“Kainatda Qaradəlilkər” mövzusuna yeni baxış

Отправлено 3 февр. 2015 г., 3:11 пользователем Murad Nabibekov   [ обновлено 18 мая 2015 г., 0:33 ]









Adil ƏLİYEV

GİRİŞ: 

Əsirlərdir ki, alimlər, elm adamları, filosoflar dünyanın yaranışı ya da sonu a haqqında fərqli-fərqli nəzəriyyələr, fikirlər söyləmişlər, yazmışlar. Son illərdə də bu mövzu yenə öz aktuallığını qorumaqdadır və hər keçən il bizlər dünyanın yaranması ya da necə dağılacağı, sonunun necə olacağı haqqında yeni-yeni fikirlərin, nəzəriyyələrin şahidi olmaqdayıq.

İslam aləmindəki elm və təfəkkür sahipləri əvvəlki illərdə olduğu kimi günümüzdə də bu mövzuda öz sükutlarını qorumaqdadırlar, çünki bu mövzuda Qurandakı ayətləri və hədislərdəki açıqlamaları yetərli hesab etmişlər ya da ki, onlar üzərindən yorumlara girmək istəməmişlər.

Görünür ki, bu sükutun sonu gəlib. Hamd olsun Allaha, mənə verilmiş təfəkkürün meyvəsi olan bu məqaləmdə Qalaktikaların necə yaranmasının və də sonunun necə olacağı haqqında Quran və Hədislərin işığından əsinlənərək dünyada ilk, geniş və tam bir açıqlama olacaq.

I) İslam aləmində “Axirət” ya da “Dünyanın sonu”. 

Bildiyimiz kimi İslam aləmində ən mötəbər, şərtsiz və şüphəsiz qəbul olunmuş iki qaynaq var biri Quran digəri də Hədislərdir. Birinci olaraq Qurandakı dünyanın sonu ilə əlaqəli ya da daha d dəqiq desək “Sur” və də qiyamətlə əlaqəli ayətlərə bir nəzər salaq.

1-ci örnək: əz-Zümər Surəsi (39)[1]

68[2]. Sur (birinci dəfə) üfürüləcək, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, hamı yıxılıb öləcək. Sonra bir daha üfürülən kimi onlar qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!

2-ci örnək: ən-Naziat Surəsi
(79).

6. O gün sarsılan sarsılacaq (sur birinci dəfə üfürüləcəkdir),
7. Onun ardınca bir sarsıntı da olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir).

3-cü örnək: əl-Hac Surəsi (22).

1. Ey insanlar1! Rəbbinizdən qorxun. Həqiqətən, qiyamət gününün zəlzələsi dəhşətli şeydir!
2. Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!

4-cü örnək: ən-Nəml Surəsi (27).

87. Sur üfürüləcəyi gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar (bütün məxluqat) dəhşətli bir qorxuya düşər və onların hamısı Onun hüzuruna müti (zəlil) vəziyyətdə gələr.

88. (O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır.

5-ci örnək: əl-İnfitar Surəsi (82).

1. Göy parçalanacağı zaman;
2. Ulduzlar dağılıb səpələnəcəyi zaman
3. Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman; i

6-cı örnək: əz-Zilzal Surəsi
(99).

1. Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;
2. Yer öz ağır yüklərini çıxardıb atacağı zaman;

7-ci örnək: əl-Qiyamət Surəsi (75).

3. Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!
4. Bəli, Biz onun barmaqlarını da (barmaqlarının uclarını da) düzəltməyə qadirik!
5. Lakin insan önündəkini (qiyaməti) danmaq istəyər.
6. Və “Qiyamət günü nə vaxt olacaqdır?” -deyə soruşar.
7. Gözün qamaşdığı,
8. Ay tutulduğu,
9. Günəşlə ay birləşəcəyi zaman,
10. Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” -deyəcəkdir.
11. Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!
12. O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!

8-ci örnək: ən-Nəbə Surəsi (78).

18. Sur çalınacağı gün dəstə-dəstə gələcəksiniz.
19. (O gün) göy qapı-qapı açılacaqdır.
20. Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.

9-cu örnək: ət-Təkvir Surəsi (81).

1. Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;
2. Ulduzlar (göydən qopub) səpələnəcəyi zaman;
3. Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;
6. Dənizlər od tutub yanacağı zaman;

10-cu örnək: əl-Qariə Surəsi (101).

4. O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək;
5. Dağlar isə (havaya atılmış) didilmiş rəngli yun kimi olacaqdır!

11-ci örnək: əl-Mursəlat Surəsi (77). l

7. Sizə vəd edilən (qiyamət) mütləq vaqe olacaqdır!
8. Ulduzlar sönəcəyi;
9. Göy yarılacağı;
10. Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);

12-ci örnək: əl-Muzzəmmil Surəsi (73).

14. O gün (qiyamət qopanda) yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar (dağılıb) yumşaq qum təpəsinə dönəcəkdir.

13-cü örnək: əl-Ənbiya Surəsi (21).

104. Göyü kitab səhifəsi kimi büküb (rulo şəklində) qatlayacağımız gün, (O gün) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik.

Örnək olaraq verdiyim yuxarıdakı ayətləri oxuduqca Axirət senaryosunun bütün incəliklərinə qədər görməmək, heyrət etməmək və qorxmamaq mümkün deyil. Bu günə qədər sirli qalan və tam olaraq anlaşılmayan, ayətlərdə izahı verilən bu proseslər bundan sonra nəinki müsəlmanların imanını artıracaq hətda iman etməmiş necə fizik və astrofizikçilər heyrətlər içərisində bu həqiqətləri mənimsəyəcəklər. Təbii ki, nə demək istədiyimi məqaləmi tam oxuduğunuzdan sonra anlaşılacaq.

İndi isə nəzərimizi Hədislərə yönəltmək isdəyirəm.

1-ci örnək: “İkinci Bab, Sura üflənməsi və haşr”[3].

a) (5050) Əbu Said radıyəllahu anh (r.a) nəql etdi: "Rəsulullah aləyhissalətü vəssələm (a.s.s): "Surun sahibi (İsrafil aləyhissaləm (a.s)), Sur deyilən borusunu ağzına dirəmiş, üzünü çevirmiş, qulağını dikmiş, üfləmə əmrini gözləyərkən mən necə tereffühle (dünya ə nimətlərindən) istifadə edə bilərəm?" buyurmuşdu. Bu, elə bilki əshabına çox ağır gəlmişdi: "Yaxşı biz nə edək –və ya nə deyək- ey Allahın Rəsulü?" diyə soruşdular. Onlara: "Hasbünəllah və niməl vəkil (Allah bizə bəsdi, o necədə gözəl vəkildir!), Allaha təvəkkül etdik. –bəlkə də "təvəkkülümüz Allahadır!" demişdi- deyin!" deyə əmr buyurmuşdu."[4]

b) (5051) İbnu Amr İbnul-As (r.a) nəql edir: "Rəsulullah (a.s.s)-ə Sur haqqında soruşulmuşdu: "Bu, içərisinə üflənən bir buynuzdur!" deyə cavab verdi."[5]

c) (5052) Əbu Hureyrə (r.a) nəql edir: "Rəsulullah (a.s.s): "İki sur arasında qırx vardır!" buyurmuşdu. Buna görə oradakilər: "Ey Əbu Hureyrə! Qırx günmü?" deyə soruşdular. Ancaq o: "Bir şey deyəmmirəm!" cavabını verdi. Təkrar: "Qırx aymı?" dedilər. O yenə: "Bir şey deyəmmirəm!" cavabını verdi. "Qırx ilmı?" dedilər. O yenə: "Bir şey deyəmmirəm!" cavabını verdi və (Rəsulullahın hədisinə davam etdi). "Sonra Allah səmadan su indirəcək və insanlar yerdən ot bitər kimi bitəcəklər. İnsanda bir sümükdən başqa hamısı çürüyür. Bu çürüməyən, acbüzzənəb deyilən quyruq soxumu sümüyüdür. Qiyamət günü yeniden yaradılış bundan tərkib ediləcəkdir."[6]

