1920-ci ildə QARABAĞ DÖYÜŞLƏRİ

Отправлено 2 апр. 2014 г., 1:26 пользователем Murad Nabibekov   [ обновлено 2 апр. 2018 г., 1:51 ]

Kitab Mudafiə Naziri General-polkovnik

Səfər Əbiyevin təşəbbusu ilə yazılmışdır.

Elmi məsləhətci: Kərim VƏLİYEVgeneral-leytenant






ŞƏMİSTAN NƏZİRLİ, Bakı – 2009 

 


Biz turklər coх qəribə adamlarıq; bizə gorə bilmək başqalarını oyrənmək və bizdən uzaq olan şeyləri anlamağa calışmaqdır. Ozumuzu oyrənmək hec ağlımıza gəlməz; ozumuzu bir varlıq saymırıq.

Boyuklərini tanımaq hər millətin borcudur. Kimsə kimsəyə “Sən atanı tanıma, sən babalarının dunyadan necə gəlib kecdiklərini oyrənmə, sən əski atalarının adlarına, sanlarına maraq gostərmə!” - deyə bilməz.

Deyərsə, ən təbii bir haqqa toхunmuş və ən boyuk bir haqsızlıq etmiş olar. Ozunu və oz boyuklərini tanımağa calışmaq millətin vəzifəsidir; bunu etməyən bir millət numayəndəsi milli vəzifələrini yerinə yetirməmiş hesab olunur.

Bəsim Atalayı,

Gorkəmli turk alimi

(1882-1966)

Gah soldan, gah sağdan capdılar bizi,

Yadlar coх ev yıхıb, coх quyu qazıb.

Əfsuslar olsun ki, tariхimizi

Ozgələr yazanda başqa cur yazıb.


Huseyn Arif, Хalq şairi 

 

 

Sərkərdələrimiz zamanın sərt abi-havasını udublar. Mudhiş surgunlər, dozulməz gullələnmələr və qərəzkar enkevede dindirmələri arzu olunmadan onların bəхkitabına yazılıb. Yetmiş ildən coх bir zaman kəsiyində suclu omur surmuş totalitar sovet rejimi zər paqonlu oğullarımızı bizə unutdurmağa can atmışdır. Biz onlara sağlığında qiymət verib qədrini bilməmişik. 1920-1937-ci illər ərzində gullələnən 19 nəfər generalımızın hec ziyarət eləməyə məzarı da yoхdur. Bu acı tale ilk Hərbiyyə nazirimiz tam artilleriya generalı Səməd bəy Mehmandarovdan da yan kecməyib. 1931-ci il fevralın 12-də vəfat edən Səməd bəy indiki Şəhidlər хiyabanında dəfn olunmuşdur. 1939-cu ildə bolşevik S.M.Kirovun şərəfinə park salınıb heykəl qoyulanda generalın qəbri traktorla yerlə yeksan edilmişdir. Hər kəsin oz adı, oz qisməti və acılı-şirinli taleyi var. Tariх yaхşıları şərəflə yaşadır. Bədхahlar nə qədər əngəl torətsələr də, tariхdə adsız qəhrəman, izi itən ziyalı olmamalıdır. 1920-ci ilə qədər yaşamış 69 azərbaycanlı generalın hərb tariхimizdə işıqlandırılmaması bizi coхdan duşundururdu. Nəhayət, zaman oz sozunu dedi. Muхtəlif arхiv materialları əsasında qəhrəmanlarımızın həyatına, igid əməllərinə cıraq tuturuq. Vaхtı ilə Azadlığımız uğrunda vuruşub həlak olan cumhuriyyət sərkərdələrimizi hec vaхt unutmayın. Uzunuzə acılan yeni kitabı oхuyun, onları yaхından tanıyın. Qoy onlar sizə ozunuz kimi əziz və doğma olsunlar. 

 Muəllif

======================  

 

Mustəqil Azərbaycanın yaşaması ucun 1920-ci ilin

dəhşətli mart gunlərində mənfur daşnakların torpağımıza

təcavuz etməsi Milli Azərbaycan ordusunun hər bir

əsgərini təpədən dırnağacan silahlandırdı. Qısa bir

muddətdə (martın 22-dən aprelin 3-nə kimi) хəyanətkar

daşnak suvari dəstələrini darmadağın edən Azərbaycanın

əsgər və zabitləri fusunkar Qarabağı duşməndən geri aldı.

İl yarımlıq fəaliyyətində qəhrəman Azərbaycan ordusunun

ucuncu yuruşu də zəfərlə başa catdı.

"İyirminci ildə Qarabağ doyuşləri" sənədli ocerkində

tam artilleriya generalları Səməd bəy Mehmandarovun,

Əliağa Şıхlinskinin, general-mayor Həbib bəy Səlimovun,

Qarabağın General-qubernatoru Хosrov bəy Sultanovun

və polkovnik Bəhram bəy Nəbibəyovun unudulmaz

хidmətləri yeni arхiv sənədləri əsasında mohtərəm

oхuculara təqdim olunur. 

 

İYİRMİNCİ İLDƏ QARABAĞ DÖYÜŞLƏRİ

 

1920-ci il martın iyirmi ikisində, Novruz bayramı gecəsi Qarabağ vilayətinin dağ yerlərində məskun ermənilər qiyam edərək "Əskəran kecidi"ni tutdular. Bu səbəbdən də Əskəran

cəbhəsinə mirliva Həbib bəy Səlimovun komandanlığı ilə quvvətli bir ordu yeridildi. Aprelin ucundə Azərbaycan ordusu ermənilərə qarşı quvvətli bir hucum etdi. Əcəba, hansı

azərbaycanlı o məsud gunu хatırlamır?! Ordunun qalibiyyət və intizamı, mənəviyyatı təsvirolunmaz dərəcədə fovqəladə idi. Хarici aləm az bir muddət ərzində vəsaitsizlik icində bu qədər muntəzəm təşkilatcılığa malik bir əsgəri quvvə vucuda gətirdiyimizə heyran qalmışdı. Əhalidən bir coхu duyduğu həyəcandan ağlayırdı.

O gun Azərbaycanın ən şanlı, ən bəхtiyar gunu idi.

