Dünyada və Azərbaycanda bağçılığın tarixi inkişafı

Отправлено 9 янв. 2015 г., 4:11 пользователем Murad Nabibekov   [ обновлено 9 янв. 2015 г., 4:12 ]







Coşqun MƏMMƏDOV, 

AMEA Şəki Regional Elmi Məzrkəzi, 
kiçik elmi işçi, doktorant

Dünyada həyatın yarandığı dövrlərdən meyvə və bitkilərlə qidalanan insanlar zaman - zaman bu sahəni öyrənmiş və inkişaf etdirmişlər. Əkinçilik mədəniyyətinin inkişafindan və suvarmanın tətbiqindən sonra dünyada bağçılıq sürətlə inkişaf etməyə başlamışdır. Əvvəllər ancaq rastlaşdıqları və yaxud tapdıqları meyvə və bitkilərnən qidalanan qədim insanlar əkinciliyin inkişafından sonra dadına, məhsuldarlığına, rənginə, keyfiyətinə görə bitkiləri seçməyə başladılar. Ancaq zövqlərinə və təlabatlarına uyğun məhsulları əkməyə və çoxaltmağa başladılar. Beləliklə şüurlu seçmə nəticəsində xalq seleksiyası formalaşmağa başladı. Hazırda bizim ata-baba sortları kimi tanıdığımız ( Qızıl Əhməd alma, Abbasbəyi armud, Gülöyşə nar ) bu sortlar minillər boyu insanların apardığı xalq seleksiyasının nəticəsidir.

7 - 8 min il bundan əvvəl Nil çayı vadisində insanların əkinçilik və meyvəçiliklə məşğul olduğu elmə məlum olmuşdur. Qədim Misirdə eramızdan 3500 il əvvəl mərkəzi Memfis adlanan güclü bir dövlət formalaşmışdır.Burada planlı şəkildə xurma, üzüm, zeytun, əncir, limon, nar bağları salınmış və yüksək mühəndislik işi olan hidrotexniki qurğular vasitəsilə suvarma sistemləri təşkil olunmuşdur. Misirlə yanaşı Mesopotamiya, Babilistan və Assuriyadada bağçılıq, yeni aqrotexnologiyalar və süni suvarma sistemləri inkişaf etməyə başlamışdır.

Botanika elminin atası sayılan Teofrastın ( Aristotelin tələbəsi ) günümüzə gəlib çatmış ” Bitkilərin tarixi”, “ Bitkilərin səbəbi ” əsərlərində bitkilərin coğrafiyası, çoxaldılması, meyvəçilik, bağçılıq, əczaçılıq və bitki xəstəlikləri barədə biliklər movcuddur. Eramizdan beş min əvvəl qədim yunanların meyvə bitkiləri haqda məlumatları çox zəngin idi.

Qədim Romadada bağçılıq cox güclü inkişaf etmişdir. O dövrdə meyvə plantasiyaları, parkları, dekorativ bitkilərlə bəzədilmiş küçələri və sarayları ilə Roma dünyada həqiqətəndə məşhur idi. Roma alimlərindən Katon ( e.ə. 234 - 149 cu illər ) “ Əkinçilik ” ( De Agri Kulture ) əsərində bağçılıq haqda geniş məlumat vermişdir. Xüsusilədə Pliniyin ( eramızın 62-116 cı illəri ) “ Təbii tarix ” əsərində Romada əkinçilik və meyvəçiliyin inkişaf yolu barədə zəngin məlumatlar vardır. Bu alimlərin əsərlərində qələm və göz calağı üsulları, növbəli əkinlər, meyvə və tərəvəz bitkiləri haqda məlumatlar vardır. Birinci minilliyin ortalarında Roma imperiyasının süqutundan sonra meyvəçilik və bağçılıq Avropada tənəzzülə uğradı. Sonrakı dövrlərdə bağçılıq İtaliyadan başlayaraq Fransa və İngiltərəyə keçir. Məs bu dövrlərdə Şarl Esten ( 1504-1564 ) tərəfindən hazırlanmış ( Maison Rustiqne ) “ Kənd evi “ kitabı bu sahədə hazırlanmış ən dəyərli əsər hesab olunur. On beşinci əsrdə Amerika qitəsinin kəşfindən sonra bağçılıq çox sürətlə inkişaf etməyə başlayır. Qitələr arasında gedən elmi, iqtisadi, ticari mübadilə meyvəçiliyin inkişafinda stimul yaradır.