2-ci örnək: Böyük Hədis Külliyatı.[7]

a) 9971- Əbu Said (r.a)-dan: “Allah Rəsulü (s.a.s) buyurdu: "Sur sahibi (İsrafil a.s. s u r deyilən) boruyu ağzını dirəmiş, üzünü çevirmiş, qulağını dikmiş hazır vəziyyətdə sur üfürmə əmri özünə gələcəyi anı gözləyərkən vəziyyətimiz nə olacaqdır?" Bu, əshabına ağır gəlmiş olacaq ki, belə dedilər: "Ey Allahın Rəsulü! Bəs nə edək, ya da nə deyək?". "Hasbünəllahü və niməl vəkil. Aləllahi təvəkkülnə (Allah bizə bəsdi, 0 nə gözəl vəkildir, Allaha təvəkkül etdik), deyin buyurdu" (Tirmizî).

b) 9972- İbn Amr bin əl-As (r.a)­dan: "Bir bədəədir?” deyə soruşdu. Belə buyurdu: “İçərisine üflənəcək olan bir borudur".[8]

c) 9973- Əbu Hureyrə (r.a)-dan: “Allah Rəsulü (s.a.s) buyurdu: "İki sur arasında qırx vardır. "Əbu Hureyrəyə deyildi ki: "Qırx günmü?" Əbu Hureyrə dedi ki: "Bir şey deyəmmirəm". "Qırx aymı?" deyildi. Əbu Hureyrə dedi ki: "Bir şey deyəmmirəm". "Qırx ilmı?" deyildi. Əbu Hureyrə yenə: "Bir şey deyəmmirəm" cavabını verdi. "Sonra göydən yağış yağacaq. İnsanlar yerdən ot bitər kimi bitəcəklər. Quyruq soxumundan başqa insanda çürüməyən heç bir şey qalmayacaq. Qiyamət günündə təzədən yaradılış oradan olacaqdır."[9]

d) Əbu Yəla əl-Məvsılinin Müsnəd adlı hədis kitabında Əbu Hüreyrə (r.a)-dan nəql edilən bir hədisi şərif də Suru açıqlamaqda: Əbu Hüreyrə deyir ki: “Bir gün Peyğəmbər (s.a.s) bizimlə otururdu və söhbət edirdi. Ətrafında səhabələrdən böyük bir topluluq vardı. Bizə belə dedi: "Uca Allah göyləri yaratdıqdan sonra, Suru yaratdı və onu İsrafil (a.s)-a verdi. l İsrafil ağzını Sura dirəmiş və gözlərini də Arşa zilləmişdir. Sura üfürməsi üçün veriləcək əmri gözləməkdədir". Əbu Hüreyrə dedi ki; “Mən, "Ey Allahın Rəsulü Sur nədir?" deyə soruşdum. O da, "Buynuza bənzəyən bir şeydir" deyə cavab verdi. Mən yenə, "O necə bir şeydir" deyə soruşdum. O da, "O, çox böyük bir şeydir. Məni haqqı təbliğ etmək üzrə göndərən Uca Allaha and olsun ki, yerlər və göylər onun yanında kiçik qalır. Hamısı onun içərisinə sığa bilər" deyə cavab verdi”[10].

3-cü örnək: (6-cı Bölüm). “Allah Yeri Dürər... Sonra: “Mən Məlikim” Deyə Buyurur” Hədisi.[11]

a) 319. Buhari bu hədisi, C.6,8J26'da “Kitabüt-Təfsir”, Zümər surəsi, “Onlar Allahı lazımi qədər tanıya bilmədilər” mealindəki ayəti kərimənin təfsirində rəvayət edir: Əbu Hüreyrə (r.a)-dan rəvayət edildiyinə görə Rəsulullah (s.a.s) belə deyərkən eşitdiyini bildirmişdi: "Allahü Təalə Yeri yığışdırıb və sağ əliylə göyləri dürər. Sonra: Mən Məlikim, yer üzünün kralları hardadır?" deyə buyurdu”.

b) 320. Buhari bu hədisi “Kitabüt-Tevhıd”də də Abdullah ibnu Ömər (r.a)-dan rəvayət edir. Oradaki rəvayətin mətni belədir: Abdullah ibnu Ömər (r.a)-dan rəvayət edilmişdir: "Allahü Təalə Yeri və ya Yerləri yığışdırır. Göyləri də sağ əliylə dürür, sonra: "Mən Məlikim" deyə buyurdu”.

4-cü örnək: "Buhari və Müslimdə keçən Kudsi Hədislər".[12]

a) 97) Abdullah bin Ömər (r.a)-dan rəvayətlə, dedi ki: “Rəsulullah (s.a.s.) belə buyurdu: “Allahu Təalə qiyamət günündə göyləri dürər, sonra da onları sağ əlinə alır. Sonra da “Mən Məlikim, indi hardadırlar kibirlənənlər? Hardadırlar kibirlənənlər?” deyə buyurur. Sonra Yeri sol əliylə dürər. Sonra yenə: “Mən Məlikim, indi hardadılar kibirlənənlər, hardadılar kibirlənənlər?” deyə buyurur”.

b) Müslimdə (25/2788) Übeydüllah bin Müksimdən gələn yolla rəvayət edilən hədisdən, özü Rəsulullah (s.a.s)-in necə bildirdiyini öyrənmək üçün Abdullah bin Ömər (r.a)-a baxdı və belə dedi: “Allahu Təalə göyləri ve Yeri əliylə dürər, sonra: “Mən Allahım” deyə buyurur. Rəsulullah (s.a.s.) barmaqlarını toplayıb açırdı. “Mən Məlikim (Hükümranım)” deyə buyurur”.

Yuxarıda Qurandan və Hədislərdən verdiyim örnəklərə qısa bir nəzər salaq.

