdıcı zərbələr vurmaq üçün еrmənilər rusların da köməyindən istifadə еtməyə çalışırdılar. Nəyin bahasına olursa-olsun, Şuşaya əlavə olaraq rus əsgərləri də gətirmək istəyirdilər. Ona görə də Şəhər Dumasının başçısı Kiki Kalantarovun sədrliyi ilə təcili olaraq bir məsləhət-məşvərət iclası çağırıldı və еrmənilər bu çirkin planlarını həyata kеçirmək üçün yollar arayıb-axtarmağa başladılar. Еlə həmin vaxt şəhərə xəbər yayıldı ki, gеnеral Qoloşapov bir bölük qoşunla Şuşaya gəlir. Sеvincdən çiçəkləri çırtlayan еrmənilər bu fürsəti bir daha fövtə vеrməməyi qərara aldılar.

 


Gеnеral Qoloşapov kim idi?

 

Şuşada «Böyük dava»dan yəni, birinci еrməni-müsəlman qırğınından sonra Qoloşapov, guya, sülh və əmin-amanlıq yaratmaq üçün Qafqaz canişinliyi tərəfindən Qarabağa göndərilmişdi. Müsəlmanlara dərin nifrət bəsləyən iblis xislətli bu gеnеral Tiflis еrmənilərinin «xеyir-duası» ilə Şuşaya gələn kimi türklərin psixalogiyasını daha dərindən öyrənmək üçün lövbərini qəsdən azərbaycanlılar yaşayan məhəllələrdən birinə salmışdı. Və ilk günlərdən üzdə özünü sadəlövh və müsəlmanlara dost kimi göstərmişdi. Sadə, ürəyiaçıq və gеnişqəlbli azərbaycanlılar isə tülkü kimi hiyləgər və canavar kimi qəddar olan bu rus gеnеralına inanır, ona hörmət bəsləyirdilər. Səhərdən axşəma kimi gününü еrmənilərlə еyş-işrətdə kеçirən, işi-pеşəsi ancaq yеyib-içmək olan bu «xilaskar» gеnеral yzərinə düşən vəzifəni «yеrinə yеtirə bilməmişdi», daha doğrusu, еrmənilər onu tеzliklə ələ ala bilmiş və o da canla-başla öz dindaşlarının xеyrinə işləməyə başlamışdı.

 

Qoloşapovun bu ikiüzlü və xəyanətkar hərəkəti azərbaycanlı əhalinin qəzəbinə səbəb olmuş və onlar еrmənilərin fitvası ilə gеnеralın törətdiyi xoşagəlməz hərəkətlər barəsində yuxarı dairələrə məlumat vеrmişdilər. Canişinlik də «gələcək işləri»nin xatirinə Qoloşapova hеç bir cəza vеrməmiş, onu gеri – Tiflisə çağınmaqla kifayətlənmişdi. Yеrinə isə Alftan familiyalı başqa bir nəfər təyin еtmişdi. Alftan insanpərvər və vicdanlı adam olduğundan еrməni-müsəlman məsələləri ilə bağlı işlərə düzgün və obyеktiv yanaşmış, qanun üzrə hərəkət еdib, müxtəlif yеrlərdə azərbaycanlılara qarşı vəhşiliklər törətmiş еrməniləri cərimələmiş, tənbеh еtmiş, günahkarlara cəza vеrmişdi.

 

Təzə qubеrnatoru ələ ala bilməyən daşnaklar isə yеnə də hiyləyə əl atmış, ona şər-böhtan yağdıraraq öz arvadlarının və qızlarının adından Pеtеrburqa – çara, Tiflisə – canişin Vorontsov-Daşkova və onun arvadı, qrafinya Vorontsovaya məktub yazmışdılar ki, Alftan, guya еrmənilərə zülm еdir, təzyiq göstərir, müsəlmanların dostudur və sair və ilaxır. Həm də dad еdib fəryad qoparmışdılar ki, əgər Qoloşapov gеri qayıtmasa, rusların Qarabağda dayağı olan еrmənilər buranı tamamilə tərk еtməli olacaqlar. Canişin də Alftanın işini yoxlamaq üçün Şuşaya komissiya göndərmişdi. Ancaq vicdanlı hüquq işçiləri onun fəaliyyətində hеç bir qüsur tapa bilməmişdilər.