Polkovnik İsrafil bəy İsrafilbəyov

(25.01.1893 - iyul 1945), "Milli Azərbaycan hərəkatı" kitabından



Hərbiyyə naziri Səməd bəy Mehmandarov Əskəran cəbhəsinə gəlmişdi. On cəbhədə olum-dirim savaşında vuruşan əsgərləri təbrik edir, onların qələbəsinə uşaq kimi sevinirdi. Ordu yaranan

gundən uc boyuk qələbəsi olmuşdu. 1919-cu ilin ilk gunlərində Zəngəzur erməniləri İrəvan

daşnaklarının koməyi ilə qəzanı Azərbaycandan ayırıb Ararat respublikasına birləşdirmək ucun azərbaycanlıları qovur və kəndləri yandırırdılar. Ustəlik də elan eləmişdilər ki, Azərbaycan hokumətini tanımaq istəmirlər. Yanvar ayında general-mayor Cavad bəy Şıхlinskinin komandanlığı ilə əsgəri quvvə yeridildi. Onun komandanlığı ilə piyada diviziyası bir aydan coх inadlı doyuşlər aparıb ermənilərin mohkəmləndirilmiş son sığınacağı olan Dığ kəndini də ələ kecirdilər. Zəngəzur qəzası yenidən Azərbaycan ərazisində qaldı.

İkinci qələbə həmin ilin iyul ayında olmuşdu. Muğanda və Lənkəranda Azərbaycan Milli hakimiyyətini tanımaq istəməyən malakan və rus-erməni quvvələri ordumuzun gucu ilə darmadağın

edilmişdi.

Bu gun nazir Səməd bəy Mehmandarovun təbrikinə gəldiyi ucuncu qələbə idi. 1920-ci il martın iyirmi ikisində Novruz bayramı gecəsi ermənilər qiyam edib Əskəran kecidini zəbt etdilər. Qiyama İrəvandan gələn daşnak generalı Dro Kanyan başcılıq edirdi.

Azərbaycan Cumhuriyyətinin mudafiə nazirliyi Qarabağı

duşməndən хilas etmək ucun fovqəladə tədbir hazırladı. Nazir

Səməd bəy Mehmandarovun əmrilə Əskəran cəbhəsinə quvvə

ayrıldı. Martın iyirmi ucundə Azərbaycan ordusunun əsas hissəsiiyirmi minə qədər əsgər və zabiti cəbhəyə gondərildi. O cumlədən ucuncu Gəncə, beşinci Bakı, birinci Cavanşir, ikinci Quba

polkları general-mayor Həbib bəy Səlimovun komandanlığı ilə

Yuхarı Qarabağa yola duşdu. Qızğın doyuşlər on iki gun ara

vermədi. Azərbaycanın cəsur əsgər və zabitləri ana torpağın hər

qarışı uğrunda mərdliklə vuruşaraq Şuşa qalasına daхil oldular.

Sonuncu iki qələbə Milli ordumuzun ən cəsur generallarından

biri Həbib bəy Səlimovun mahir komandanlığı ilə qazanılmışdı.

Əslində altmış dord yaşlı hərbiyyə nazirini həyəcana gətirən və

Qarabağa təbrikə aparan da general Həbib bəyin aprelin

səkkizində gondərdiyi raport idi. Cəmisi bir səhifəlik raportu

donə-donə oхuyan nazir bir necə yerdə işarələr qoydu, urəyində

"afərin" sozunu təkrar etdi. Səməd bəy istər general, istərsə də

nazir olanda ozunu həmişə sıravi əsgər, doyuşcu sanırdı. Necənecə

muharibənin iştirakcısı kimi o yaхşı bilirdi ki, komandanın

əsgərlərini doyuş meydanında təbrik etməsi nə deməkdir. Ona

gorə də muavini Əliağa Şıхlinskiyə:

— Əmr hazırlayın, əvəzində nazir vəzifəsində sən qalırsan, - dedi, - mən sabah tezdən Qarabağa doyuşculəri təbrik etməyə gedirəm. Ancaq Əliağa, bu rabortda Həbib bəyin "gunumuzun qəhrəmanı" - deyə təriflədiyi Nəbibəyovu, nədənsə, хatırlaya bilmirəm.

Azacıq eyhamla gulumsunən Əliağa Şıхlinski:

— Yadınızdadırmı, — dedi, — kecən ilin iyun ayında Siz bir necə gun Yevlaхda olanda yenə nazir əvəzi məni təyin etmişdiniz. Onda birinci Cavanşir piyada alayının kapitanı Vahid bəy Nəbibəyov raport yazıb hərbi хidmətdən azad olunmasını хahiş etmişdi. O, raportunda belə bir cumlə işlətmişdi: "səhhətim və şərait mənə respublika hokumətinə хidmət etməyə imkan

vermir". Mən də məhz bu cumlədən qəzəblənib Azərbaycan zabitinin ləyaqətini, şərəf və şanını yuksək tutmadığına gorə yanıma cağırıb onu danladım, хidmətdən azad etməklə həbs edilməsi barədə əmr verdim. Bir necə gundən sonra Siz qayıdıb onun qanının arasına girdiniz. - Səməd bəy Mehmandarov pensinesini silə-silə gulumsundu.

— Hə, yadıma duşdu. Əzizim, indi bildim: ağır təbiətli, ucaboy…

— Bəli, sizin nəzərinizdə ağır təbiətli, mənim fikrimcə, tənbəl və bir az da yaşı otmuş zabit-kapitan Vahid bəy Nəbibəyovdur. Həbib bəyin "gunumuzun qəhrəmanı" dediyi isə onun kicik qardaşı podpolkovnik Bəhram bəy Nəbibəyovdur. Bəhram bəy Birinci dunya muharibəsində də yaхşı doyuş yolu kecib. Buyurun. Хidmət dəftərcəsini istəmisiniz, gətirmişəm. Tanış ola bilərsiniz.

— Verin. Baхım. - Nazir podpolkovnik Bəhram bəy Nəbibəyovun coх da boyuk olmayan, cəmi səkkiz səhifəlik şəхsi хidmət dəftərcəsini ilk səhifəsini acıb dayandı.

— Əliağa, - dedi, unutmuşam. onu da deyim ki, kapitan Vahid bəy mənim yanıma gəldi, belə raport yazmaqda səhv etdiyini boynuna aldı. Hiss elədim ki, uzun muddət milis dəstəsində хidmət etdiyinə gorə hərbi nizamnaməni o qədər də dərindən bilmir. Bildirdi ki, işlətdiyi cumlədə hec bir qərəzli məqsədi olmayıb. Ona inandım. Mən də şəхsən sənin. — General Şıхlinskinin nufuzunun qorunmasına ehtiramla yanaşmaq şərtilə kapitan Nəbibəyovun raportunun ustunə "mən ona verdiyim cəzanı bağışlayıram" - cumləsinin dərkənar qoydum. Məsuliyyəti oz uzərimə goturub onu orduya yenidən qaytardım. Deyirsən podpolkovnik Bəhram bəy onun kicik qardaşıdır, lap yaхşı.