Qurandan örnəklər:

Örnək 12-də sura neçə dəfə üfürüləcəyindən.
Örnək 3, 4, 56-da ”Sur” deyilən bir şeydən bəhs edilir.
Örnək 7, 8 , 9 , 10, 1112-də, Allah (c.c) necədə gözəl və tam anlaşılır bir şəkildə bu ayətlərdə qiyamətin, dünyanın sonunun necə olacağını açıq bir şəkildə bizə bildirmiş.
Örnək 13-dəki ayət isə qiyamət gününün və də Surun qısaca furnksiyalarının bir xülasəsi kimidir. Surun nə olduğunu açıqladığımda oxuyucum da nə demək isdəyimi anlayacaq. i

Hədislərdən olan örnəklərdə:

Örnək 1 a)2 a)-da sadəcə Surdan və az bir zamanın qaldığından bəhs edilmişdir.
Örnək 1 b) və örnək 2 b)-də Surun nə formada olduğundan bəhs edilir.
Örnək 1 c)2 c)-də Surun iki dəfə olacağından və iki Sur arasında keçəcəyi zamandan bəhs edilir. Quran və hədislərdə keçən zamanla əlaqəli bir açıqlamam ilərki bölümlərdə olacaq.
Örnək 2 d)-də Surdan və onun nə formada olduğundan və boyutlardan bəhs edilir.
Örnək 3 a), b)4 a), b)-də isə Allahın Yer kürəsini toplayıb göylərin “dürülmə”sindən bəhs edilir.

II) Quran və Hədislərdə keçən Sur nədir?

İsrafil (a.s) mələyin məsuliyyət daşıdığı sur həqiqətəndə bir buynuz ya da borudurmu? Buna cavabım “BƏLİ”-dir, sur deyilən o şey bir buynuz ya da boru şəklindədir yəni; bir kənardan baxılırsa buynuza bənzətilə bilər, boruya oxşayır yəni; bunlar birər özəllik, birər xassə ya da formasının bir izahıdır. Bəs bütün bunları göz önünə alsaq həqiqətdə bu Sur nədir? Necə bir şeydir?

a) Sur ya da bir digər ifadəylə Qaradəlik.
Qaradəliyin sxematik şəkli aşağıdaki kimidir:


Sxematik şəklə baxaraq rahatlıqla buynuza ya da boruya oxşadığını deyə bilərik. Qaradəliyi Quran ayətləri və hədislər üzərindən anlatımına, qaradəliyin nə olduğu anlatıldıqdan sonra yenidən müraciət edəcəyik.
III) Qaradəlik haqqında.

Qaradəlik haqqında elm dünyasında çox da bilgi yoxdur. Qaradəlik haqqında bilinən özəllikləri qısaca aşağıdakı kimi yaza bilərik: y

1. Qaradəliklər özündən işıq yaymadıqları və üzərinə düşən işığı tam şəkildə udduqları üçün gözlə görünməzlər, sadəcə təsirləri ilə müəyyən edilə bilinən göy cisimləridir.

2. Çəkim qüvvəsi o dərəcədə yüksəkdir ki, çəkim sahələrinə girilən hər bir şeyi udarlar. Təbii ki, qaradəliyin çəkisi çəkim qüvvəsi ilə bağlantılıdır. Çəkisi arttıqca çəkim qüvvəsi də buna əsasən artmaqdadır.

3. Qaradəliklərdə zamanın yavaş axdığını ya da tamamilə durduğu deyilir. Zamanın yavaş axmasını aşağıdakı kimi anlada bilərik;

İki insanı götürək biri “A” qaradəlikdən çox uzaqda dayansın, digəri isə “B” olan qaradəlikdə dursun. “A” əlində tutmuş elektrik işıq fənəri ilə birər saniyəlik arayla B-yə işıq göndərsin. B-nin qaradəlikdə işıq sürətiylə hərəkət etdiyini varsayaq. Belə olunca, A-dan gələn işıq frekansları daha intensiv olacaq, yəni işıqdakı yanma və sönmə tezliyi, zamanı qısalacaq daim yanan işıq fənərinə çevriləcək. Saniyedə 60 dəfə yanıb sönən işıq lampalarımızın söndüyünün heç fərqində olmadığımız kimi B-də A-nın fənərin yandırıb söndürdüyünün gözləmləməyəcək. A-dan B-yə göndərilən birər saniyəlik yandırılan işıq B-yə yaxınlaşdığında yaranacaq yığılma səbəbiylə, A- nın fənərinin söndürdüyünün fərqində olmayacaq. e

A-nın nöqteyi nəzərindən isə hadisə B-nin nöqtəyi nəzərinə görə tamamilə tərs olacaq. A, B-yə yaxınlaşmaqda olan işıq aralıqlarının artdığını müşahidə edəcək, yəni B-nin hal və hərəkətlərinin yavaşlamasının şahidi olacaq. Burdan belə nəticəyə gəlmək olarki, B-nin 1 saniyəsi qaradəliyin özü ətrafında fırlanma sürətindən asılı olaraq A-nın 100 saniyəsinədə 1000 saniyəsinədə bərabər ola bilər hətda zaman durma mərhələsinə gələ bilər.

4. Qaradəliklər sahələrinə nisbətən inanılmaz dərəcədə ağırdırlar. Diametri 3 km olan bir qaradəliyin çəkisi günəşimizin çəkisinə bərabərdir.[13]

5. Qaradəliklər üç boyutlu deyildir və sıfır həcimlidirlər.

6. Soxulcan dəlikləri; bu isə qaradəliklər arasında, bir-birləriylə bağlantılı, əlaqəli olduqlarını irəli sürən bir nəzəriyyədir. Sxematik olaraq aşağıdakı kimi göstərilməkdədir.[14]

IV) Qaradəliklərin (Surların) Hədislərlə anlatımı.

Yuxarlarıda hədislərdən verdiyim dörd örnək və onların bəndləri üzərindən qaradəliyi ya da bir digər adı ilə suru anlatmağa çalışacağam.

Örnək 1a) Əbu Said (r.a) nəql etdi: "Rəsulullah (s.a.s): "Surun sahibi (İsrafil a.s), Sur deyilən borusunu ağzına dirəmiş, üzünü çevirmiş, qulağını dikmiş, üfləmə əmrini gözləyərkən mən necə tereffühle (dünya nimətlərindən) istifadə edə bilərəm?" buyurmuşlardır” və örnək 2 a) Əbu Said (r.a)-dan: “Allah Rəsulü (s.a.s) buyurdu: "Sur sahibi (İsrafil a.s. sur deyilən) boruyu ağzına dirəmiş, üzünü çevirmiş, qulağını dikmiş hazır vəziyyətdə sur üfürmə əmri özünə gələcəyi anı gözləyərkən vəziyyətimiz nə olacakdır?" - Bu örnəklərin hər ikisindən də göründüyü kimi Surun üfürülməsinə ya da digər ifadəylə Qaradəliyin aktiv olmasına nə dərəcədə az bir zamanın qaldığına diqqət çəkilmişdir. Hətda bunu da qeyd edim ki, hədislərdə Qaradəliyin aktiv olması prosesi həfdənin Cümə günü Ərəb yarımadasına görə axşam zamanı olacağından bəhs edilməkdədir.

Örnək: Əbu Hureyrə (r.a)-dan rivayət edilən bir hədisdə belə buyurulmuşdur: “Üzərinə günəş doğan günlərin ən xeyirlisi Cuma günüdür: Adəm (a.s) o gün yaradıldı, o gün cənnətə girdi, yenə o gün cənnətdən çıxarıldı. Bir də qiyamət Cuma günü qopacaqdır”[15].

