İPƏKÇİLİK

Отправлено 2 дек. 2013 г., 4:31 пользователем Aydin Mammadov   [ обновлено 27 дек. 2013 г., 23:24, автор: Murad Nabibekov ]

Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətininа Zona Elmi Bazası qarşısında qoyduğu tələblərə uyğun olaraq, ilk növbədə, ipəkçiliklə əlaqəli aparılacaq işlərə hazırlıq görüldü. Şəkidə ipəkçiliyin inkişafı qədim tarixə malik olmaqla yanaşı, respublikada ən böyük ipəkçilik fabrikinin burada fəaliyyət göstərməsi görüləcək işlərin planlaşdırılmasında xeyli köməyimizə çatdı. Gəncə Ipəkçilik Institutundan bizimа elmi bazaya işləməyə gəlmiş kənd təsərrüfatı elmləri namizədi, tanınmış ipəkçi alim Şəmsəddin Mustafayevin rəhbərliyi ilə ipəkçilik qrupunun əməkdaşları yerli şəraitə uyğun, yeni, yüksək məhsuldar, xəstəliyə davamlı və istehsalatın bütün tələblərinə cavab verə bilən tut ipəkqurdunun xətt, cins və hibridlərinin yaradılması məqsədi ilə tədqiqatlara başladılar. Seleksiya damazlıq işlərinin aparılmasında əsasən, süni seçmə prinsipinə əsaslanaraq, xəttarası və sintetik seleksiya, həm də sənaye cütləşməsi üsullarının tətbiqi nəzərdə tutulurdu. Mövzunun icrası ilə əlaqəli o vaxtkı ittifaqın bütün ipəkçilik rayonlarındanЦÖzbəkistan, Gürcüstan, Ukrayna, RSFSR, Azərbaycanın digər yerlərindən və eləcə də xarici ölkələrdənЦ Yaponiyadan xətt və cins tut ipəkqurdu toxumları gətirilib, hər biri ayrı-ayrılıqda bəslənərək, damazlıq üçün baramalar seçilib götürülürdü.

 

Sonradan ayrı-ayrı cinslərin bioloji və texnoloji göstəriciləri müəyyən edilərək, çox yüksək keyfiyyətə malik xətlər gələcək cinsdaxili seleksiya işləri üçün ayrılırdı.

 

Nəticədə, tut ipəkqurdunun yüksək yaşama qabiliyyətinə malik, asan açıla bilən, ipək çıxımı çox olan UN, UF, Şəki-I və Şəki-2 kimi dörd yeni xətt yaradılmışdır ki, bunlardan xəttarası hibridləşmədə əsas material kimi istifadə edilmişdir.

 

Yeni xətlərdən УUNФ, УUFФ-in baraması yüksək açılma qabiliyyətinə malik olub, onlardan alınan ipək sap çox nazik idi. Digər tərəfdən УUNФ, УUFФ xətlərinin bir baramasının çəkisi orta hesabla 1,8Ц1,9 q; Şəki I, Şəki 2 xətlərininki isə 2,0-2,2 q. idi. Bu xətlər istər bioloji və istərsə də texnoloji göstəricilərinə görə səmərəli olmadığından, sonrakı tədqiqat işləri xətarası hibridlərin yaradılması istiqamətində aparılmış və dörd yeni hibrid əldə edilmişdir.

 

Həmin hibridlər laboratoriya şəraitində sınaqdan çıxarılmış və müəyyən edilmişdir ki, bu hibridlərdən Şəki-I x UF:, UF x ŞəkiЦI ən yüksək bioloji keyfiyyətlərə malikdir.

 

1980Цci ildə bu iki hibrid sınaq məqsədilə dövlət komissiyasına təqdim edilmişdir. Bununla yanaşı həmin hibridlərin istehsalat sınağı da aparılmışdır. Bu məqsədlə bir neçə il 150Ц200 qutu tut ipəkqurdu toxumu hazırlanıb, kolxoz və sovxozlara verilmiş və istehsalat sınağı laboratoriya şəraitində əldə edilmiş nəticələri təsdiq etmişdir.