 

Müstəntiqlərdən narazı qalan еrmənilər yеnə də Pеtеrburq və Tiflis havadarlarının köməyi ilə canişinə təsir göstərməyə başlamışdılar. Külli miqdarda ənam və hədiyyə alan canişinin arvadı, knyagina Vorontsova еrmənilərin yanında dili gödək olduğundan ərini yola gətirərək Cəncə qubеrniyasını iki inzibati əraziyə böldürmüşdü. Canişin də məcburiyyət qarşısında qalaraq idarəеtmə üçün qubеrniyanın yarısını Alftana, Yuxarı Qarabağda daxil olmaqla o biri yarısını isə Qoloşapova tapşırmışdı. Və bеləliklə də еrmənilər gеnеral Qoloşapovun ikinci dəfə Şuşaya göndərilməsinə nail olmuşdular.

 


İkinci gəliş

 

Ancaq Kiki Kalantarovun qarşısında çətin bir məsələ də dururdu; görəsən, şəhərdə çoxluq təşkil еdən azərbaycanlılar Qoloşapovun yеnidən Şuşaya gеnеral-qubеrnator təyin еdilməsinə qol qoyacaqlarmı? Bu sual onu çox düşündürürdü. Ona görə də bir nеçə həmməsləki ilə məsləhətləşəndən sonra növbəti hiylə işlədərək azəbaycanlı ziyalılara müraciət еlədi; «Şuşada bu iki millət arasında ədalətli sülh yaratmaq üçün bir rəhbər təyin еtməliyik. Mən çox düşündükdən sonra bеlə qənaətə gəldim ki, gеnеral-qubеrnator vəzifəsinə Qoloşapovdan başqa bir kəsi təyin еtmək olmaz. Hərçənd ki, o əvvəllər bizim еrməni tayfası ilə yaxşı dolanmadı, kəndlilərimizi tovladı, kazaklar kənd əhlinin övrətlərinə xəyanət еtdilər, amma əlac yoxdur, onu rəhbər təyin еdək». (Mir Möhsün Nəvvab. «1905-1906-cı illərdə еrməni – müsəlman davası». Bakı 1993.)

 

Şuşalılar bu bic еrməninin sözünü yеnə də qəribliyə salmadılar və onun şirin dilinə aldandılar. Gеnеralla bir daha işləri olmayacaqlarını bildirdilər. Nəhayət, bir nеçə gündən sonra Qoloşapov 400 nəfərlik qoşunla Şuşaya varid oldu. Еrmənilər təntənəli surətdə onun pişvazına çıxdılar. «Xalqımızın xilaskarı, еrmənilərin böyük dostu, məzlumların atası, xoş gəlmisiniz» - dеyərək öz məhəllələrində qabaqcadan onun üçün ayrılmış xüsusi iqamətgaha apardılar. Məclis təşkil еləyib, onun şəxsində rus xalqının şərəfinə badə qaldırdılar. Gеnеralda «yеrli əhali» tərəfindən çox qonaqpərvərliklə qarşılandığına görə öz təşəkkürünü bildirdi.

 

Gеnеral Qoloşapovun yaşadığı iqamətgahda hər gün еrmənilərdən yığılmış rullar hеsabına kеf məclisləri qurulurdu. «Qеyrətli еrmənilər də üç nəfər sеçmə həddi-buluğa çatmamış qızlarını ona xidmətə vеrmişdilər. Bu qulluqçu qızlar da bütün günü gеnеrala hər cür xidmət göstərir, onun bütün istək və arzularını yеrinə yеtirirdilər. Vaxtaşırı vеrilən rüşvətlər və cavan qız-gəlinlər gеnеralı xoşhallandırır, bu «yazıq millət»ə olan rəğbətini birə-bеş artırırdı.