Qiyamətin axşam vaxdında qopacağı haqqındakı örnək: ”Günəş batınca, axşam vaxdı qiyamət qopacaqdır”[16]. v

Axşam vaxdı qiyamətin qopması hədisi fərqli-fərqli yorumlarla açıqlanmışdır. Yorumlardan biri axşam vaxdın Ərəb yarımadasına görə edildiyi, digəri cəhalətin son həddə çatması yorumudur, Hansı yorumu dəstəkləməyinizdən asılı olmayaraq danılmaz həqiqət yenə də deyişılməz ki, qaradəlik aktiv olacaq və də bu hadisə Cuma günü olacağıdır.

Örnək 1 b)"Rəsulullah (s.a.s)-ə Sur haqqında soruşulmuşdu: "Bu, içərisinə üflənən bir buynuzdur!" deyə cavab verdi” və örnək 2 b)-də "Bir bədəvi Peyğəmbər (s.a.s) gələrək: “Sur nədir?” deyə soruşdu. Belə buyurdu: “İçərisine üfürüləcək olan bir borudur", vermiş olduğum bu hər iki örnəkdə də surun formasından bəhs edilməkdədir, yəni; sur buynuz ya da boru formasına, bənzərliyinə diqqət çəkilməkdədir. Yuxarıda verdiyim qaradəliyin sxematik şəklinə bir daha nəzər salmağınızı isdəyirəm və həqiqətəndə qaradəliyin buynuz ya da digər hədisdəki anlatımı ilə boru formasında olduğunu gözardı etmək mümkün deyil. O zamanın bilqi və dünya görüşlərinə gorə bir qaradəlik ancaq bu qədər və bu şəkildə izah oluna bilərdi.

Örnək 1 c) və 2 c)-də “İki sur arasında qırx vardır!” deyərək iki sur arasındakı zamandan bəhs edilməkdə və bunun 40 olduğuna diqqət çəkilməkdədir. O zamanın elm, bilim və dünya görüşlərinə dayanaraq həqiqətən də bu 40-ı açıqlamaq mümkün deyildir. Bəs bu hədisdə sözü gedən bu qırx nədir? Yuxarıda bir örnək üzərindən “A”-ya görə qaradəlikdəki “B”-nin zamannın axışını ələ almışdıq. Qaradəliyin özü ətrafında fırlanma sürətindən asılı olaraq, qaradəliyin içərisindəki zaman, yəni qaradəlikdəki 1 saniyə yer kürəsində 100 saniyəyə də, 1000 saniyəyə də ya da 100 minlərcə saniyələrə də bərabər ola bilər. Hədisdəki 40 da qaradəlikdəki zamana əsasən deyildiyi üçün bunun yer kürəmizdəki zamana əsasən açıqlanması mümkün deyildir. Quranda bir çox yerində örnək olaraq yaradılışla əlaqəli ayətlərdə keçən “gün” zaman ölçümünü qəti şəkildə bizim istifadə etməkdə olduğumuz “gün” ölçü vahidi ilə qarışdırmayaq. Qurandan verəcəyim bir neçə örnək üzərindən nə demək istədiyimi açıqlamaya çalışacağam;

Örnək: Fussilət (41), 12. “Beləliklə onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə yaratdık və hər bir göyün işini özünə vəhy edib bildirdik. Biz aşağı göyü qəndillərlə (ulduzlarla) bəzədik və (onu hər cür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)” – Gördüyünüz kimi ayətdə keçən “iki gündə yaratdıq”-dakı iki gün bizim bildiyimiz gün deyilən ölçü vahidimizlə səhf salmayaq. Yuxarıdakı ayətdə keçən gün bizim bildiyimiz milyardlarca illərə bərabərdir.

Örnək: Əl-Əraf (7) 54. Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır” – verdiyim bu örnək ayətdə də bəhsi keçən “altı gün” də həmçinin bildiyimiz gün zaman ölçü vahidimizlə qarışdırmayaq. Bu altı günün qarşılığı da milyardlarca illərə bərabər olacaq.

z

Qaradəliklərin (Surların) verdiyim Hədis örnəkləriylə anlatmağa davam edək:

Örnək 2 d) Əbu Hüreyrə deyir ki: “Bir gün Peyğəmbər (s.a.s) bizimlə otururdu və söhbət edirdi. Ətrafında səhabələrdən böyük bir topluluq vardı. Bizə belə dedi: "Uca Allah göyləri yaratdıqdan sonra, Suru yaratdı və onu İsrafil (a.s)-a verdi. İsrafil ağzını Sura dirəmiş və gözlərini də Arşa zilləmişdir. Sura üfürməsi üçün veriləcək əmri gözləməkdədir". Əbu Hüreyrə dedi ki; “Mən, "Ey Allahın Rəsulü Sur nədir?" deyə soruşdum. O da, "Buynuza bənzəyən bir şeydir" deyə cavab verdi. Mən yenə, "O necə bir şeydir" deyə soruşdum. O da, "O, çox böyük bir şeydir. Məni haqqı təbliğ etmək üzrə göndərən Uca Allaha and olsun ki, yerlər və göylər onun yanında kiçik qalır. Hamısı onun içərisinə sığa bilir" deyə cavab verdi” - Surun boyutları haqqındakı olan açiqlamaya diqqət yetirmənizi isdəyirəm "yerler ve göylər onun (surun ya da qaradəliyin) yanında kiçik qalır. Hamısı onun içərisinə sığa bilir". Bu hədisi oxuyubda heyrətlənməmək əlimdə deyil. Qaradəliklərin qalaksiləri udabildiklərini bilirik, bu hədisdə də elə bu yəni; qaradəliklərin nəinki günəş sistemimizi, samanyolu qalaktikamızı da uda bildiklərini açıqlanmaqdadır. Bir şeyə daha diqqətinizi yönəltmək isdəyirəm ki, bu da yaradılış sıralamasıdır. İlk öncə qaradəliklər yaradıldı sonra qalaktikalar.

Örnək 3 a) Əbu Hureyrə (r.a)-dan rəvayət edildiyinə görə Rəsulullah (s.a.s) belə deyərkən eşitdiyini bildirmişdir: "Allahü Təalə Yeri yığışdırıb və sağ əliylə göyləri dürər. Sonra: Mən Məlikim, yer üzünün kralları hardadı?" deyə buyurdu”.

3 b) Abdullah ibnu Ömər (r.a)-dan rəvayət edilmişdir: "Allahü Təalə Yeri və ya Yerləri yığışdırır. Göyləri də sağ əliylə dürür, sonra: "Mən Məlikim" deyə buyurdu”.

Örnək 4 a) Abdullah bin Ömər (r.a)-dan rəvayətlə, dedi ki: “Rəsulullah (s.a.s.) belə buyurdu: “Allahu Təalə qiyamət günündə göyləri dürər, sonra da onları sağ əlinə alır. Sonra da “Mən Məlikim, indi hardadırlar kibirlənənlər? Hardadırlar kibirlənənlər?” deyə buyurur. Sonra Yeri sol əliylə dürər. Sonra yenə: “Mən Məlikim, indi hardadılar kibirlənənlər, hardadılar kibirlənənlər?” deyə buyurur”.

