Məqalələr lenti

Saytdakı bütün məqalələrin adları

Yer qabığında baş verən ehtizasi hərəkətlər və Yer qabığının geokimyəvi mühit tipləri arasındakı qarşılıqlı əlaqələr

Отправлено 30 нояб. 2015 г., 5:37 пользователем Murad Nabibekov   [ обновлено 30 нояб. 2015 г., 5:38 ]












Hüseyn MUSTAFABƏYLİ,

AMEA Şəki Regional Elmi Mərkəzi
"Landşaftşünaslıq" şöbəsinin rəhbəri,
geologiya-mineralogiya üzrə fəlsəfə doktoru


Müxtəlif fiziki və kimyəvi göstəricilərə malik olan turş, qələvi, neytral hipertonik, hipotonik və s. mühitlərin uyğun geodinamik rejimlərlə qarışıqlı əlaqələrinin araşdırılması tektoniki cəhətcə bir-birindən fərqlənən tektoniki-maqmatik struktur, forma, örtük, çatlar, dərin yarılmalar və çökəkliklərdə kimyəvi elementlərin oksidləşmə-reduksiya potensiallarının təsiri ilə yaranan enerji ilə bağlı olduğunu göstərir. Bu qanunauyğunluqların davamı olaraq  məqalədə geokimyəvi mühitin göstəricisi rolu oynayan makro kimyəvi elementlərdən Fe, Ca, C, Mg, Na və K-un yüksək fon miqdarlarının yer qabığında baş verən tektoniki ehtizas tiplərinə olan təsirinin araşdırılmasına həsr edilmişdir.

Geokimyəvi rayonlaşma, geokimyəvi anomaliyalar, geokimyəvi əlamətlər, geokimyəvi sədlər, geokimyəvi rejim, geokimyəvi fon və s. haqda olan biliklərin geodinamik proseslərdə oynadığı rol və qarşılıqlı əlaqələrin tətbiq olunması nəticəsində geokimyəvi qanunauyğunluqların geodinamiki proseslərdə oynadığı praktik rolun öyrənilməsinə aid olan elmi mülahizələr davamlı surətdə artır.

Maqmadan ayrılan yüksək temperaturlu yüksək təzyiqli su buxarlarının sıxılmasından yaranan, habelə dərin qatların metamorfik suxurlarinda toplanan hidrotermal məhlullar K, As, F, Cl, və s. elementləri ilə zənginləşirlər. Geodinamiki rejimlərin müxtəlifliyindən asılı olmayaraq K-elementinin yaratdığı geokimyəvi mühit dinamiki, F-ün yaratdığı geokimyəvi mühit tektoniki rejimlərə uyğun gəlir.

Dünya okeanı və atmosferdə oksigen elementinin miqdarının geoloji tarix ərzində artması okean sularında və həm də çöküntülərdə Fe və S elementlərinin paylanma, yayılma və toplama qanunauyğunluqlarına təsir göstərmişdir. Bu qanunauyğunluqlar regional tektoniki xətt qırılmalarının və tektonik gərginlik sahələrinin mövcudluğu, tektonik strukturların növləri, tektoniki formalar- fleksura, qırışıq, kümbəz, çökək və s., həm də tektoniki təmas zonaları, tektoniki çatlar və  örtüklər timsalında özlərini biruzə verirlər. (Белоусов В.В., 1976) Fərqli geotektoniki mühitləri əhatə edən və geodinamik rejimləri ifadə edən bəzi struktur, mineraloji və geokimyəvi əlamətlərin təhlilinin platforma-geosinklinal tipli yer qabıqlarında araşdırılaraq tədqiq edilməsi bu məsələlərin kökündə daha dərin fiziki-kimyəvi proseslərin durduğunu göstərir. Elə bu səbəbdən də məqalədə geodinamik rejimlərin müxtəlif tiplərinin hər birinin özünəməxsus erozoin proseslərlə səciyyələnən sedimentasiya ərazi hövzələrində təmsil olunması və onlarla əlaqədar ilkin geokimyəvi mühit tiplərinin də mövcudluğu hipotetik olaraq qəbul olunmuşdur. Kimyəvi elementlərin formalaşdırdıqları geokimyəvi mühitlərə uyğun gələn məhlul tipləri platforma və geosinklinal qırışıqlarda özlərinə məxsus şəkildə qlobal geoloji prosseslərin bərqərar olmasına şərait yaradır və onlar da yer qabığının ümumi ehtizasi hərəkətləri ilə əlaqəli şəkildə inkşaf edir. Bütün bu proseslər kimyəvi elementlərin miqrasiyası–istilik və kimyəvi potensial qradiyentlərinə uyğun olaraq baş verir.  

1. Geokimyəvi mühitlər.

Bəzi kimyəvi elementlərin yaratdıqları geokimyəvi mühitlərin zaman və məkan qanunauyğunluqlarına uyğun surətdə araşdırılaraq öyrənilməsi geokimyəvi zonallıqların müəyyənləşdirilməsi, geokimyəvi anomaliyaların yaranması  geoloji fəallaşma proseslərinin– vulkanik, tektonik, diffuzyon, adsorbsion, oksidləşmə və bərpaolunma, filtrasion hidrodinamiki amillərdən asılı olaraq tədqiq olunması geokimya elminin rasional xəttini təşkil edir. Əksər kimyəvi elementlərin nüvələri sərbəst neytronları asanlıqla qəbul edə bilirlər. Hətta aşağı kinetik enerji imkanlarında kimyəvi elementlər neytronları qəbul edərək daha gərginlikli (həyəcanlanmış) vəziyyətə düşürlər. 

Geokimyəvi mühitləri müəyyən edən əsas elementlər– Fe, C, K, S, Na,Ca, K, Mn, Mg, Р və F hər biri özlüyündə bir çox orta klark göstəricilərinə məxsus tipomorf elementləri də özləri ilə assosiasiyalarda birləşdirərək geokimyəvi mühiti daha da yetkinləşdirir. Belə kimyəvi elementlərdən bəzilərinin– Ba, Sr, Cl, Zr, Rb və s. miqrasiya xüsusiyyətləri faydalı qazıntı yataqların axtarışında və əksər geoloji proseslərin genetik xüsusiyyətlərinin qiymətləndirilməsində də istifadə edilir. Məsələn, Mn–elementi, həm geokimyəvi mühiti formalaşdıran və həm də geotektoniki tsikllərin hərəkətə gəlməsində mühüm rol oynayan komponent kimi iştirak edir.

Geokimyəvi mühitlərin hər biri özlərinəməxsus maye məhlullar vasitəsi ilə səciyyələndirilə bilərlər. Bu məhlul tipləri Mg-lu geokimyəvi mühitdə– hipertonik, F-lu geokimyəvi mühitdə hipotonik, C-lu geokimyəvi mühitdə– turş, Fe-lu geokimyəvi mühitdə bufer, K-lu geokimyəvi mühitdə– qələvi, Na-lu geokimyəvi mühitdə -duzlu, Ca-lu geokimyəvi mühitdə -neytral, S-lu geokimyəvi mühitdə– kolloid məhlul tiplərinin üstünlüyü ilə özünü biruzə verir. Dərinsulu çöküntülərdə də Mn–elementinin C -la birgə toplanması yəqin ki, turş mühitlə əlaqədardır. Buraya həm də Mn elementinin hidrotermal tipli filiz yataqlarına aid olan, məsələn, Filizçay kolçedan-polimetallik yatağının yeraltı sularının tərkibində rast gəlmək mümkündür. Məhlulların təbiətdə fəaliyyəti müxtəlif ərazilərdə və şəraitlərdə baş verən eroziya proseslərinin ayrı-ayrı tipləri ilə də uyğun gəlir. Eroziya tiplərinin yer qabığının geosinklinal və yaxud platforma şəraitlərindən asılı olaraq həm ərazi və həm də fasial mühit dəyişmələri geodinamiki rejimlərin diktəsi altında baş verdiyini qəbul edərək, bu qarşılıqlı əlaqələr aşağıkı şəkildə təqdim etmək olar. (cədvəl №1)

Cədvəl №1

Geokimyəvi mühit, geodinamiki rejimlər, məhlul, sedimentasiya və eroziya tiplərinin, qarşılıqlı genetik əlaqələri.

Geokimyəvi mühit

Geodinamik rejim

Məhlul

tipləri

Sedimentasiya tipləri

Ezoziya

tipləri

Fe ,H,F

qravitasion

turş

korfəz

həllolma

S

tektoniki

kolloid

orogenik

dərininə

Mn

struktur

bufer

biogen

kimyəvi

C

qazbasqılı

neytral

çaybasar

çay

Mg

dinamiki

qələvi

kimyəvi

fəlakətli

O

hidrodinamik

hipotonik

müasir

mexaniki

K,Na,Ca

hidravlik

hipertonik

göl

bioloji

 

. Geokimyəvi mühitlərdən asılı olaraq kimyəvi reaksiyaların növləri də dəyişir. Evtetik ehtizas və flörlü geokimyəvi rejimlərdə əks kimyəvi reaksiyaların gedəcəyi qanunauyğundur. kaliumlu geokimyəvi mühit üçün dönər, manqalıgeokimyəvi mühitdə-oksidləşmə-reduksiya, karbonlu mühitdə aralıq reaksiya, maqneziumlu geokimyəvi mühit üçün isə katalitik kimyəvi reaksiya səciyyəvidir. Enmə zonalarında pH-aşaşı düşür, Mg- elementi H və F-la birgə miqdarca artmağa başlayır.

 Geokimyəvi mühitin geoloji tsikllər üzrə dəyişmələri eyni bir ərazidə müəyyən sıra üzrə bir-birini əvəzlədikdə mineraləmələgəlmə və xüsusilə də filizəmələgəlmə proseslərinin gedişinə şərait yarada bilər. Makroelementlərə və mikroelementlərə nisbətən orta (mezo) elementlərin (0,01%-dən 1 %-ə qədər miqdara malik) yaratdıqları geokimyəvi mühitlər burada daha böyük əhəmiyyət kəsb edirlər. Böyük Qafqazın cənub yamacının yura yaşlı qara gil şistləri içərisində yerləşən mis-polimetal filiz yataqlarının timsalında müəyyən edilmişdir ki,mis filizləşməsi üçün S-C orta (mezo) elementlərinin, Zn və Pb– filizləşməsi üçün isə S-Mn orta (mezo) elementlərinin yaratdıqları geokimyəvi mühitlərin vəhdəti səciyyəvidir.

Kimyəvi mühitlərin ən bariz nümunəsinə eyni torpaq növlərinin fərqli geokimyəvi mühit assosiasiyalarına malik olmaları da misal göstərilə bilər. Məsələn Böyük Qafqazın cənub yamacının dağətəyi torpaqları qonur dağ çəmən torpaq növlərinə aid olsalar da onların əsil növ müxtəlifliyi– kimyəvi mühit assosiasiyalarına görə bir-birindən xeyli fərqlənirlər. Şəki rayonunun dağ ətəklərində Ca–Na–S, Alazan-Əyriçay depresiyasının “qarasov” adlanan torpaqlarında –Ca–Na–Mg və “Acınohur” alçaqdağlığı və “Trut” düzündə isə Ca–Na–K, Sarıca düzünün gillicəli torpaqları isə Al- Na- K assosiasiyasına malik olan geokimyəvi mühitə uyğun gəlir.

2. Kimyəvi elementlərin radiomiqrasiyası

 

Yer qabığında radioaktiv elementlərin miqrasiyası daha çox iri qranit  massivlərinin əmələ gəlməsi ilə əlaqədardır. Qranitlərin yaranması ilə hər dəfə yer qabığında  radoiaktiv elementlərin miqdarı artır, mantiyada isə əksinə azalır. Zaman və məkanca qeyri-bərabər paylanan qranit əmələgəlmə prosesləri tədricən radioaktiv elementlərin differensiasiya etməsi ilə yanaşı həm də xüsusilə U-elementinin yuxarıya doğru qalxaraq ehtizası hərəkətlərin enerji daşıyıcısı rolunu oynayır. Nisbətən yüngül materiala malik olan Si, Al elementləri ilə zəngin qranit maqmasının əksinə dəniz və okeanların dibində yerləşən okean yer qabığının ağır çəkili bazalt kütləsi tədricən aşağı enərək əriyir və mantiya ilə qarışır. Bu kütlə içərisində Fe, Ni, Cl elementlərinin payı daha böyük olduğundan 2-ci mərhələdə şaqüli istiqamətdə U-Fe əvəzolunması baş verir. Həm qalxma və həm də enmə hadisələri planetimizin müxtəlif ərazilərində mövcud geotektoniki strukturlara uyğun olaraq fərqli ehtizasi hərəkətlər tipi ilə müşahidə olunur. (dalğavarı, dövrü, evstatik, epeyrogenik, evtetik geokratik və s.) Okean yer qabıqlarından bazalt kütləsinin mantiyaya qarışması həmin sahələrdə Mg elementinin daha çox toplanaraq yüksək təzyiq sahəsi yaratması ilə əlaqədardır. Həmin ərazilərdən okean yer qabıqları kənarlara doğru itələnir və divergent zonalar yaranır. U–Fe–Mg geokimyəvi mühitlərin bir-birini əvəzləməsi Yer qabığında ehtizası hərəkətlər– ümumi differensiasiya və yer qabığının üfüqi istiqamətdə olan mobil hərəkətləri kimi ritmik mərhələlərə bölünmüş olur. Bütün bu prosseslər nəticəsində Yer qabığının mövcud strukturunun formalaşması baş verir və bu da radiomiqrasiya nəzəriyyəsinə əsasən termodinamiki tarazlığın yaranması ilə səciyyələnir.  

Radioaktiv elementlərin yer qabığında miqrasiyasına birinci növbədə mantiya məhsulları səbəb olsalar da, kosmogen mənşəli çöküntülərdə rast gəlinən radioaktiv Be10 izotoponun rolunu da qeyd etməliyik. Manqanlı, lilli, qlavkonitli çöküntülərdə də radioaktivliyin yüksək olması həmin ərazilərdə radiomiqrasion effekt yarada bilər və nəticədə ona yaxın olan sahələrində radioaktiv miqrasiya prosesi güclənərək uyğun ehtizası hərəkətlərlə özünü biruzə vermiş olar. Kosmiki enerjinin yer səthinə paylanması yəqin ki, coğrafi enliklərlə uzlaşdığından radiomiqrasiya prosesi də yer səthində qurunun sahəsi və onun ilkin geomorfoloji quruluşundan asılı olaraq kosmiki radiomiqrasiyada iştirak etmiş olacaqdır.Nəticədə yer səthi proseslərində C, S və F elementlərinin fəallığı ilə seçilən eyniadlı kimyəvi elementlərin anomaliyaları həmin komponentlərin təsiri ilə yer qabığında tektoniki proseslərin də inkişafına şərait yaradırlar.

Geokimyəvi prosseslərin getməsində maye məhlullar daha böyük praktiki əhəmiyyətə malik olurlar. Geokimyəvi miqrasiya prosesi üçün tələb olunan dərəcədə kimyəvi qarşılıqlı təsirə malik olan və onların yaxınlaşmasını təmin edən, molekulların yerdəyişməsi üçün əlverişli şəraitin yaranması daha çox məhz maye məhlullarla əlaqədardır. Bu məhlullarda komponentlərin həllolunan və həlledicilərə ayrıd olunmasına ehtiyac yoxdur. Ona görə ki, termodinamiki cəhətcə onlar eyni əhəmiyyətə malik komponentlər olub geokimyəvi mühitin formalaşmasında fiziki-kimyəvi şəraitdən asılı olaraq iştirak edirlər. Metamorfizləşmiş sular bəzən yüksək təzyiq altında, lakin nisbətən aşağı temperatur şəraitində sedimontasiya və qarışıq tipli sulardan yarandıqlarından tərkiblərində Fe, Mg, K–kimi geokimyəvi mühit əmələgətirən kimyəvi elementlər daşıyırlar. Xüsusilə K-la zəngin mühitlərdə məsələn, xloritin biotitə çevrilməsinin geokimyəvi şəraitdən asılılığı  və müxtəlif pH göstəricilərinə məxsus olan humin turşularında Sr90 izotoplarının toplanmasında Fe-un ümumi fonunun təsiri və s.  kimi qarşılıqlı kimyəvi əlaqələrdə geokimyəvi mühit tiplərinin öyrənilməsi və qiymətləndirilməsi problemlərinin aktuallığı özünü daha aydın surətdə göstərir. 

3. Tektoniki ehtizaslar

Yer qabığında baş verən ehtizası hərəkətlər daha çox çökmə suxurların toplanması hesabına yaranır. Harada çokmə suxurların qalınlığı çoxdur, orada o qədər də aşağıya doğru əyilmə böyük olur. Çöküntülərin toplandığı hövzələrdə hər 100 m. qalınlıqlı suxur təbəqəsi əvəzinə təxminən 75 m. aşağıya əyilmə həddinin olduğunu qəbul etsək onda dəniz və okean hövzələri tədricən çökmə suxurlarla dolaraq quru sahələrə çevrilmiş olardılar. Ona görə də Yer səthinə yaxın suxurların böyük miqdarda toplanması və yaxud yuyularaq azalması hesabına ehtizasi hərəkətlərin baş verəcəyi fikri həqiqətə uyğun deyildir. Əksinə yer qabığında hansısa digər səbəblərin təsirindən ehtizasi hərəkətlər baş verdiyindən qalxma və enmə hadisələri təzahür etdiyi məntiqə daha çox uyğundur. Bu fikir böyük və yaxud az qalınlıqlı çöküntülərin fasial şəraitdən asılı olmayaraq hər bir yerdə rast gələ bilməsi ilə də təsdiq olunur.