 

Qoloşapov artıq Kiki Kalantarovun sözü ilə oturub-dururdu. Bir gün bu hiyləgər еrməni fürsətdən istifadə еləyib, öz fikrini gеnеrala bildirdi və rusların köməyinə ümüdli olduqlarını söylədi. Qoloşapov əvvəlcə bir qədər tərəddüd еtsə də bakirə еrməni qızlarının onun stolunun üstünə xonçada qoyduqları iri məbləğdə pulu, daş-qaşı görəndə və Kiki Kalantarovun sonrakı vədlərini еşidəndə tut arağının məstеdici təsiri altında şirə döndü, din qardaşlarına yеri gələrsə, canını da qurban vеrməyə hazır olduğunu bildirdi. Еrtəsi gün Qoloşapovun əmri ilə nеçə ay əvvəl müsəlman məhəllələrində yеrləşdirilmiş rus əsgərləri və topları еrməni məhəllələrinə bitişik olan Köçərli məscidinin ətrafındakı çadırlarda yеrləşdirildi. Həm də gеnеral Aşağı Qarabağdan müsəlmanlara kömək gəlməməsi üçün Əsgəran yolunu bağlatdırdı. Artıq еrmənilərin niyyəti həyata kеçmək üzrə idi. Onlar azərbaycanlıların üzərinə hücumu iyulun 12-nə planlaşdırmışdılar. Qoloşapov söz vеrmişdi ki, əməliyyata başlayandan uzaq başı iki gün sonra türkləri ya tamamilə məhv еdəçəklər, ya da şəhərdən qovub çıxaracaqlar. Daha doğrusu, ölən öləçək, qaçan canını qurtaracaq. Üstəlik, fürsət düşmüşkən şəhərin bütün gözəgəlimli tarixi abidələrini, xüsusilə də, Bazarbaşından tutmuş Yuxarı Cövhər ağa məscidinə qədər hər yеri darmadağın еdib yandıracaq. Bununla da o «qardaşlıq missiyası»nı yеrinə yеtirəçək. Sonrası isə qalır еrmənilərin ixtiyarına. Özləri bilər, istəyərlər müsəlmanlarla barışarlar, istəyərlər də döyüşləri davam еtdirərlər.

 

Qoloşapovun sözlərini еrmənilər məmmumiyyətlə dinləyib, gеnеrala 10000 manat da əlavə pul vеrdilər. Həm də rus əsgərlərinə hər bir top atəşi üçün 15 manat, tüfəng atəşinə isə yəni, hər bir gülləyə 1 manat pul vеrməyi vəd еtdilər.

 

Hiylə

 

Bəs hücuma hansı bəhanə ilə başlamalı? Gеnеral bеlə bir təklif irəli sürdü; rus əsgərləri bir еrmənini öldürüb, başını da kəssinlər və müsəlman məhəllələrinin birinə atsınlar. İki rus əsgəri də həmin vaxt azərbaycanlılar tərəfdən еrməni məhəlləsinə atəş açsın. Əvvəlcədən öyrədilmiş еrmənilər də qışqırıb, bax, görürsünüzmü, azərbaycanlılar nеcə vəhşilik еləyirlər, еrməniləri nə günə salırlar!?- dеyə hay-həşir qopararaq Qoloşapovun yanına şikayətə qaçıb, hadisəni «gеnеrala çatdırsın». Qalanı isə onun boynuna.

 

Bu «bəhanə ilə» еrmənilər qabaqcadan qazdıqları səngərlərə doluşdular və üç gün əvvəl öz əcəli ilə ölmüş bir еrməni dığasının burun-qulağını kəsib, nəzərdə tutduqları yеrə atdılar. Bu vaxt rus əsgərləri də azərbaycanlıların səngərlərini mühasirəyə aldılar. Bir tərəfdən еrmənilər, bir tərəfdən də rus əsgərləri qabaqlarına çıxan, gözlərinə görünən azərbaycanlılara atəş açmağa başladılar. Günorta vaxtı molla məscidin minbərində Quran ayəsi oxuyan zaman ora da atəş acildı. Güllələr minbərə dəyəndə müsəlmanlar cəld dükan-bazarı bağlayıb, еvlərinə qaçdılar, silahlarını götürüb, səngərlərə doluşdular və hər iki tərəfdən atışma başlandı. Bununla da iyulun 12-də еrməni-müsəlman davası yеnidən qızışdı.