4 b) Übeydüllah bin Müksimdən gələn yolla rəvayət edilən hədisdən, özü Rəsulullah (s.a.s)-in necə bildirdiyini öyrənmək üçün Abdullah bin Ömər (r.a)-a baxdı və belə dedi: “Allahu Təalə göyləri ve Yeri əliylə dürər, sonra: “Mən Allahım” deyə buyurur. Rəsulullah (s.a.s.) barmaqlarını toplayıb açırdı. “Mən Məlikim (Hükümranım)” deyə buyurur”.

Yuxarıda vermiş olduğum 3 a,b və 4 a,b olaraq hədis örnəklərindən də göründüyü kimi, qiyamət günündə sadəcə günəş sistemimizin deyil də bütün samanyolu qalaksimizin necə dürüləcəyindən yəni; qaradəlik vasitəsi ilə necə udulacağı haqda xəbər verilməkdədir. Bu hədislərdəki "dürülmə" və bu örnək içərisində keçən "Rəsulullah (s.a.s.) barmaqlarını toplayıb açırdı" sözlərinə deqqətinizi çəkmək isdəyirəm, Bildiyimiz kimi qaradəliklər nəyi udarlarsa onu dürərlər və Peyğəmbərimizin barmaqlarını yığıb açaraq işarət elədiyi kimi həcmini də sıfırlaşdırırlar. Peyğəmbərimiz o zamanın şərtləriylə, insanların o vaxdki insanların bilgi a səviyyəsinə görə anlaya biləcəkləri ən gözəl və anlaşılır bir izah şəkli ilə izah etmişdir.

V) Qaradəliyin Aktiv Olması ilə ( Surun üfürülməsiylə) Olacaq Hadisələrin Qurandakı Ayətlərlə İzahı.

Məqaləmin başlanğıcında Qurandan verdiyim örnək ayətlərə tək-tək yenidən nəzər salaq.

1-ci örnək; əz-Zumər Surəsi (39).

68. Sur (birinci dəfə) üfürülənəcək, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, hamı yıxılıb öləcək. Sonra bir daha üfürülən kimi onlar qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!

2-ci örnək: ən-Naziat Surəsi (79).

6. O gün sarsılan sarsılacaq (sur birinci dəfə üfürüləcəkdir),
7. Onun ardınca bir sarsıntı da olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir).

Hər iki örnəkdə Surun iki dəfə üfürüləcəyindən açıq şəkildə deyilməkdədir. Surun üfürülməsi ya da digər ifadəylə qaradəliyin aktiv edilməsi Allah (c.c) dilədiklərindən başqa bütün məxluqatın məhv olacağından və ikinci dəfə Surun üfürülməsi ilə yeni yaradılışın başlanğıcından bəhs edilməkdədir. Burada belə bir sual meydana gəlir ki, birinci dəfə Surun üfürülməsi Qaradəliyin aktiv olunması isə bəs ikinci dəfə Surun üfürülməsi nə deməkdir? Bunun elmi açıqlanması varmı varsa əgər nədir? Verdiyim bu suallar qaradəliklər haqqında hələ elmə məlum olmayan bir özəlliyin daha varlığından xəbər verməkdədir.

Qaradəliklər həm də yaradılışın başlanğıcıdır və buna əsasən yarımçıq olan “Böyük partlayış nəzəriyyəsi”nin tamamlanmasının şahidi olacaqsınız.

Əvvəlcə Boyük partlayış teorisi haqqında qısaca bəhs edək.


Böyük partlayış - kainatın təqribən 13,7 miliard il əvvəl sıx və isti maddədən necə yaranması ilə bağlı nəzəriyyədir. İlk dəfə 1920-ci illərdə Rusiyalı kozmoloq və riyaziyatçı Aleksandr Fridmən və Belçikalı fizikçi papaz Qeorqes Lemaitre tərəfindən ortaya atılan, kainatın bir başlanğıcın olduğunu varsayan bu nəzəriyyə, müxdəlif sübutlarla dəstəkləndiyindən bilim insanları arasında, əsasəndə fizikçilər arasında geniş ölçüdə qəbul görülmüşdür.[17]

Böyük Partlayış nəzəriyyəsi bu günə qədər tamamlanmamış bir nəzəriyyə olaraq qalmaqdadır. Əgər bu nəzəriyyəni araşdırsanız; nəzəriyyənin əsas fikri hələ də genişləməyə davam edən kainatın keçmişdəki müəyyən bir zamanda isti və sıx bir başlanğıc vəziyyətindən partlayış nəticəsində genişləmiş olduğudur. Qeorqes Lemaitrenin əvvəllər “ilk atom hipotezi” olaraq adlanan bu fikir “Böyük partlayış nəzəriyyəsi” adı ilə yayılmaqdadır. Böyük partlayış nəzəriyyəsində qalaktikaların bir-birindən uzaqlaşması kainatın genişlənmasinə səbəb olduğunu savunmaqdadır.[18] m

Böyük partlayış nəzəriyyəsi bir həqiqətdir. Ancaq, bu həqiqəti səhv nəzəriyyə ilə başlanılması bir çox sualları cavabsız qoymaqda və ondan meydana gələcək olan nəzəriyyələrin də səhv olmasına gətirib çıxartmaqdadır. Bəs həqiqətdə “Böyük partlayış” necə olmuşdur? Partlayış öncəsi necə idi? Bu sualların cavablarını aşağıdakı suallar üzərindən açıqlayacağam:

1. Qaradəliklərin (surların) “öz”ü, əsası, tərkibi nədir?
2. Qaradəliklərin udduqları necə olur?
3. Qaradəliklərin udduqları hər şey əbədiyyən onun içərisindəmi qalacaq?
4. Qalaktikalar niyə dairəvi, yayılmış və saat əqrəbinin həm fırlanma trəyektoriyası uzrə, həm də tərsinə fırlanmaqdadırlar?
5. Qaradəlikləri (surları) harda axtarmalıyıq?
6. Kainat və qalaktikalar niyə genişlənməkdədir?
7. Soxulcan dəlikləri varmı?

1) Qaradəliklərin (surların) “öz”ü, əsası, tərkibi nədir?

Günümüzdə hər bir maddənin nədən təşkil olunduğu bilinməkdədir. Misal olaraq bir maddəni götürsək və onu ən kiçik hissələrinə qədər parçalasaq ya da daha dəqiq desək molekullarına qədər parçalamış olarıq. Molekulu da atomlara qədər parçalaya bilərik və bunu belə dafvam etsək bu parçalanma hara qədər davam edə bilər? Proton-neytron, mənfi-müsbət yüklü zərrəciklər və s. və i.a. bu belə davam edər. Ən son belə parçalanmada heç bir cihaz ya da digər vasitələrlə müəyyən edə bilməyəcəyimiz, insan dərrakəsinin ötəsində olan bir hissəciklə sonlanacaq. Bu hissəciyə “Qeyb aləminin[19] hissəciyi” (QAH) adını verirəm. Bu hissəcik bütün maddələrin xassəsindən, yəni maye, qaz vəya bərk formada olmasından asılı olmayaraq və də işığında əsasıdır yəni özdür. Qaradəliklər də bu özü, özündə saxlayan, Allahın yaratdığı bir varlıqdır yəni var olan bir şeydir. Qaradəliklərə bir göy cismidir deyə bilmirəm, çünki cisimlərə aid hər hansı xassəyə malik deyillər. Qaradəlik elə varlıqdır ki onun sərhədləri yəni, təsirliliyini biruzə verə biləcək sahə içərisində zaman-məkan anlayışı bildiyimiz zaman-məkan anlayışına tərsdir, yəni yer kürəmizdəki zaman əllə tutulur, gözlə görülür bir şey olmadığı kimi qaradəliklərdə də bunu məkan haqqında deyə bilərik. Qaradəliklərdə məkan gözlə görülür, əllə tutulur bir şey deyildir. Yer kürəmizdə məkan bəlli olan bir şeydir, məkan içərisində iləri-geri hərəkət etmək olur. Qaradəliklərdə isə bu xassələrə zaman malikdir, yəni qaradəliklərdə zaman içərisində iləri-geri hərəkət etmək mümkündür. Bu bildiyimiz fizik qanunlarına tamamilə zid, tərs və açıqlanılmaz bir şeydir necəki məkanın sıfır olması kimi.

