BİR DAHA YOD ELEMENTİ HAQQINDA

Отправлено 10 дек. 2013 г., 0:52 пользователем Murad Nabibekov   [ обновлено 15 нояб. 2014 г., 4:39 ]

  Yod elementi Mendeleyev dövrü sisteminin VII qrupunda yerləşən, sıra nömrəsi 53, atom çəkisi 127-yə bərabər olan qeyri-metaldır. Halogenlər qrupuna daxildir. Metallik parıltıya malik olan qara boz rəngli kristalları vardır. Sıxlığı 4,94 qr/sm3, ərimə temperaturu 184,350 C-dir. Təbiətdə daha çox vulkanlarla əlaqədar püskürmələrdə yüksək fon miqdarında rast gəlir. Xüsusilə kameral mantiya tipli vulkan məhsullarının tərkibində daha çox iştirak etdiyi ehtimal olunur. Biogen proseslərdə oksidləşdirici element rolunda iştirak edir və ekaloji mühitin sağlamlığının göstəricilərindən biri kimi tanınır.

Adi şəraitdə yod elementi otaq temperaturunda buxarlanır, bu zaman bənövşəyi rəng alır, (yunanca yod “bənövşəyi” rəng deməkdir) qızdırıldıqda isə qaynayr. Suda pis həll olunduğundan daha çox üzvü həlledicilərlə olan məhlullarından istifadə edilir. Yod elementini əsasən buruq və dəniz sularından alırlar. Dəniz suyunda onun miqdarı hər tonda orta hesabla 20-30 mq təşkil edir. Dəniz yosunları, xüsusilə dəniz kələminin (laminariya) quru kütləsində onun miqdarı hər tonda 5 kq-a  çatır. Dünyanın əsas yod ehtiyacları Çilinin Atakama səhrasının halogen çöküntüləri və Yaponiyanın dəniz yosunları hesabına ödənir (təxminən 99 % təşkil edir).

Yodun bir sıra təbii mineralları vardır. Bu minerallar gümüş, mis, brom, xlor, kalsium və s. kimi elementlərlə birgə birləşmələr yaradır. Bunlardan lautarit – Ca (JO3)2, yodobromit Ag (Br, Cl, J), mayersit – Cu J x 4 Ag J - daha çox fəaliyyətdə olan vulkanların (məsələn, Vezuvi və Volkano-İtaliya) yaxınlığında yerləşən termal suların əmələ gətirdiyi çöküntülərdə təsadüf olunur.

Yodun yer qabığının süxurlarında orta miqdarı – 0,00004%-dir. Bu göstərici süxurların hər ton kütləsində  400 mq- deməkdir. Yodun ən səciyyəvi geokimyəvi xüsusiyyəti onun çox güclü yayılma qabiliyyəti ilə bağlıdır. Bu səbəbdən ona hər yerdə rast gəlinir və yod daima hərəkətdədir. Dağlıq ərazilərdə onun hərəkətliliyi həm də yağış və çay sularının süxurları intensiv surətdə yuması nəticəsində daha da yüksəlir. Bu səbəbdən də dağlıq ərazilərdən yod elementinin yuyularaq okeanlara doğru daşınması böyük vüsət alır. Nəticədə dağlıq ərazilərin landşaftlarının torpaq, bitki və heyvanat aləmi tərkibində yod çatışmazlığı düzənlik ərazi landşaftlarından xeyli fərqlənir.

Geokimyəvi proseslərdə yod elementinin miqrasiyasına dəmir, fosfor, flüör, brom, kalium, selen elementləri köməklik göstərir. Yod elementi özü də geokimyəvi proseslərdə qızıl, gümüş, platin, brom, flüör, fosfor, mis, molibden, kobalt, nikel, sink, qalay və s. elementlərinin fəallığını artırır. Təbii ki, bir sıra elementlər yodun geokimyəvi fəaliyyətinə tormuzlayıcı təsir göstərir. Məsələn, kükürd, uzan, stronsium, manqan, qurğuşun, kadmium, civə, arsen, tantal, tellur, barium, aktinoidlər və s. yod elementinə geokimyəvi və həm də yəqin ki, biokimyəvi proseslərdə az bioloji funksiyalarını yerinə yetirməkdə ciddi maneçilik törədirlər. Bir sözlə, yuxarıda adları sadalanan kimyəvi elementlərin bitki, heyvan və insan orqanizminə faydalı olanları yodla bir qarşılıqlı əlaqə birliyində, əksinə ekoloji mühitin çirkləndiriciləri hesab olunan böyük bir kimyəvi elementlər qrupu isə yod elementinə antoqonist bir mövqedə təmsil olunurlar. Yodla ziddiyyət təşkil edən elementlərin xüsusən kükürd, manqan, stronsium, barium elementlərinin orta miqdarı yodun orta fon miqdarından min dəfələrlə artıq olduğunu nəzərə almış olsaq, ekoloji çirklənmənin təşəkkül tapdığı ərazilərdə yod elementinin çatışmazlığının niyə böyük rəqəmlərlə ifadə olunduğunu da anlamaq olar. Hal-hazırda dünya əhalisinin 30 %-ə qədəri yod elementinin azlığı ilə qarşılayıb (təxminən 1 milyard 570 milyon nəfər). Planetimizin 500 milyon sakinində  isə yod çatışmazlığının olduğu qeydə alınmışdır.