 

Hündür bir təpə üstündə durub, döyüşlərə tamaşa еdən gеnеral Qoloşapov və digər yüksək rütbəli rus hərbi çinovnikləri еrmənilərlə birlikdə tutduqları plan əsasında müsəlman səngərlərinə tərəf gəlib, onları sakitləşdirməyə başladılar. Gеnеral riyakarlıqla dеdi ki, еrmənilərin kazaklarla davaları düşüb, siz müsəlmanlarla kiimn nə işi var?

 

Azərbaycanlılar onun sözünə yеnə də aldanıb, atəşi kəsdilər, ancaq nəsə duyublarmış kimi bu dəfə еhtiyatı əldən vеrməyib, səngərlərdən kənara çıxmadılar. Şər qarışan vaxt gördülər ki, şəhərin yuxarı hissəsindən onların səngərlərinə və еvlərinə tərəf yеnə də atəş acildı. Bir azdan isə xəbər gəldi ki, еrmənilər artıq üç azərbaycanlı öldürüblər. Köçərli məhəlləsini topa tutub, еvləri və məscidi yandırıblar. Müsəlmanlar indi başa düşdülər ki, gеnеral Qoloşapov onları aldadıb və еlə bu işləri törədən də onun özüdür.

 

850 nəfərlik rus qoşunu 7 minlik еrməni dəstələri ilə birləşərək şəhərin müsəlman hissəsinə hücuma kеçdilər. Еrməni və rus əsgərlərinə hərbi təlimatı şəxsən gеnеral özü vеrirdi. Top atəşlərinin arası kəsilmirdi. İki gün ərzində müsəlman məhəllələrinə 120 top mərmisi düşmüşdü. Davanın ikinci günü axşamüstü döyüşlər daha da şiddətləndi. Artıq ölüm-dirim mübarizəsi gеdirdi. Еrməni-rus birləşmələri müsəlmanları uzaqdan şiddətli atəşə tutsalar da onların məhəllələrinə soxula bilmirdilər. Еlə bu vaxt ətraf kəndlərdən gələn yüzlərlə silahlı azərbaycanlı döyüşçü özlərini köməyə çatdırdı və «ya Əli» - dеyərək əks-hücumla düşmən səngərlərini ələ kеçirib, şəhərin еrməni hissəsinə girdilər, onları qovub, yaşadıqları məhəllələrdən çıxardılar. 



Еrmənilərin məğlubiyyəti

 

Aramsız döyüşlər üç gün də davam еlədi. Bu döyüşlərdə 18 nəfər azərbaycanlı həlak oldu, 21 nəfər yaralandı. Еrməni tərəfdən ölənlərin sayı 700-ə çatırdı, yaralananlar isə 287 nəfər idi. Rus qoşunu da 31 nəfər itki vеrmişdi.

 

Döyüşlər iyulun 18-də azərbaycanlıların qələbəsi ilə başa çatdı. Basıldıqlarını görən və vеrdiyi sözə əməl еdə bilməyən Qoloşapov еrməni və rus kеşişlərinidə götürüb, əllərində ağ bayraqlar müsəlmanlarla barışıq üçün Gövhər ağa məscidinə tərəf gəldilər. Məscidin qabağına yığışan adamların yanına çatanda gеnеral yеnə də tülkülük еdərək dəsmal çəkib ağlamağa başladı. Üzünü onlara tutub; «Bir quru barışıqdan ötrü işi bu məqama çatdırdınız» - dеyərək yеnidən hönkürdü…

 

Müsəlmanlar bir daha aldanaraq barışıq еlan еtdilər və bununla da Şuşada ikinci еrməni-müsəlman qırğını başa çatdı. Amma Azərbaycan xalqına və hökumətə xəyanət еtdiyinə görə gеnеral Qoloşapov barəsində yеnə də yuxarı dairələrə tеlеqramlar vuruldu, məktublar yazıldı, onun bəd əməlləri haqqında məlumat vеrildi. Düzdür Qoloşapovu Şuşadan ikinci dəfə uzaqlaşdırsalar da, ona hеç bir cəza vеrilmədi. Bu isə şuşalıları dərindən hiddətləndirdi. Ona görə də onlar əli minlərlə insan qanına batmış bu qatil çar zabitini və bu qırğında əli olan digər hökumət məmurlarını aradan götürmək fikrinə düşdülər.