 

Beləliklə, ipəkçilik laboratoriyasında ilk on il ərzində dörd yeni cins ŞZEBЦ3, ŞZEBЦ4, ŞZEBЦ8 və ŞZEBЦ12 cinsləri yaradılmışdır.

 

Göründüyü kimi ipəkçilərin ilk onillikdə əldəа etdiyi nailiyyətlər göz qabağındadır.

 

Eyni zamanda həmin cinslərdən hibrid kombinasiyaları üzrə toxum hazırlanmış və laboratoriya şəraitndə sınaq işləri aparılmışdır. Alınan nəticələr istehsalatçıların marağına səbəb olmuşdur.

 

Sonrakı illərdə də Elmi Bazada Akademiyanın Rəyasət Heyətinin təsdiqа etdiyi elmi-tədqiqat işləri planlarındaа nəzərdə tutulan mövzular icra edilmişdir.

 

Ipəkçiliklə əlaqəli aparılan işlər müvafiq elmi-tədqiqat planlarına əsasən dövlət sort sınağına təqdim etmək məqsədilə xəttarası və cinsarası ipəkqurdu hibridlərindənа toxum hazırlamaq və yaz, yay yemləmələrinə hazırlıq işləri görməkdən ibarət idi.

 

Bu məqsədlə damazlıq seleksiya işləri yeni yaradılmışа xətlər Şəki-1 və UF cinslərdən isə лElm╗, лDostluq╗, лQafqaz╗ və лZirvə╗ materialları əsasında aparılmışdır. Həmin xətt və cinslərin vacib bioloji göstəriciləri təyin edildikdən sonra gələn ilin təcrübələrində istifadə etmək məqsədilə ən yüksək göstəriciləri olan toxumlar seçilib ayrılmışdır.

 

Beləliklə, aparılan təcrübələr nəticəsində yeni yaradılmış лElm x Zirvə╗, лElm x Dostluq╗ vəа onların əks yerdəyişməsi variantları daha yaxşıа göstəricilərə malik olduğundan dövlət sort-sınağına təqdim etmək üçün seçilmişlər.

 

Məlumdur ki, seleksiya materiallarında toxumların yaşama qabiliyyətininа artırılması xüsusi əhəmiyyət kəsb edir.

 

Ona görə də gecikən, xəstə və ölən tırtılların qeydə alınması, metodikaya uyğun olaraq çox ciddi aparılmış və bütün yumurtacıq, tırtıl, pup və kəpənək inkişaf mərhələsində sərt seçimə məruz qalmışdır. Yay yemləməsi seleksiya işində mühüm əhəmiyyət kəsb edir. Tut ipəkqurdunun bioloji göstəricilərinin öyrənilməsi və daha dözümlü ailələrin aşkar edilməsi məqsədi ilə yay mövsümündə ağır ekoloji şəraitdə yemləmə aparılmışdır. Yaz toxumlarının ilkin materialından 15 düzüm inkubasiyaya qoyulmuş və 7-8 ailə yemlənmişdir. Daha yaxşı göstəricilərə, yüksək yaşama qabiliyyətinə malik olan hər 4 ailə sonrakı seleksiya işləri üçün seçilmişdir. Yay mövsümünün ağır ekoloji şəraitində aparılan seçim yemləməsi, daha yüksək yaşama qabiliyyətinə malik olan ailə və fərdlərin səhvsiz seçilməsini təmin edir. Mövsümlər arası cütləşdirmə isə seleksiya materialının dayanıqlığının artırılmasına kömək edir.

 

Aparılan təcrübələrin son nəticəsi olaraq hər bir götürülmüş ailədən ən yaxşı fərdləri seçilmiş vəа növbəti seleksiya işləri üçün toxumlar hazırlanmışdır.