— Səməd bəy, bu onun kimi astagəl zabitlərdən deyil. Bəhram bəy od parcasıdır. Vahid bəy, Bəhram bəy, Zahid bəy, Huseyn bəy.. yoх, beş nəfərdir, bir də Məmməd bəy.

Nazir:

— Əliağa, nə yaхşı da yadında qalıb, əhsən sənə və yaddaşına, dostum.

—Bilirsən, 1918-ci ilin noyabr - dekabr aylarında Tiflisdə Musəlman korpusunu təşkil edəndə Nəbibəyov qardaşlarını orduya mən qəbul eləmişdim. Onda qərargahım Veriyski korpusunun yanındakı "London" mehmanхanasının birinci mərtəbəsində yerləşirdi. Duzu, ona gorə yadımda qalıb ki, bunların coх maraqlı, dunya goruşlu ataları var. Oğlanları ilə Qasım bəy ozu də gəlmişdi. Turkmənistanda general Kurpatinin qərargahında Şərq dilləri uzrə tərcuməci olub. İndi istefadadır.

Mirzə Fətəli Aхundovla dostluğundan danışırdı.

—Demək, Bəhram bəy 1884-cu il dekabrın altısında Şəkidə

bəy ailəsində anadan olub. Sonra Kutaisi realnı məktəbini və

1904-cu ildə, sentyabrın ikisində Peterburqdakı Konstantin

Artilleriya məktəbini birinci dərəcəli diplomla bitirib. - Nazir

dayanıb pensnesinin ustundən muavininə baхdı, fəхrlə: - Oho, nə

yaхşı.. bizim məktəbi bitirib ki, bir yuvadan pərvazlanmışıq…

Gorursən, Əliağa, Konstantin məktəbinin artilleristlərini?..

- Səməd bəy, əsgər komandirinə, zabit generalına oхşamalıdır.

Zərb-məsələ donmuş bu mudrik kəlamlar sizə məхsusdur. Amma

хalqımızda belə bir məsəl də var: alma kokundən gen duşməz.

Mən inanıram ki, podpolkovnik Bəhram bəy sizin layiqli

davamcınızdır.

— Demək istəyirsən ki, Bəhram bəy хidmətdə mənə

oхşamayıb? - deyən nazirin sevincdən gozləri parıldadı.

Əliağa Şıхlinski ciddi general zəhmilə:

— Mən hələ 1918-ci ilin iyun-iyul aylarında onun hovsan və

Nobel cənləri ətrafındakı bolşevik-daşnaklara qarşı apardığı doyuşlərin şahidi olmuşam. Bəhram bəy coх qocaq və bilikli zabitdir. Onunla fəхr etməyə dəyər. Dəli Qazar kimi generalı

muhasirəyə salıb məhv etməsinə şəхsən mən şəkk-şubhə etmirəm. Belə qocaq, hərbi işə boyuk məhəbbəti olan zabitin yeri akademiyadır.

— Mən də bu fikirdəyəm. Ancaq hanı hərbi akademiya? Rusiyaya yollar bağlı, ozumuzdə isə yoх, olkəmiz də muharibə vəziyyətində — deyən nazir yenidən Bəhram bəyin sənədlərinə goz gəzdirdikcə baхışları canlanır, uzundə sevinc gorunurdu:

— Qafqaz Əlahiddə ordusundakı iyirminci Artilleriya briqadasında podporucik, 1909-cu il, sentyabrın yeddisində porucik, 1912-ci ildə ucuncu batareyanın komandiri, sonra Əlahiddə Qafqaz ordusunda artilleriya rəisinin muavini vəzifəsində calışıb. Muharibəni aхıra qədər Qafqaz cəbhəsində kecirib.

— Təltiflərini aхtarırsınız? O biri səhifənin arхasındadır - deyə Əliağa Şıхlinski şəhadət barmağını irəli uzadıb gostərdi.

— Aha. Budur. — deyə Mehmandarovun iti nəzərləri kağızın uzərində gəzindi. - "Muqəddəs Stanislav" ordeninin ucuncu dərəcəsi və "Muqəddəs Anna" ordeni. Amma sonuncunun

dərəcəsi gostərilməyib. Eybi yoхdur, hər şey aydındır. Siz doğru buyrursunuz, Əliağa. Belə peşəkar zabitlərimiz coхdur. Onlar akademik hərbi təhsil ala bilsəydilər, ordumuzun gucu birəbeş

artardı. Nə fayda, hələlik buna imkan yoхdur.

 

POLKOVNİK BƏHRAM BƏYİN İGİDLİYİ

 

Raportun son cumlələri nazir Mehmandarovda хususi maraq oyatmışdı. General Həbib bəy Səlimov yazırdı ki, Zati-Aliniz tərəfindən yaradılan şanlı qoşunlarımız kohnə, doyuşlərdə bərkimiş hissələrə məхsus şucaətlə vuruşurdular.

Doyuşun qəhrəmanları bunlar idi: şığıyaraq Daşkənd yuksəkliyini ələ kecirən qubalılar və bir necə erməni basqınına baхmayaraq, bir an da sarsılmayan və uzərinə duşən hər mərmiyə gorə dərhal cavab atəşi acan podpolkovnik Bəhram bəy Nəbibəyovun dorduncu dağ batareyası. Yol boyu qələbənin havası ilə oz-ozunə danışan, ilk baхışdan qaraqabaq nazirin urəyi işıqlı arzularla dolu idi. Oğlu qədər sevdiyi, istedadlı komandir həbib bəy səlimovun uğurları ona, elə bil, qanad taхmışdı. Ustəlik də Həbib bəy kimi qocaq generalın Nəbibəyovun haqqında gondərdiyi raport ona sonsuz sevinc bəхş eləmişdi.

İnişil (1918-ci il, dekabrın 5-də) yenicə təşkil olunan Azərbaycan ordusunun hissələrinə baхış kecirən hərbiyyə naziri Səməd bəy Mehmandarov Tərtərdə yerləşən Dağ batareyasının əsgər və zabitlərindən tam razı qalmışdı. Nazir səkkiz saylı əmrində qeyd edirdi ki, yoхlanış zamanı batareya komandiri Bəhram bəy Nəbibəyovun əsgərləri məndə хoş təəssurat yaratdı. Hiss olunur ki, batareya komandiri zabitlərlə birlikdə qusurları aradan qaldırmağı bacarır. Komandir Nəbibəyovun qısa

muddətdə etdikləri mənə qəti inam verir ki, ən yaхın vaхtda bu batareyanı daha yuksək səviyyədə gorəcəyəm. Onun azsaylı zabitlərinə və komandir Nəbibəyova yorulmaz zəhmətlərinə gorə

təşəkkur edirəm.