İnsan orqanizmində orta çəki 70 kq- götürülməklə 12-20 mq yod elementi iştirak edir. Yodun 90%-dən çoxu qalxanabənzər vəzidə toplanır. İnsan qida vasitəsilə gündəlik olaraq 0,15 mq yod qəbul edir. Ərzaq və hava vasitəsilə qəbul olunan yodun insan orqanizmindən yarı çıxarılma müddəti isə 138 gün hesab olunur. İnsan orqanizmində həm də qalxanabənzər vəzi, qaraciyər və böyrəklərdə olan yodun daima təzələnməsi prosesi gedir. Yodun bioloji proseslərdə iştirakı, yəqin ki, orqanizm üçün ciddi fəsadlar törədə biləcək toksiki və kasorogen elementlərin ionları ilə (uran, arsen, civə tantal, kükürd, kadmium, tellür və s.) olan antoqonist mübarizə üçün böyük  əhəmiyyətə malikdir.

Təbii proseslərdə-maqmatizm, metamorfizm, çökmə süxurların differensiasiyası və s. yod elementinin yayılması ilə manqan elementinin paylanması arasında əks münasibətin olduğu aşkara çıxır. Manqan elementi ilə nisbətən zənginləşən ərazilərdə bu elementi daha çox saxlayan yeraltı sularda adətən yod çatışmazlığı müşahidə edilir. Məsələn, nisbətən Mn-la zənginləşən boz, torpaqlarda, cod sularda, karbonatlı və əhəncli süxurlarda yod elementinin çatışmazlığı açıq-aşkar özünü birüzə verir.

Yod elementinin insan orqanizmində hansı faydalı funksiyaları yerinə yetirməsinə nəzər salaq. İlk növbədə yod qalxanvari vəzinin hazırladığı hormonlarda iştirak edir – çoxalma, boy artımı maddələr mübadiləsi, hemoqlobinin qanda miqdarının normal səviyyədə saxlanması proseslərində çox mühüm rol oynayır. Hamilə və uşaq əmizdirən qadınların bu elementə olan ehtiyacları daha qabarıq surətdə özünü göstərir. Yod çatışmazlığı xüsusilə uşaq və məktəblilər arasında daha tez özünü göstərir ki, bu da onların boy artımı üçün yod elementinə olan ehtiyacları ilə bilavasitə əlaqədardır. Uşaqlar və məktəblilər arasında 5 %-dən artıq zob xəstəliyi olan yaşayış rayonları “endemik  zob” əraziləri hesab olunur. Yod çatışmazlığına qarşı lazımı tədbirlər görülmədikdə yaddaşın zəifləməsi, intellektin aşağı enməsi, yuxusuzluq, yorğunluq, dalğınlıq halları baş verir. Daha dərin və uzunmüddətli yod çatışmazlıqları nəticəsində insanlarda anemiya, immun çatışmazlığı, osteroxondroz, ginekoloji, bronxial, ağ ciyər, emosional və kardioloji xəstəliklər yaranmasına səbəb olur. Dərilərin quruluğu və kəpəkləşməsi, saçların tökülməsi, qəbizlik, əhval-ruhiyyənin səbəbsiz surətdə pisləşməsi  və s. əlamətlər də yod çatışmazlığı ilə əlaqədar ola bilər. Çox zaman yod elementinin normadan azlığı “gizli aclıq” adı altında adlandırılır ki, bu zaman maddələr mübadiləsinin su, zülal, yağ, karbohidrat və vitaminlərin mübadiləsinin zəifləməsi baş verir.

Yod elementinin insan orqanizmindəki rolu onun daxili və xarici amillərə olan münasibəti ilə də izah edilir.

Yod qalxanvari vəzinin hormonlarının tərkib hissəsi kimi iştirak edərkən, oksigenin istifadə olunmasına təlabatını və fermentlərin fəallığını artırır, sinir sisteminin fəaliyyətini normallaşıdırır, saçlar və dırnaqların normal inkişafını təmin edir.