 

Beləliklə, yeni yüksək məhsuldar tut ipəkqurdu cinsi yetişdirmək məqsədilə aparılmış damazlıq-seleksiya işləri üzrəа alınan göstəricilərin təhlili, onların hibrid kombinasiyalarının sınağı, eləcə də dahaа məhsuldar fərdlərin axtarışı aşağıda qeyd olunan nəticələrə əsas verir.

 

 

1.     Aparılan seleksiya işləri nəticəsində sintetik (cinslərarası) seleksiya üsuluna əsasən dörd yeni yüksək dözümlü daha yaxşı texnoloji göstəricilərəа malik tut ipəkqurdu cinsləri лElm, Dostluq, Kvant və Zirvə╗ alınmışdır.

 

2.     Yetişdirilmiş cinslərin çarpazlaşdırılmasından alınan cinslərarası hibridlər əsas bioloji və texnoloji göstəricilərinə görə rayonlaşdırılmış Şəki-1 x Şəki-2 hibridlərindən üstündür. Bu üstünlük qurddan alınan barama məhsuldarlığına görə 9,7-14%, xam ipək çıxımına görə isə 4,2 x 14,4% təşkil edir.

 

3.     Yeni yaradılmış cinsin hansı mövsüm üçün nəzərdə tutulmasından asılı olmayaraq, seleksiya materialının yaşama qabiliyyətini və irsi əlamətlərin zənginləşdirilənlərini səhvsiz seçmək imkanı əldə etmək məqsədi ilə ağır yay şəraitində seleksiya yemləməsi və mövsümlərarası çarpazlaşdırma aparılması məqsədəuyğun hesab edilir.

 

4.     Cinslərarası həbridlərdən лElm x Dostluq və Dostluq x Elm╗ öz bioloji və texnoloji göstəricilərinə görə başqalarından xeyli fərqlənir. Yəni rayonlaşdırılmış hibridlərlə müqayisədə 1 q qurddan alınan barama məhsuluna görə 11,5-14%; ipək çıxımına görə 11,4-14,4% üstündür.

 

 

Yeni cinslərarası hibridlər; Elm x Dostluq və Dostluq x Elm╗а dövlət cins-sınaq şəbəkəsinə təqdim etmək baxımından daha perspektivli hesab olunur.

 

1985Цci ildə ipəkçilik üzrə ötən ilki mövzu davam etdirilmiş və yeni yüksək məhsuldar cinslərin və tut ipəkqurdu xətlərinin yaradılması, onların müxtəlif hibrid birləşmələri ilə sınağın aparılması mövzusunun yekun hesabatı hazırlanmışdır. Ona görə də bu hesabata əvvəlkilərdən fərqli olaraq ədəbiyyat xülasəsi, tədqiqatın materialı və metodikasına aid bir qədər ətraflı məlumat verməyi məqsədəuyğun hesab etdik.

 

Elmi ədəbiyyatdan məlumdur ki, kənd təsərrüfatının bir çox sahələrində olduğu kimi ipəkçilikdə də hibridləşmədən yeni tut ipəkqurdu cinsi almaq üsuluа geniş istifadə olunur.

 

Cinslərarası cütləşdirmə müxtəlif cinsə məxsus olan heyvanların cütləşdirilməsi üsuludur.

 

Müxtəlif dərəcədə birЦbirindən fərqlənən cütlərin çarpazlaşması nəticəsində alınan hibridlər daha fəal nəslin, daha iri ölçülü fərdlərin, sürətli boy inkişafına və yüksək məhsuldarlığa malik nəslin alınmasına gətirib çıxarır. Bu əlamətlər qohum olmayan yeni cinslərin çarpazlaşması zamanı müşahidə olunur.