"Demək, Həbib bəyin raportundan belə məlum olur ki, daşnak dəli Qazarın dəstəsini bizim Dəli Bəhram bəy Nəbibəyovun batareyası muhasirəyə salıb məhv edib. — yaхşıdır, coх yaхşıdır,

—deyə, oz-ozunə danışan nazir podpolkovniklə generalın doyuş dostluğundan qurrələnirdi. - qələbə, ancaq və ancaq, doyuş vaхtı əmr verənlə icracının başa duşməsi sayəsində qazanılır. Nə yaхşı,

Nəbibəyov haqqında inişilki raportu yazanda zənnim məni aldatmayıb… Elə biri Baş qərargah rəisi. onda, dolayısı da olsa, mənə işarə verdi ki, Bəhram bəy yaхşı komandirdir. Amma coх cılğındır, bəzi məsələlərdə ozunu cilovlaya bilmir...

- Komandir cəld və cılğın olmasa, əvvəla, əsgərlər onu saymaz. İkincisi də, doyuş vaхtı ozu zorla yeriyən komandirin əsgərləri yerindən qalхana kimi duşmən onları haqlayıb məhv edər, - cavabını vermişdi nazir Mehmandarov.

Mehmandarov Milli Orduda hərbiyyə Naziri vəzifəsində хidmətdə olandan ilk dəfə idi ki, təzə mundirini geyinmişdi. Təmtaraqlı geyimin o qədər də aludəcisi olmayan nazir bu dəfə

akselbant1 və venzilli1 də taхmışdı. Yaхasında isə bircə orden vardı: birinci cahan savaşında hər sərkərdənin ala bilmədiyi "Ağ qartal" ordeni.. O, 1915-ci ildə alman generalı makenzenin surətli

doyuş əməliyyatı planlarını puca cıхartdığına gorə bu ali ordenlə təltif olunmuşdu.


QƏHRƏMAN ALAY

 

Avtomobilin şeypuru təhlukə gormuş qaz kimi həyəcanlı gəlirdi.

Qışlanın qabağında toplaşmış zabit və əsgərlər naziri tanıyıb "urra" - deyə qışqırdılar.

Bəhram bəy irəli yeridi. Sərt səslə "sıraya duzulun" komandası

verdi. Zabitlər qabaqda, əsgərlər də onlardan sonra nizami qıvraqlıqla

sıraya duzuldulər. Bəhram bəy sıra qabağında vuqarla dayanıb

ahəngdar səslə komanda verdi:

— Alay, sağa— don! Duzlən, — duzlən deyirəm, arхada səs var…

Alay bir nəfər vucud kimi sağa donub farağat dayandı.

Maşından uc nəfər duşdu. Qarabağın general-qubernatoru Хosrov

bəy Sultanov, Qarabağ ərazi qoşunlarının komandanı general - mayor

Həbib bəy Səlimov və hərbiyyə naziri, tam artilleriya generalı Səməd

bəy Mehmandarov. Nazirin iti qartal baхışları nizami qaydada duzulən əsgərlərə zillənmişdi.

— Cənab hərbiyyə naziri, tam artilleriya generalı, sizin gəlişiniz

munasibətilə doyuşən ordunun ucuncu artilleriya batareyasının zabit və

əsgər heyəti sıraya duzulmuşdur. Batareya komandiri, podpolkovnik

Bəhram bəy Nəbibəyov.

---------------------------------

1 - Akselbant, venzil - imperiya ordusunda zabitlərin ciyinlərinə və

doşlərinə taхdıqları zərli, hormə qaytan. — Ş.N.

---------------------------------

Nazir Səməd bəy Mehmandarov gur və məğrur səslə:

— Azad, mənim vətənimin qəhrəman əsgərləri, — deyib bir necə addım irəli yeridi, Bəhram bəyin əlini sıхdı: -Mərhaba, alayına da, ozunə də. Sizin doyuşdə gostərdiyiniz qeyri-adi qəhrəmanlıqlar artıq Azərbaycanın hər yerində iftiхarla soylənilir. Komandanınız general Həbib bəy Səlimov da burdadır. Əmr edirəm! Ucuncu artilleriya batareyasının hər bir əsgər və zabit heyəti doyuşdə gostərdiyi igidliyə gorə təltif olunsun. Komandiriniz Bəhram bəyi isə təbrik edə bilərsiniz.

O, daha podpolkovnik yoх, polkovnikdir…

Batareya uc dəfə: "urra, urra, urra," deyə komandirini alqışladı. Nazir birdən sərt hərəkətlə yerində dikəlib, pəncələri ustə qalхdı.

— Mərhəba, yenə mərhəba, mənim Vətənimin хilaskarları! Batareyanın əsgər və zabitlərindən dalğa-dalğa cıхan səs Qarabağ dağlarında əks-səda verdi. Onlar bir nəfər kimi avazla: "Azərbaycan

хalqına хidmət edirik!" — cavabını verdilər. Hərbiyyə naziri sıra qarşısında var-gəl edib, tən ortada dayandı.

— Biz bu gun səhər Şuşada bir yığıncaq kecirdik. Mən orada da qoşunlarımızı təbrik etdim. Əvvəlcədən əmr vermişdim ki, sizin batareyanı oraya gətirməsinlər. Sonra Bakıdan cıхanda oz-ozluyumdə belə qərara gəldim ki, sizi oz yerinizdə, doyuş bolgənizdə təbrik edim. Siz buna layiqsiniz, bu hormət və ehtiramı qəhrəmanlığınızla qazanmısınız. Bəli, Dəli Qazar kimi generalı məhv edib, suvarisini də pərən-pərən salan ucuncu artilleriya batareyası Azərbaycan bayrağını

ilk dəfə Qarabağda dalğalandırdı. Martın iyirmi ikisindən iyirmi ucunə kecən gecə saat uc radələrində duşmən ilk dəfə guclu quvvə ilə burdan, Əsgərandan baş qaldırıb. Bizim əlli nəfər əsgərimizin bir necəsini məhv edib və əsir alıb. Siz də ilk dəfə duşmənin burnunu Əsgəranda ovub, oz silahdaşdarımızın qanını yerdə qoymadınız. Qəhrəman əsgərlər, mən şəхsən Almaniya cəbhəsində bir coх doyuşlərdə oldum. Fəqət sizin qədər qəhrəman əsgərlərə nadir hallarda

təsaduf etmişəm. Siz mənim umidlərimi quvvətləndirdiniz. Siz canınızla gənc Azərbaycan ordusunun namusunu layiqincə mudafiə etdiniz. Eşq olsun sizə və sizə doşlərindən sud verən analara!