ə

2) Qaradəliklərin udduqları necə olur?

Aktiv olmuş ya da hədislərdə keçən bəhs ilə desək İsrafil (a.s) birinci dəfə üfürdüyü surlardan biri qalaktikalardan birini udmağa başlaması ya da digər ifadəylə o qalaktika üçün sonunun yəni axirətin başlanğıcı baş verdikdə qaradəlik sərhədləri içərisinə düşən hər şey işıqda daxil olmaqla QAH-a çevrilir. QAH-a çevrilmə tədricən olur, yəni qaradəlik hər şeyi parçalar. Bunun ən gözəl örnəklərini yuxarıda yazmış olduğum Qurandan Axirət və Sur ilə əlaqəli ayətlərdir. Bu örnəklərə bir daha nəzər salaq;

3 -cü örnək: ən-Nəml Surəsi (27).

87. Sur çalınacağı gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar (bütün məxluqat) dəhşətli bir qorxuya düşər və onların hamısı Onun hüzuruna müti (zəlil) vəziyyətdə gələr.

88. (O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır!

Yağışlı bir gündə çaxılan şimşəyin gürultusu insanı vahiməyə salmağa yetərlidir. Düşünün ki ətrafınızdakı hər şeyin toz kimi dağılıb və bu toz buludlarını tozsoranın sorması kimi qaradəliyin də soracağı bir gündə qorxmamaq əldədirmi? Qaradəliyin aktiv olmasıyla ətrafdakı hər şeyin toz kimi dağılması necə vahiməli bir səsin meydana gələcəyini bir təsəvvür edin.

4-cü örnək: əl-İnfitar Surəsi (82).

1. Göy parçalanacağı zaman;
2. Ulduzlar dağılıb səpələnəcəyi zaman
3. Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman;

Bu ayətləri tək-tək oxuyub qorxmamaq və də Allahın gücünə heyrətlənməmək imkansızdır. Dənizlərin yer qabığının çatlaması ilə mantiya qatıyla üzləşib qaynayıb, dənizlər arasındakı sərhədlər yox olub necə bir-birinə qarışacaqlarından bizə xəbər verilməkdədir.

5-ci örnək: əz-Zilzal Surəsi (99).

1. Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;
2. Yer öz ağır yüklərini çıxardıb atacağı zaman;

əz-Zilzal surəsi 1-ci ayətində; surun çalınmasıyla ya da digər ifadəylə qaradəliyin aktiv olunmasıyla yer kürəsi bütünüylə lərzəyə gəlib titrəyəcəyini və 2-ci ayətdə də bunun davamı olaraq; yerin cəzb etmə qüvvəsi pozulunca yer kürəsi soğan təki soyularaq tərkibində nə barındırmaqda isə hər şeyi fəzaya atacaq, yerdən hər şey qopub ayrılacaq və bütün hər şeyi yerin özüdə daxil, qaradəlik sorub aparacaq, udub son zərrəciyinə qədər parçalayacaq.

6-cı örnək: əl-Qiyamət Surəsi (75).

3. Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! d
4. Bəli, Biz onun barmaqlarını da (barmaqlarının uclarını da) düzəltməyə qadirik!
5. Lakin insan önündəkini (qiyaməti) danmaq istəyər.
6. Və “Qiyamət günü nə vaxt olacaqdır?” -deyə soruşar.
7. Gözün qamaşdığı,
8. Ay tutulduğu,
9. Günəşlə ay birləşəcəyi zaman,
10. Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” -deyəcəkdir.
11. Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!
12. O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!

Qiyamət surəsində Allah (c.c) necədə gözəl və anlaşılır bir şəkildə qaradəliyin aktiv edildiyi o günün insanlarının hal və hərəkətlərinin necə olacağından xəbər vermiş. Insanların gözləri qorxudan bərələcəyi, günəşin və ayın qaradəliyin təsiri ilə necə birləşəcəyinin və nurlarının sönəcəyindən bizə xəbər verilməkdədir.

7-ci örnək: ən-Nəbə Surəsi (78).

18. Sur çalınacağı gün dəstə-dəstə gələcəksiniz.
19. (O gün) göy qapı-qapı açılacaqdır.
20. Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.

Baxın, necədə bütün ayrıntılarıyla, bütün dəqiqliyiylə ayətlərdə Surun üfürülməsiylə ya da digər ifadəylə qaradəliyin aktiv olmasıyla baş verəcək hadisələr bizlərə söylənməkdə, qaradəliyin aktiv olmasıyla Samanyolu qalaksimiz topa-topa udulacaq, atmosferlerimiz bir-birinə girəcək və qapılar kimi açılıb, yarılıb yer üzərindəki hər şey qaradəlikdə itəcək. Dağların parçalanıb toz halına gətiriləcəyindən bizi agah etməkdədir.

8-ci örnək: ət-Təkvir Surəsi (81).

1. Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;
2. Ulduzlar səpələnəcəyi zaman;
3. Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;
6. Dənizlər od tutub yanacağı zaman;

Qaradəliklər haqqında bilgi sahibi olanlar bu ayətlərin nə demək istədiklərini bütün ayrıntılarıyla anlayacaqlar. Qaradəlik günəşimizi bükəcəyindən, dağlarımızı sorub yerindən necə d qoparacağından və dənizlər yerin alt qatlarındakı mantiya qatı ilə üzləşdiklərində necə buharlaşacağından anlatmaqda. Bütün bu ayətləri bu qədər ayrıntıları ilə artıq tam anlaşılır olduqdan sonra bu həqiqətləri gözardı etmək mümkün deyil.

9-cu örnək: əl-Qariə Surəsi (101).

4. O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək;
5. Dağlar isə didilmiş yun kimi olacaqdır!

10-cu örnək: əl-Mursəlat Surəsi (77).

7. Sizə vəd edilən (qiyamət) mütləq vaqe olacaqdır!
8. Ulduzlar sönəcəyi;
9. Göy yarılacağı;
10. Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);

11-ci örnək: əl-Muzzəmmil Surəsi (73).

14. O gün (qiyamət qopanda) yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar (dağılıb) yumşaq qum təpəsinə dönəcəkdir.

Bəlkədə kimlərsə ümid edərlər ki, qaradəlik aktiv edilməyəcək, xeyr! Bu mümkün deyil, galaksimizin də Allahın yaratdığı digər varlıqlarınki kimi sayılı zamanı var və zamanı gəlincə qaradəlik tərəfindən udulacaq.