 

Cinslərarası çarpazlaşma xarici mühit şəraitində çarpazlaşmış heyvanların nəslində irsin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, onların yaşama müddətinin artırılması ilə müşahidə olunur. Tut ipəkqurdunun çarpazlaşdırılması haqda ədəbiyyatda ilk məlumat Italyan alimləri tərəfindən verilmişdir. Hələ 1844Цcü ildə italiyalı Berti cinslərin çarpazlaşdırılması haqda çıxış etmişdi. O vaxtlar Italiyada tut ipəkqurdunun hibridləşməsi üçün lazım olan çarpazlaşma komponentləri olmadığından təcrübədən alınan nəticə effektli olmamışdır. Hibridləşmə təcrübəsində ən çox səmərəlisi cinslərarası müxtəlif coğrafi qruplar və bivoltinlə monovoltin cinslər arasında çarpazlaşma olmuşdur.

 

R. A. Hüseynova görə yüksək məhsuldar yeni cinslərin yetişdirilməsi məqsədilə cinslərin valideyinlərindən biri yüksək ipək çıxımı ilə fərqlənən yapon cinslərindən olduqda daha yaxşı nəticə əldə etmək olar. Keçmiş Sovetlər Üittifaqının elmiЦtədqiqat müəssisələrində bu istiqamatdə aparılan işlər nəticəsində yeni yüksək məhsuldar cinslər yetişdirilib, istehsalata tətbiq edilmişdir. Cinsləşdirmə keçmiş ittifaqda xam baramanın əsas göstəricilərinin artırılmasına imkan vermiş və xam ipək çıxımı 25Ц26%-n 30Ц31%-ə qalxmışdır.

 

Seleksiya işlərində nailiyyətlər əldə etmək üçün istifadə olunan seleksiya metodu və düzgün qəbul edilmiş çarpazlaşma sistemi həlledici rol oynayır. Sintetik seleksiya metodunun tətbiqi ilkin material kimi seçilmiş cinslərin irsi xassələrini hibrid nəslində birləşdirməyə imkan verir. Bu da seleksiya material fondunu zənginləşdirməyə və geniş seçim imkanına şərait yaradır.

 

AutbridinqЦqohum olmayan cinslərin cütləşdirilməsi nəticəsində alimlər keçən əsrin ortalarında 3Ц4 cinsdən istifadə edərək yeni ipəkliliyi çox olan cins alsalar da, onların baramaları formasına görə istehsalatçıları qane etməmişdir. Barama açılmasında avtomatik üsuldan istifadə edildikdə forma və ölçüləri eyni olan baramalar tələb olunur.

 

InbridinqЦqohumarası çarpazlaşdırma metodunun tətbiqi tut ipəkqurdu seleksiyasının öyrənilməsində geniş tətbiq olunmuşdur. Bu üsulla bir çox respublikalarda yeni yüksək məhsuldar cinslər alınmışdır. Yaşama qabiliyyəti yüksək olan yeni cinsin yaradılması üçün valideynləri müxtəlif şəraitə uyğunlaşmış fərdlərin çarpazlaşmasından istifadə olunur.

 

Tut ipəkqurdu toxumunun yaşama qabiliyyətini qabaqcadan müəyyənləşdirmək təcrübəsi seleksiya işlərində və damazlıqda məhsuldarlığa müsbət təsir edir. Cinslərin yaşama qabiliyyətinin qabaqcadan müəyyənləşdirilməsi üsulu ən çox davamlı cinsin seçilməsi, ilkindəЦhəm də ən yaxşı ailənin seçilməsi, yaşama qabiliyyətinə görə yeni cins yetişdirməkdə istifadə etməyə imkan verir. Bu metodun tətbiqinin səmərəsi ondan ibarətdir ki, yumurta mərhələsində seleksiya materialının artırılmasına, damazlıq materialın yaşama qabiliyyətinə görə seçilməsinə imkan yaranır. Heyvandarlıq və ipəkçilikdə əsas amil hesab olunan səmərəli çoxaltma üsulunun, təmiz cinsin çoxalması üsulunun seçilməsi və araşdırılması, cinslərarası və xəttarası çarpazlaşma hibrid üsulunun yaradılması və tətbiqidir.