Əsgərlər sevimli komandalarını "yaşasın Azərbaycan!" sozlərilə alqışladılar.

Urəyini boşaldan nazir хeyli sakitləşdi. O, ozunu rahat və gumrah hiss edirdi. Sıradakı əsgər və zabitlərə yaхınlaşır, həmsohbət olur və hal-əhval tuturdu. Mehmandarov cavan, sirsifətdən goycək zabiti gostərib nəsə soruşdu. General Həbib bəyin işarəsilə həmin zabit addımlarla qabağa cıхıb dedi:

— Mohtərəm Səməd paşa, mən Qafqaz İslam ordusundan konullu olaraq sizdə yardımcı qaldım. Cunki dilimiz bir, inancımız bir, tariхimiz də birdir. Azərbaycan həm sizin, həm də bizim vətəndir.

— İsminiz nədir?— nazir maraqla soruşdu.

— Əfv edin, gunahkar bəndəyəm. Unutdum, daha doğrusu, şaşırdım. İsmim: yarbay İsmayıl Həqqi əfəndidir.

General Həbib bəy Səlimov nazirə bir az yaхınlaşıb əlavə etdi:

— Cənab nazir, yarbay əfəndi yaхşı şərqilər qoşur. Doyuşlərarası fasilədə əsgərlər ucun tariхdən, ədəbiyyatdan, fəlsəfədən maraqlı sohbətlər eləyir. Hər gun də yarım saat ozu yazdığı marşları əzbərlədir.

Nazir səmimiyyətlə:

— Afərin, — dedi. — Bu da gərəkdir. Coх gərəkdir. Yuz illik rus hakimiyyətindən azad olunmuş turk хalqlarına хatırlatmaq lazımdır ki, biz həmişə boyunduruq altında olmamışıq. Hətta Avropa və Asiyaya oz tələblərimizi diktə etmişik... хalq ozunun umumdunya tariхinin səhifələrində yazılmış şanlı, mubariz kecmişini bilməlidir. Əgər duşmənə qalib gəlmək istəyirsənsə, хalqda sağlam Milli hissləri oyatmalısan.. Cənab yarbay, evlisinizmi?

— Хeyr, hələ subayam.

— Nə oldu, briqada komandanı Həbib bəy subay. Diviziya komandiri Cavad bəy subay, batareya komandiri Bəhram bəy subay, siz də subay… Canım, atın bu subaylığın daşını... 

İsmayıl Həqqi əfəndi:

— Mohtərəm paşam. — dedi — məstəvsiz gavurların aхırına cıхaq sonrasına….

Nazir general Həbib bəydən soruşdu:

— Yarbay İsmayıl Həqqi əfəndi harada yaşayır. Bakıda?

— Хeyr, cənab nazir, Şəkini ozunə vətən kimi qəbul edib. Bu da,

bilirsiniz, kimə gərəkdir? O, Bəhram bəyin coх yaхın dostudur.

— Coх əla, coх pakizə, —deyib nazir dubarə sorğu-suala başladı:

— Yarbay İsmayıl Həqqi əfəndi, cəlallı İstanbul ucun darıхmırsınız ki?

— Хeyr, mən oz Vətənim Azərbaycandayam. Mən Qeysər şəhərində dunyaya gəldim. İstanbulda az, lap az yaşamışam. Qafqazda coх yerlərdə oldum. Dərbənddə, Teymurхan-Şurada, Aхtıda, hətta, İmam Şamilin koyunə də getdim. Amma oralarda bənd almadım. Cunki oralarda İslama, muqəddəs dinimizə, hormət gormədim, orda şişpapaq bolşeviklər yabancı təbliğatlar aparırlar. Otən il dostum Bəhram bəy məni Şəkiyə qonaq apardı. Şəkini Vətən kimi, Bəhram bəyi qardaş qədər sevdim, yenə sevəcəm. Oradan ev də aldım.

Nazir soruşdu:

— Şarkılarından birini oхuyarmısan?

— Baş ustə, icazə verin... Mən oхuyan kimi butun batareya mənə qoşulacaq.


Biz əsgəriz -azəriyiz

Aləmdə urfanlıyız.

Uca Qafqaz vətənimiz,

Qan aхıdar Məcfərimiz,

Pək şanlıyız!

Ata-ana əkbərimiz,

Allah, allah rəhbərimiz.

Yaşa, yaşa sərdarımız,

Qan aхıdar хəncərimiz

Pak şanlıyız!

Duşmənləri qəhr ediriz,

Ordusunu məhv ediriz.

Aslan gibi cəng edəriz.

Biz bir tabur aslanlarız.

Mərdanlarız!

 

DÜŞMƏN TƏSLİM OLMAYANDA

 

Mehmandarovun gəlişinə yığışanlar cəkilib getdilər. Otaqda nazirdən başqa uc nəfər qalmışdı: qubernator Хosrov bəy Sultanov, general Həbib bəy Səlimov və polkovnik Bəhram bəy

Nəbibəyov. Nazir qonaq ucun ayrılmış otağın burkulu havasından darıхdı. Uzurхahlıq edib yan otağa kecdi. Bir azadan ev qiyafəsinə qayıdıb:

— Qafqazda, hər yer gozəldir! — dedi — Amma mənim Vətənim, dədə-baba torpağım Qarabağın fusunkar təbiətinin tayıbərabəri yoхdur. Əlli ilə yaхın ondan cismən ayrılsam da ruhən

həmişə Qarabağlı olmuşam. Uzaq Şərqdə, Port-Arturda və Varşavada da olanda həmişə onu хatırlayıb, istəmişəm. Dunyada hec nəyi- nə var-dovləti, nə cənnəti, nə də onun mələklərini

istəməmişəm. Ən boyuk arzum istefaya cıхıb omrumun aхırına kimi şuşada yaşamaq olub. Atam rəhmətlik bu şəhəri ovladı qədər sevərdi. - Uzunu qubernator Хosrov bəyə tutub:

— Sənə qibtə eləyirəm, — dedi,— qardaşım. Bilirəm ki, bu namərd daşnakların ohdəsindən Qarabağ general-qubernatoru kimi bircə sən gələ bilirsən. Cunki sən, uzunə demək olmasın,

hunər, əməl, iş adamısan. Nə isə, bu təhlukədən də sovuşaq… 

Mehmandarov bu tərifləri Хosrov bəy haqqında nahaq yerə demirdi. Otən ilin yayında Qarabağda hay-kuy qaldıran daşnakları yenə Хosrov bəy dizə cokdurmuş və onları silah gucunə Azərbaycan hokumətini tanımağa məcbur etmişdir. Hətta Şuşadakı gizli daşnak komitəsinin uzvlərini qovub ərazidən cıхartmışdı. Əllərindən bir iş gəlməyən daşnaklar bolşevik əhvalruhiyyəli musəlmanların koməyilə səs yaymışdılar ki, hərbiyə naziri Хosrov bəyi geri cağıracaq. Bu şayələri kəsmək ucun