Hal hazırda ABŞ-da meyvə bağlarının ümumi sahəsi 1.6 mln hektardır.Keçmiş SSRİ ərazisində 3.53 mln ha, İspaniyada 3 mln ha, Çində 2.4 mln ha, İtaliyada 1.35 mln ha, Türkiyədə 0.45 mln ha-dır.

Qitələr üzrə dünyada ildə adam başına aşağıdakı miqdarda meyvə istehsal olunur. Avstraliya 150 kq, Şimali Amerika 140 kq, Avropa 91 kq, Afrika 75 kq, Asiya 30 kq.

Dunyada istehsal olunan meyvə və giləmeyvənin ümumi çəkisi aşağıdakı kimidir. Sitrus və banan 65-70 mln ton, üzüm 55-60 mln ton, alma 35-40 mln. ton, manqo 15 mln. ton, armud şaftalı ananas 8 - 10 mln. ton, papayya 3 - 4 mln ton, çiyələk və ərik 2 - 2.5 mln ton istehsal olunur.

Ölkəmizdə çoxlu sayda xalq sortları vardir. Məsələn armudun Nar armud, Sərçəbudu, Sün armud, Bildirçinbudu, Abbasbəyi armud, Xan armud kimi xalq seleksiya sortları vardır. Bu sortların adının Azərbaycan dilində olması ölkəmizdə meyvəçiliyin qədim tarixinin olmasının sübutudur. Milli folklorumuzdada bəzi meyvələrin adının çəkilməsi buna əyani sübutdur. Məsələn minillik nağıllarımızın sonunda “ Göydən üç alma düşdü ” deyimi, “ Elə bil boğazında kal armud qalıb “, “ Meşədə armudun yaxşısını ayı yeyər ”, “ Almanı say ye armudu soy ye”, “ Ayının min oyunu var bir armudun başında ” və s. misal çəkmək olar. Fikir versək görərik ki, olkəmizə ilk dəfə 150 - 200 il əvvəl gətirilmiş pomidor, badımcan, kartof, qarğıdalı, feyxoa və sair bitkilərin folklorumuzda izi yoxdur.

Ölkəmizin meşələri tropik meyvələrin və subtropik meyvələrin bəzi növləri xaric çox zəngindir. Prof. İdris Axundzadə və bir çox alimlər Azərbaycanda meyvə bitkilərinin inkişafını beş dövrə ayırır.

Birinci dövr - Eramızdan əvvəl ikinci minillyin sonu və birinci minilliyin əvvəlində ölkəmizdə meyvəçilik inkişaf etməyə başlamışdır. Həmin dövrdə burada gavalı, üzüm, badam əkildiyi müəyyən olmuşdur.

İkinci dövr - Quldarlıq dövrü. Qədim ədəbiyatlarda eramızdan qabaq yeddinci əsrdən başlayar eramızın üçüncü əsrinə qədər əhatə edən bu dövrdə Azərbaycanda əkinçiliyin və meyvəçiliyin çox inkişaf etdiyi göstərilir. Eramızdan qabaq yeddinci əsrdə ərazidə Midiya dövlətinin yaranması və Ön Asiyada ən zəngin və güclü dövlətə çevrilməsi meyvəçiliyin inkişafına güclü təkan verir. Strabonun verdiyi bilgiyə görə o dövrdə Azərbaycanda zəngin əkinçilk və meyvəçilik fəaliyyəti vardır. Bu ərazilərdə zeytun əkildiyini və qovrulmuş badamdan çörək biçirildiyini qeyd edir.Eramızdan əvvəl üçüncü əsrdə yaşamış yunan alimi Teofrast “ Bitkilərin tədqiqi ” adlı əsərində Azərbaycanda o vaxtlar “ Midiya alması ” kimi tanınan sitron becərildiyini qeyd edir.