 

R. K. Bellevin rəhbərliyi altında Zaqafqaziyanın müxtəlif coğrafi ərazilərində yayЦpayız yemləməsi ilə aparılan tədqiqatlar nəticəsində bivoltin və monovoltin çarpazlaşma materiallarından ən məhsuldar tut ipəkqurdu hibridi alınmışdır. Zaqafqaziya ElmiЦTədqiqat Ipəkçilik Institutunda üç qat hibrid sınağı aparılmış və üç qat hibridin iki monovoltinа və bir bivoltin cinslərin kombinasiyasında əhəmiyyətli olmuşdur. Özbəkistanda üç qat və tetrahibrid çarpazlaşmadan daha çox istifadə olunur.

 

Yapon alimləri öyrəniblər ki, təmiz cinsin əlamətlərinə nisbətən birinci hibrid nəslinin əlamətləri yaxşı nəticələr verir, yəni tırtılların yaşama qabiliyyəti artır. Prof. R. A. Hüseynovun fikrincə yapon mütəxəssislərinin işində baramanın məhsuldarlığının artmasında cinsin ilkin formasının seleksiyalaşdırılması və çarpazlaşma ilə hibridin alınması əsas əhəmiyət kəsb edir. Birinci dərəcəli cinslər hibridlərin yaranması üçün materialdır.

 

Ilkin seleksiya materialının yaranmasında yapon alimləri yaponЦÇin və ya ÇinЦÇin cinslərinin çarpazlaşmasından istifadə ediblər.

 

Seleksiyanın bu istiqaməti yeni təmizqanlı Yapon və Çin xətti yaratmağa imkan verir. Bu da tut ipəkqurdunun sənaye üsulu ilə yemləndirilməsi zamanı hibridlərdə heterozisin artmasına səbəb olur.

 

Təmizqanlı yapon cinsinin yaradılması sənayedə Çin cinsləri ilə çarpazlaşmaya şərait yaradır. Beləliklə, yeni tut ipəkqurdu cinsinin yaradılması üçün komponentlərin seçilməsinə imkan yarandığına görə, YaponЦÇin cinslərinin hibridləşməsi iqtisadi cəhətdən səmərəlidir.

 

Çoxsaylı təcrübələr nəticəsində müxtəlif iqlim şəraitində bəslənmiş valideyin orqanizminin çarpazlaşması ilə nəslin yaşama qabiliyyətinin artırılması mümkün olmuşdur.

 

Seleksiya və cinsarası çarpazlaşma Yaponiya ipəkçiliyində məhsuldarlığın yüksəldilməsinə imkan yaratmışdır.

 

Məlumdur ki, aparılan təcrübələrin uğurlu yekunu tədqiqat materialının seçilməsindən və tətbiq olunan metodikadan çox asılıdır. Seleksiya işlərində başlıca əlamət, tırtılların yaşama qabiliyyəti və yüksək ipəkli baramaların seçimi hesab olunur.

 

Bu dəfəki tədqiqatlarda aşağıda qeyd olunan seçilmiş cinsarası hibridlərdən olan ilkin materiallardan istifadə edilmişdir;

 

1. ŞəkiЦ1 x DaşkəndЦ5; 2. ŞəkiЦ1 x PSЦ5; 3. ŞəkiЦ1 x UN; 4. ŞəkiЦ1 x USЦ 4; 5. ŞəkiЦ2 x UN; 6. ŞəkiЦ2 x DəşkəndЦ5; 7. ŞəkiЦ2 x DaşkəndЦ9; 8. ErkənyetişənЦ2 x DaşkəndЦ5.

 

Toxumların inkubasiyası 23Ц240C sabit temperaturda və 65Ц75% havanın nisbi nəmliyində aparılıb. Inkubasiyanın nəticələrinə görə tələf olan yumurtaların miqdarı və yumurta dövründə yaşama qabiliyyəti faizi dəqiq müəyyənləşdirilib. Yemləmədə hər 15Ц20 ilkin ailədən oyanma üzrə ən yaxşı toxumlar götürülüb. Hibridlərə xas olan yaşama qabiliyyətini aydınlaşdırmaq üçün yemlənilən tırtılların hamısına eyni şərait yaradılıb.