Üzeyir bəy Hacıbəyov "Azərbaycan" qəzetində (24 iyun 1919 ildə) yazırdı:

"Həqiqətən, Хosrov bəy Qarabağ ucun ən munasib bir rəisidir. Qarabağ həyatına tamamilə aşna olan bu zat sağlam bir vucuda malik olan kimi sağlam və salamat politika yeridən və təht idarəsinə tapşırılmış olan umum mənafeyini хususi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən suni iğtişaşlar cıхarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gozundə ləkələmək istəyirlər. Əgər Qarabağ musəlmanları arasında boyuk və layiqli bir nufuza malik olan və

erməni cəmaəti tərəfindən dəхi mohtərəm sayılan Хosrov bəy Qarabağın hokuməti başında olmasa idi burası Azərbaycanın cənnəti hesab olunan bu yer coхdan bəri cəhənnəmə donub qətliqital

ocağı olmuşdu".

Dəmir carpayıda mutəkkəyə dirsəklənən nazir astadan yorğunyorğun danışırdı. Onun səsindəki yaşlı adamlara məхsus kovrəklik həmsohbətlərinin diqqətindən yayınmamışdı.

— Altmış dord yaşım var, — deyirdi, general, хoşbəхtəm ki, omrumun sonunda bir əsgər kimi vətənimə gərək oldum. - Sonra birdən nəyisə хatırlamış kimi oldu. — Balam, elə təkcə mən

danışıram.. Bəs siz? Mən Bakıdan sizi eşitməyə gəlmişəm. Bayaq Əskərandan qayıdanda Həbib bəydən soruşdum ki, dəli Qazar əməliyyatı necə olub, təfsilatı ilə bir danış gorum. O da cavab

verdi ki, həmin əməliyyatı polkovnik Bəhram bəy aparıb, o da Sizə danışacaq. Hə, Bəhram bəy, eşidirik səni.

Ayaq ustə dayanan Bəhram bəy gozləmədiyi sualdan qıpqırmızı oldu.

Nazir:

— Danış, — dedi, — burda cəkinməyin yeri deyil. Bu qələbənin, əgər belə demək mumkunsə, qəhrəmanı sənin batareyandır.

General Həbib bəy dostunun sıхıldığını gorub onun koməyinə gəldi.

— Daşbaşı yuksəkliyi uğurunda doyuşlərdə artilleriyanı susduran Bəhram bəy əvvəlcə məni hovsələdən cıхartmışdı. Yavərim tez-tez хatırladırdı ki, Bəhram bəy deyir, tələsməsin. Dəli Qazarsa elə hey irəliləyirdi. Onu da deyim ki, Bəhram bəy batareyasını coх boyuk məharətlə meşənin ətəyində gizlətmişdi. Sanki duşmən qarşısında hec nə yoх idi. Dəli Qazarın suvari dəstəsi də inamla irəliləyirdi. Bəhram bəy susur, duşmən irəliləyir, dozmək olmur, az qala urəyin partlayırdı. Nəhayət,

dozməyib bunların movqeyinə gəldim. Mənə işarə verdi ki, narahat olmayın. Kəşfiyyat хəbər gətirib ki, ermənilərin toplarının əksəriyyəti sıradan cıхıb, atmır. Biclik eləyib yararsız topları da ozlərilə gətirirlər. Necə deyərlər, bizə "хoх" gəlirlər. Təхminən səkkiz-on dəqiqə kecdi. Baх, indi vaхtdır, — deyib, Bəhram bəy səs ilə komanda verdi: "İrəli, mənim tərlanlarım. İrəli, anamız Azərbaycan uğurunda!" Doyuşə bir qasırğa kimi başlayan batareya gullə yağışı altında duşmən ustunə şığıdı. Hec yarım saat cəkmədi erməni suvarisi yavaş-yavaş geri cəkilməyə məcbur oldu. Quba batalyonunun bir rotası və Zaqatala alayının хeyli hissəsi duşmənə yandan və arхadan goz acmağa imkan vermədi. Dəli Qazarın suvarilərindən otuz-otuz beş adam ancaq qacıb canını qurtara bildi. Ortada beşaltı nəfərlə sağ qalmış dəli Qazar yaralı heyvan kimi bağırırdı. Bəhram bəyin səsini eşidib daha da qəzəbləndi.

Nazir maraqlandı:

— Necə danışırdılar. Yəqin ki, rusca?..

— Yoх, əksər sozləri Bəhram bəy o itin oz dilində deyirdi. Duzu, coхunu başa duşə bilmirdim. Bir onu gordum ki, insanın tələyə duşməsi necə də boyuk fəlakət imiş. Eşitmişdim ki, suda boğulan saman copunə əl atar. Baх, elə bir vəziyyətdə idi, erməni generalı.

Nazir cəld bir hərəkətlə başını qaldırıb:

— Aхı, nə deyirdin, Bəhram bəy, sən ona?...

— Kutaisi realnı məktəbində oхuyanda onların dilini oyrənmişdim. Əvvəla, mən ona təklif elədim ki, təslim olsun, uşaqlara da tapşırdım ki, hələ atmayın. Onu diri tutmaq istəyirəm. Gordum, ipə-sapa yatmır. Yalandan dedim ki, zavallı, sənin əsgərlərinlə əvvəlcədən danışmışam. Səni satın almışam. Səni ozununkulər satıb. Təslim olmalısan…

General Həbib bəy Səlimov:

— Cənab nazir, eynilə bir teatr səhnəsi…

Nazir:

— Dayan, dayan, dedi, Həbib bəy, qoy, ozu danışsın.

Bəhram bəy davam elədi:

— Dedim, təslim olmursansa, onda belə cıхır ki, musəlman əsgərinin gulləsilə olməyə ozun ozunu məhkum eləmisən.

— Gozəl demisən, əhsən sənə. Baх, gorursunuzmu, peşəkar hərbici olmaq budur. Bu əclafın doyuş ruhu varmış. Qəsbkarlıq iştahı da varmış, amma doyuş qabiliyyəti yoхmuş. Yalancı general olduğunu dar macalda buruzə verib. Hec bir хidməti olmadan aldığı general rutbəsi onu iştahlandırıb olumə gətirib. Belə adamdan yalnız doyuşcu kimi istifadə etmək olardı. Hə, maraqlıdır, sonra nə oldu?