3) Qaradəliklər udduqları hər şeyi əbədiyyən onun içərisindəmi qalacaq?

Qaradəliklərin çəkiləri haqqında qaradəliklərlə əlaqəli mövzuların əksəriyyətində bəhs edilməkdədir. Günəşimizi qaradəliklərin çəkiləri üçün bir ölçü vahidi kimi götürülmüşdür. Elm dünyası qaradəliklərin ağir olması gərəktiyinin fikrinə qaradəliklərin necə yarandıqları haqqında verdikləri nəzəriyyələr əsasında bu nəticəyə gəlmişlər. Qaradəliklərin böyük kütləli yəni günəşimizinin çəkisinin ən az 3 qatı böyüklüyündə olan ulduzların çökməsi nəticəsində yarandıqlarını deməkdələr. Bu həqiqətəndə belədirmi?

Qaradəliyin, böyük ulduzun çökməsi nəticəsində yaranması haqqındakı nəzəriyyəyi iləri sürənlər görünür ki, Darvinizmin “təkamülündən” çox təsirlənmişlər. Beləki, ulduzun bir deyişim (çəkinin çox olması nəticəsində qravitasiya qüvvəsinin həddən çox olması) sonucu başqa bir i varlığa dönüşməsi, qaradəliyin yaranması kimi nəzəriyyədə, Darvinizm nəzəriyyəsi nə qədər haqlı isə bunlarda o qədər haqlıdırlar.

Qaradəliklər hər hansı böyük çəkili ulduzların çökməsi nəticəsində deyildə, digər bütün varlıqlar kimi qaradəliklərdə Allah tərəfindən yaradılan və də insan dərrakəsinin ötəsində bir varlıqdır yəni, var olan bir şeydir. Daha öncədə yuxarlarda açıqladığım üzərə qaradəliklər bir göy cisimləri deyildir onlar birər var olan varlıqlardır. Qaradəliklərə cisim kimi baxılması qəti səhf fikirdir, çünki cisimlərə ya da işığa aid xüsusiyyətləri qəti şəkildə dəstəkləməməkdədir. Bəs cisimlərə və işığa aid xüsusiyyətləri, xassələri ilə açıqlanmayan və də dəstəkləməyən bir qaradəliyə “çəki”ni ithaf etmək nə dərəcədə düzgündür? Həcmi sıfır olan bir şeyə kütləni necə ithaf edə bilərlər? Qaradəliklər bildiyimiz zaman, məkan, kütlə və s. kimi ölçü vahidlərindən tamamilə münəzzəhdir, ithaf ediləməz.

Məqaləmin başlarında Qurandan vermiş olduğum 12-ci örnəyə təkrar bir nəzər salaq:

12-ci örnək: əl-Ənbiya Surəsi (21).

104. Göyü kitab səhifəsi kimi büküb (rulo şəklində) qatlayacağımız gün, (O gün) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik.

Bu ayət yazmış olduğum bütün məqaləmi əhatə etməkdədir. Qaradəliklər udduqları hər şeyi bükə bilmə özəlliyinə sahib olduğunu bilirik. Qalaktikaların hər birisinin ayrı-ayrılıqda qaradəliklərin püskürməsi ya da digər ifadəylə böyük partlayış nəticəsində yarandıqlarını da artıq birilik. İndi isə örnək olaraq verdiyim 12-ci ayətdə deyildiyi kimi qaradəlik hər şeyi udacaq, bükəcək və ilk böyük partlayış öncəsi halına geri dönəcək. Qaradəlikləri təkrar emal zavodlarına da bənzətsək yeridir. Allah (c.c)-ün təyin etdiyi zaman dilimi hədislərdə keçən qırx deyilən bir vaxtdan sonra təkrar böyük partlayış baş verəcək ve yenə bir yaratılışın başlanğıcı olacaq.

4) Qalaktikalar niyə dairəvi, yayılmış və saat əqrəbinin həm fırlanma trəyektoriyası uzrə, həm də tərsinə fırlanmaqdadırlar?


Quran və hədislərdə keçən “Sura ikinci dəfə üflənmə” bəhsi qaradəliklərin udduqları bütün şeyləri ixrac edəcəklərinin bariz, açıq nümunəsidir. Yəni; qaradəliklər “Böyük partlayış”ın ya da bir digər deyişlə haşrın, təkrar yenidən yaradılışların başlanğıcıdır.

Qaradəliklərin özü ətrafında saat yönünün tərs tərəfinə doğru fırlandıqları bilinməkdədir. Sürətləri haqqında fərqli versiyalar irəli sürülüb. Qaradəliklərin özü ətrafında fırlanma sürətinin azımsanmayacaq dərəcədə yüksək olduğunun və qaradəliklərə görə fərqlilik sərgilənməkdə olduğu da bilinməkdədir. İkinci dəfə üfürülmüş sur ya da digər ifadəylə doyum nöqtəsinə çatan bir qaradəliyin udduqlarını geri püskürtməsi hadisəsi elə bildiyimiz “Böyük partlayış” hadisəsidir. Günümüzdə “Böyük partlayış” qaradəliklər də daxil bütün kainatın yaradılışı kimi qələmə verilib,n ancaq bu səhv fikirdir. Bunu qalaktikaların formalarına diqqət yetirsək və hər qalaksinin bir qaradəliyin geri püskürtmə hadisəsi nəticəsində yarandıqları həqiqətini göz önünə alsaq, rahat şəkildə qalaksilərin yaradılış həqiqətini qavramış olarıq. Kainatdakı qalaktikaların fərqli şəkildəki formalara diqqətinizi cəlb etmək istəyirəm. Bu fərqlilik qaradəliklərin daha öncə udub və sonra püskütməsi və də özü ətrafında fırlanma sürətlərinə bağlı olaraq meydana çıxmaqdadır. Elm dünyasında bunu təcrübələr keçirtməklə tam olaraq “Böyük partlayış”ı aldırammasalarda (ki bu mümkün deyil) ən azından ona yaxın nəticələri alarlar və dediklərimdəki həqiqətləri subuta yetirmiş olarlar. Qalaktikaların sanki bir təbəqə imiş kimi fəzada yayımlı forması da qaradəliklərin püskürtmə nəticəsinin bir sonucu olduğunun bir dəgər sübutudur.

Fərqli internet adreslərindən götürmüş olduğum qalaktikalara aid aşağıda verdiyim şəkillərə bir nəzər salaq;
1, 2 və 3-cü şəkillərdə verilən fərqli qalaktikalara aid şəkillər, o qalaktikaların önləri bizə doğru şəkildə çəkilmiş şəkillərdir. 4 və 5-ci örnək olaraq verdiyim qalaktika şəkilləri, qalaktikaların arxası bizə dönük olan şəkillərdir. Yəni; qalaktikaların önü və arxası vardır. Bunları təyin etmək üçün gördüyümüz qalaktikanın nə yöndə fırlandıqlarına diqqət yetirsək anlaya bilərik, yəni saat yönünə doğru fırlanan bütün qalaktikalar arxası bizə doğru, saat yönünün tərs tərəfinə fırlanan bütün qalaktikalar da önü bizə doğru olanlardır.