Yer qabığında baş verən ehtizası hərəkətləri birinci növbədə genetik tiplərinə görə fərqləndirmək lazımdır. Burada daha çox dağəmələgəlmə proseslərinə səbəb olan dalğavari ehtizaslar, mineraləmələgəlmə proseslərinə səbəb olan dövrü ehtizaslar, aşınma proseslərini səbəb olan iqlim ehtizaslarının rolunu qeyd etməliyik. Bundan əlavə çökmə suxurların bərkiməsi, daşlaşması– evstatik ehtizaslarla , karsəmələgəlmə və suffoziya prosesləri-epeyrogenik ehtizaslarla, filizəmələgəlmə prosesləri– evtetik ehtizaslarla və torpaqəmələgəlmə prosesləri isə geokratik ehtizaslarla əlaqədar olduğunu onlara münasıb olan dəlillərlə qəbul etmək olar .

Ehtizasi hərəkətlərin müxtəlif növləri planetimizin ayrı-ayrı bölgələrində müşahidə edilir. Daha güclü epeyrogenik ehtizaslar Alp-Himalay və And-Kordilyer dağ silsilələri ərazilərində müşahidə olunur. Böyük səhra və Ərəbistan yarımadası ərazilərində dalğavari ehtizaslar, Kanada, Skandinaviya yarımadası ərazilərində– evstatik ehtizaslar, Qazaxstan, Mancuriya ərazilərində dövrü ehtizaslar, Avstraliya, Tibet və s yayla ərazilərində evtetik ehtizaslar, Rusiya və Mərkəzi Avropanın düzənlik hissələrində iqlim ehtizasları, Qafqaz, Sibir, Mərkəzi Şimali Amerika ərazilərində isə qlobal istiləşmə ehtizaslarına malik litosfer tavalarına aid olunurlar. Ehtizasi proseslərin gedişində Ba mineralları mühüm rol oynayırlar. Viterit, barit, baritokalsi, sanbornit, benitoit mineralları müxtəlif fiziki-kimyəvi şəraitlərdə əmələ gəlir və ehtizasi hərəkətlərdə xüsusi əhəmiyyət kəsb edirlər. Epeyrogenik, dövrü evtetik ehtizaslarda bazit, dalğavari viterit, qlobal istiləşmə ehtizaslarında bazitokalsit mineralının iştirakı mühüm əhəmiyyət kəsb edir. Bu mineralların keşidlənərək toplanması müxtəlif geodinamiki rejimə malik olan okeanın və dənizlərin litoral zonalarının gumlu çöküntülərində daha çox rast gəlinir. Ehtizasi hərəkətlərin bütün genetik tiplərinin ayrı-ayrılıqda mineral birləşmələr assosiasiyaları ilə, onlar da öz növbəsində kimyəvi elementlərlə əlaqədar olacağı heç bir şüphə doğurmur. Ba–ultrametamorfik  və postmaqmatik proseslər üçün tipomorf  element kimi tanınır  və manqanlı, kaliumlu, kükürdlü və maqneziumlu geokimyəvi mühitlərdə özünəməxsus tərzdə miqrasiya etmə xüsusiyyətləri ilə səciyyələnir.

Yer qabığının fəal geosinklinal qırışıqlığı ərazilərində Alp-Himalay və And-Kordilyer dağ silsilələrinə aid olan epeyrogenik ehtizas tiplərində Mn– elementinin geokimyəvi mühitində konvergent zonalarda kükürd elementinin fəaliyyəti nisbətən zəiflədiyi və əksinə H,C,F–elementlərinin geokimyəvi mühitlərinin əraziyə görə paylanmasının xeyli artdığı müşahidə olunur. Vulkanik proseslərdə yüksək fona malik olan kükürd elementinin miqdarinin epeyrogenik ehtizas zonalarında azalması yəqin ki, yüksək neytron fəallığı şəraitində onun– H,C və F– elementlərinə bölünməsi ilə nəticələnən istilik nüvə reaksiyası ilə əlaqədardır.

16 S32  + neytron →1 H 1+6 C 12 + 9 F 19

Bu istiqamətdə gedən istilik-nüvə reaksiyaları həm də geosinklinal proseslər nəticəsində yer səthində kükürd elementinin miqdarının anomal miqdarda artmasının qarşısını almış olur.

Səciyyəvi mineralların əmələ gəlməsi geokimyəvi mühitin fiziki-kimyəvi xüsusiyyətləri ilə əlaqədar olaraq baş verir. Ona görə də hər bir ehtizas tipinə uyğun olan tektoniki mühitlərin müxtəlif ərazilərdə fərqli zaman hüdudlarında təsir etdiyini  və daha səciyyəvi məhlulun da mövcudluğunu qəbul etmək olar. Hipotetik olaraq əmələ gələ biləcək minerallarla birgə bu uyğunluğu aşağıdakı kimi qəbul etmək olar. (cədvəl №2)

 

Cədvəl №2

Tektoniki ehtizaslar və  geodinamiki -geokimyəvi  rejimlər arasında  genetik əlaqələr.

Ehtizaslar-rejimlər-geodinamika- kim. elem

Məhlullar

Minerallar

Dalğavari eht- struktur -hidravlik rej-qaxma + dreyf  -   K, Na, Ca,  Mn

Qələvi məhlullar

gips -CaSO4x2H2O

pirolyuzit -MnO2

Dövrü  eht   - qazbasqılı rej - dreyf  +enmə   -  O

bufer  məhlullar

pirrotin  -FeS

Mühit- evstatik ehtiz.-hidrodinamik. rej-dreyf +qalxma +enmə - C, Ca,Mg

neytral məhlullar

kalsit  - CaCO3

 

 

 

Epeyrogenik eht.-tektonik -

qalxma  +  enmə - C,  S, U

turş məhlullar

barit - BaSO4

Evtetik eht - qravitasion rej

- qalxma   -     H ,F , Fe

kolloid məhlullar

maqnetit – Fe3O4

 

 

 

 

Ehtizas tipləri ilə səciyyəvi minerallar arasında olan əlaqələrin mövcudluğunu bu mineralların yaranmasında rol oynayan mühüm kimyəvi elementlərin formalaşdırdığı geokimyəvi şəraitlə bağlı olduğunu fərz etmək olar. Hər bir kimyəvi elementin fon göstəricilərinin üstünlüyünə malik olan, özünəməxsus mineral birləşmələrin aparıcı rolunun təzahür etdiyi sistemləşdirmədə biz həm də suxurların uyğun aqreqat növlərinin və mineralların kristallik quruluşlarının müvafik növ müxtəlifliyini nüşahidə edə bilərik.  (cədvəl №3).Yer qabığında  baş  verən evtetik  ehtizaslara aid qraviyasion  rejimlər hidrotermal  tipli faydalı  qazıntıların , dövrü  ehtizaslara  aid  struktur  rejimlər  isə  neft-qaz  yataqlarının  əmələgəlməsinə  səbəb  olduğu  ehtimal  edilir.

Cədvəl №3

Minerallar-aqreqat forması -kristallik quruluş və  geokimyəvi  mühit arasında genetik əlaqələr. 

Minerallar

Geokimyəvi mühit

Aqreqat forması

Kristallik quruluş

barit – BaSO4

S

bütöv

rombik singoniya

      pirrotin – FeS

O

vərəqvari

heksaqonal singoniya

qips – CaSO4∙2H2O

K

lifli

monoklinik singoniya

plagioklaz – KAlS13O8

Mg

torpaqvarı

triklinik singoniya

pirolyuzit – MnO2

Mn

pulvarı

tetraqonal singoniya

maqnetit – Fe3O4

Fe

dənəvər

kubik singoniya

kalsit – CaCO3

C

qabıqvarı

triqonal singoniya

 Geoloji fəallıq nəticəsində, xüsusilə zəlzələlər baş verdiyi mütəhərrik enmə zonalarında yeraltı sular da bəzi mikroelementlərlə zənginləşirlər. Məsələn, qravitasion sular dəmirlə, tektoniki sular flüozla, vulkanik sular xlorla, orogenik sular kükürdlə, diffuzion sular hidrogenlə, adsorbsion sular karbonla və s. elementləri ilə yüksək fon yaradırlar. Bir çox hallarda bu tipli sular məhlulların müxtəlif növləri kimi də bir-birlərindən fərqlənirlər doymuş məhlullarda Na-elementi, hidrotermal məhlullarda–S–elementi, termal məhlullarda –Fe– elementi, dərinlik məhlullarında Mg, qalıq məhlullarda –U– elementi daha çox iştirak edir.

Yer qabığının ehtizası hərəkətlərinin təsiriilə fəaliyyət göstərən geodinamiki rejimlərin əmələ gətirdikləri tektoniki mühitlər əslində geokimyəvi mühit tiplərinisəciyyələndirən kimyəvi elementlərin yüksək fon miqdarlarının fiziki-kimyəvi prosesləri hansı istiqamətə yönəltməsi ilə də təyin edilir. Bəzən tektoniki,  oreollar adı altında başa düşülən bu geokimyəvi mühit tiplərini epeyrogenik və orogenik proseslərdə iştirak edən kimyəvi element toplantılarının mövcud tektoniki hərəkətə uyğun olaraq paylanması kimi qəbul edirlər. Tektoniki proseslərlə əlaqədar olaraq kimyəvi elementlərdən H, C, U, S, F, P, Cl, Fe, Mg, Mn, K və s. miqrasiya edirlər. İstər seysmiki hadisələr zamanı və istərsə də uçqun, sürüşmələr və s. yerdəyişmələrdə bu elementlərin iştirak asanlıqla izlənilir. Yuxarıda adları göstərilən kimyəvi elementlər öz fiziki mahiyyətlərinə görə müxtəlif proseslərdə təsirli ola bilərlər. Məsələn, fiziki xassəsinə görə daha çox uçuculuq xassəsi daşıyan H, həm də yanma, partlama, sıxılma xassələrinə də malikdir. C- elementi maddələrə kövrəklik xassəsi verir. Bununla yanaşı yanma və qopma xassələri də müəyyən qədər bu kimyəvi elementlə bağlıdır. Kükürd elementi (S) sıxılma, dartılma elastiklik xassələrinin, flüor elementi (F) əridici, fosfor (P) yanma və işıqvermə, xlor elementi (Cl) yapışqanlıq, ağardıcılıq, uran (U) yumşaqlıq xassələrinin suxurlarda özünü biruzə verməsinə səbəb olur. Plikativ dislokasiyaların yaranmasında H, S, Cl elementlərinin yumşaldıcı, əridici və plastiklik keyfiyyətləri yer alır. Dizyunktiv dislokasiyaların formalaşmasında işə C, K, F– elementlərinin yaratdıqları fiziki-kimyəvi xassələr hesabına kövrəklik, yanma, əyilmə, sıxılma və s. keyfiyyətlərin təzahür etdiyinin şahidi oluruq. 

NƏTİCƏ

Geokimyəvi mühitin göstəriciləri rolu oynayan əsas kimyəvi elementlərin–Fe, Mg, Mn, F, S, K, C-un və köməkçi– Ca, Na, P, H, U-ın yüksək fon miqdarları, onların müxtəlif ərazilərdə özlərinə müvafik surətdə tsiklik olaraq dəyişmə sıraları, Yer qabığında baş verən ehtizası hərəkətlərin genetik tipləri, bu tiplərdə yer alan geoloji proseslər və habelə bu proseslərin fəallıq göstərdiyi geodinamiki rejimlərin fiziki kimyəvi xarakterinin müəyyən edilməsində istifadə oluna bilər.

Yer qabığında baş verən ehtizas tipləri planetimizin ayrı-ayrı hissələrində müxtəlif geokimyəvi mühitlərin təsiri altında özünəməxsus geoloji inkişaf tarixi keçirlər. Bu zaman U-lı geokimyəvi mühitdə Si, Al elementləri mantiyanın yer səhtinə doğru, Fe-lu geokimyəvi mühitdə Fe, Mg elementləri əksinə nüvəyə doiğru şaqüli və Mg-lu geokimyəvi mühitdə Mg-elementinin yüksək fonunun yaratdığı təyziq qüvvəsi dərinlik yarilmalarından kənarlara doğru üfüqi istiqamətli hərəkətlərə səbəb olması ehtimal edilir.

Mezoelementlərin (orta miqdarı  0,01%-dən -- 1,00%-ə  qədər olan kimyəvi elementlər ) yaratdıqları kritik həddlərin formalaşdıqları geokimyəvi mühitlər  süxur ,mineral və filizəmələgətirmə  proseslərində xüsusilə daha böyük  əhəmiyyət  daşıyırlar. Mezoelementlərin bir  neçəsinin kritik  hədlərinin  birlikdə təsirinin  nəticələri  də  bir-birlərindən  xeyli   fərqlənir ; məsələn , mis-polimetal filiz yataqlarında S -C , qurquşun  və  sink  yataqlarında isə  yerləşdirici  çökmə  süxurlar S-Mn mezoelementlərinin yaratdıqları kritik hədli geokimyəvi  mühitlərlə xarakterizə  olunurlar.

Müxtəlif ehtizas tiplərinin fərqli geodinamiki rejimlərinə uyğun olaraq temperatur, təyziq və aparıcı makroelementlərin qatılığının dəyişildiyi şəraitdə yaranan suxur məhlulları həm də müxtəlif tipli sulardan (sedimentasiya, yuvenil, kondensasiya, çat və s.) formalaşdıqlarına görə tərkiblərində Fe, Mg, K, Na, Ca, C, H, F, S, Mn və s. kimi geokimyəvi mühit əmələ gətirən kimyəvi elementlər daşıyırlar. Geokimyəvi mühitin müxtəlifliyi ilə əlaqədar olaraq təbiətdə sedimentasiya, eroziya, məhlul tipləri və bu amillərlə uzlaşan mineral assosiasiyalar və onların kristallik quruluşları da müvafik surətdə dəyişirlər. 

ƏDƏBİYYAT

1.                           Mustafabəyli H.L. Tətbiqi geokimyanın bəzi problemləri. “Nafta Press”– Bakı, 2007 s. 179

2.                  Балашов Ю.А. Эволюция изотопной неоднородности верхней мантии Земли– в журнале «Геохимия», 1979 №12 стр. 1762-1783

3.                           Барсуков В.Л. Развитие теории рудообразования как основная предпосылка дальнейшего прогресса прикладной геохимии.– в журнале «Геохимия», №8, 1982, стр. 1059-1071

4.                           Белоусов В.В. Геотектоника. изд-во МГУ, 1976, стр. 334

5.                           Виноградов А.П. Образование металлических ядер планет. в журнале «Геохимия», №10, 1975, стр. 1427-1439

6.                           Грачёв А.Ф. Cостав и состояние вещества верхней мантии. В книге– Литосфера центральной и восточной Европы. Геодинамика.  «Наукова Думка» Киев, 1988, стр. 39

7.                           Гордон Смит Ф. Физическая геохимия. М. изд-во «Недра», 1968, стр. 474

8.                           Добровольский В.В. Химия Земли. Москва. «Просвещение», 1980, стр. 176

9.                           Жариков В.А. основы физико-химической петрологии. Изд-во МГУ, 1976, стр. 420

10.                      Зденек Кукал. Скорость геологических процессов. Москва «Мир», 1987, стр. 246

11.                      Кашкай М.Ф. и др. Геохимия и минералогия колчеданных месторождений южного склона Большого Кавказа. Изд-во «Элм» Баку, 1979, стр. 208

12.                      Котельникова Е.Н., Котов Н.В., Франк-Каменицкий В.А. Об особенностях преобразований хлоритов в слюди– В журнале «Геохимия», №5, 1977, стр. 716-725

13.                      Левицкий В.И., Петрова З.И., Ярошенко С.К., Поведение Бария и стронция в процессах формирования высокотемпературных метасоматитов юго-западного Прибайкалья. в журнале «Геохимия», №5, 1981, стр. 650-661

14.                      Мейер В.А., Ваганов П.А. Основы ядерной геофизики. Изд-во «Ленинградского Университета» 1985, Ленинград, стр. 408

15.                      Орлов Д.С. Химия почв. Изд-во МГУ– 1985, 376 стр.

16.                      Павлоцкая Ф.И. и др. Механизмы взаимодействия стронция и железа с гуминовыми кислотами и их роль в миграции Sr90 в почвах.– в журнале «Геохимия», №7, 1976, стр. 1092-1099

17.                      Смирнов В.В. и др. Курc рудных месторождений. М. «Недра», 1986, 360 стр.