Üçüncü dövr - Bu dövr əsasən feodalizmin başlanğıcı ilə üst - üstə düşür. Artıq Midiya dövləti süquta uğramış Əhəmənilər dövləti yaranmışdır. Üçüncü əsrdən 19 - cu əsrin əvvəlinə qədər olan bu dövrdə bir çox tarixçilərin və səyyahların əsərlərində Azərbaycanın təbiəti, əhalinin məşğuliyyəti, bağçılıq və əkinçilik barədə çox zəngin məlumatlar vardır.

Azərbaycanın qədim paytaxtı Bərdə şəhərinin gözəlliyini, orada müxtəlif bitkilərin, o cümlədən zeytunun becərildiyini Moisey Xorenski ( 5-ci əsr ) öz əsərlərində qeyd edir.Tarixçi Moisey Kaqankatvats ( 10 - cu əsr ) Azərbaycanda nar, incir, zeytun becərildiyini qeyd edir. ” İsgəndərnamə “ əsərində Bərdənin gözəlliyini təsvir edərkən orada müxtəlif meyvə bitkilərinin adlarını çəkən, onların geniş ərazilərdə becərildiyini göstərən dahi şairimiz N.Gəncəvi ( 12 - ci əsr ) çox aydın təsvir yaratmışdır. Coğrafıyaşünas Yaqut Həməvi ( 13 - cü əsr ) yazır ki, Azərbaycan vacib ölkə və böyük dövlətdir, dağlarla əhatəli olunub, burada gözəl keyfiyyətli qoz, şabalıd, nar, incir bağları vardır. Aparılmış arxeoloji tədqiqatlarla həmin dövrdə Gəncədə şaftalı, gavalı, gilas, üzüm, nar, incir, innab, tut, qoz, fındıq və digər bitkilər becərildiyi müəyyən olunmuşdur. 1139-cu il zəlzələsindən sonra bu gözəl şəhər yerlə yeksan olmuşdur. Artıq 13 - cü əsrdən Azərbaycana xarici hücumlar başlayır və 1221 - ci ildə monqol orduları Azərbaycanı zəbt edir, bağları, üzümlükləri, şəhər və qəsəbələri yerlə - yeksan edir. Monqollar gedəndən sonra 1225 - ci ildən Xorəzm şahın oğlu Cəlaləddin Azərbaycanı talan edir. 1231 - ci ildə monqollar ikinci dəfə Azərbaycanı zəbt edir. Bütün bağ və üzümlükləri məhf edərək ərazini atlar üçün örüş yerlərinə çevirirlər. Ölkədə baş verən tənəzzül meyvəçilik sahəsinədə öz mənfi təsirini göstərir. Azərbaycanda 15 - ci əsrin sonlarında Səfəvilər dövləti yaranır və çox böyük ərazini - İran körfəzindən Böyük Qafqaz dağ -larına, Fərat çayından Orta Asiya çöllərinə qədər ərazini əhatə edir. Paytaxtı Təbriz olan bu dövlətdə bağçılıq yenidən sürətlə inkişaf etməyə başlayır. Sonrakı dövrlərdə Osmanlı ilə Səfəvilər dövləti arasında davam edən müharibələr ardından 1723 - cü ildə 1 - ci Pyoturun Bakını işğal etməsi dövlətin parçalanmasına səbəb olur. Osmanlılar Qərbi Azərbaycan torpaqlarını ələ keçirir, cənub torpaqları isə İrana birləşdirilir. 1723-cü ildə Konstantinopol müqaviləsi əsasında Azərbaycan Rusiya ilə Türkiyə arasında bölünür. Vahid dövlətin parçalanması təsrrüfat sisteminə o cümlədən meyvəçilik sahəsinədə öldürücü zərbə vurur.İran 1734 - 735-ci illərdə Nadir şahın başçılığı ilə Azərbaycanı ələ keçirir və ölkə xarabalığa çevrilir. Sonralar Azərbaycan bir neçə xanlığa parçalanır. İran hakimi Ağa Məhəmməd şah Qacar və rus orduları arasında geden agır müharibələr ağır vəziyyətdə olan ölkəni yenidən viran qoyur. 1828 - ci ildə İran və Rusiya arasında Türkmənçay müqaviləsi bağlanır və bu müqaviləyə əsasən Azərbaycan ərazisi iki hisəyə bölünür. Beləliklə ölkədə formalaşan ticari sistemlərin sıradan çıxması təsərrüfatlara çox ağır zərbə vurur. Dördüncü dövr - Rus imperyası tərəfindən Azərbaycanın zəbt edilməsindən sovet hakimiyyətinin qurulmasına qədər olan bu dövr­də ərazidə müharibələrin olmaması kənd təsərrufatının inkişafına səbəb olur. Azərbaycanda zəngin təbii şəraiti nəzərə alaraq burada imperiyanm ehtiyacını ödəmək məqsədilə qiymətli meyvə bitkiləri istehsal etməyi planlaşdırırlar. 1883 - cü ildə Güney Qafqaz dəmir yolunun çəkilməsi Azərbaycanın Qara dəniz və Rusiyanın digər mərkəzi şəhərləri ilə ticarət əlaqəsini gücləndirir.İqlimin və torpaq şəraitinin meyvə - giləmeyvə bitkilərinin becərilməsi üçün çox uyğun olması bir tərəfdən, Rusiyanm bazarlarında meyvənin az və baha olması 20 - ci əsrin əvvəllərində respublikamızda meyvəçiliyin böyük iqtisadi əhəmiyyətə malik olmasına imkan yaradır. Bununla əlaqədar olaraq Quba - Xaçmaz bölgəsində və Göyçay qəzasında geniş sahələrdə meyvə bağları yaradıhr. Rusiya bazarları müntəzəm olaraq təzə meyvə və meyvə qaxı məhsulları ilə təmin olunur. Meyvə tinginə artmaqda olan tələbatı ödəmək üçün Zaqatala rayonunda 1873- cü ildə meyvə tingliyi təsərrüfatı yaradıhr. Krımdan gətirilmiş və yerli bağlarda becərilən sortlardan ting yetişdirilir və imperiyanın ayrı - ayrı bölgələrinə göndərilir.