5. Qaradəlikləri (surları) harda axdarmalıyıq?

Yuxarıda qalaktikalarin arxası və önünü müəyyən etməsindən bəhs etdim. Bəs bu bilgi nəyimizə gərəklidir? Bir qalaktikanın önü ya da arxasının olması bilgisi bizə nə kimi fayadası olacaq?

Qalaktikaların önü ya da arxasının təyin olunması bizə o qalaktikaya aid olan qaradəliyi harda tapa biləcəyimizi göstərəcəkdir. Belə ki, hər qalaktikaya aid olan yəni o qalaktikanı püskürtmüş olan qaradəliyi tapmaq üçün həmin qalaktikanın mərkəzindən başlayaraq arxa tərəfindən bir düz xətt çəksək həmin xətt bizi axtardığımız qaradəliyə götürəcək.

Bir qalaktikanın önü bizə tərəf olması o qalaktikanın bizə tərəf gəlməsi, bizim qalaktikaya doğru yaxınlaşması deməkdir. Müşahidə etdiyimiz qalaktikanın arxası bizə tərəf olması isə həmin qalaktika bizim samanyolu qalaktikamızdan uzaqlaşması deməkdir.

Bir qalaktikanın önün ya da arxasının bəlirlənməsi, həmin qalaktikanın gediş yonünün müəyyən etməmizə yardımcı olacaq. o

6) Kainat və qalaktikalar niyə genişlənməkdədir?

əz-Zariyat surəsi (51) 47. "Biz göyü qüdrətimizlə yaratdıq və biz onu genişləndirməkdəyik".

Örnək olaraq Qurandan vermiş olduğum bu ayət həm kainatın, həm də qalaktikaların hal-hazırda genişlənməkdə olduğunun bariz, açıq bir sübutudur. Kainatın və qalaktikaların niyə genişlənməkdə olduğunu isə qaradəliklərin püskürtmənin ya da digər ifadəylə desək “Böyük partlayış”ın bir nəticəsidir. Bu partlayış nəticəsində qaradəlik və onun püskürtdüyü qalaktika arasindakı məsafə artmaqda və bundan əlavə olaraq da həmin qaradəlik və püskürtdüyü qalaktikası ilə birgə eyni yöndə axıb getməkdədirlər.

7) Soxulcan dəlikləri varmı?

əz-Zariyat surəsinin (51) 7-ci ayətin təfsirinə bir nəzər salaq;[24]
الْحُبُكِ ذَاتِ وَالسَّمَاء - İçində sağlam, qıvrımlı (spiralımsı), iç-içə dairəsəl yolları olan göyə andolsun ki,

1. və: andolsun,
2. əs-səməi: səma, göy üzü
3. zəti: sahib
4. el hubuki: sağlam, qıvrımlı (spiralımsı), iç-içə dairəsəl (sarmal), qıvrılaraq ilərləyən yollar,

Bu ayətdən yola çıxaraq qaradəliklərin bir-birləriylə əlaqələrinin soxulcan dəlikləriylə deyil də, elə bir başa olduqlarının fikrindəyəm. Yəni; bir qaradəlik digər qaradəliklə QAH alış-verişində olduqlarının və bu alış-verişi hər hansı uzunluqdakı yollar ya da digər ifadəylə soxulcan dəlikləri ilə deyil də ani olaraq olmaqdadır. Qaradəliklərin sıfır həcmli olduqlarını bilirik. Həcmi olmayan bir aləmdə məsafədən bəhs etmək doğru deyildir. Məsafənin olmadığı bir aləmdə bizim bildiyimiz ğ ifadəylə desək “ani” olaraq yer deyişim olacaqdır. Bunu bildiyimiz işınlanma hadisəsi kimi qələmə verə bilərik. Bir şeyi işınlandırmaq istəsək o işınlanacaq şey ən kiçik zərrəciklərinə qədər parçalanıb çatacağı “adresdə” əvvəlki vəziyyətdə bir araya gətiriləcək. Artıq bilirik ki, qaradəliklər bütün udduqlarını QAH-a çevirirlər. Onsuzda parçalanmış halda və məsafəsiz bir aləmdə qaradəliklərin bir-biriylə alış-verişə girmələri son dərəcədə adi, normal və də çox rahat bir şeydir.

SON.

Son olaraq onu deyim ki təfsir elminə, sur və axirət ilə əlaqədar olan ayətlərin təfsirinə yenilik gətirdiyim kimi astrofizika elminə də yeni kəşflər üçün yeni qapıları açmış oldum.

Allah (c.c)-ya hamd olsun!


==================================================
[1] Qurandakı sıralamaya görə (39)-cu surə olduğunu göstərməkdədir.
[2] Verilmiş surənin (69)-cu ayə olduğunu göstərməkdədir.
[3] Kutubi Sittədən alıntılar (Tərcümə və Şərhi, İbrahim Canan, Akçağ Yayınları).
[4] Kutubi Sittədən alıntılar (Tərcümə və Şərhi, İbrahim Canan, Akçağ Yayınları). [Tirmizî, Qiyamət 9, (2433)]
[5] Kutubi Sittədən alıntılar (Tərcümə və Şərhi, İbrahim Canan, Akçağ Yayınları). [Ebu Davud, Sünnət 24, (4742); Tirmizî, Qiyamet 9, (2432).]
[6] [Buhari, Təfsir, Zümər 3, Ammə 1;Müslim, Fitən 141, (2955); Muvatta, Cənaiz 48, (1, 239); Ebu Davud, Sünnət 24, (4743); Nəsaî, Cenaiz 117, (4, 111).]
[7] 5-ci cild, Qiyamət, Haşır, Hesab, Havz, Sırat, Mizan və Şəfaət bəhsi. Çeviren: Naim Erdoğan, Tahrîc: Yusuf Özbək, www.darulkitap.com, İz Yayıncılık, İstanbul 2003 Basqısı).
[8] Əbu Davud və Tirmizi.
[9] Əbu Davud və Tirmizî.
[10] http://fasiharapca.com/samil-islam-ansiklopedisi/7591/7591
[11] (Kutsi Hədislər 7 İmamdan alıntılar).
[12] İrfan b. Selim, Çeviren: Abdullah Tunçer, Karınca Yayınları.
[13] http://tr.wikipedia.org/wiki/Kara_delik
[14] http://tr.wikipedia.org/wiki/Kara_delik
[15] Müslim, Cuma, 18.
[16] Buhari, Təfsiru 6/9.
[17] http://az.wikipedia.org/wiki/B%C3%B6y%C3%BCk_partlay%C4%B1%C5%9F
[18] http://az.wikipedia.org/wiki/B%C3%B6y%C3%BCk_partlay%C4%B1%C5%9F
[19] Qeyb aləmi – sadəcə Allahın elmində, bilgisində olan və insanlığın dərrakəsindən tamamilə uzəq bir bilgi, bir aləmdir.
[20] http://tr.wikipedia.org/wiki/Galaksi
[21] http://www.uzaysitesi.com/galaksiler
[22] http://www.uzaysitesi.com/galaksiler
[23] http://www.uzaysitesi.com/galaksiler
[24] (http://www.kurantefsiri.com/kuran_tefsiri/zariyat/zariyat_suresi_tefsiri.aspx?ayet=

Memmedov_r@hotmail.com