18.                      Хмельницкий Р.А. Физическая и коллоидная химия. Москва, Высшая школа, 1988, стр. 400

19.                      Юдович Я.Э., Пучков В.Н. Геохимическая диагностика глубоководных осадочных пород.– в журнале «Геохимия», №3, 1980, стр. 430-449

Hüseyn Cavid dramaturgiyasında qadın dünyası

Отправлено 9 нояб. 2015 г., 2:06 пользователем Murad Nabibekov   [ обновлено 30 нояб. 2015 г., 5:23 ]














Pakizə ZAKİROVA,
 
AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı 


        XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən sayılan Hüseyn Cavid yaradıcılığı özünün ideya genişliyi və məzmun xüsusiyyətləri ilə tədqiqat üçün həmişə geniş material verməkdədir. Ədəbiyyatımızda romantizmin sözün həqiqi mənasında ən böyük nümayəndəsi olan Cavidin əsərlərində bütövlükdə insan taleyinə olduğu kimi qadın taleyinə münasibət məsələsi əsas yerlərdən birini tutur. Onun həm məişət, həm tarixi, həm də ictimai-fəlsəfi ruhlu faciələrində qadın taleyi mövzusu eyni dərəcədə aktualdır. Dramaturqun “Ana”, “Maral”, “Afət”, “İblis”, “Peyğəmbər”, “Səyavuş” və başqa pyeslərində qadına həm müəllifin, həm də onun qəhrəmanlarının fərqli fərdi münasibəti ilə qarşılaşırıq.
        Cavidin qadın qəhrəmanları hər biri özlüyündə fərqli fərdi xarakterə malikdir. Dramaturq klassik ədəbiyyatımızda tez-tez qarşılaşdığımız daim aşiqinə naz edən, onu sınağa çəkən, naz-qəmzə və işvəsi ilə onun ağlını başdan alan gözəlləri təkrar etməkdə lüzum görmür. Əksinə həyatın özü kimi bir-birindən mürəkkəb və rəngarəng qadın surətləri yaratmaqla deməyə çalışır ki, kişi kimi qadının da taleyi müxtəlif ola bilər və əgər qadın istəsə o da öz seçimini özü edə - mübarizə apara, müqəddəratını özü təyin edə bilər, bir şərtlə ki, ağıllı və dünyagörüşlü olsun. Onun qadın qəhrəmanları ədəbiyyatımızda əsası Nizami Gəncəvi, M.F.Axundzadə və N.Vəzirov tərəfindən qoyulmuş açıq təsəvvürlü qadınların davamıdır. Lakin unutmayaq ki, Cavid romantikdir və romantizmə xas olan prinsiplərə sadiqlik onun bütün obrazlarında olduğu kimi qadın obrazlarında da özünü göstərir.
        
Cavid qadını fərqli yaşlarda, fərqli ictimai səviyyə və fərqli xarakterlərdə təsvir edərkən bunun öhdəsindən yüksək sənətkarlıqla gəlir. Onun yaratdığı Səlma, İsmət, Maral, Gövərçin, Humay, Alagöz öz məsumluqları ilə nə qədər inandırıcı və təsirli surətlərdirsə, Afət, Anjel, Jasmen, Südabə də öz şeytani simaları ilə bir o qədər bitkindir. Cavidin əsərlərində tez-tez cəmiyyət və doğmaları tərəfindən əzilən, yaşamı və ölümü arasında heç bir fərq olmayan qadın obrazlarına rast gəlirik. Qadının bədbəxtliyinə səbəb olan çox vaxt ata, ər, sevgili, bir sözlə, əks cinsin nümayəndəsidir. “Ana” faciəsində nişanlısı nahaq yerə qətlə yetirilən İsmət “Ya rəbb, nə bəxtiyar imiş ölənlər” deyirsə, ruhən ona yad olan birinə ərə verilən Maral düşünür ki, bütövlükdə insanın yaşaması bədbəxtlikdir.
        Dramaturqun “Peyğəmbər” pyesində atası tərəfindən diri-diri qəbrə atılan kiçik ərəb qızcığazı ilə “Uçurum” pyesindəki kiçik Mənəkşənin taleyi arasında yaxınlıq hiss olunur. Cahiliyyə dövrünün tipik təmsilçisi olan Ərəb qızını sadəcə qız olduğuna görə diri-diri qəbrə gömməyə hazırdır. O düşünür:

                    Qız və qadın insanmı ya?
                    Yox, mən qıza övlad deməm.


        Maraqlıdır ki, hardasa Cavidin müasiri kimi təsvir olunan sənətkar təbiətli Cəlal da övladına qarşı eyni dərəcədə biganədir. Əgər Ərəb, qız olduğuna görə övladının ölümünə hökm vermişsə, Cəlal düşkün əxlaqlı Anjelə aşiq olduğundan məsum körpəsi Mənəkşənin ölümünə səbəb olur. Cavid bununla insan xislətindəki pisliyin əsrlər ötdükcə heç də azalmadığını, cahilyyə əxlaqının onun zamanında da qaldığını oxucusuna çatdırmağa çalışır və cahil təsvir olunan yenə də kişi, əzilənlər isə qadın – ana və onun məsum körpəsidir. Birinci əsərdə islam Peyğəmbərinin humanizmi körpəni ölümdən qurtardığı halda, Mənəkşə atasının biganəliyi üzündən ölümdən yaxasını qurtara bilmir.
        Dramaturqun qadın hüquqsuzluğu mövzusunda yazdığı əsərləri içərisində “Maral” faciəsinin xüsusi yeri var. Xidmətçisi Nazlı ilə söhbət zamanı 16 yaşında kimlərinsə maraqları naminə özündən yaşca çox böyük olan Turxan bəyə ərə verilən Maralın, taleyin və şəraitin qarşısında nə qədər aciz olduğu aydın olur. Maralın Nazlıya dediyi “Nazlı bacı, insan o vaxt xoşbəxt olardı ki, dünyaya heç gəlməyəydi.” sözləri bu biçarə qızın faciəsini dərk etməyimizə təsir edir. Baxmayaraq ki, ilk pərdələrdə Turxan bəy həyat yoldaşına qarşı kifayət qədər nəzakətli və xoşrəftar biri kimi təsvir olunur, lakin Maralın duyğularını anlamayacaq qədər kobud və qabadır. Onun Marala qarşı rəftarındakı “həlimlik” əslində incə bir aktyor oyunudur. Turaxn bəyin dünyagörüşünün naqisliyi oğlu Cəmillə rəftarı zamanı üzə çıxır. Cəmil üçün varlı-karlı bir ailədən qız seçməsini söylədikdə savadlı və ağıllı adam olan dava vəkili Nadir bəy onu bu sözlərlə xəbərdar edir: “ Məncə, gözəllik zövqə aid bir şeydir, sərvət isə düşündüyümüz kimi, insanı çox da məsud edəməz. Bir də qızı sərvəti üçün deyil, dilxah və tərbiyəli olduğu üçün alırlar”. Eyni fikir həm bu əsərdə, həm də Cavidin digər əsərlərində də dönə-dönə təkrar olunur. (Məs, “Qız məktəbində” mənzuməsində kiçik məktəbli Gülbaharın dili ilə “Bir qızın ancaq bilgidir, təmizlikdir zinəti” deyir.) Əsər boyunca Nadir bəy sanki müəllifin öz dünyagörüşünün təmsilçisidir. O, qaba rəftarlı, naqis düşüncəli Turxan bəylə qadın azadlığı, hicab və örtünmək mövzusunda polemikaya girir. Turxan bəy: “... indiyə qədər nerdə bir fəlakət, nerdə bir cinayət eşitdimsə, orada mütləq bir qadın barmağı olduğunu gördüm”. Nadir by: “Doğrusu, fəna mühakimə deyil! Nədənsə qadınlardakı məsumanə və mələkanə xislətlər, onların bəşəriyyətə verdiyi ülviyyət və səadətlər, bir dürlü nəzərinizi cəlb edə bilmir, daima əksini görürsünüz, öylə görmək istəyirsiniz....” Nadir, əslində Cavid öz mühakiməsində yanılmıır, Turxan bəy əsərin son səhnəsində günahı olmayan, məsum Maralı qətlə yetirir, çünki qadında gördüyü və ya görmək iqtidarında olduğu yalnız xəyanətdir.
        Turxan bəyin demək olar ki, eyni olan başqa bir obraz müəllifin “Afət” pyesində yaratdığı Özdəmirdir ki, qadın ləyaqətini heçə sayır, tikanlı replikaları ilə oxucunun gözündə özünü ifşa edir, içkinin təsiri ilə nəinki xəyanətində əmin olduğu Afəti, bütün qadınları təhqir edir: “Qadın körpə ikən tazə bir çiçək, sonra şətarətli bir kələbək; daha sonra füsunkar bir mələkdir. Yalnız bəziləri, əvət bəziləri isə çamurlarda gəzən bir ördək, azğın və hərcayi bir ördəkdir.” Doğrudur, Afət heç də Maral kimi məsum deyil, öz sevgi macəralarına haqq qazandırmaqdan ötrü ərinin əyyaşlığını əsas gətirir, hətta məşuqlarından Qarataya uyaraq ərini zəhərləyərək öldürür. Lakin Afətin günah ortağı, ona zəhər verib məkirli planlar quran Qaratayın simasızlığı getdikcə daha çox nəzərə çarpır. Afətin dili ilə Cavid deyir: “Ah, zavallı qadınlar!...Bütün mühit və qanunlar onlara düşmən, bütün din və adətlər düşmən; bütün təbiət və kainat düşmən!... Çünki zəifdirlər, onunçün də haqsızdırlar. Fəqət erkəklər həp məsum! Bütün sapqınlıqlarilə məsum, bütün azğınlıqları ilə məsumdurlar... Çünki bütün qanunları yapan onlar!... onunçün də haqsız deyillər... haqsız olsalar belə haqlı görünürlər.” Beləliklə, ədibə görə, qadın cinayətkar və ya qatildirsə, onda bütün məsuliyyət onun boynunda ola bilməz, onu buna vadar edən səbəblər içərisində mütləq əks cinsin təmsilçisi də var.
        Cavid dramlarında tez-tez eşq və məhəbbət mələkləri olan qadın obrazlarına da rast gəlirik. “Şeyx Sənan” pyesindəki Xumar müdrik bir islam şeyxinin, “Xəyyam” pyesində Sevda dahi şair Ömər Xəyyamın iman və inancını sınağa çəkmək üçün bir vasitədir. “Knyaz” pyesində Solomon qadını belə xarakterizə edir:

                    Hər qadın cilvəsi bir dadlı xəyal,
                    Başqa, çox başqadır onlardakı hal.
                    Şən, gözəl bir qadının xoş baxışı,
                    Bir mayıs göstərir ən sisi qışı.
                    Qadın istərsə tikənlər gül açar,
                    Qızacaq olsa; ölüm, fitnə saçar.


        “Knyaz” mənzum pyesində içki düşkünü, varlı-karlı gürcü Knyazın ətrafında olan iki qadın qəhrəmanına baxsaq, onun ilk arvadından olan qızı Lenanın başına gələn bütün uğursuzluqlara rəğmən atasını sona qədər tərk etmədiyini, bir meyxanada rəqqasəlik edib ona baxdığını görürük. Knyazın daha gənc ikinci həyat yoldaşı Jasmen isə olduqca simasız qadındır. Oktyabr inqilabından əvvəl var-dövlət sahibi olan Knyazın hər istəyinə boyun əyən Jasmen, inqilabdan sonra var-yoxunu itirib mühacirət edən ərini tərk edib, gənclik sevgisi Antonla qaçır. Zira, Anton kommunistdir və iqtidar onun əlindədir. Bu simasız qadının mövqeyini tez-tez dəyişməsi oxucuda ikrah hissi oyadır. Yəqin ki, Cavid Jasmenin bir erməni qızı olmasını heç də təsadüfən qeyd etmir.
        Dramaturqun faciələrində qarşımıza çıxan ən məkrli, simasız qadın surətlərindən biri “Səyavuş” pyesindəki Südabədir. Dünya ədəbiyyatında çox geniş şəkildə yayılmış bu motiv – analığın və ya xanımın gənc oğulluğuna və ya nökərinə aşiq olması və bunun cavbsız olduğunu bilincə intiqam alması, şər ataraq düşmənçiliyə səbəb olması yəqin ki, Cavidin də düşüncələrini məşğul etmişdir. Dünya ədəbiyyatında məlum olan ən qədim yazılı nümunələrdən biri olan qədim Misir ədəbi nümunəsi “İki qardaş haqqında nağıl”da gənc qardaş Bata, böyük qardaş Anupunun arvadı, “Yusif və Züleyxa” dastanında Yusif Fironun hərəmi Züleyxa, yunan ədəbiyyatı incilərindən olan “Fedra” faciəsində İppolit analığı Fedra tərəfindən oxşar münasibətlə qarşılaşır. Səyavuş da analığı Südabənin məkrli planlarına qurban olur. Bu qadının əsil siması onun öz dili ilə əsərdə belə açılır:

                    Get, Südabə çox inlətdi
                    Sənin kimi arslanları.
                    Önümdə çox sönüb getdi
                    Dəhşət, zəfər vulkanları.
                    Ya Səyavuş!? Həp könüldə
                    Çınlar durur onun səsi.
                    Məndən qaçsa belə, əldə
                    Gəlməlidir cənazəsi!...


        Əsərin üçüncü pərdəsində Səyavuş onu təqib edən Südabədən qaçaraq Turana pənah gətirdikdə Bəhramın qadınalar haqqında söylədiyi fikrə cavab olaraq deyir:

                    Əvət, qadın incə xilqət,
                    Alçalırsa, heçdir fəqət.


        Cavid qadını heç də həmişə köməksiz, aciz, yardım və sığınacaq axtaran, yaxud da sağ qalmaq üçün, yaşamaq üçün tez-tez simasını dəyişən bir surət kimi yaratmır. Onun qəhrəmanlarından Səlma ana öz iradə və dözümü, dünyagörüşü ilə kişilərdən heç də geri qalmır. Səlma ana - əvvəlcə sadəcə aman istəyənə - Murada qaçmasının səbəbini bimədən yer verir, lakin onu kimiliyini tanıdıqdan sonra yazılmayan qanunlar - əxlaq qarşısındakı sadiqlik onun içindəki övlad yanğısı və qisas hissini üstələyir. Burada bir insanın içindəki iki mənin toqquşmasını görürük. “Qaçan qovulmaz” dünyagörüşünə sadiq olan Səlma Muradı bağışlamasa da, hər halda ona qaçıb getməsi üçün yol göstərir. Səlmanın dünyagörüşündəki adətlərə sədaqət hissi onun analıq duyğularına hayandasa üstün gəlir desək, yanılmarıq.
        Dramaturqun yaratdığı bu ana obrazı ədəbiyyatımızdakı və bəlkə də dünya ədəbiyyatındakı bütün ana surətlərindən fərqlənir desək, yəqin ki, doğru olar. Məsələn, romantizmin ən qüdrətli nümayəndələrindən olan Viktor Hüqo da dünya ədəbiyyatında bir neçə yaddaqalan ana surəti yaratmışdır. Onun Fantinası can ağrısına da dözür ki, təki balasının ehtiyacları ödənmiş olsun. “Paris Notr-Dam kilsəsi” romanında isə qızı oğurlanmış Paxita Şanflerinin övlad dərdindən ağlı azışır. Lakin Cavidin əsəri adları çəkilən nümunələrdən fərqli olaraq “Ana” adlansa da, buradakı analıq məsələsi fəqli xarakterlidir. Səlma yalnız öz balasına qarşı duyğularına görə yox, köməyə ehtiyacı olan heç adını da bilmədiyi, tanımadığı birinə belə yardım edə, qucaq aça biləcək qədər Anadır. Axı analıq hissinin içində yer alan ən güclü çalar da məhz qoruma, hifz etmə ilə bağlıdır. Qeyri-adi situasiyada qeyri-adi qəhrəman yaratmaq romantizmin əsas prinsiplərindən biridir. Cavidin təsvirindəki Ana Şərq düçüncə tərzindəki saflaşmaq, təmizlənmək, kamilləşmək, tanrılaşmaq keyfiyyətləri ilə Qərb sələflərindən fərqlənir desək, yanılmarıq. Əslində, bəlkə də Cavidin anası hələ də dərk edilmək fövqündə dayanan bir surət olaraq qalır.
        Hüseyn Cavid dramaturgiyasını araşdırarkən onun qadını müxtəlif tərəflərdən təsvir etdiyinin şahidi oluruq, dramaturqun yaratdığı bütün surətlər kimi qadın surətləri də orijinallığı, həyatiliyi ilə seçilir. Hətta ayrı-ayrı obrazların qadına təhqiramiz və alçaldıcı ifadələr söyləməsi, qadın ləyaqətini tapdalaması, ona biganə münasibətilə rastlaşırıq. Lakin açıq-aydın hiss olunur ki, müəllifin rəğbəti onların tərəfində deyil. Əksinə Cavidin bütün ziyalı, maarifpərvər, humanist qəhrəmanları qadına yüksək dəyər verir, həmişə onun hüquqlarını müdafiə edir.
        Dahi romantikin yaratdığı dram əsərləri içərisində qadın mövzusunda müəllifin fikirlərinin daha aydın ifadə olunduğu bir əsər kimi “Peyğəmbər” mənzum pyesinin xüsusi yeri var. Bu pyes bəlkə də Cavidin qadın haqqında düşüncələrinin tam şəkildə ümumuiləşdirdiyi ən mükəmməl əsəridir. Burada ədibin islam peyğəmbərinin dilindən verilən fikirləri ilə qadına cəmiyyətdə verilə biləcək ən yüksək dəyəri ifadə etmiş olur:

                    Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən
                    Yaxar düşüncəmi bir şölə, bir zəhərli tikən.
                    Bütün həyatı çiçəkləndirən fəqət o... neçin,
                    Neçin əzilsin o, bilməm neçin sürüklənsin?!
                    Qadın - günəş, çocuq – ay...nuru ay günəşdən alar
                    Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.
                    Qadın əlilə fəqət bəxtiyar olur bu cahan.
                    O bir mələk... onu təqdis edər böyük yaradan.
                    O çox sevimli, gözəl, incə, nazlı bir xilqət,
                    Onun ayaqları altındadır fəqət cənnət.
                    Qadın gülərsə bu issız mühitimiz güləcək,
                    Sürüklənən bəşəriyyət qadınla yüksələcək....