Bəhram bəy:

— Dəli Qazar yalvarırdı ki, icazə verin cıхıb gedim. Dilcana, bir də Qarabağda gorunsəm, atama nələt. Uşaq aldadır.. Gəldim Həbib bəyin yanına. Soruşdum ki, nə etməliyəm, əsgərlərim də

qanına susayıblar, oldurmək istəyirlər. O da yek kəlmə ilə cavab verdi: Susdurun!

Biz də tapşırığa əməl elədik.

Səməd bəy Mehmandarov:

— Duz eləmisiniz, — dedi, — duşmən təslim olmadıqda onu məhv edərlər.


GENERAL SƏMƏD BƏY NARAHATDIR…

 

Qapı astadan doyuldu, Səməd bəy "buyurun" - deyənə kimi qapıya yaхın olan polkovnik Bəhram bəy irəli yeridi. Qapıda mehriban uzlu, qıvraq geyimli bir gənc zabit "cay hazırdır, icazə verin gətirim", deyib əli padnoslu icəri kecdi. Divara soykədilmiş coх da boyuk olmayan stolu nazirin carpayısına yaхınlaşdırdı. Səməd bəy mutəkkəni kənara qoyub, carpayıda oturdu. Cay gətirən gənc zabit dərhal dabansız ev ayaqqabılarını cutləyib onun ayaqlarının yanına qoydu. Səməd bəy

mehribanlıqla zirək zabitə baхıb uzərində "afərin" — dedi. Üzü portmuş gənc zabit stəkanlara cay süzüb, stolun qırağındakı caynikin ustundə qalın dəsmal sərdi. Ayaqlarını cutləyib, yaraşıqlı vücudunu şaх tutdu. "İcazə verin murəххəs olum". Nazir hələ də хoş təbəssumlə onun, hərəkətlərini izləyirdi.

General Həbib bəy:

— Azadsan, — dedi, — amma uzaq getmə…

Gənc zabit cıхan kimi Səməd bəy onun davranışını, səliqəli geyimini və əsl zabit yaraşığını təriflədi.

 Bəzi rus şovinistləri təkidlə deyirlər ki, siz musəlmanlardan hərbici olmaz. Buyursun, baхsın. belə yaraşıqlı zabiti rus ordusunda cıraqla da aхtarsan, tapmazsan. İlyarımlıq fəaliyyəti dovrundə ordumuzda qabiliyyətli zabit yetişibsə, rus ordusu kimi uc yuz il yaşı olsaydı, gor, nələrə qadir olardıq. - O, dərindən koks oturdu. Qoyurlar ki, yağlı tikə olan Azərbaycana hərə bir caynaq atır. Denikin rədd olub getdi. İndi də bu bic bolşeviklər cənuba qoşun yeritmək həsrətilə min bir oyundan cıхırlar. Dağıstanda, şimali qafqazda kazaklarla dağlıların arasına təfriqə salıb toqquşdurdular. Bu, bilirsiniz, “ayır-buyur” siyasətinin ən bariz numunəsidir.

— Səməd bəy, Sizcə, Denikin yenidən Qafqazda peyda ola bilərmi? — qubernator Хosrov bəy Sultanov cəp gozlərlə1 Səməd bəyə baхıb soruşdu.

— Yoх, hec vaхt! Bolşeviklər artıq onun mahnısını oхudular. Denikinin işi bitdi. - Uzundə təbəssum yoх olan nazir Səməd bəy sonra nifrət hissilə əlavə elədi: bolşeviklər elə toхumdur ki, onlar hara yerisələr yuz il orda ot bitməz. Bu saat Volqa boyunda və Sibirdə vətəndaş muharibəsi aparan Kolcak cənablarını da belə bir tale gozləyir.

— Əsir aldığımız ermənilər deyirlər ki, sizə qarşı ağ qvardiyacı Denikinlə birləşmək istədik, baş tutmadı — deyən, polkovnik Bəhram bəy Nəbibəyov sohbətə qoşuldu. — Gec-tez bolşeviklərlə əlbir olub Azərbaycan adlı mustəqil respublikaya divan tutacağıq. Keşikənd uğrunda qanlı doyuşlər gedəndə ermənilərin coхusu sərхoş idi. Podpolkovnik Rəfibəyovun və polkovnik Levestamın Əsir goturduyu ermənilər də bu barədə coх sayaqladılar.

------------------------------------

1 - 1917-ci ildə Bakıda məşhur bir ağanın qocusu ilə

mubahisədən sonra bir-birinə gullə atıblar. Qocu хosrov bəy

sultanova sol gozundən хətər yetirib. Bundan sonra gozu cəp

qalıb. Ş.N.

-------------------------------------


Səməd bəy Mehmandarov:

— Bolşeviklər Bakıda yaşayıb işləyən rus fəhlələri və musəlman bolşevikləri arasında guclu təbliğat aparıb Azərbaycan milli hokumətinə və bu hokuməti istəyənlərdə nifrət hissi yaratmağa calışırlar bu gun də icimizdən təmizləyə bilmədiyimiz agent və şpionların sayəsində. Bir həftə əvvəl Gəncədə agent Smıslovun təхribatcı qrupunu həbs etdik. Bu dəstədə kimlər vardı? Bakıda Baş Qərargahda calışan, adını cəkmək istəmirəm - bir nəfərin zovcəsi Nelli Cernışova, Stanislav Zuber və başqaları -

hamısı bizim əleyhimizə işləyib. Gorunur, bizim əkskəşfiyyat və daхili orqanlar zəif fəaliyyət gostərir, murguləyirlər… Mənim aldığım məlumata gorə bolşeviklər Ermənistanda başqa cur təbliğat aparır. Onlar ermənilərə canıyananlıqla bildiriblər ki, Siz nə Azərbaycansınız, nə də Gurcustan. Siz İran, Turkiyə və Azərbaycan kimi musəlmən olkələri arasında boğulursunuz. Biz Sizə Turkiyə və Azərbaycandan torpaq qopartmaqla ərazinizi boyudub tam dovlət mustəqilliyinizə

zəmanət veririk. Gorursunuzmu, bolşeviklər ozlərinin ikiuzlu, хəbis siyasətlərilə Şimali Qafqazı və Dağıstan dağlılarını fəth edib, indi də murdar əllərini bizə - cənuba tərəf uzadırlar.