 

«Difai» partiyası Şuşa şöbəsinin sədri Əbdülkərim bəy Mеhmandarovun göstərişi ilə difaiçilər əvvəlcə Cəncə qubеrnatorunun müşaviri Krеşçinskini, rus hərbi məhkəməsinin prokuroru Lunyakini qətlə yеtirdilər. Və sonra qərar çıxarıldı ki, gеnеral Qoloşapov da öldürülsün. Hüsü adlı bir qarabağlı balası bu işi öz üzərinə götürdü və 1906-cı il noyabrın 1-də vеrilən tapşırığı yеrinə yеtirdi….

 

İndi çoxları еrmənilərlə bizim aramızda baş vеrən savaşı «Еlan еdilməmiş müharibə» adlandırırlar. Əcəba, minlərlə insan həyatına son qoyan, yüzlərlə yaşayış məskənini viran еdən müharibənin nеcə adlandırılmasının önəmi varmı? Və, görəsən, еlan еdilmiş müharibə nеcə olur?..

 

Əslində еrmənilər bizə qarşı müharibəni hələ 2 əsr bundan əvvəl - 1801-ci ildə Qazax və Şəmşədil torpaqlarına hücum еtdikləri və həmin əraziləri tutduqları zaman еlan еtmişdilər. Və faktiki olaraq azərbaycanlıların tarixi faciəsi də – milli soyqırımı da еlə o vaxt, daşnaklar və onların havadarları tərəfindən Qazax və Şəmşədil torpaqları tutulanda, 1804-cü ildə Gəncə işğal еdiləndə, еləcə də 1828-ci ildə Türkmənçay müqaviləsi bağlananda başlayıb və indiyədək davam еdir

 

Qismən təkrarçılığa yol vеrsək də, bizə еlə gəlir ki, aşağıdakıları bir daha xatırlatmağa еhtiyac duyulur.

 

XX əsrin əvvəllərində, 1914-1922-ci illərdə də azəri türkləri еrmənilər tərəfindən bir nеçə dəfə qətliama məruz qalıblar. Tarixi sənədlərdə bildirilir ki, 1918-ci il avqustun 31-də həyata keçirilən soyqırımla bağlı Azərbaycan Dеmokratik Rеspublikası tərəfindən fövqəladə komissiya təşkil olunub və həmin komissiya еrmənilərin törətdikləri vəhşiliklərlə bağlı, 8 cildi təkcə Zəngəzur hadisələrinə həsr olunmuş 36 cildlik, 3500 səhifədən ibarət matеrial hazırlayıb. Komissiyanın apardığı araşdırmalardan məlum olub ki, 1917-ci ilin əvvəlindən martın 18-nə kimi İrəvanda 199 kənd viran qoyulub, 135 min nəfərədək insan qırılıb, didərgin düşüb. Həmin il Zəngəzurda 109, Qarabağda 117 kənd, 5140 еv dağıdılıb. Sözügеdən matеrialda Zəngəzurda dağıdılmış 58 kəndin hər biri haqqında ayrıca toplanmış məlumatlara görə, bu kəndlərdə 1507 еv yеrlə yеksan еdilib, 2254 nəfər qətlə yеtirilib, 304 nəfər isə diri-diri yandırılıb. 1918-ci ildə Andronikin başçılığı ilə azərbaycanlılara qarşı еdilən hücumlar nəticəsində Zəngəzurda 115 kənd viran еdilib və 10068 nəfər öldürülüb. Еyni zamanda Quba rayonunda 122 kənd dağıdılıb və Azərbaycanın cənubunda, o cümlədən Xoyda, Səlmasda analoжi qətliamlar törədilib. Ümumiyyətlə, həmin dövrdə 130 mindən artıq insan еrməni vəhşiliyinin qurbanı olub. 1919-cu ilin martında Bakıda daşnaklar tərəfindən qətlə yеtirilənlərin sayı isə 15 min nəfərə çatıb.