19 - cu əsrin ortalarından başlayaraq Quba və Zaqatala rayonlarında meyvəçilik sənaye xarakteri daşıyır. Zaqatalanm meyvələri Tiflis bazarlarında, Qubanm meyvələri isə Həştərxan və Rusiyanın bazarlarında yüksək qiymətləndirilir. 19 - cu əsrin 90 - cı illərində Ordubad bağlarının meyvələri Güney Qafqaz bazarlarında böyük şöhrət qazanır. 1896-cı ildə bağçılıq üzrə yüksək ixtisaslı təcrübəli bağbanlar hazırlamaq üçün Mərdəkanda, 1898-ci ildə isə Qubada bağçılıq məktəbləri yaradılır, təcrübə keçmək üçün bu məktəblərin nəzdində meyvə tingliyi və meyvə bağları salınır. Ayrı-ayrı neft maqnatları Bakı şəhərində və onun ətrafında bağ evləri və parklar salmağa başlayır. Belə ki, Nobel qardaşları tərəfindən Qara şəhər ərazisində 12 ha - lıq park, şəhərin mərkəzində “ Qubernator bağı ” salınır. Qusarçayda Qukasov tərəfindən bağlar və üzümlüklərlə əhatə olunmuş böyük malikanə yaradılır. Bakıda 1896-cı ildə ilk dəfə olaraq təşkil olunmuş sərgidə bağçılıq məhsulları nümayiş etdirilir, əhali sortlarla tanış olur, tətbiq olunacaq aqrotexnoloji təcrübələr nümayiş etdirilir. 1900-cü ildə Qubada zərərvəricilərə, xəstəliklərə qarşı mübarizə məqsədilə zəhərli kimyəvi maddələrin hazırlanması, istifadə olunan cıhazlar, ağacların məhlullarla çilənməsi qaydası təcrübi olaraq nümayiş etdirilir. Həsən bəy Zərdabi bağbanlara kömək məqsədilə bağlarda müxtəlif aqrotexnoloji əməliyyatların düzgün tətbiqi ilə bağlı bir sıra məqalələr və metodik göstərişləri azərbaycan dilində tərtib edərək yayır.