        Hədislərdən götürülmüş məşhur fikirlərin üzərində qurulmuş, bir az da peyğəmbər uzaqgörənliyi ilə öz zəmanəsinin ruhunu duyan, onun faciəvi sonluğunun qaçılmazlığını hiss edən şair-dramaturq fikri ilə süslənən bu düşüncələr yəqin kimi bütün zamanlar üçün aktual olacaq. Bu fikirlərin adi, sıradan birinin deyil, dünyanın son Peyğəmbərinin nitqində yer alması isə bu fikirlərin təsir gücünü bir az daha artırır.
        Artıq bir neçə illik tarixi olan bir ənənə kimi hər il oktyabr ayında Cavidin doğum günü rəsmi şəkildə respublika və onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunur. Ümid edirik ki, bu yazımız da ədəbiyyatımız və mədəniyyətimiz üçün əlamətdar olan bu hadisəyə kiçik bir töhfə olacaq və gələcəyin nəsil və millət memarı olan ana və qadınlarımıza Peyğəmbər münasibəti unudulmayacaq.













Şəki və Oğuz rayonları ərazisində intensivləşən səhralaşma prosesləri və onların aradan qaldırılması istiqamətində mübarizə tədbirləri

Отправлено 8 нояб. 2015 г., 3:22 пользователем Murad Nabibekov   [ обновлено 9 нояб. 2015 г., 2:16 ]








Aygün İSMAYILOVA, 
AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı 


        Məqalədə Şəki və Oğuz inzibati rayonları ərazisində son dövrlərdə aparılan təsərrüfat və həmçinin infrastruktur layihələrin nəticəsi olaraq təbii və antropogen amillərin yaratdığı xeyli problemlər və xüsusilə intensivləşməkdə olan səhralaşma problemləri araşdırılmış, əldə olunan nəticələr əsasında onların həlli yolları və yeni proqramların ekoloji cəhətdən planlaşdırılmasına dair müəyyən təkliflər verilmişdir.

        Açar sözlər: eroziya, innovasiya, intensiv inkişaf, münbitlik göstəricisi, landşaft, ekosistem, ətraf mühit, kənd təsərrüfatı.

        Giriş. Hava, su, torpaq, fauna-flora, landşaft və iqlim komponentlərinin hər birinin insan fəaliyyəti nəticəsində dəyişməsi bütünlükdə biosferdə gedən dəyişmə ilə nəticələnir. Bu dəyişiklik təkcə antropogen amillər deyil, eləcə də texnogen və demoqrafik proseslərin təsiri ilə də müşahidə olunan təhlükəli ekoloji vəziyyət yaradır və bu kimi təsirlər də biosfer və atmosferi əsaslı surətdə, hətta sürətlə dəyişməkdədir. İqlimin ekoloji xəritəsinin dəyişməsi və qloballaşması atmosferdəki CO, CO2, NH3, NO, NO2 qazlarının və halogenlərin miqdarının normadan çox artmasıyla qlobal istiləşmə və istilik effektinə səbəb olur. Bu isə nəticə etibarilə quraqlıq, səhralaşma kimi ekoloji böhranlara gətirib çıxarır. İstiləşmə hər yerdə eyni surətlə getməsə də orta illik temperaturun qalxması prosesi səhralaşmış ərazilərin areallarının durmadan genişlənməsi ilə müşahidə olunur. Bugün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Dövlət Torpaq Xəritəçəkmə Komitəsi (DTXK) mütəxəssislərinin proqnozlarında quru iqlim şəraitində yerləşən Azərbaycan üçün səhralaşma problemi həllini gözləyən vacib ekoloji məsələlər sırasında son dərəcə aktualdır. Ölkədə səhralaşma proseslərinin dərinləşməsi – iqlim dəyişmələri və antropogen yüklənmələrin güclənməsi, texnogen, demoqrafik proseslərin təsiri ilə surətlə getməkdədir.

        Tədqiqat obyekti və metodikası. Tədqiqat obyekti olaraq Şəki və Oğuz inzibati rayonlarının dağətəyi və düzənlik sahələrində səhralaşma prosesinin intensiv getdiyi ərazilərin təbii şərait və torpağına antropogen faktorların təsirinin müxtəlifliyi, eləcə də çöl tədqiqatı şəraitində həmin ərazilərin bitki örtüyünün kserofitliyi, seyrəkliyi və kompleksliyi araşdırılmışdır. Torpağın üst qatlarından götürülmüş nümunələrdə torpaq qələviliyi və turşuluğunun ərazinin torpaq və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsir gücü torpaqşünaslıq elmində ümumi qəbul edilmiş qanunlara əsasən müəyyənləşdirilmişdir.

        Tədqiqatın təhlili və müzakirəsi. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaq və geniş meşə örtüyünə malik Şəki və Oğuz inzibati ərazi vahidləri Şəki-Zaqatala iqtisadi rayonunda, Böyük Qafqazın cənub yamacında meyilli dağ ətəyi düzənlik sahələrdən başlayaraq, yüksək dağlıq zona da daxil olmaqla geniş əraziləri əhatə edir. İnzibati vahidlərin mürəkkəb torpaq-ekoloji şəraiti kənd təsərrüfatının taxılçılıq, bağçılıq, tütünçülük, üzümçülük və həmçinin maldarlığın inkişafı üçün yem əkinləri sahələrinin inkişafına şərait yaratmışdır. Lakin son dövrlərdə respublikamızın bir çox ərazilərində olduğu kimi, Şəki və Oğuz inzibati rayonlarında da həyata keçirilən təsərrüfat və infrastruktur layihələr bölgənin coğrafi mühitində bir sıra problemlərə səbəb olmuşdur. İntensiv kənd təsrrüfatı istifadəsinə cəlb olunmuş arid və semiarid landşaftlar təbii-coğrafi mühiti xeyli dəyişdirərək müxtəlif aqrokomplekslərlə əvəzlənmiş, müvafiq infrastrukturlar və müxtəlif məişət obyektlərinin tikilməsi ümumilikdə ərazinin ekocoğrafi şəraitini dəyişdirmişdir. Həmçinin, quraqlıq, meşələrin məhv edilməsi, suvarılan əkin sahələrinin zaman ərzində şoranlaşması, torpağın tullantılarla çirklənməsi, köçəri maldarlıq, biçindən sonra taxıl sahələrinin yandırılması və bu kimi səbəblər ərazinin ekoloji tarazlığına mənfi təsir göstərmişdir. Meşələrin qızınmaq üçün odun mənbəyi, mal-qara üçün otlağa çevrilməsi meşə döşənəyi və münbit üst qatın tədricən dağılmasına, səthi axınların dərinləşməsinə gətirib çıxarmışdır. Meşə bitmə arealının pisləşərək meşə sahəsinin bozqırlaşması, torpaq örtüyünün deqradasiyaya məruz qalaraq səhralaşması prosesi getmişdir 
(Şəkil 1).
        Ərazinin hidroloji şəraiti. Quraqlıq və yağıntının az düşməsi ilə əlaqədar yay aylarında kəndlərdə əkin sahalərinin suvarılmasındakı çətinliklər təsərrüfat işlərinin aparıldığı sahələrdə müəyyən problemlər yaradır. Çətinlik ən çox Əlicançaydan qidalanan Cəyirli kanalının hövzəsindəki Cəyirli, Şəki, Sarıca kəndlərində və Turan qəsəbəsində özünü göstərir. Kiçik və Böyük Dəhnə kəndləri, eləcə də Suçmanın suvarılan sahələri Daşağıl çaydan qidalanan Dəhnə kanalında suyun miqdarının azalması səbəbiylə suvarıla bilmir. Baxmayaraq ki, Şəki və Oğuz rayonları əlverişli su balansı strukturuna malikdir, dağınıq relyefləri süni suvarma kanalları sisteminin inkişafını əngəlləmiş olur. Məişət və təsərrüfat sahələrinin suya olan təlabatının ödənilməsi çətinliyi çay sularının il ərzində və ərazi üzrə qeyri- bərabər paylanması səbəbli baş verir. Kiş, Şin, Daşağıl, Oğuzçay, Əlicançay, Xalxalçay və Qalaçay çaylarının axımı tənzimlənmədiyindən daşqın və sel sularından səmərəli istifadə etmək mümkün olmur. İlin isti aylarında isə kiçik çayların bir çoxunun suyu quruyur. Əkin sahələrinin suvarılmasında problemlər yaranır. Həmçinin artezian sularından normadan artıq istifadə Oğuz və qonşu rayonlarda quraqlıqla müşahidə olunan bir çox problemləri üzə çıxarır.

        Bitki örtüyü. Məlum olduğu kimi Şəki və Oğuz rayonları ərazisinin bitki örtüyü dağ sistemlərinə məxsus şaquli qurşaqlıq qanununa uyğun olaraq yayılmışdır. İstər təbii, istərsə də antropogen amillər nəticəsində dəyişilməyə məruz qalmış bu torpaqlarda nadir ağac növləri ilə yanaşı, çay vadiləri, əkin və biçənəklərin qiymətli bitkiləri də zənginlik təşkil edir. Ərazidə aparılmış müşahidələrə əsasən deyə bilərik ki, Şəki və Oğuz rayonlarının əkinə yararlı torpaq sahələrində bugün torpaqların konservasiyası, dincə qoyulması, eləcə də alaq otlarına qarşı mübarizə tədbirlərinin görülməsi labüddür. Belə ki, Şəki (74,87%) və Oğuz (65,31%) inzibati rayonları eroziyanın inkişafı prosesində bioloji aktivliyini itirən torpaqların əkin dövriyyəsindən çıxma təhlükəliliyi ilə seçilən ərazilər siyahısındadır. İri taxılçılıq rayonları kimi hər iki rayonun quraq və yuxa (zəif) profilli torpaqlarında ardıcıl olaraq dənli bitkilərin əkininin aparılması, alaq otlarına qarşı mübarizədə aqrotexniki və kimyəvi mübarizə tədbirlərinin görülməməsi torpaqların məhsuldarlığına, münbitliyinin azalmasına və eroziya prosesinin dərinləşməsinə gətirib çıxarır. Nəticədə, Sarıcalı, Şirinbulaq, Göybulaq, Küdürlü, Kosalı; Turan qəsəbəsi (Şəki); Yaqublu, Bucaq, Calut, Xaçmaz, Böyük Söyüdlü və Padar (Oğuz) kəndlərinin əkinə yararlı torpaq sahələri quraq ərazilərə çevrilməklə landşaftında əsaslı dəyişiklik yaranır.
        Torpaq-iqlim şəraiti nəzərə alınmadan sortların seçilməsi, torpaqların meliorativ vəziyyətinin pisləşməsi, üzvi və mineral gübrələrin torpaq və bitkilərin təlabatına uyğun verilməməsi həmçinin alaqlarla mübarizə problemini ortaya çıxarır. Güclü kök sisteminə malik alaqlar taxıl sahəsində sıxlıq yaratmaqla mədəni bitkiləri kölgələndirib günəş işığından məhrum edir, onların boyca kiçik qalmasına, yatmasına və nəticə etibarı ilə, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına və keyfiyyətinə mənfi təsir edir. Ən geniş yayılan və məhsuldarlığa ciddi ziyan vuran turpəng, yabanı vələmir, barmaqvari çayır, çəhrayı kəkrə, toyuq darısı, göyümtul qıllıca, pıtraq, çöl noxudu-gülül, qanqal, lalə və kalış tipli alaqlar kənd təsərrüfatı bitkilərinin qida elementini təşkil edən azot, forsfor, kaliumu götürməklə taxıla nisbətən daha sürətlə boy atır. Dərin qata işləyən güclü kök sistemləri vasitəsi ilə torpaqda olan su ehtiyatından maksimum yararlanaraq su sərfiyyatını artırır və torpağın tez qurumasına səbəb olur. Təxmini hesablamalarda 1 hektar əkin sahəsində alaqların mənimsədiyi qida maddələrinin və suyun miqdarı həmin sahədən 20-25 sentner məhsul götürülməsinə ekvivalentdir. Torpağa belə təsərrüfatsız münasibət əkinçiliyin strukturasında ciddi dəyişikliklər yaratmaqla, suvarılan dağ boz-qəhvəyi torpaqların geniş sahələrdə qanqallaşmasına, məhsuldar əkin sahələrində məhsuldarlığın aşağı düşməsi kimi problemlərə gətirib çıxarır. Bu isə yüksək və sabit məhsul əldə edilməsində düzgün mübarizə tədbirlərinin həyata keçirilməsini qaçılmaz edir (Şəkil 2).
        Səhralaşmanın daha intensiv getdiyi otlaq sahələrində mal-qaranın normadan artıq otarılması ümumlikdə ərazinin mikroflorasına və onda gedən bioloji proseslərin intensivliyinə böyük təsir göstərir. Şəkil 3-də göründüyü kimi dik yamaclı yaylaqlarda torpaq örtüyü çox yuxa olduğundan yüklənmələr eroziya prosesinə tez məruz qalır. Normadan artıq otarılmış ərazilər bitki örtüyünün deqradasiyası, səthi və yarğan eroziyasının yaratmış olduğu problemlərlə qarşılaşır. Nəticədə torpağın strukturu pozulur, məsaməliyi və su sızdırma qabiliyyəti pisləşir, su torpağa pis hopur, cığırlarla axaraq torpağı mexaniki sürətdə dağıdır. Bu fakt eroziyaya mәruz qalan otlaq sahәlәrindә yaylaqlarda hidrotexniki,fitomeliorativ, mәdәni­texniki və aqrotexniki tәdbirlәrin kompleks şәkildә hәyata keçirilmәsini vacib edir.
        Mövcud problemlərdən biri biçindən sonra taxıl sahələrinin yandırılmasıdır. Hansı ki, bu hal torpaqda üzvi maddələrin itirilməsi və torpaq mikroflorasının məhvini mövcud edir. Çoxillik təcrübələr kövşənlərə, xəstəlik törədici və zərərvericilərə qarşı mübarizədə yandırmanın səhv metod olduğunu göstərmiş olsa da, bu hal növbəti illərdə də təkrarlanır. Nəticədə həmin sahələrdə torpaq münbitliyinin kəskin sürətdə aşağı düşməsi və becəriləcək bitkilərin məhsuldarlığında 20-30 faiz azalma müşahidə olunur.
        Ərazidən keçən Qaraməryəm-İsmayıllı-Şəki magistral yolu ilə hərəkət edən avtomobil mühərriklərinin ixrac etdiyi daxili yanma məhsulları, ekoloji tələblərə cavab verməyən irili-xırdalı istirahət mərkəzlərinin istismarı, supaylayıcı sistemlərin texniki tələblərə cavab verməməsi, tikinti materiallarının (mişar daşı, qum, çınqıl, gil və s.) istehsalında yaranan toz və aerozolların atmosfer havasına atılması və s. ərazinin torpaq-bitki örtüyündə, eləcə də hidroloji mühitində ciddi ekoloji problemlər yaradır. Təbii sərvətlərdən qeyri-rasional istifadə və ətraf mühitin idarə olunması məsələlərinə lazımi diqqət yetirilməməsi müəyyən zaman içində təbii-coğrafi komponentlərin ekoloji gərcinliyinə zəmin yaradır. İnsanların kənd təsərrüfatı fəaliyyəti nəticəsində ərazi bitki və heyvan tullantıları, pestisidlərlə, mineral gübrələrlə çirklənir.
        Aparılmış nəzəri və təcrübü tədqiqatların nəticəsi olaraq Şəki-Oğuz rayonları ərazisinin torpaq-bitki örtüyündə baş verən neqativ hallara qarşı kompleks mübarizə tədbirləri kimi aşağıdakı təkliflərin həyata keçirilməsi məqsədə uyğun olardı.

        Nəticə və təkliflər.

        1. Tədqiqat sahəsindəki torpaqların keyfiyyət parametrlərinin pisləşməsini nəzərə alaraq onların ekoloji durumunu daha da yaxşılaşdırmaq üçün ciddi aqrotexniki tədbirlər görülməlidir. Ona görə də, bu ərazilərin təsərrüfatlarında növbəli əkin sisteminin tətbiqi, yerli şəraitə uyğun toxumların seçilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi, suvarma və yemləmə gübrələrinin verilməsi, eləcə də alaqlarla və zərərvericilərlə mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi ciddi zərurət doğurur.