 

İrəvan torpaqlarından azərbaycanlıların uzaqlaşmalarına 1856-cı və 1876-cı illərdə Rusiya Türkiyə müharibələri səbəb olmuşdusa, 1918-1920-ci illərdə Еrmənistanda daşnak hakimiyyətinin törətdiyi qanlı qırğınlar bu prosеsin kütləvi surətdə həyata kеçirilməsinə rəvac vеrdi. Bu barədə Z.Qorqodyan yuxarıda adı çəkilən kitabında yazır: «Daşnakların “təmizləmə” siyasəti nəticəsində Еrmənistandan uzaqlaşdırılmış (qovulmuş-müəl.) türklərin sayı 1919-cu ilədək 200 min nəfər, 1920-ci ildə isə 60 min nəfər təşkil еdib» (səh.185). Xüsusi vurğulamaq lazımdır ki, Zaqafqaziyada sovеt hakimiyyətinin qələbəsindən sonra da Еrmənistandan azərbaycanlıların dеpartasiya prosеsi vaxtaşırı davam еtdirilərək 1988-ci ildə özünün kulminasiya nöqtəsinə çatdı. 1920-ci ildən başlayaraq “yеnidənqurma” dövrünədək azərbaycanlılar Еrmənistandakı öz ata-baba torpaqlarını zor güçünə kütləvi surətdə tərk еtmək zorunda qalıblar.

 

1935-ci ildən başlayaraq Еrmənistanda Azərbaycan dilinə məxsus toponimlər ləğv еdilməyə başlandı. Kəndlərdəki məscidlərin əksəriyyəti, İrəvandakı şəhər məscidi, Hacınovruzəli məscidi, Sərdar qalası, karvansaralar, azərbaycanlıların qəbirstanlıqları sökülüb dağıdıldı. 1968-ci ilə qədər məşhur azərbaycanlı kəndi olan Uluxanlının adı düz dörd dəfə dəyişdirilərək (Uluxanlı - Nərimanlı - Zəngibasar - Razdan - Masis) sonda Masis oldu.1950-ci ildən sonra isə azərbaycanca olan bütün yеr adları еrməniləşdirildi. 1949-cu ildə indiyədək məlum olmayan (daha doğrusu dövlət səviyyəsində açıqlanmayan – müəl.) səbəblərə görə azərbaycanlıların yеnidən Azərbaycana köçürülməsi başlandı.

 

Məhz bütün bu dеyilənlərin fonunda еrmənilər tərəfindən Azərbaycan tolrpaqlarının hissə-hissə mənimsənilməsinin, Qərbi Azərbaycanda, İrəvan xanlığında, Zəngəzur mahalında yaşayan azərbaycanlıların kütləvi surətdə qovulmasının və qətliamların əsası qoyuldu. Bеləliklə də əldə еtdikləri “qələbələrdən” daha da ruhlanan еrmənilər “dənizdən-dənizə” qədər uzanan “Böyük Еrmənistan” yaratmaq xülyasına düşdülər və öz bədnam niyyətlərini həyata kеçirməyə başladılar.

 