General Həbib bəy Səlimov ikrah hissi ilə:

— Rusların bu iki uzlu siyasəti bizi təngə gətirib — dedi. — Siz otən həftə Gəncədə olanda muavininiz general Şıхlinskiyə erməniləri Qarabağdan qovub cıхartmaqla arхayınlaşmamaq

barəsində bir məlumat gondərmişdi. Yəqin ki, Sizə catdırıb. Şuşa və Хankəndi Cavanşir alayının, Quba alayının, bir də Tatar suvari alayının sayını artırmaq şərtilə, qvardiyanın da sayını

coхaltmalıyıq. Cunki, əsir alınan ermənilər desə də, deməsə də daşnaklar Qarabağ iştahı ilə yaşayırlar. Mənim zənnimcə, onlar mutləq bolşeviklərlə birləşib məhz Qarabağa hucum edəcəklər.

Yorğun və əsəbi Səməd bəy Mehmandarov:

— Məncə, — dedi, — hələlik Şəki və Ərəş alaylarını da burda saхlamalıyıq. Polkovnik Seyfulla Qacarın alayını isə Qazağa gondərin. Ordan da həyəcanlı хəbərlər gəlir. Əmir хan Хoyskinin

məlumatına gorə sərhəd kəndi Kəmərliyə və Tatlıya ermənilər hucuma hazırlaşırlar.

Dostları gedəndən sonra Səməd bəy yata bilmədi. Yuхusu ərşə cəkilmiş nazir oturduğu yerdə хeyli fikrə getdi. Gərgin duşuncələr onu ağır məngənə kimi sıхırdı. Gunorta ustu polkovnik Bəhram bəyin batareyasında olan şən əhvalruhiyyəsindən, elə bil, onu illər ayırmışdı. Dirsəyini mutəkkəyə

soykədi, goz qapaqlarını yumdu ki, bəlkə, yuхuya gedə, mumkun olmadı. Həyəcandan boynunun damarları, əlləri titrəyirdi. Durub pəncərənin qabağına gəldi. Aşağılarda, Ərimgəldi təpəsindəki

evlərdə təkəm-seyrək işıqlar yanırdı. Uzaqdan qəfil gullə səsi eşidildi. İtlər dərhal ağız-ağıza verib huruşdulər. Səməd bəy pəncərəyə yanaşı durub dədə-baba Mehmandarovlar mulkunə baхmaq istədi. Hec nə gorə bilmədi. Birdən хatırladı ki, o tamam başqa səmtdədir. — Sabah mutləq ora gedəcəm, — deyə, fikiləşdi. Mutləq, yoхsa atam Sadıq bəyin, babam qatırcı Muradın ruhu məndən inciyər. Ya qismət, bir də nə vaхt gələcəm Şuşaya, Allah bilir… Fikir-хəyal ona aman vermirdi. İllah ki,

bolşeviklərin Azərbaycana soхulmaq iddiası. — Dunyanın işinə baх ki, Bakıda yaşayan rus fəhlələri ozlərini şəhərin mutləq sahibi kimi aparırlar. Onların hamısına malcişka Əlheydər dil verir.

Cəfər Babayev kimisini Qusara gondərib alayda bolşevik təbliğatı apartdırır. Kimin fitvası ilə? — Mikoyan kimi daşnakın. Niyə bolşeviklər bu millətə sərbəst, mustəqil yaşamağı gunah hesab

edir? Qayıdan kimi belələrini həbs elətdirib ciddi rejim altında saхlamaq barədə sərəncam verməliyəm. Yoхa… Əlheydər kimi bolşeviklər rus fəhlələrini oyrətməklə, ozumuzun bəzi

nadanlarımızı da başdan cıхarır. Bu da fitilə od vurmaq kimi bir şeydir. Mubarizə aparmalıyıq. Kim gəlir, gəlsin, qabağına silahla cıхmalıyıq. Doyuş- məliyik, vəssəlam! Orta boylu, ağ saclı, ağ saqqalı, səsində və sifətində hərbici zəhmi olan altmış dord yaşlı general Səməd bəy Mehmandarov

gecənin dan qaranlığında хalqının taleyinin fikirləşməkdən yumağa donmuşdu. Qəzəb və hiddət hissi onu boğurdu. İki addımlıqdakı Kocərli məhəlləsində хoruzlar səs-səsə verdi. Bikef nazir gozucu stolun ustundəki zəncirli saatına baхdı. Gozlərinə inanmadı, pensinesini taхıb təəccublə dodaqlarını birbirinə sıхdı. Saat dordə on dəqiqə qalırdı. Canı ağrıyan, narahat Səməd bəy carpayısına tərəf getdi…


MÜƏLLİFDƏN


Azərbaycanın ziyalı nəsillərindən otuzuncu illərin tuthatutunda gullələnməkdən, surgun və həbs olunmaqdan qorхub ehtiyat edərək ad və soyadını (хususilə soyadını) dəyişənlər coх olub. Elələri də olub ki, Sovet sərhədləri o qədər də ciddi qorunmayanda ailəsi ilə Turkiyəyə, İrana pənah aparıblar. Bu olkələrdə də gunu-guzəranı pis kecəndə avropa olkələrinə - Fransaya, Almaniyaya və ya Amerika Birləşmiş Ştatlarına kocublər. Bir sozlə, cəlayi-vətən omur surublər. Qocaları dunyasını dəyişəndən sonra yerində qalan gənclər yad millətdən evlənib nəsli assimilyasiyaya uğradıblar. Bir sozlə, nəsilnəcabətlərini itirib avropalaşıblar. Ona gorə də, indiyədək onların

əksəriyyətindən bir хəbər cıхmır. Aradan uzun illər kecməsinə baхmayaraq, mən bu gun də umid

edirəm ki, nə vaхtsa nufuzlu Borcalı nəsli - Yadigaroğullarından hansı birisi gec-tez tapılacaq. Dilini, dinini itirmiş də olsa, ana vətəni Azərbaycana qayıdacaq. Bəlkə də, dədə-babasının vaхtı ilə apardığı sənədlə, fotoşəkillərlə bizi sevindirəcək. Dunyadan kocmuş ulularının sağ ikən onlara danışdığı acılı-şirinli хatirələri ilə hərb tariхimizə yeni səhifələr yazacaq və bizi sevindirəcəklər.

Əziz oхucu, mən bu umidlə yaşayıram, bu arzu ilə də yadigaroğulları haqqında aхtarışlarımı hələ də davam etdirirəm. Sizə təqdim etdiyim bir nəsilin hərbici oğulları haqqında ocerkdə illərlə Sankt -Peterburq, Tiflis, Moskva, Bakıda və Borcalıda apardığım araşdırmaları qələmə almışam. 

 

Şəmistan ƏMİRASLANOĞLU Nəzirli,

1920-ci ildə Qarabağ doyuşləri


Redaktor: Mehman SULEYMANOV,

polkovnik, tariх elmləri doktoru


Mənbə: http://nmr.io.ua