        2. Torpaq örtüyündə baş verən neqativ hallara qarşı digər mübarizə tədbiri torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu baxımdan kanallarda və sututarlardakı sızmaların qarşısının alınması, çay hövzələrində hidrotexniki qurğuların çəkilməsi, suvarma sistemlərinin yenidən qurulması, əkinə yararsız torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, suvarmada müasir üsullardan istifadə vacib məsələlərdəndir.

        3. Otlaq ərazilərindən normadan artıq və təyinata uyğun olmayan istifadə halları həmin sahələrdə bitki örtüyünün məhvini sürətləndirir. Bu məqsədlə sıradan çıxmış yaylaqların kənd təsərrüfatı dövriyyəsindən çıxarılması, dincə qoyulması, ot örtüyü seyrәk olan sahәlәrdə çoxillik ot bitkilәrinin toxumlarının sәpimi və reabilitasiya işlərinin görülməsi məqsədyönlü addım olardı. Digər bir çıxış yolu heyvandarlıqda kəmiyyətə deyil, keyfiyyət göstəricinə üstünlüyün verilməsidir. Belə ki, heyvandarlıqla məşğul olan şəxslər koperasiyalarda birləşib böyük tövlə metodu ilə təsərrüfatlar yaratsalar səhralaşmanın qarşısı müəyyən dərəcədə alınmış olar.

        4. Meşə sahələrinin məhsuldarlığının artırılması, onun qoruyucu, səhiyyə-gigiyena və digər faydalı funksiyalarının yüksəldilməsi istiqamətində dağ ətəyi sahələrdə meşələrin salınması, dağda kolluqların və təbii otlaqların bərpası, əkin sahələri ətrafında qoruyucu meşə zolaqlarının salınması kimi real tədbirlərin həyata keçirilməsi torpaqların deqredasiyası və eroziyasının qarşısını ala bilər.

        5. Torpaqda gedən fizioloji və bioloji proseslərin gedişində, bitkilərin xəstəliklərə, şaxtaya, quraqlığa qarşı davamlı olmasında, məhsulun artmasında, onun keyfiyyətinin yaxşılaşmasında və s. mineral gübrələrlə yanaşı mikro gübrələrin rolu danılmazdır. Alaq otlarına qarşı mübarizədə profilaktiki və məhvedici üsulların, xüsusilə kimyəvi mübarizə üsulu kimi herbisidlərin tətbiqi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında, məhsulun keyfiyyət göstəricisinin yaxşılaşdırılmasında, ümumilikdə torpağın bioloji potensialının gücləndirilməsində əhəmiyyəti böyükdür.
* * *
        ƏDƏBİYYAT

        1. Məmmədov Q.Ş.,Xəlilov M.Y. Ekologiya, ətraf mühit və insan. Bakı,“Elm”,2006,səh.406-410

        2. H.Əsgərova. Landşaftda antropogen təsir və səhralaşma. Azərbaycan təbiəti jurnalı. Bakı, “Kommunist”, 1990, № 5, səh 25-27.

        3. A.A.Əsgərov Ətraf mühitin qorunması və təbii sərvətlərdən istifadə. Bakı, 1989.

        4. H.Əsgərova. “Landşaftın səhralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi (Kiçik Qafqazın şimal-şərq yamacı və Cöyrançöl alçaq dağlığı timsalında)” Bakı – 2012, 180səh

        5. Hacıyev V.C. Azərbaycanın bitki örtüyü. Bakı, ”İşıq” 1976, 100 səh.

        6. X.M.Mustafayev. Torpaq eroziyası və ona qarşı mübarizə tədbirləri. Azərbaycan dövlət nəşriyyatı. Bakı 1974 
* * *

Процессы интенсивного опустынивания в территории районов 
Шеки и Огуз и мероприятия по их преодолению 
А.Ч.Исмайилова 

        В этой статье, выбранные в качестве объекта исследования, изучены процессы опустынивания в предгорьях и на равнинах территорий в административных районах Шеки и Огуз. Исследованы проблемы интенсификации процесса опустынивания созданные в результате природных и антропогенных факторов. Результаты экологических аспектов были определены пути их решений в планировании новых программ и предложений.

        Ключевые слова: эрозия, сельское хозяйство, инновация, интенсивное развитие, экология, ландшафт, экосистемы, растительность, экосистема, фотосинтез, окружающая среда.

AMEA Şəki Regional Elmi Mərkəzi beynəlxalq elmi əlaqələri genişləndirir

Отправлено 8 нояб. 2015 г., 1:33 пользователем Murad Nabibekov   [ обновлено 8 нояб. 2015 г., 1:39 ]

Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramının icrası ilə bağlı AMEA Rəyasət Heyyətinin 28 yanvar 2015-ci il tarixli 3/2 saylı Qərarı ilə əlaqədar “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyası və ona müvafiq Milli Fəaliyyət Planı hazırlanmışdır. 






Fərhad ƏZİZOV,
AMEA Şəki Regional Elmi Mərkəzinin 
elmi işlər üzrə direktor müavini, b.ü. PhD 


        Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq, Şəki Regional Elmi Mərkəzdə 2015–2020-ci illər üzrə təsdiqlənmiş Elmi-tədqiqat işlərinin proqramı çərçivəsində ayrı-ayrı şöbələr üzrə əldə edilmiş nəticələrin sənayedə tətbiqinin surətləndirmək məqsədilə onların istehsalat sınağının təşkil edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və innovasiyaların tətbiqi, əlaqələrin genişləndirilməsi nəzərdə tutulmuşdur.
        Qeyd olunanları əsas götürərək Şəki Regional Elmi Mərkəzin rəhbərliyi və əməkdaşları bu istiqamətdə fəaliyyətlərinin genişləndirilməsi məqsədilə Şəki Regional Elmi Mərkəzində icra olunan tədqiqat işlərinə yaxın fəaliyyətlə məşğul olan ölkələrin Elmi-tədqiqat İnstitutları və müvafiq qurumları ilə elmi-texniki əməkdaşlığı qurmağa çalışmışlar.
        Bu baxımdan 2015-ci il uğurlu olmuşdur. Belə ki, bu ilin aprel ayında Şəki Regional Elmi Mərkəzin direktoru, f-.r.ü. PhD Yusif Şükürlü Rumıniyanın Sinai şəhərində keçirilən “Üzvü kənd təsərrüfatı – indi və gələcək” adlı, “Xəzər dənizi və Mərkəzi Asiya ipək cəmiyyəti” və Rumıniyanın “Biomühəndislik, Biotexnologiya və Ətraf mühit” İnstitutu ilə birgə təşkil edilən İpəkçilik üzrə Beynəlxalq konfranslarda iştirak etmiş və məruzə ilə çıxış etmişdir.
        
Bu ilin oktyabr ayının 28–31-də Bolqarıstanın Plovdiv şəhərində Aqrar Universitetinin 70 illiyi ilə əlaqədar təşkil edilən beynəlxalq konfransa dəvət edilmiş Şəki Regional Elmi Mərkəzin direktoru fizika-riyaziyyat üzrə PhD Yusif Şükürlü və elmi işlər üzrə direktor müavini biologiya üzrə PhD Fərhad Əzizov konfransın işində iştirak etmiş və məruzələrlə çıxış etmişlər.
        Dörd gün davam edən konfransda maraqlı məruzələr dinlənilmiş, digər ölkələrdən iştirak edən alim və mütəxəssislərlə fəal görüşlər olmuş, diskussiyalar aparılmış, işguzar əlaqələr yaradılmışdır.
        Ümumiyyətlə konfransın işində Rumıniya,İtaliya, Misir, Kazaxstan, Rusiya, Polşa ölkələrindən olan alim və mütəxəssislər iştirak etmişlər.
        Oktyabr ayının 29-da Aqrar Universitetinin akt zalında konfransın rəsmi açılışı olmuş, mərasimdə Bolqarıstanın Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri, digər ölkələrdən dəvət olunmuş qonaqlar, Aqrar Universitetinin professor-müəllim heyəti və tələbələr iştirak etmiş və təbrik nitqləri səslənmişdir.
        O cümlədən Universitetin professor-müəllim heyyətinin yubiley münasibətilə mükafatlandırma mərasimi, digər ölkələrdən dəvət edilmiş nümayəndələrin Aqrar Universitetinin rəhbərliyini təbrikləri dinlənilmişdir.
        Sonda Aqrar Universitetinin folklor ansamblı çıxışlar etmiş, maraqlı mahnılar ədəbi – bədii kompozisiyalar təqdim etmişlər.
        Fasilədən sonra müxtəlif bölmələr üzrə plenar məruzələr dinlənilmişdir.
        “Bitki mühafizəsi və aqroekologiya” bölməsində bizim təqdim etdiyimiz “Azərbaycanın Şəki rayonu Baş Şabalıd kəndi ərazisində təbii biogeosenozun biomüxtəlifliyinin mühafizəsi” mövzusunda məruzə edilmişdir.
        
İlk əvvəl Şəki Regional Elmi Mərkəzin direktoru Yüsif Şükürlü məruzə haqqında və Şəki Regional Elmi Mərkəzində yerinə yetirilən tədqiqat işləri barədə qısa məlumatlardan sonra elmi işlər üzrə direktor müavini Fərhad Əzizov mövzu üzrə geniş təqdimat etmişdir.
        Mövzu ətrafında verilən məlumatlar iştirakçılar tərəfindən maraqla dinlənmiş və yüksək qiymətləndirilmiş və təqdim edilən məqalənin nəşr edilməsi barəsində müsbət qərar qəbul edilmişdir.
        Oktyabrın 30-da həmin bölmədə Poster sessiyası təşkil edilmiş. ŞREM-in elmi işçisi C.Məmmədovun konfransa təqdim etdiyi “Azərbaycanın Şimal-qərb bölgəsinin yerli armud sortları və onların biokimyəvi xüsusiyyətləri”–məqaləsi üzrə təqdimat edilmişdir.
        Digər məqalə “Sorağan bitkisindən alınmış təmizlənməmiş ekstraktın UF və görünən oblastda spektroskopiyası” adlı məqaləsi barəsində Y.Şükürlü təqdimat etmiş və iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.
        Müddət ərzində tərəfimizdən həm konfrans iştirakçıları, həm də Aqrar Universitetinin rəhbərləri və mütəxəssisləri ilə işguzar görüşlər olmuş, dialoqlarda iştirak edilmiş,birgə fəaliyyətlərin təşkili barədə müzakirələr aparılmışdır.
        Bolqarıstanın Vratsa şəhərində fəaliyyət göstərən “İpəkçilik və bitkiçilik” təcrübə-sınaq stansiyasının rəhbəri, professor Panomir Senov ilə aparılan danışıqlar səmərəli olmuş, 2016-cı ildən Şəki Regional Elmi Mərkəzin “Tut ipəkqurdunun seleksiyası” şöbəsində onların və Aqrar Universitetinin mütəxəssislərinin iştirakı ilə “Suni yem tətbiq etməklə tut ipək qurdunun yetişdirilməsi” istiqamətində birgə elmi-tədqiqat işlərinə başlamasına dair razılıq əldə olunmuşdur.
        
Həmin gün Plovdiv Aqrar Universitetinin rektoru, professor Dmitri Qrekov bizi rəsmən qəbul etmiş həm konfrans həm də ümumi problemlər və həlli barədə müzakirələr olmuş, Aqrar Universiteti ilə Şəki Regional Elmi Mərkəz arasında müştərək elmi-tədqiqat işlərinin görülməsinin vacibliyi vurğulanmışdır. Birgə razılıq əsasında Plovdiv Aqrar Universiteti ilə Şəki Regional Elmi Mərkəz arasında gələcəkdə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə dair çərçivə sazişi memorandum imzalanmışdır.
        Biz bunu Bolqarıstana elmi səfərimizin ən uğurlu nəticəsi hesab edirik.
        Sazişə əsasən Şəki Regional Elmi Mərkəzin əməkdaşları Aqrar Universitetdə bakalavr, magistr və doktorantura səviyyələrində həm əyani, həm də distant təhsil ala bilər, ixtisasartırma kurslarında iştirak edə bilər, dissertasiya işlərini müdafiə edə bilər, Universitetin təcrübə-sınaq stansiyalarında təcrübə qoya bilər, avadanlıq və cihazlardan istifadə etməklə öz tədqiqat işlərini başa vura bilər, məqalələr dərc etdirə bilər, həm Bolqarıstanda, həm də digər ölkələrin konfranslarında iştirak edə bilərlər.
        Hazırda Memorandumun tələblərinə uyğun olaraq 2016–2020-ci illərdə Şəki Regional Elmi Mərkəzi ilə Plovdiv Aqrar Universiteti arasında birgə aparılması mümkün olan sahələr və istiqamətlər üzrə Fəaliyyət Planı hazırlanmış və Elmi Şürada təsdiqləndikdən sonra AMEA Rəyasət Heyətinə təqdim edilməsi nəzərdə tutulur.
   

AMEA-nın şərəfli tarixinə qısa nəzər

Отправлено 30 окт. 2015 г., 6:21 пользователем Murad Nabibekov   [ обновлено 30 окт. 2015 г., 6:22 ]






Nərgiz QƏHRAMANOVA,
AMEA Rəyasət Heyəti aparatının 
İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini 


        Bu il Azərbaycanın elmi ictimai həyatında çox əlamətdar bir ildir. Belə ki, cari ilin noyabr ayında ölkədə ən böyük elm ocağı olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 yaşı tamam olur. Bu illər ərzində ölkənin bütün elmi potensialını özündə cəmləyən AMEA şərəfli bir tarixi yol keçmiş, Azərbaycan elminin inkişafında böyük rol oynayan neçə-neçə alim və tədqiqatçılar yetişdirmiş, mühüm elmi nailiyyətlərə imza atmışdır. Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərən AMEA ölkədəki bütün elmi təşkilatlar və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirir, respublikada bu sahənin inkişafını təşkil və təmin edir. Onun əsas məqsədi təbiət, texnika, ictimai və humanitar elmlər sahəsində fundamental və tətbiqi tədqiqatlar aparmaqla yeni biliklər əldə etmək, ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməkdir. 70 il ərzində Akademiyada əldə edilmiş elmi nəticələr, çoxsaylı ixtiralar, yetişmiş yüksəkixtisaslı kadrlar bu gün müstəqil Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət kimi formalaşmasında həlledici rol oynamışdır. 
        Bu müqəddəs elm ocağının tarixi 1945-ci ildən başlayır. Həmin il martın 27-də Azərbaycan SSR Elmlər Akademiyası təsis olunmuşdur. Martın 31-də isə Akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında tanınmış həkim, əməkdar elm xadimi, akademik Mir Əsədulla Mirqasımov bu ali elmi təşkilatın ilk prezidenti seçilmişdir. M.Mirqasımov Azərbaycanda müasir tibb elmi və ali tibb təhsilinin əsasını qoymuş, bu sahədə məktəb formalaşdırmışdır. O, Elmlər Akademiyasının prezidenti kimi fəaliyyətə başladığı gündən elmin təşkili işinə dəyərli töhfələr verimişdir. 1945-1947-ci illərdə böyük alimin təşkilatçılıq təcrübəsi sayəsində respublikada elm və texnikanın müxtəlif sahələri üzrə fundamental və tətbiqi tədqiqatların genişləndirilməsi istiqamətində kompleks işlər görülmüşdür. Texnika, neft, kimya, təbiətşünaslıq, ictimai elmlər, ədəbiyyat və incəsənət sahəsində aktual məsələlərin həlli üçün məqsədyönlü tədbirlər planlaşdırılırmışdır. M.Mirqasımovun böyük elmi və həyat təcrübəsi, ensiklopedik biliyi sayəsində Akademiyada problemlər yüksək səviyyədə öz həllini tapmışdır.
        