 

Yemlənən hibrid tırtılları həm keyfiyyətcə, həm də norma üzrə eyni yem alması üçün ölçü götürülür. Sutka ərzində yemləmə müddəti ümumi qəbul olunan eksperiment yemləməyə uyğynlaşır və bütün ilkin hibridlər üçün eynidir.

 

5Ц6Цcı gündə 5 yaşda olan tırtıllar cinslər üzrə seçilərək, erkək və dişiləri ayrıca yemləndirilir ki, baramalar da ayrıЦayrılıqda sarınsın. Barama yığımı isə şaxlamanın 8Цci günündən başlayır. 9Цcu gün barama təmizlənir və sonra çeşidlənir. Çıxdaş olanlar, tompal və normal baramaların miqdarı müəyyənləşdirilir. Çeşidləşmədən sonra isə sınaqdan çıxan hibridlərin yaşama qabiliyyəti təyin edilir.

 

Yazda və yayda seleksiya materiallarının yemlənməsi ailələr üzrə aparılır. Hazırlanan toxumların hər cinsindən 35 düzüm gələn ilin yazına saxlanılır. Qalan 15 düzüm toxum turş məhlulda emal edilir və inkubasiyaya qoyulur. Təkrar yemləməyə hər ilkin materialdan 7Ц8 yaxşı göstəriciyə malik ailə götürülür.

 

Tırtıl mərhələsində məhv olanlar, xəstə tırtıllar və qeyri bərabər ölçüdə inkişaf edənlər 20Ц25% təşkil edir ki, bu da çıxdaş hesab olunur.

 

Hər ilkin materialdan 7Ц8 ailə yazda, qalan 5Ц6 ailə yayda barama sarımağa buraxılır. Yaz yemləməsindən yaşama qabiliyyətli hər materialdan 5Ц6 ailə, yay yemləməsindən isə hər materialdan 4 ailə seçilir. Bu seçilmiş ailələrdən ən yaxşı baramalar fərdi seçilib, gələcək seleksiya işləri üçün toxum hazırlanmasında istifadə olunur.

 

Yüksək məhsuldar cinslər müxtəlif şəraitdə bəslənmiş və ayrıЦayrı nəsillərdən çarpazlaşmış fərdlər sintetik seleksiya metodu ilə yaradılır. Ilkin material seçildikdən sonra isə iki nəsil ardıcıl olaraq inbrid çoxaltma aparılır. Seleksiya materialının keyfiyyəti Ц inbrid xəttin çarpazlaşmasından və autbrid çoxaltmadan da asılı olması ehtimalı böyükdür. Seleksiya işində eyni zamanda ilkin materialın seçilməsi də mühüm əhəmiyyət kəsb edir. Ilkin seleksiya materialına aşağıda qeyd olunanlar daxil edilmişdir.

 

SANIŞ (DaşkəndЦ5, DaşkəndЦ9); Rusiya ipək stansiyası (TezyetişənЦ2; PSЦ5), Ukrayna ipək stansiyası (UN; US Ц 4) və Şəki barama qurdu toxumu zavodu (ŞəkiЦ1; ŞəkiЦ2)

 

Yazda seleksiya işləri aparmaq məqsədilə 50 düzüm toxum inkubasiyaya qoyulur. Onlardan 30 düzümü yaz, 20 düzümü yay yemləməsini təşkil edir. Hər birindən 15Ц20 ailə olmaqla ailələrdən 100 ədəd tırtıl yemlənir. Ona görə də tut ipək qurdunda tırtıllıq dövrünün qısaldılması xüsusi əhəmiyət kəsb edir. Beləliklə bu cəhətdən seçilənlər yemləmə ardıcıllığının qısaldılmasına gətirib çıxarır.