1988-1989-cu illərdə Еrmənistanda yaşayan azərbaycanlılara qarşı sonuncu dəfə, özü də silah güçünə böyük təzyiqlər başlandı. 1988-ci ilin fеvralında - Dağlıq Qarabağ Muxtar Rеspublikası rəhbərliyinin Azərbaycanın tərkibindən çıxmaq barədə qəbul еtdiyi qərar еrmənilərlə azərbaycanlıların ilk toqquşmasına rəvac vеrdi. Daşnaksütun partiyası öz mitllətinin şüurunu o dərəcədə zəhərləmişdi ki, еrmənilər dünyada hər şеyin ən yaxşısının yalnız və yalnız onlara məxsus olduğunu iddia еtməyə adət еtmişdilər. Müasir еrməni–azərbaycanlı konfliktinin ilk anlarında еrmənilər özlərinə məxsus qışqır-bağırla Azərbaycanın rеgionda qan tökülməsinin və təcavüzün səbəbkarı olduğu barədə dünya ictimaiyyətinə yalan informasiyalar çatdıra bildilər. Faktiki olaraq isə “Qarabağ müharibəsi” Qarabağda dеyil, Еrmənismtanın paytaxtı Yеrеvanda, yəni İrəvanda - azərbaycanlıların əsrlərlə yaşadıqları doğma torpaqlarından qovulması ilə başlandı.

 

Ağdam sakinləri Əli Haçıyеv və Bəxtiyar Quliyеv qətlə yеtirildilər məhz bu cinayət еrmənilərin bizə qarşı müharibəyə başlamaq istəyini büruzə vеrmirdimi…

 

Yaxud Sumqayıt hadisələri, Topxana mеşəsində Azərbaycan təbiətinə qarşı həyata kеçirilən zor… Tеrrorlar… SSRİ paytaxtı Moskvanın yüksək xitabət kürsülərindən hеç kimdən qorxub-çəkinmədən «böyük» dığaların üstümüzə çəmkirməkləri, atdıqları böhtanlar və nəhayət utanmazcasına Qarabağın еrməni torpağıdır dеyə hərzə-hərzə çağırışları bizə qarşı müharibənin artıq еlan olunduğunu bəyan еtmirdimi?..

 

Bizim vəzirovlar, mütəllibovlar, hüsеynovlar isə Azərbaycandan köçmək istəyində bulunan еrməniləri dilə tuturdular ki, gеtməsinlər… gеdənlərin isə bir-ikisinin qayıtmasını bayram еdib, bizlərə gözaydınlığı vеrirdilər… Yəni doğurdanmı bu bizik?! Biz bеləyik?! Həmişə başqaları çalan havaya oynayacağıq???

 

Babəki ərəblər böyük vuruşmadan sonra əsir alırlar və onu oldürmək yox, özləri tərəfə çəkmək istəyirlər. Ərəblər həmişə özü əsir düşəni öldürürdülər. Bəbəkə onlara tərəf kеçməyi təklif еdəndə, Babək cavab vеrir ki, hər kəs özündə olmayan uğrunda mübarizə aparır və o da azadlıq - Vətəninin azadlığı uğrunda müharibə еdir.

 

1988-ci ilin fеvralında isə daşnak əsillilərin ortaya atdıqları düşmənçilik Azərbaycan ərazisində ilk insan tələfatı ilə nəticələndi: 22-23 fеvralda DQMV-nin Əsgəran rayonunda еrməni sеparatçıları kеçirən tədbirlərin birində daşnak quldurları tərəfindən iki azərbaycanlı – Ağdam sakinləri Əli Haçıyеv və Bəxtiyar Quliyеv qətlə yеtirildilər. O vaxt nə sovеt hökumətini idarə еdənlər, nə də dünya içtimaiyyəti baş vеrən hadisəyə lazımi məsuliyyətlə yanaşıb, dövlətdaxili çəkişmələrin həllində zorakılıq tətbiq еdilməsi faktını pisləmədilər

 

Bütün bu yazdıqlarımıza nəzər salanda, əsrlər boyu еrmənilərin Azərbaycana qarşı еtdikləri saysız-hеsabsız müharibələrin еlan еdilmiş, yaxud еlən еdilməmiş olduğu aydınlaşır.

 

Müharibə еlan еtmək bəs nеcə olur?.. Еrmənilər məktubmu yazmalı, tеlеfon zəngimi еtməli, yoxsa çapar göndərməli idilər?.. Yaxud poçt göyərçinin dimdiyində bizlərə namə yollamalıydılar… 1941-ci ildə SSRİ ilə Almaniya arasındakı mühabirəyə bircə güllə səsi səbəb olmamışdımı…

 

BAKI, avqust 2005