Azərbaycan Milli Elmlər Akademiyasının tarixində dünya şöhrətli görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin böyük xidmətləri olmuşdur. O, 1947-50 və 1958-61-ci illərdə Azərbaycan SSR EA-nın prezidenti seçilmişdir. Əsasən neftin və neft qazlarının katalitik emalı sahəsində nailiyyətlərə imza atan Y.Məmmədəliyev Azərbaycanda neft kimyasının əsasını qoymuşdur. Alimin rəhbərliyi illərində akademiyada elmin hərtərəfli şəkildə inkişaf etdirilməsi üçün mühüm addımlar atılmış, Azərbaycan Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası, Əlyazmalar İnstitutu, Sumqayıtda elmi-tədqiqat kimya institutları yaradılmışdır. Y.Məmmədəliyev Azərbaycanda neft elminin möhkəm və sistemli əsaslarını yaratmış, neftin tədqiqi ilə məşğul olan əsas elmi qurumların formalaşması, təkmilləşməsi və inkişafı sahəsində böyük xidmətlər göstərmişdir.
        SSR EA-nın 1950-58-ci illərdəki rəhbəri akademik Musa Əliyev olmuşdur. Təbaşirin inoseram faunası, sistematika və biostratiqrafiya sahəsində tanınmış mütəxəssis olan M.Əliyev elmi fəaliyyəti dövründə 40 elmlər doktoru və namizədi yetişdirmişdir.
        AMEA-nın dördüncü prezidenti Azərbaycanın ilk riyaziyyatçılarından biri olan Zahid Xəlilov olmuşdur. O, SSRİ EA-na rəhbərlik etdiyi 1962-67-ci illərdə funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa səhələrində apardığı tədqiqatları ilə Azərbaycan elminə böyük töhfələr vermişdir. Z.Xəlilovun AMEA-da yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidməti olmuşdur.
        1967-70-ci illərdə SSRİ EA-ya rəhbərlik etmək şərəfinə akademik Rüstəm İsmayılov nail olmuşdur. Neft kimyası və neft emalı texnologiyası sahəsində mühüm elmi araşdırmaların müəllifi olan alim respublikanın neftayırma sənayesində termik krekinq texnologiyasının əsaslı surətdə təkmilləşdirilməsində böyük xidmətlər göstərmişdir. Respublikanın neft-kimya sahəsinin inkişafı üçün karbohidrogen xammalı bazasının yaradılması onun adı ilə bağlıdır.
        1970-1983-cü illər ərzində bu böyük elm məbədinə fizika elminin əsas simalarından biri olan akademik Həsən Abdullayev rəhbərlik etmişdir. Onun elmi fəaliyyətinin əsas istiqaməti – mühüm şərtlər daxilində aşqarların, güclü maqnit və elektrik sahələrinin, yüksək təzyiqin, aşağı və ifrataşağı temperaturların birgə təsiri ilə yarımkeçirici maddələrin geniş əhatəsinin yaradılması və tədqiqi idi. O, 200-dən çox doktorluq və namizədlik dissertasiyasının rəhbəri olmuşdur. Yüksək təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyətinə malik H.Abdullayev tələbələrinə son dərəcə həssaslıqla yanaşmış, Azərbaycan elminin yüksəlişi və dünya arenasına çıxması istiqamətində əlindən gələni etmişdir.
        1983-97-ci illərdə Azərbaycan EA-nın prezidenti akademik Eldar Salayev olmuşdur. O, bərk cisim fizikası, kvantelektronikası və fotoelektronika sahəsində görkəmli alimdir. Alimin rəhbərliyi ilə yarımkeçiricilər əsasında deflektor, deşifrator, fotoqəbuledicilər, elektron mikrosoyuducuları, metroloji tətdqiqatlar üçün qurğular yaradılmışdır.
        1997-ci ildə AMEA-ya növbəti seçkilər keçirilmiş, bu dəfə elm ocağı əməkdar elm xadimi, akademik Fəraməz Maqsudova həvalə edilmişdir. Funksional analiz, diferensial tənliklər, tətbiqi riyaziyyat və mexanika sahəsində dərin elmi araşdırmaların müəllifi olan F.Maqsudov yüksəkixtisaslı kadr hazırlığı sahəsində göstərdiyi xidmətlər və elmi nailiyyətlərinə görə "Xalqlar dostluğu" ordeni ilə təltif olunmuşdur.
        Akademik Mahmud Kərimov isə AMEA-ya 2001-2013-ci illərdə rəhbərlik etmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan elmi beynəlxalq elm infrastrukturlarına sürətlə inteqrasiya olunmuş və xarici ölkələrlə əlaqələrini xeyli genişləndirmişdir. Respublikamızda fizika elminin inkişafına qiymətli töhfələr vermiş Mahmud Kərimov zəngin elmi fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynamışdır. Alimin rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının strukturu müasir dövrün tələbləri baxımından modernləşməyə başlamış və təkmilləşdirilmiş, maddi-texniki bazası və kadr potensialı gücləndirilmişdir. Alim mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir.
        
Ümumillli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə elmin inkişafı, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilmişdir. Prezident Heydər Əliyevin 2001-ci il mayın 15-də imzaladığı Fərmanla Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilmişdir. Bu tarixi fərman AMEA-da ölkə elminin inkişafı istiqamətində aparılan islahatları, Akademiyanın ölkənin tərəqqisində əvəzsiz rolunu bir daha təsdiqləmişdir.
        Akademik Akif Əlizadənin 24 aprel 2013-cü ildə Milli Elmlər Akademiyasının prezidenti seçilməsi ilə qurum özünün inkişaf və məzmunca yeni mərhələsinə qədəm qoymuşdur. AMEA-da elm sahəsində bütövlükdə ölkə üzrə və ilk növbədə isə akademiyada genişmiqyaslı islahatlar həyata keçirilməyə başlamışdır. A.Əlizadənin böyük islahatçılıq və yeniləşdirmə mövqeyi, yüksək təşkilatçılıq bacarığı, zəngin təcrübəsi, səyləri birləşdirmək qabiliyyəti qısa müddətdə Milli Elmlər Akademiyasında böyük dəyişikliklərin baş verməsi ilə nəticələnmişdir.
        Alim Dövlət başçısı İlham Əliyevin elm sahəsində qəbul etdiyi Fərman və Sərəncamların ardıcıl olaraq həyata keçirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, gənclərin elmə cəlb edilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir. İki il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Rusiya, Fransa, Türkiyə, Polşa, Britaniya, Bolqarıstan, Almaniya, Çin, Koreya, Yaponiya, İsrail və digər ölkələrin elm və ali təhsil qurumları ilə əməkdaşlıq əlaqələri formalaşmışdır. Qarşılıqlı inteqrasiya proseslərinin genişlənməsi yeni elmi ideyaların meydana çıxmasına, dünya təcrübəsinin öyrənilməsinə, beynəlxalq laboratoriyaların yaradılmasına və birgə əməkdaşlığa geniş meydan açmışdır.
        Bu gün AMEA nəhəng bir təşkilat kimi fundamental tədqiqatların əsas mərkəzinə çevrilmişdir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 10 minə yaxın əməkdaş, o cümlədən 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 67 həqiqi üzvü və 115 müxbir üzvü var. AMEA bir çox nüfuzlu beynəlxalq elmi təşkilatların üzvüdür, onun əməkdaşları MDB ölkələri, ABŞ, Yaponiya, İsrail, İsveçrə, İngiltərə, Almaniya, Pakistan, Türkiyə, İran və başqa ölkələrin aparıcı elm və təhsil müəssisələri ilə birgə proqram çərçivəsində tədqiqatlar aparır, kadr və informasiya mübadilələrində iştirak edirlər.
        14 mart 2014-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, elmin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında müstəsna rolunu nəzərə alaraq AMEA-nın 70 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Həmin gündən etibarən AMEA-da yubileyin təşkili ilə əlaqədar bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmiş, o cümlədən AMEA-nın 70 illik fəaliyyəti və elm aləminə bəxş etdiyi görkəmli simalar, Akademiyanın yaradılmasında və inkişafında müstəsna xidmətləri olan alimlər haqqında kitabların nəşr olunması nəzərdə tutulmuşdur.
        Noyabr ayında təntənəli şəkildə qeyd olunacaq yubiley tədbiri AMEA-da 70 il ərzində həyata keçirilən ən mühüm tədbirlərin, əldə olunan elmi nailiyyətlərin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaq, Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində yeni imkanlar açacaq. 

Dünyanın ən nüfuzlu elmi mükafatları

Отправлено 13 авг. 2015 г., 0:37 пользователем Murad Nabibekov   [ обновлено 13 авг. 2015 г., 1:17 ]






Nərgiz QƏHRƏMANOVA,

AMEA RH Aparatının İctimaiyyətlə əlaqələr və elmin

populyarlaşdırılması idarəsinin Elektron informasiya 

şöbəsinin rəis müavini

 

        Elm yarandığı gündən insanların həyat şəraitinin yaxşılaşdırılması və onların rifahının yüksəldilməsinə xidmət etmişdir. Elmlə məşğul olan şəxslər - alimlər insanlar arasından öz bacarığı, savadı və düşüncə tərzi ilə fərqlənirlər. Alimlərin çoxşaxəli fəaliyyəti nəticəsində elmin müxtəlif sahələrində yeni ixtiralar meydana çıxır.

        Bu ixtiralar sayəsində dünyada insanların həyat şəraiti daha da yaxşılaşır və insan gələcəyə daha çox ümid bəsləyir. Dünyada elm adamlarının əməyinin qiymətləndirilməsi üçün çoxsaylı beynəlxalq mükafatlar təsis olunmuşdur ki, buraya Nobel, Kopli, Albert Eynşteyn, Wolf (Canavar) Fondu, Kyoto, Dan Devid, Kavli, Yapon,  Heyniken, Kral Faysal, Abel, Türinq, Franklin İnstitutunun mükafatları, Dmitri Mendeleyev adına böyük qızıl medal, Mixail Lomonosov adına böyük qızıl medal və digər mükafatları aid etmək olar.

        Elm sahəsində ən nüfuzlu mükafatlardan olan   Nobel Mükafatı dəyərli elmi tədqiqatlara, inqilabi ixtiralara, o cümlədən mədəniyyət və ya cəmiyyətin inkişafı ilə bağlı xidmətlərə görə verilir. Bu nüfuzlu beynəlxalq mükafat 27 noyabr 1895-ci ildə İsveç ixtiraçısı, alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilmiş və ilk dəfə sahibinə 1901-ci ildə təqdim olunmuşdur. Mükafat 6 sahə üzrə verilir - kimya, fizika, fiziologiya və tibb, ədəbiyyat, iqtisadiyyat və Nobel Sülh mükafatı. Bu beynəlxalq mükafat İsveç və Norveç komitələri tərəfindən hər il təqdim olunur.

         Dünyanın məşhur beynəlxalq mükafatlarından olan Kopli Medalı London Kral Cəmiyyəti tərəfindən elmin müxtəlif sahələrində mühüm nailiyyətləri olan alimlərə təqdim olunur. Bu nüfuzlu medal hələdə ən qədim elmi mükafatlardan biri sayılır. İndiyə kimi 52 Nobel mükafatçısına və müxtəlif görkəmli alimlərə nəsib olub.

Albert Eynşteyn adına Dünya Elm Mükafatı Dünya Mədəniyyət Şurası tərəfindən elmi-texnoloji tədqiqat və inkişafa stimul olaraq verilir. Mükafatın əsas devizi bəşəriyyətə töhfə vermiş alimləri qiymətləndirməkdir. Bu nüfuzlu mükafata namizədlər Nobel laureatı olan tanınmış alimlərdən ibarət fənlərarası komitə tərəfindən seçilir.

         Elm sahəsində ən mötəbər mükafatlardan biri sayılan Wolf (Canavar) Fondu Mükafatı alim və rəssamların töhfələrini tanımaq məqsədilə verilir. Beynəlxalq mükafat 6 sahə - kimya, riyaziyyat, tibb, fizika, kənd təsərrüfatı və incəsənət üzrə təqdim olunur.

         Yaponiyaya məxsus Kyoto Mükafatı elm və texnologiya ilə yanaşı, fəlsəfə və incəsənət sahələri üzrə təqdim olunur. 1985-ci ildən təsis edilən məşhur mükafata namizədlər Kyoto Mükafatı Komitəsi tərəfindən seçilir.

         Dan Devid Mükafatı – Bu mükafat qərargahı Tel Əviv Universitetində yerləşən beynəlxalq elmi müəssisə tərəfindən elm və texnologiya sahələri daxil olmaqla, digər sahələr üzrə innovativ proqramları dəstəkləmək üçün təqdim olunur.

         Dünyanın məşhur beynəlxalq mükafatlarından olan Kavli Mükafatı astrofizika, nano elm və neyro elm üzrə böyük tədqiqatları olan alimlərə verilir. Mükafat hər iki ildən bir Norveç Elmlər Akademiyası, Norveç Təhsil Nazirliyi və Kavli Fondu nəzdində olan elmi müəssisə tərəfindən təqdim olunur.

         Alimlərin elm və texnologiya üzrə tədqiqatlarını dünyada tanıtmaq üçün təşkil edilən Yapon Mükafatı qabaqcıl elmi biliklərə töhfə verən şəxslərə təqdim olunur. Bu nüfuzlu mükafat, eləcə də sülh və inkişafa xidmət edir.

         Heyniken Holdinqin sahibi Alfred Heynikenin adı ilə bağlı olan Heyniken Mükafatı biofizika, biokimya, ekoloji elmlər, təbabət, tarix və idrak elmləri  daxil olmaqla, müxtəlif elm sahələrini əhatə edir. Bu mötəbər mükafat hər il dünya üzrə 5 tanınmış alimə təqdim olunur.

        Franklin İnstitutunun mükafatları – bu ən qədim, nüfuzlu və sanballı  mükafatlar  elm və texnologiya sahəsi üzrə təqdim olunur. 1824-cü ildən yaranan mükafat çoxsaylı alim, ixtiraçı və sahibkarlara müxtəlif kateqoriyalar üzrə verilirdi. Mükafatın məqsədi istedadlı alimləri üzə çıxarmaq və onların tədqiqatlarını dünyaya tanıtmaqdır.  

         Elm sahəsinə məlum olan məşhur mükafatlardan biri də Türinq-dir. Türinq informasiya-kommunikasiya texnologiyaları sahəsində ən mötəbər və qiymətli mükafat hesab olunur, məbləği isə 250000 dollar təşkil edir. Qeyd edək ki, mükafat dünyada kompüter sahəsi üzrə ən böyük elm və təhsil cəmiyyəti olan  Hesablama Texnikası Assosiasiyası tərəfindən verilir. Türinq-in sponsorları arasında “Intel” və “Google” kimi dünyanın nəhəng şirkətləri yer alır.

         Kral Faysal Ərəb dünyasının nüfuzlu elmi mükafatıdır. Kral Faysal Fondu bu mükafatları 1976-cı ildən İslam dünyasına və islama xidmət edən şəxslərə, həmçinin riyaziyyat, kimya, fizika, biologiya kimi elm sahələrində mühüm nailiyyətlər əldə edən elm xadimlərinə verir. Dünyanın ən məşhur mükafatlarından biri olan Kral Faysal “Ərəb dünyasının Nobeli” hesab edilir. Mükafata əlyazması ilə sertfikat, 24 əyarlıq xatirə medalı, 200 qram qızıl medalyon və 200 min dollar pul daxildir.

         Abel Mükafatı isə bir və ya bir neçə məşhur riyaziyyatçıya Norveç dövləti tərəfindən illik təqdim olunan beynəlxalq mükafatdır. 2001-ci ildə məşhur Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə təsis edilmiş Abel mükafatı riyaziyyatçıların "Nobel mükafatı" kimi təsvir olunur. Bu dəyərli mükafatın sahiblərinə 6 milyon Norveç kronu (təxminən 1 milyon ABŞ dolları) məbləğində pul da təqdim olunur.

         Dünyanın nüfuzlu mükafatlarından olan Filds - riyaziyyat sahəsində böyük nailiyyətlər əldə edən elm xadimlərinə İspaniya kralı tərəfindən təqdim edilir. Həmçinin məşhur beynəlxalq mükafatlardan olan - Rolf Nevanlinna informatikanın riyazi aspektlərində böyük uğurlara, Karl Fridrix Qauss Mükafatı digər elmlərdə kəşflər vasitəsi ilə riyaziyyat sahəsində böyük töhfələrə görə, Kraford Mükafatı isə astronomiya, riyaziyyat, bioloji və Yer haqqında elmlər üzrə verilir.

         Bundan əlavə, Rusiya Elmlər Akademiyası kimya sahəsində böyuk nailiyyətlərə imza atmış elm xadimləri üçünDmitri Mendeleyev adına böyük qızıl medal təsis etmişdir. Mixail Lomonosov adına böyük qızıl medalisə Rusiya Elmlər Akademiyasının ali mükafatıdır.

Mənbə: Publika.az

Həyatımızı işıqlandıran mayak

Отправлено 25 июл. 2015 г., 11:57 пользователем Murad Nabibekov   [ обновлено 25 июл. 2015 г., 11:58 ]







Akif ƏLİZADƏ
Azərbaycan Milli Elmlər 
Akademiyasının prezidenti, akademik

        Qədim və zəngin tarixə malik Azərbaycan özünün əbədiyyət salnaməsində daim xatırlanacaq unudulmaz günlərə yer vermişdir. Milli mətbuatımızın bünövrəsini qoyan “Əkinçi” qəzetinin fəaliyyətə başladığı uzaq 1875-ci ilin 22 iyul tarixi də belə günlərdəndir. 