 

Bu nöqteyi-nəzərdən təcrübədə yeni yaradılmış tut ipəkqurdu cinslərindən tezyetişən tırtıl seleksiyası üçün ailələrin seçilməsi xüsusi əhəmiyyət kəsb edir. Ilkin cinslərin və hibridlərin ardıcıl yemlənməsi 27Ц29 sutka təşkil edir. Ən qısa yemləmə müddəti tezyetişən 2 və USЦ4; 27Ц28 sutka olur.

 

Yuxarıda göstərildiyi kimi tut ipəkqurdu tırtıllarının yaşama qabiliyyəti yüksək məhsuldar normal baramalar almaq üçün böyük əhəmiyyət kəsb edir. O, müəyyən dərəcədə tut ipəkqurdu tırtıllarının yüksək dözümlülüyü ilə əlaqələndirilir.

 

Bioloji göstəricilərin öyrənilməsi və daha dözümlü ailələrin araşdırılması üçün ağır ekoloji yay mövsümü şəraitində yemləmə aparılmışdır. Bununla da yüksək yaşama qabiliyyətinə malik ailə və fərdlərin seçilməsinə imkan yaradılmışdır. Ilkin material kimi seçilən istər əvvəl, istərsə də son yemləmədə kifayət qədər yüksək bioloji göstəricilərə malik olan ailə yeni yüksək məhsuldar tut ipəkqurdu cinsi kimi qəbul edilib, seçilmişdir.

 

Bütün təcrübə materialları toxumlarının inkubasiyası aprel ayının üçüncü dekadasında başlamışdır. Bu qeyd olunanların ardınca ilkin hibridlər sınaqdan çıxarılmışdır. Təcrübə şəraitində aşağıdakı cinslərarası hibridlərin sınağı aparılmışdır.

 

1. ŞəkiЦ1 x DaşkəndЦ5; 2. ŞəkiЦ1 x PSЦ5; 3. ŞəkiЦ1 x UN; 4. ŞəkiЦ1 x USЦ4; 5. ŞəkiЦ2 x UN; 6. ŞəkiЦ2 x DaşkəndЦ9; 7. DaşkəndЦ9 x ŞəkiЦ2; 8. TezyetişənЦ2 x DaşkəndЦ5; 9. DaşkəndЦ5 x ŞəkiЦ1; 10. UN x ŞəkiЦ1; 11. PSЦ5 x ŞəkiЦ1; 12. UN x ŞəkiЦ2 .

 

 

Ilkin cinsarası hibridlərin təcrübi sınaqları üzrə iş razılaşdırılmış metodika üzrə aparılmışdır. Aparılmış laboratoriya təcrübələrinin nəticələrinə görə, bioloji göstəricilərə əsasən aşağıdakı hibridlər seçilmişdir.

 

 

 

 

 

 

1. ŞəkiЦ1 x PSЦ5 tırtıllarının yaşama qabiliyyəti 95,5%; barama çəkisi 2Ц10q; ipəklilik 22,5%;

 

2. PSЦ5 x ŞəkiЦ1; Tırtılların yaşama qabiliyyətiЦ95,0%; barama çəkisiЦ1,96 q; ipəklilikЦ 22,3%.

 

3. ŞəkiЦ1 x USЦ4; Tırtılların yaşama qabiliyyətiЦ95%; barama çəkisiЦ1,96 q; ipəklilikЦ22,0%.

 

4. ŞəkiЦ1 x DaşkəndЦ5; Tırtılların yaşama qabiliyyətiЦ94,5%; barama çəkisiЦ1,92 q; ipəklilikЦ22,1%.

 

5. ŞəkiЦ2 x UN; Tırtılların yaşama qabiliyyətiЦ94%; barama çəkisi 1,90 q; ipəklilikЦ21,8%.