1920 - ci ilə qədər Azərbaycanda bağçılıqla məşğul olan fermerlər meydana gəlmişdir. Bakı qəzasında İrejski, Şamaxı qəzasında Dokunov, Şustov, Aqriyev qardaşları, Gəncə qəzasında Forer və Hummel qardaşları başlıca olaraq üzümçülüklə, habelə meyvəçiliklə məşğul idilər. Bağçılıq məktəblərinin bağbanları bu fermerlərin bağlarında çalışırdılar. 1921 - ci ildə respublikamızda meyvə bağlarının ümumi sahəsi 21 min hektar olmuşdur.

Beşinci dövr - Azərbaycanda Sovet hakimiyyəti dövrünü əhatə edir. Yaradılmış bağçılıq - kooperativ şirkətləri bağçılığın inkişaf etdirilməsi və yeni bağların salınması üçün kəndlilərə maddi - texniki yardım göstərir. Böyük meyvəçilik təsərrüfatlarının yaradılması üçün bir qrup mütəxəssislərdən ibarət komissiyalar yaradılır.Meyvə tinglərinə artmaqda olan tələbatı ödəmək məqsədilə 1929 - cu ildə Quba rayonunda 11Jte - li meyvə tingliyi sovxozu yaradılır. Yetişdirilən meyvə tingləri ilə respublikamızın rayonlarına habelə qonşu respublikalara göndərilir. Quba meyvə tingliyi sovxozu hər il 400 - 500 minədək yüksək keyfiyyətli meyvə tingi yetişdirir. 1930-cu ildə Qubada 12 № - li “ SSRİ-nin 50 illiyi adına ” sovxoz yaradıhr. Bu sovxozun ümumi torpaq sahəsi 2400 hektar olub, onun 2100 hektarında meyvə bağları salınmışdır. 1932 - ci ildə Xaçmaz rayonunda 1 № - li meyvəçilik sovxozu, Zaqatalada isə fındıqçılıq sovxozu, 1933 - cü ildə Astara rayonunda ümumi sahəsi 800 hektar olan subtropik bitkilər sov-xozu yaradılır. Bu sovxozun 500 hektaradək sahəsində limon, narıngi, portağal, feyxoa, çay, nəcib dəfnə becərilir. Sonralar bu sovxozlar hər il ölkəyə qeyd olunan bitkilərin min tonlarla məhsulunu verir. Abşeron yarımadasında əncir, zeytun və badamın becərilməsi ilə məşğul olan ixtisaslaşdırılmış subtropik bitkilər sovxozları yaradılır. Abşeron yarımadası ölkəmizin əsas zeytunçuluq bazasıdır. Burada zeytunun və əncirin meyvələrindən emal olunmuş məmulatlar dünya bazarında və sərgilərdə yüksək qiymətləndirilir və mükafatlara layiq görülür. Ordubad rayonunda meyvəçilik üzrə ixtisaslaşmış təsərrüfatlarda çəyirdəkli, tumlu və qərzəkli bitkilərin - qoz və badamm becərilməsi ilə məşğul olurlar. Xaçmaz, Quba, Zaqatala, Balakən, Lənkəran, Ordubad, Ucar və başqa rayonlarda yaradılmış konserv zavodlarında meyvələrdən müxtəlif məmulatlar emal olunur. 1930 - cu ildən başlayaraq respublikamızda hər il planlı surətdə meyvə bağları salınır. 80- ci illərin əvvəllərində Şəki rayonunda təsərrüfatlararası aqrofırma - nəhəng mevəçilik təsərrüfatı yaradılmışdır. Respublikamızda meyvə bağlarının ümumi sahəsi 1940 - cı ildə 36,6 min ha, 1960 - cı ildə 82,5 min ha, 1970 - ci ildə 114,5 min ha, 1986 - ci ildə isə 147 min ha təşkil etmişdir.