        Həmin gün xalqımız üçün çoxdan gözlənilən, möhtəşəm tarixin başlandığı gün oldu. Məhz bu gündə vətən, millət fədailəri xalqın maariflənməsinin təməlini qoydular. Elə bir təməl ki, cəmiyyətin hər bir üzvünə qaranlığı işıqlandıran mayak kimi doğru yol göstərdi. Bu yolda milli maarifçilik hərəkatının banilərindən təbiətşünas alim, pedaqoq, ictimai xadim Həsən bəy Zərdabi başda olmaqla “xalqın təəssübkeşləri”, maarifçi mühərrirlər ana dilimizdə qəzet nəşr etmək ideyasını qərarlaşdırdılar. Həsən bəy Zərdabinin yorulmaz əməyi sayəsində 1875-ci ildə nəşrinə başladığı “Əkinçi” qəzetinin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə və tərəqqiyə çağırmaq, ona milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ etmək və elmi-mədəni səviyyəsini yüksəltməkdən ibarət idi.
        “Əkinçi” qəzeti ilə əsası qoyulmuş milli mətbuatımız xalqın milli mədəniyyəti tarixinə şərəfli səhifələr yazdı, milli özünüdərk və mənliyimizin formalaşmasında, eləcə də mənəvi dəyərlərimizin qorunmasında misilsiz xidmətləri oldu. Daim mütərəqqi ideyalara əsaslanan “Əkinçi” elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı, həmçinin yeni tipli təhsil ocaqlarının - məktəblərin yaradılması naminə müntəzəm iş apardı, onun ən böyük uğuru isə dilinin sadə və səlis, xalqın dilinə yaxın olması oldu. Qəzetin səhifələrində təbiət elmləri, tibb və kənd təsərrüfatının inkişafı, xarici ölkələrin bu sahələrdə qazandığı uğurlar haqqında mütəmadi olaraq elmi-kütləvi məqalələr yayımlandı, həmçinin mənəviyyat tariximizdən bəhs etdi. Xalqımızın mənafeyini müdafiə edən qəzet azadlıq ideyalarının, mütərəqqi elmi, bədii, fəlsəfi və maarifləndirici fikirlərin carçısı oldu. Xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara öz hüquqlarını anlatmaq, savadlanmasına kömək etmək məqsədini qarşıya qoyan “Əkinçi” milli mətbuat tariximizdə mühüm xidmətlər göstərdi.
        Həsən bəyin nəşr etdirdiyi “Əkinçi” qəzetində “Daxili xəbərlər”, “Əkin və ziraət xəbərləri”, “Tazə xəbərlər” rubrikaları ilə yanaşı, “Elmi xəbərlər” sərlövhəsi də yer aldı, müxtəlif mövzularda dərc olunan məqalələr qısa müddətdə böyük oxucu auditoriyası toplaya bildi. “Əkinçi” məzmunu, ideya istiqaməti, dili nöqteyi-nəzərindən Azərbaycan xalqına, onun milli ənənələrinə sədaqətlə xidmət etdi. “Əkinçi” çar Rusiyasının müstəmləkəsi olan Vətənimizin sabahını düşünən hər kəs üçün cəsarət nümunəsinə çevrildi, onun işıq üzü görən cəmi 56 sayı inqilaba bərabər oldu, cəmiyyətimizdə dövri mətbuata, oxumağa, məlumatlanmağa həvəs yaratdı, elmi təfəkkürə olan əbədi meyiləri gücləndirdi.
        Maarifçilik ideyaları ilə fərqlənən qəzet milli mətbuatımızın müasirlik, ümummilli məqsədlərin təbliği, ana dilimizin zənginləşməsi, obyektivlik və başqa bu kimi əsas yaradıcılıq prinsiplərini özündə ehtiva edən bir məktəb kimi formalaşdı. Sonrakı illərdə Azərbaycanın görkəmli maarifçi ziyalılarının nəşr etdirdiyi “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “İrşad”, “Həyat”, “Füyuzat”, “Həqiqət”, “Tazə həyat”, “Tərəqqi”, “Molla Nəsrəddin” və digər mətbu orqanlar “Əkinçi” qəzetinin ideya xəttinə əsaslanmış, onun ənənələrini davam etdirərək XX əsrin əvvəllərində formalaşmış milli oyanış və özünüdərk proseslərinə verdikləri misilsiz töhfələrilə milli mətbuatımızın inkişafına xidmət göstərmişlər.
        “Əkinçi” təkcə milli mətbuatımızın yaranma tarixi deyil, həmçinin xalqımızın milli şüurunun, azadlıq mübarizəsinin başlanma tarixidir. Həsən bəy Zərdabinin bu ideyaları və “Əkinçi” ənənələri ilə mayalanan milli mətbuatımız çətin və şərəfli bir yol keçdi. Milli mətbuat xalqın hürriyyət ideyalarının tərəqqisi, istiqlalımızın möhkəmləndirilməsi prosesindəki fəal iştirakını 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra da davam etdirdi. Bəhs olunan həmin dövrdə Azərbaycan Parlamenti tərəfindən mətbuatla bağlı, söz və fikir azadlıqlarını müəyyən edən hüquqi sənədlər qəbul edildi, eləcə də Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilərin bilavasitə rəhbərliyi ilə “Azərbaycan” qəzeti çap olunmağa başladı. Cəmi 23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə üzrə 129 adda qəzet və jurnal nəşr olundu və fikrimcə, həmin dövr üçün bu, mütərəqqi bir göstəricidir.
        Azərbaycan mətbuatı sovet hakimiyyəti illərində də xalqın özünəməxsus və zəngin milli ənənələrini müdafiə etdi, qorudu, müntəzəm olaraq respublika gündəmini hər cəhətdən geniş işıqlandıra bildi, ictimai-siyasi və milli-mədəni həyatdakı proseslərdən uzaq qalmadı və bunlar, ideoloji buxovlar və sərt senzura şəraitində 70 il davam etdi.
        Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizdə söz və ifadə azadlıqlarının təmin olunması, müasir azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qurulması və iqtisadi müstəqilliyinin təminatı baxımından geniş imkanlar yarandı. Xalqın istəyi ilə 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və xidmətləri sayəsində kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdi, beynəlxalq norma və prinsiplərə uyğunlaşdırıldı, söz və informasiya azadlığını məhdudlaşdıran maneələr, mətbuata tətbiq edilən senzura aradan qaldırıldı, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görüldü və nəticədə milli mətbuatın hərtərəfli inkişafı istiqamətində yeni perspektivlər yaradıldı.
        Yarandığı 140 illik bir dövrdə Azərbaycanın milli mətbuatı böyük və mənalı bir inkişaf yolu keçmişdir. Xalqın qədim və zəngin ədəbi, mədəni irsə sahib olması, eləcə də Şərq və Qərb sivilizasiyalarının qovşağında formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır.
        Bu gün elm və media əlaqələri özünün çoxşaxəli və faydalı xüsusiyyətləri ilə seçilir. Azərbaycanda elmi və elmi-texniki siyasəti həyata keçirən əsas dövlət qurumu kimi Azərbaycan Milli Elmlər Akademiyası öz fəaliyyətini daim ölkəmizdə yayımlanan kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirir. Akademiya tərəfindən görülən hüquqi və kadr islahatları, proqramlar, elmi-kütləvi toplantılar və görüşlər, beynəlxalq əməkdaşlıq əlaqələri və başqa bu kimi tədbirlərin işıqlandırılmasında milli mətbuatımız əzmlə çalışır. Multidissiplinar istiqamətlər üzrə aparılan tədqiqatlar, onların nəticələri, həmçinin alimlərimizin beynəlxalq tədbirlərdə iştirakı və əldə edilən nailiyyətlər də mətbuatın gündəmində geniş təbliğ olunmaqdadır.
        Azərbaycan Milli Elmlər Akademiyası bu il yaranmasının 70 illiyini qeyd edir. Ötən tarixi dövr ərzində akademiyanın, alimlərimizin və elmi nailiyyətlərimizin təbliği və elmin cəmiyyətdə populyarlaşmasında 140 illik tarixi olan milli mətbuatın göstərdiyi xidmətlər əvəzsizdir. Kütləvi informasiya vasitələrinin gündəlik faydalana bildiyi əsas informasiya mənbələrindən biri kimi akademiya öz fəaliyyətində buna önəm verir.
        Azərbaycan Milli Elmlər Akademiyasında son illər aparılan struktur islahatlarından biri olan və Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi akademiya və ictimaiyyət, eləcə də kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, həmçinin qurumun təbliği və elmin kütləviləşdirilməsi istiqamətində çoxşaxəli fəaliyyət göstərir. İdarə tərəfindən həyata keçirilən ictimaiyyətlə əlaqələr işinin müasir formada təşkili, eləcə də elektron media və çap məhsulları vasitəsi ilə informasiyaların cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Hazırda sözügedən idarənin təşkilatçılığı ilə AMEA-nın elmi müəssisə və təşkilatlarında ictimaiyyət və media ilə əlaqələrə məsul əməkdaşlardan ibarət şəbəkə formalaşdırılıb ki, bu da öz növbəsində institutlarda aparılan elmi-tədqiqatlar, keçirilən tədbirlər və s. haqqında mətbuatın dəqiq və operativ informasiya ilə təminatına imkan yaradır.
        AMEA-da son illərdə həyata keçirilən tədbirlər ölkədə elmin inkişafı və təbliği, həmçinin informasiya və elmin kütləviləşdirilməsi sahəsində idarənin fəaliyyətinin səmərəliliyinin artırılması baxımından da əhəmiyyətli olmuşdur. Belə ki, son zamanlar islahatlarla xarakterizə olunan və yeni inkişaf mərhələsini yaşayan Azərbaycan Milli Elmlər Akademiyası kütləvi informasiya vasitələri ilə əlaqələrini daha da genişləndirmişdir. AMEA üzvlüyünə keçirilmiş seçkilər, “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə kimi inkişaf Konsepsiyası”nın və AMEA Nizamnaməsinin yeni layihəsinin hazırlanması, ən müasir elmi problemlər əsasında formalaşan yeni institutların yaradılması, akademiyanın ilk dəfə olaraq “Solidol”, “Niqrol” və başqa bu kimi 28 adda brend məhsullarını istifadəyə verməsi, həmçinin akademiyanın nəzdində “Göytəpə arxeoloji parkı”nın layihəsinin təqdimatı, AMEA-nın ümumi yığıncağı, görkəmli alim və mütəfəkkirlərin adlarına təsis olunmuş adlı mükafatlar, regionlarda ilk dəfə elmin kütləvi təbliğinə başlanılması, Bakı Elm Festivalı, “Azərbaycan alimlərinin I qurultayı”, mətbuat konfransları, digər dövlət qurumları ilə birgə keçirilən tədbirlər, eləcə də Avropa Birliyinin “HORİZON-2020” proqramı üzrə keçirilən toplantılar, Beynəlxalq Geodeziya İttifaqı, CERN və digər beynəlxalq layihələr ölkə mətbuatının səhifələrində geniş işıqlandırılmışdır. Qeyd etmək lazımdır ki, təkcə bu ilin birinci yarısına olan statistik göstəricilərə görə AMEA tərəfindən 700-ə yaxın xəbər hazırlanaraq media orqanlarına göndərilmiş, həmçinin eyni dövrdə aparılmış monitorinqin nəticələrinə əsasən kütləvi informasiya vasitələrində akademiya haqqında 2 min 400-dən çox xəbərin yayımlandığı məlum olmuşdur.
        Cari ildə media ilə əlaqələri daha da genişləndirmək məqsədilə akademiya tərəfindən Şamaxı Astrofizika Rəsədxanasında jurnalistlər üçün iki günlük Yay məktəbi təşkil olunmuşdur və burada AMEA-da aparılan islahatlar, kadr siyasəti, yeni elmi nailiyyətlər və elmin populyarlaşdırılması istiqamətlərini əhatə edən təlimlər keçirilmiş, aktiv iştirakçılar sonda sertifikatlarla mükafatlandırılmışlar.
        Azərbaycan kütləvi informasiya vasitələri bu gün azad, müstəqil şəkildə fəaliyyət göstərir. Mövzu rəngarəngliyi ilə fərqlənən və özünün çoxsaylı auditoriyasını dəqiq, qərəzsiz və operativ məlumatlandıran ölkə mətbuatı da 140 illik ənənədən doğan dəyərləri, milli təəssübkeşliyi qoruyub saxlayaraq xalqımıza əvəzsiz xidmət göstərməkdədir.
        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Milli mətbuatın 140 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının ölkəmizdə təntənə ilə qarşılanması, mədəni-kütləvi tədbirlərin keçirilməsi ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm hadisə kimi qiymətləndirilir.

Mənbə: science.az

Dünya şöhrətli alim

Отправлено 21 июл. 2015 г., 4:59 пользователем Murad Nabibekov   [ обновлено 21 июл. 2015 г., 5:00 ]

İbrahim QULİYEV,
AMEA -nın vitse-prezidenti, akademik
"Xalq qəzeti", 21 iyul 2015-ci il


        
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, akademik, geologiya-mineralogiya elmləri doktoru, professor Fəxrəddin Əbülfət oğlu Qədirov görkəmli geofizik-alim, gözəl pedaqoq, elmi təşkilatçı və elmi biliklərin təbliğatçısıdır.