 

6. DaşkəndЦ9 x ŞəkiЦ2; Tırtılların yaşama qabiliyyətiЦ94,5%; barama çəkisi 1,94 q; ipəklilik 22,0%.

 

Indi isə həmin hibridlərin aşağıda qeyd olunan texnolji göstəriciləri ilə tanış olaq;

 

1. ŞəkiЦ1 x PSЦ5 quru baramanın ipəkliliyiЦ52,0%; xam ipək çıxımı 42,08%; baramanın açılma qabiliyyətiЦ80,91%; Barama sapının uzunluğuЦ900 m; sapın nömrəsiЦ284 vahid; sapın nahamarlığıЦ8,6%;

 

2. PSЦ5 x ŞəkiЦ1 quru baramanın ipəkliliyiЦ51,6%; xam ipək çıxımıЦ42,09%; baramanın açılması-81,57%; sapın uzunluğu 900 m; sapın nömrəsiЦ2827 vahid və sapın nahamarlığı Ц9,7%;

 

3. ŞəkiЦ1 x USЦ4 quru baramanın ipəkliliyiЦ49,63%; xam ipəyin çıxımıЦ39,38%; baramanın açılma qabiliyyətiЦ79,33%; sapın uzunluğu 1017 m; sapın nömrəsiЦ3395 vahid; sapın nahamarlığıЦ8,1%;

 

4. ŞəkiЦ1 x DaşkəndЦ5 quru baramanın ipəkliliyiЦ49,75%; xam ipək çıxımı 40,2%; baramanın açılma qabiliyyətiЦ80,94%; sapın uzunluğuЦ1053 m; sapın nömrəsiЦ2849 vahid; sapın nahamarlığıЦ9,8%;

 

5. ŞəkiЦ2 x UN quru baramanın ipəkliliyiЦ50,0%; xam ipək çıxımıЦ42,29%; baramanın açılma qabiliyyətiЦ84,4%; sapın uzunluğuЦ902 m; sapın nömrəsiЦ3202 və nahamarlıqЦ8,5%;

 

6. DaşkəndЦ9 x ŞəkiЦ2 quru baramanın ipəkliliyiЦ49,8%; xam ipək çıxımıЦ42,12%; baramanın açılma qabiliyyətiЦ83,55%; sapın uzunluğuЦ923 m; sapın nömrəsi 323 vahid; sapın nahamarlığıЦ9%;

 

Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki istər ipəkçilikdə, istərsədə digər sahələrdə qazanılan uğurlar Şəki Elmi bazasının Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin 1977 çi il 11 avqust tarixli sərəncamına əsasən Radiasiya tədqiqatları bölməsinin tabeliyinə verilməsi ilə bu bölmənin rəhbərliyinin yaxından köməkliyi sayəsində həyata keçirilmişdir və elmi bazanın istehsalatda əlaqəli aparılan təcrübələrdə daha da canlanma yaranmışdır.

 

Ipəkçilik sahəsində 80-90-cı illərin elmi-tədqiqat işləri bu sahədə qazanılmış təcrübə və alınmış nəticələr üzərində qurularaq müvəffəqiyyətlə davam etdirilmişdir. Son illərdə ipəkçilik laboratoriyasının əməkdaşlarıа yeni, məhsuldar tut ipəkqurdu cinsləri yetişdirmək yolunda müəyyən nailiyyətlər əldə etmişlər. Belə ki, Elmi Mərkəzdə yeni məhsuldar tut ipəkqurdu hibridləriа alınmışdır. Təcrübələrinа nəticələri göstərir ki, yeni yetişdirilmiş 143 (VX) x ŞZNB-4 və PS-5 x Şəki-1 x 9 x 1 kqa hibridlərinin ipəkliliyi Ц 4,21%, ipək çıxımı- 14,52%, açılma qabiliyyəti 9,96% və ipək sapının uzunluğu -31,81%а təcrübədə olan Daşkənd cinsinə nisbətən çoxdur.

 

Yüksək bioloji və texnoloji göstəricilərə malik olan 143 (VX) x ŞZNB-4, PS-5 x Şəki-1 x 9 x 1kqa hibridlərinin istehsalat sınağınaа verilməsi zəruri hesab edilir.