Yod çatışmazlığını təyin etmək məqsədi ilə istifadə olunan üsullardan biri ayağın baş barmaq dərisinin qalınlaşaraq kobudlaşması hesab olunur. Onun müəyyən olunmasının digər əlverişli üsulu insanın yanına yodun 5 %-li spirtli məhluluna batırılmış pambıqla çəkilən dama-dama xətlər vasitəsilə müəyyən olunur. Əgər yod izləri bədəndən 3 saat müddətindən sovrularaq yox olarsa – bu orqanizmin “yod aclığı”nı göstərir. Əgər 6 saat müddətində bu izlər sovrularsa yod azlığının olduğunu sübut etmiş olur. Normal halda isə yod izləri bədəndə 1 sutkayadək saxlanılır.

Yod azlığına gətirib çıxaran səbəblərdən bir qrup da xarici-ekzogen amillərlə bağlıdır. Buraya flavanoidlər, fenollar, tiosianatlar, disulfidlər, nitrat və nitrit birləşmələrinin insan orqanizmində toplanması ilə əlaqədardır. Qidada zülalların, vitaminlərin, mikroelementlərdən brom, selen, kobalt, mis, sink və s. çatışmazlıqları, qəbul olunan antibiotiklər, sulfonilamidlər də yodun orqanizm tərəfindən mənilsənilməsinə əngəlliklər yaradır. Belə maneələr olduqda insan orqanizmində zərərli təsir göstərən radioaktiv yod izotoplarının toplanması müşahidə olunur ki, bu da endemik zob xəstəliklərinin fəsadlarını daha da dərinləşdirir.

Yodun normadan artıq miqdarı da çox təhlükəlidir. Bir damla yod məhlulunu şəkər üzərinə damızdırılaraq qəbul edərkən gündəlik normadan 30 dəfə çox yod orqanizmə daxil olur. Bu halda orqanizmdə güclü toksikoz hadisəsi baş verə bilər.

Yod azlığını və daha dərin fəsadlar verən çatışmazlıqlarını aradan qaldırmaq məqsədi ilə bir sıra qaydalara əməl etmək zərurəti vardır.

Birinci növbədə yod çatışmazlığı müşahidə olunan ərazilərdə yodlaşdırılmış xörək duzlarından istifadə etmək lazımdır. Burada onu da qeyd etmək yerinə düşərdi ki, texnogen proseslərin inkişafının indiki səviyyəsində yoda antoqonist münasibət göstərən kimyəvi maddələrin miqdarı xeyli artdığından yodlaşdırılmış xörək duzlarının da gücü çox vaxt bu problemin həllinə kifayət eləmir. Daha yaxşı olardı ki, yodlaşdırılmış xörək duzlarına həm də yodun yaxın köməkçilərindən sayılan brom elementi əlavə edilsin. Bu zaman yodun mənimsənilməsi xeyli asanlaşmış olardı. Digər tərəfdən yodun bromla birlikdə qəbul olunması dəmir, mis, moubgen, kobalt, selen elementlərinin də orqanizm tərəfindən mənimsənilməsinə köməklik göstərə bilər.

Yod azlığı və çatışmazlığından əziyyət çəkilən ərazilərdə insanlar ən qədim zamanlardan bəri müxtəlif bitki və heyvan qida məhsullarına maraq göstərmişlər. Dəniz və okean balıqlarında, xüsusilə, skumbriya, sardiniya, treska balıqlarında kifayət qədər yod vardır (hər 100 qr kütlədə 300-400 mikroqram).vbBu dəniz balıqlarının tərkibində eyni zamanda brom, fosfor, kobalt, molibden kimi faydalı komponentlər də yüksək miqdarda toplanmışdır. Çay balıqlarında, yəni şirin su hövzə məhsullarında bu göstərici hər 100 q kütləyə 70 mikroqrama qədər azalır.

Dəniz və çay balıqlarından istifadə olunarkən yodun böyük bir hissəsi orqanizm tərəfindən mənimsənildiyi halda bitki mənşəli məhsulların tərkibindəki yodun böyük bir hissəsi mənimsənilməmiş qalır. Bununla belə qədim zamanlardan bəri insanlar yabanı bitkilərdən yod çatışmazlığından xilas olmaq üçün istifadə etmişlər. Məsələn, Şəki mətbəxində istifadə olunan “küyər” bitkisinin turşuda tutmasından (bu bitki yodla zəngindir) son zamanlara qədər olduqca geniş istifadə edilmişdir. Yüksək dağlıq ərazilərdə yodun ətraf mühitdə (landşafta) miqdarının xeyli aşağı olduğu endemik zob rayonlarında yodla zəngin olan baldırğan (bolşevik) bitkisindən daha geniş surətdə istifadə edilir. Meyvələrdən feyxoa, qoz tərəvəzlərdən noxud, bibər yabanı kökümsovlardan yer alması daha çox yod saxlayan məhsullar hesab olunur.

Yodun təbabətdən başqa istifadə olunduğu sahələr çoxdur. Texnikada işıq mənbəyi kimi, akkumulyatorlar istehsalı, lazertermo-nüvə sintezi, radioelektron sənaye və s.