1990 - cı ildən ermənilər tərəfindən başladılan işğalçı müharibə nəticəsində Qarabağ və ətraf rayonlarda meyvə bağları dağıdılır və bütün təsərrüfatlar məhf edilir. 1991- ci ildə dövlət müstəqilliyini qazanmış Azərbaycan Respublikası sərbəst bazar iqtisadiyyatı yolu tutduğundan fərdi və fermer təsərrüfatlarının xüsusi çəkisi artmağa başlayır. Ölkədə 1995 - ci ildə bağların sahəsi 117811 ha, məhsul istehsalı isə 324408,7 ton təşkil edir. Kolxoz, sovxoz və bu tipli təsərrüfatların ləğvi və torpaqların özəlləşdirilməsi nəticəsində bu bağların çox qismi ləğv edilmiş, yerində dənli - taxıl, tərəvəz və digər bitkilər becərilməyə başlanmış. Lakin bununla belə mövcud bağların konstruksiyalarının dəyişdirilməsi və yeni intensiv tipli bağların yaradılması məhsul istehsalınm azalmasına imkan verməmişdir.

Azərbaycan Respublikası DSK - nın ( Bakı, 2003 - cü il ) və Cənubi Qafqaz ölkələri üzrə illik statistika ( Moskva, 2002 ) məlumatlarına əsasən respublikamızda meyvə bağlarının sahəsi 1998 - ci ildən başlayaraq dinamik surətdə artmağa başlayır və həmin ildə bağların ümumi sahəsi 79,6 ha olduğu halda 1999 - cu ildə 82,5 min ha, 2000 - ci ildə 83,1 min ha, 2001 - ci ildə 84,2 min ha təşkil edir. 2003 - cü ildə bağların sahəsi 87,6 min ha - ya çatdırılır ki, bunun da çox qismini 30,23 min ha və ya 34,51 % - ni tumlu, 22,65 min ha və ya 25,60 % - ni qərzəkli, 11,76 min ha və ya 13,42 % - ni çəyirdəkli, qalan 22,96 min ha və ya 26,47 % - ni isə subtropik, sitrus və giləmeyvə bitkiləri təşkil edir. 2001 - ci ildə ölkəmizdə 390,6 min ton, 2002 - ci ildə isə 497,6 min ton meyvə məhsulu istehsal olunmuşdur. Bağların bərpası və sahələrinin genişləndirilməsi məqsədilə respublikamızda meyvə tinginin yetişdirilməsi ilə məşğul olan çoxlu sayda fərdi meyvə tingliyi təsərrüatları fəaliyyət göstərir.

Əhalinin artmaqda olan tələbatmı ödəmək üçün ölkəmizdə adambaşma 75 - 80 kq məhsul istehsalı planını ödəmək məqsədilə ildə 550 - 600 min ton meyvə - giləmeyvə məhsulu istehsal edilməlidir.2011 -ci ildə ölkəmizdə 765.8 min ton meyvə, 2012-ci ildə isə 810 min ton meyvə istehsal edilmişdir.

Fikir versək görərik ki, tarixin hər bir dövründə mövcud olan ictimai - siyasi vəziyyət, geosiyasi vəziyyət, iqtisadi vəziyyət, qonsu ölkələrlə olan münasibətlər ölkədə təsərrüfatin və meyvəçiliyin inkişafına birbaşa təsir göstərmişdir. Bu gün isə olkəmizin güclü iqtisadiyyatı vardır və hər il qeyri neft sektoruna o cümlədən kənd təsərrüfatının ayrı - ayrı sahələrinə həmçinin meyvəçilik sahəsinədə dövlət tərəfindən subsidyalar ayrılır. Aqrar sahənin inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən uzunmüddətli, güzəştli kreditlər verilir. Bu sahə üçün lazim olan maşın və avadanlıqlar gətirilir. Həmçinin dövlətin dəstəyi ilə fermerlərə gübrə və dərman pereparatları güzəştli qiymətə satılır. Ölkənin təbiət və iqlim şəraitinin zənginliyini nəzərə alaraq və daxili imkanlardan faydalı istifadə etməklə meyvəçiliyin istehsal həcmini bir neçə dəfə artırmaq olar. Bu yaxın günlərdə Türkiyə Rusiya dövlətinə 1.5 mlrd dollar həcmində meyvə satmaği təklif etdi. Rusiya Azərbaycan üçündə ən yaxın və ən böyük bazardır. Rusiya ilə dəmir yolunun, dəniz və tranzit yollarının olması gələcəkdə Azərbaycanın bu sahədən böyuk miqdarda gəlir götürmək imkanına zəmin yaradır.