        Fəxrəddin Qədirov 1950-ci il iyul ayının 19-da Şəki şəhərində anadan olmuşdur. 1967-ci ildə orta məktəbi gümüş medalla bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuş və 1972-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 1975-ci ilə qədər göndəriş üzrə fizika müəllimi kimi Dəvəçi (hazırda Şabran) rayonunda çalışmışdır.
        Hələ tələbəlik illərində F.Qədirov elmi tədqiqat işinə həvəs göstərmiş, Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etmiş, Bakı, Novosibirsk və Moskva şəhərlərində keçirilən tələbə elmi konfranslarında məruzələrlə cıxış etmişdir. Yer fizikasına olan həvəsi 1975-ci ildə F.Qədirovu AMEA Geologiya İnstitutuna gətirmişdir. 1976-1980-ci illərdə Geologiya İnstitutunun aspiranturasında təhsil almışdır.
        Onun 1975-ci ildən sonrakı əmək və elmi fəaliyyəti AMEA Geologiya İnstitutu ilə bağlıdır. F.Qədirov 1981-1986-cı illərdə kiçik elmi işçi, 1986-1988-ci illərdə böyük elmi işçi, 1989-2005-ci illərdə isə “Qravimetriya” laboratoriyasının rəhbəri olmuşdur. Bu illər ərzində F.Qədirov aktual tədqiqatlarla yanaşı, elmi təşkilatçılıq qabiliyyəti ilə də tanınmış və geodinamika və seysmologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 2013-cü ildən AMEA Rəyasət Heyətinin üzvü və Yer Elmləri Bölməsinin akademik katibidir. O, AMEA-da ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutu ilə birlikdə fəaliyyət göstərən “Yer qabığının müasir hərəkətləri və geodinamik təhlükələr” adlı beynəlxalq laboratoriyaya rəhbərlik edir.
        F.Qədirov 1984-cü ildə geofizika ixtisası üzrə Yerin üst mantiyasının ikitəbəqəli modelində daxili dalğaların yaranması və sərbəst düşmə təcilinin qabarmayan dəyişməsinə təsiri mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 2002-ci ildə isə Azərbaycanın dərinlik quruluşunun ədədi qravitasiya modelləri mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcələri almışdır.
        Qafqazın müasir geodinamikasının və seysmik aktivliyinin tədqiqi, zəlzələlərin paylanmasının geotektonik aspektlərinin inkişaf etdirilməsi, geoloji proseslərin fiziki mexanizmlərinin öyrənilməsi, qravitasiya sahəsinin məkan və zaman dəyişmələrinin ədədi analizi və Yer qabığı quruluşunun modelləşdirilməsi kimi problemlər onun elmi tədqiqatlarının əsas istiqamətlərini təşkil edir.
        İsiedadlı alim 1998 və 2000-ci illərdə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda elmi ezamiyyətdə olmuş və GPS tədqiqatları üçün sertifikat almışdır. Onun təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan ərazisində ilk dəfə olaraq GPS müşahidə sistemi qurulmuş və GPS texnologiyası əsasında Azərbaycan ərazisinin müasir geodinamikasının tədqiqinin əsası qoyulmuşdur. Qədirovun rəhbərliyi altında Azərbaycanda 10 ildən artıq müddətdə aparılan GPS monitorinqi nəticəsində Yer qabığının üfüqi hərəkətləri öyrənilmiş, zəlzələ təhlükəsini daha dəqiq dəyərləndirmək üçün deformasiya enerjisinin akkumulyasiya qanunauyğunluqları müəyyənləşdirilmiş, Qafqaz blokunun saat əqrəbi əksinə dönməsi və Azərbaycan ərazisinin geodinamik şəraitinə təsiri tədqiq olunmuş, Abşeron yarımadasının cənub hissəsinin şərqə tərəf hərəkət etməsi və intensiv Yer qabığı qısalmalarının sürəti və baş verdiyi ərazilər müəyyən edilmiş və bütün bunların seysmik proseslərdəki rolu aydınlaşdırılmışdır. İlk dəfə olaraq Azərbaycanın neftli-qazlı ərazilərinin çöküntü təbəqələrindəki qravitasiya tarazlığı proseslərini nəzəri olaraq öyrənmiş və burada konveksiya axınının mümkünlüyünü göstərmiş, palçıq vulkanları quruluşunun qravitasiya və aktivləşmə mexanizmi modelini vermişdir. F.Qədirov Qafqaz-Xəzər regionunun litosfer quruluşunun 3D qravitasiya modelini hazırlamış və qırılmaların səth və dərinlik paylanmasını öyrənmişdir. Onun təcrübi və nəzəri tədqiqatları nəticəsində Cənubi Xəzər hövzəsində Moho sərhədi altında sıxlığı böyük olan təbəqənin olduğu müəyyən edilmiş və bu təbəqənin regionun geodinamikasındakı rolu öyrənilmişdir. Azərbaycanın geodinamik poliqonlarında qravitasiya sahəsinin zaman variasiyalarının qanunauyğunluqları müəyyənləşdirilmişdir. Qravitasiya anomaliyaları əsasında strukturların neft və qazlılıq perspektivliyinin ədədi analiz metodu hazırlanmış və Azərbaycanın neftli və qazlı ərazilərinə tətbiq edilmişdir.
        F.Qədirov 2007-ci ildə geofizika ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.
        Akademik F.Qədirov respublikanın beynəlxalq aləmdə tanınmış geofiziklərindəndir. O, ABŞ Mülki Araşdırmalar Mərkəzinin qrant proqramları çərçivəsində iki layihənin rəhbəri və iki layihənin əsas icraçısı olmuşdur. Massaçusets Texnologiya İnstitutu ilə birlikdə aparılan “Aralıq dənizi və Qafqaz regionunun müasir kinematikası və dinamikası” beynəlxalq elmi layihəsində Qafqaz üzrə tədqiqatların koordinatorudur. O, həm də Massaçusets Texnologiya İnstitutu və AMEA Geologiya İnstitutunun ABŞ elm fondunun dəstəyi ilə apardığı “Ərəbistan – Avrasiya kolliziya zonasının dinamikası” mövzusunda elmi işin rəhbərlərindən biridir. 9 beynəlxalq elmi-tədqiqat layihəsinin rəhbəri olmuşdur. Elmi fəaliyyəti dövründə onun 1 monoqrafiyası, 150-dən çox elmi məqaləsi çap olunmuşdur. 5 monoqrafiyanın və Xəzər regionunun qravitasiya xəritəsinin həmmüəllifidir. ABŞ və Avropada keçirilən beynəlxalq elmi konfranslarda dəfələrlə Azərbaycanı müvəffəqiyyətlə təmsil etmişdir.
        Akademik F.Qədirov Azərbaycan Milli Elmlər Akademiyasının Türkiyə Cümhuriyyəti Öyrətim Kurulu ilə imzaladığı qarşılıqlı elmi əlaqələr protokolu çərçivəsində 1992-1995-ci illərdə Atatürk Universitetinin Zəlzlələ Araşdırma Mərkəzində, 1996-1998-ci illərdə isə Qara dəniz Texniki Universitetinin geofizika mühəndisliyi bölümündə professor vəzifəsində çalışmışdır. Hazırda pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetinin seysmologiya və Yer təkinin fizikası kafedrasında “Yer fizikası”, “Qravimetrik kəşfiyyat” və “Qravimetrik məlumatların geoloji interpretasiyası” fənlərindən dərs deməklə davam etdirir. BDU-nun seysmologiya və Yer təkinin fizikası kafedrasının Geologiya və Geofizika İnstitutundakı filialına rəhbərlik edir.
        F.Qədirovun Azərbaycanda və Türkiyə Cümhuriyyətində yüksək ixtisaslı elmi kadrların hazırlanmasında böyük əməyi vardır. Onun elmi rəhbərliyi ilə Azərbaycanda 12 elmlər namizədi və 2 elmlər doktoru hazırlanmışdır. Tələbələrindən Yer elmləri üzrə fəlsəfə-doktoru Rafiq Səfərov 2014-cü ildə elm sahəsində gənclər üçün Prezident mükafatına layiq görülmüşdür.
        F.Qədirov dünyanın bir sıra qabaqcıl mərkəzləri ilə elmi əməkdaşlıq edir. ABŞ-ın Massaçusets Texnologiya İnstitutu, Cənubi Karolina Universiteti, Yuta Universiteti, Almaniyanın Jena Universiteti, Fransanın Mariya Küri Universiteti, Rusiya EA-nın Yer Fizikası İnstitutu və s. bunlara misal ola bilər. O, bir sıra qrant layihələri çərçivəsində dünyanın qabaqcıl elm mərkəzləri ilə əməkdaşlığı sayəsində ən qabaqcıl elmi texnologiyaların respublikada tətbiq edilməsinə nail olmuşdur. F.Qədirovun fundamental və təcrübi tədqiqatlarının nəticələri bir çox beynəlxalq konfranslarda (ABŞ, İtaliya, Almaniya, Fransa və s.) elmi ictimaiyyətə təqdim olunmuş və beynəlxalq jurnallarda çap olunmuşdur. Bu nəticələrin bir çoxu müxtəlif illərdə keçmiş SSRİ və Azərbaycan Elmlər akademiyalarının ən mühüm elmi nəticələri sırasında öz layiqli yerini tutmuşdur.
        Akademik F.Qədirov respublikanın elmi-təşkilati həyatında da fəal iştirak edir. O, 2005-ci ildən Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının Geologiya İnstitutunda fəaliyyət göstərən D 01.081 saylı dissertasiya şurasının geofizika seminarına rəhbərlik etdir. Hazırda o, AMEA -nın “Xəbərləri” Yer Elmləri Seriyası jurnalın baş redaktorunun müavini, AMEA-nın Xəbərlər məcmuəsinin, “Geologiya İnstitutunun əsərləri” və “Azərbaycanda geofizika yenilikləri” elmi-texniki jurnallarının redaksiya heyətinin və Azərbaycan Milli Geofizika Komitəsi İdarə Heyətinin üzvüdür. O, Azərbaycan Respublikası Ensiklopediyasının Yer elmləri sahəsi üzrə müəlliflərindən biridir. Fəxrəddin müəllim “Nüvə sınaqlarının hərtərəfli qadağan olunmasına nəzarət təşkilatı”nın (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzinin işinə də rəhbərlik edir.
        F.Qədirov bir sıra elmi cəmiyyətlərin, o cümlədən Avropa Geoloq-Alim və Mühəndislər Assosiasiyasının (EAGE), Amerika Geofiziklər İttifaqının (AGU), Amerika Neftçi-Geoloqlar İttifaqının (AAPG) üzvüdür.
        Akademik F.Qədirov özünü tamamilə elmə və Yer haqqında biliklərimizin genişlənməsinə həsr etmiş alimlərdəndir. O, istər yüksək professionallığı, istər insani keyfiyyətlərinə görə nəinki Azərbaycanda, eyni zamanda, beynəlxalq elm aləmində də hörmət qazanmışdır.
        Görkəmli alim və ziyalı F.Qədirovu 65-illik yubileyi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq nailiyyətləri və cansağlığı arzulayırıq.



Mənbə: science.gov.az

A.A.Bakıxanov Şah İsmayıl Xətai haqqında nə yazıb?

Отправлено 19 июл. 2015 г., 10:02 пользователем Murad Nabibekov   [ обновлено 19 июл. 2015 г., 10:23 ]

Faiq Ələkbərov: "Bizlərə böyük düşünmək üçün böyük və bütöv Azərbaycan lazımdır". 

        2015-ci il iyulun 18-də AMEA Fəlsəfə və Hüquq İnstitutunun nəzdindəki "Şah Xətai İrsini Araşdıran Qrup"un təşəbbüsü ilə Azərbaycan Səfəvilər Dövlətinin qurucusu və ilk hökmdarı Şah İsmayıl Xətainin irsinin təbliğində 19-cu əsr tanınmış Azərbaycan mütəfəkkiri Abbasqulu Ağa Bakıxanovun rolu mövzusunda dəyirmi masa keçirilib.

        Dəyirmi masada AMEA-nın Fəlsəfə və Hüquq, Tarix, Şərqşqnaslıq İnstitutlarının alimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun Azərbaycanın Orta Əsrlər Tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli qeyd edib ki, Şah Xətai dövrünü geniş şəkildə izah edib. D.Əzimli bildirib ki, Xətai dünya tarixində özünəməxsus yer tutan nadir şəxsiyyətlərdən biridir, onun dövrü Azərbaycan tarixinin qızıl dövrüdür. Ona görə Şah Xətainin Qızılbaşlıq ideyası Türk millətçiliyi ilə ifadə olunmuşdur: Şah İsmayıl Xətainin dövründə millət vahid ideologiya ətrafında birləşdirildi. Bu çox böyük tarixi bir vəzifə idi ki, Şah Xətai öhdəsindən gəldi. Məsələnin digər tərəfi isə Azərbaycan türkcəsinin dövlət dili səviyyəsinə gətirilməsiydi. Şah İsmayıl Xətai Bütöv Azərbaycanın, Türklüyün simvoludur. O bildirib ki, Xətaiyilə bağlı qarayaxmalara görə dövlət rəhbərliyinə müraciət etmək lazımdır.
        Tarix İnstitutunun Azərbaycan Orta Əsrlər Tarixi şöbəsinin tarix üzrə elmlər doktoru Xeyirbəy Qasımov isə A.A.Bakıxanovun irsində Səfəvilərin əksində bəh etdi. X.Qasımob bildirdi ki, Bakıxanov Səfəvi dövründəki mədəniyyəti çox böyük ustalıqla ifadə etmişdir. Onun fikrincə, Bakıxanovun Səfəvilərə olan sevgisi onun milli mədəniyyətə və vətənə bağlılığından irəli gəlmişdir.
        
AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov (Qəzənfəroğlu) öncə bildirib ki, Şah İsmayıl Xətainin dogum günü Azərbaycanın Bütövlük günü kimi qeyd olunmaldır. Onun fikruncə, bu gün Xətai Azərbaycanın bütövləşməsi yolunda böyük bir rol oynamaqdadırş Bunu hiss edən düşmənlərmiz istər Güney Azərbaycanda, istərsə Quzey Azərbaycanda Xətaini qaralama kampaniyası aparırlar. F.Ələkbərov qeyd etdi ki, Səfəvilərin Azərbaycan Türk tarixində möhtəşəmliyini ilk görənlər arasında A.A.Bakıxanov mühüm yer tutur. Bakıxanovun "Gülüstani-İrəm" əsərində Səfəvilərə xüsusi diqqətin ayrılması və sair məsələlər bu kitabın Çar Rusiyası tərəfindən nəşrini əngəlləmişdir. Ümumiyyətlə, Bakıxanovun milli Tarixi yeni nəslin həyatında mühüm rola malikdir. Ona görə də, həm Çar Rusiyası, həm də Sovet Rusiyası Bakıxanovun bu əsərinə və onun şəxsiyyətinə birmənalı yanaşmamışdır. F.Ələkbərov bildirmişdir ki, Bakıxanov Azərbaycan mədəniyyətində və tarixində hələ də layiqli yerini ala bilməmişdir. Belə ki, Çar Rusiyası və SSRİ dövründə Bakıxanov islamçılıqda, Quba üsyanına yardım etməkdə, feodallıqda və s. məsələlərdə ittiham olunduöğu halda, indi də Çar Rusiyasının polkovniki olmaqda vəs. suçlanır. Ələkbərova görə, bu günə qədər Bakıxanovun "Gülüstani-İrəm" əsərinin orijinalının dövlət səviyyəsində Azərbaycan Türkcəsində nəşr olunmamsı doğru deyildir. Yalnız akademik Ziya Bünyadovun Bakıxanovun həmin əsərini 1991-ci ildə rus dilində yayımlamasıylıa təsəlli tapirıq.

        Çıxışının sonunda Ələkbərov dedi ki, bu gün Azərbaycanın birləşməsi məsələsi bəziləri üçün xəyal, ya da qeyri-ciddi görünə bilər. Amma bir gün Azərbaycan birləşəndə, yəni iki Azərbaycan bir olanda hamı bu gerçəkliyi öz gözləri ilə görəcək. Əslində yalnız böyük Azərbaycan bizləri kiçik düşünməkdən xilas edəcəkldir. Ona görə, bizlərə böyük düşünmək üçün isə böyük və bütöv Azərbaycan lazımdır.
        Tədbirdə çixş edən AMEA Fəlsəfə və Hüquq İnstitutunun nəzdindəki "Şah Xətai İrsini Araşdıran Qrup"un rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Nazim Hüseynov bildirdi ki, Bakıxanov Səfəvi irsini bizə çatdıran böyük tarixçidir. Onun fikrincə, Bakıxanovun "Gülüstani-İrəm" tarixi əsərində Səfəvilərə geniş yer verməsi Çar Rusiyasının maraqlarına cavab verməmişdir. N.Hüseynov çıxışında Səfəvilərin Qızılbaşlıq ideologiyasınlın mahiyyətini də geniş şəkildə izah etdi.
        Daha sonra tədbirdə mövzuyla bağlı digər alimlər Mirzə Ənsəri, Şahin Bağırov, Paşa Həsənli və başqaları da maraqlı məqamlara toxunublar.

Elmin zirvəsində

Отправлено 24 июн. 2015 г., 5:14 пользователем Murad Nabibekov   [ обновлено 24 июн. 2015 г., 5:16 ]

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik









        Hər bir millət öz mədəniyyəti, elmi, alimi, ziyalısı, milli-mənəvi dəyərləri ilə tanınır. Uzun illər iqtisadiyyat sahəsində sanballı araşdırmalar aparan, yüksək səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti ilə seçilən görkəmli alim, akademik Ziyad Əliabbas oğlu Səmədzadə məhz belə ziyalılardandır. Çoxsaylı və sanballı elmi əsərlərinə və ardıcıl ictimai-siyasi fəaliyyətinə görə Ziyad Səmədzadə cəmiyyətdə özünəməxsus böyük nüfuz qazanmışdır.
        ...1940-cı ildə Bakının Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Bakı Dövlət Universitetinin İqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib, təyinatla Azərbaycan EA-nın İqtisadiyyat İnstitutuna göndərilmişdir. Gənc elmi kadrlara qayğıkeş münasibətin hökm sürdüyü və respublikada iqtisad elminin əsas mərkəzi hesab olunan, uzun illər akademik Əhməd Mahmudovun başçılıq etdiyi bu səmimi kollektivdə respublikanın xalq təsərrüfatının ən ümdə iqtisadi problemlərinin tədqiqi ilə bağlı aparılan intensiv elmi axtarışlar zəminində o da burada ilkin tədqiqatçılıq fəaliyyətinə qədəm qoymuşdur.
        Ziyad Səmədzadə 1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. Buradakı yaradıcı elmi mühit, nüfuzlu iqtisadçı alimlərlə şəxsi tanışlıq onun tədqiqatçı kimi formalaşmasına müsbət təsir göstərmişdir. 1965-ci ildə o, elə həmin institutda namizədlik dissertasiyasını müdafiə etmiş, ölkəyə qayıdaraq Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda elmi işçi, böyük elmi işçi, elmi katib, daha sonra “Xalq təsərrüfatının inkişaf sürəti və proporsiyaları” şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
        
Ziyad Səmədzadə 1971-ci ildə iqtisad elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 1976-1978-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktorunun birinci müavini, 1978-ci ilin avqust ayından 1982-ci ilin sonunadək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru, 1983-cü ilin yanvarında ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Mərkəzi Komitəsində İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və 1991-ci ilədək bu vəzifədə çalışmışdır.
        Ziyad Səmədzadə 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir, 1989-cu ildə həqiqi üzvü seçilmişdir. Respublika ictimaiyyəti onu praktik-iqtisadçı, bacarıqlı təşkilatçı və rəhbər, mütərəqqi iqtisadi ideyaların daşıyıcısı və fəal təbliğatçısı kimi tanıyır. O, 500-dən artıq elmi əsərin, bir çox sanballı elmi araşdırmaların, makroiqtisadiyyat, regional iqtisadiyyatın səmərəliliyi, təkrar istehsalın sürəti və proporsiyaları, bazar iqtisadiyyatı problemlərinə həsr olunan dəyərli monoqrafiyaların müəllifidir. Respublikada iqtisad elminin bir sıra aparıcı istiqamətlərinin yaranması, formalaşması və inkişafı onun elmi fəaliyyəti ilə bağlı olmuşdur.
        Alimin doktorluq dissertasiyası “Əmək məhsuldarlığı və əhalinin məşğulluq strukturu problemləri” mövzusuna həsr edilmişdir. Z.Səmədzadə ötən əsrin 70-ci illərində ilk dəfə olaraq respublika sənayesini səciyyələndirən materiallar əsasında istehsalın səmərəlilik göstəricilərini xalis məhsula görə hesablamış, iqtisadi artım, struktur problemlərinə dair konkret elmi nəticələr əldə etmişdir.
        Alim hələ qırx il bundan əvvəl qeyri-istehsal sahəsinin üstün sürətlə inkişaf etməsini və onun strukturunun yaxşılaşdırılmasını qanunauyğun hal və respublikanın tərəqqisi üçün əsas amillərdən hesab edirdi. Bütövlükdə Azərbaycanın xalq təsərrüfatında əmək məhsuldarlığının dinamika və səviyyəsi, onun əsas amillərinin sistemli araşdırılması, iqtisadiyyatda struktur irəliləyişləri ilə qarşılıqlı əlaqəsinin təhlili və iqtisadi tərəqqi amilləri barədə dolğun elmi konsepsiyanın formalaşması məsələləri Ziyad Səmədzadənin tədqiqatçılıq fəaliyyəti ilə bağlıdır.
        
Alimin iqtisadi tərəqqi ilə məşğulluğun strukturu, milli gəlirin sürəti və proporsiyaları, əmək ehtiyatlarının sahə, ərazi proporsiyaları, urbanizasiya, səmərəlilik problemlərinin tədqiqinə həsr edilmiş “Əmək məhsuldarlığı və məhsulun strukturu”, “İctimai istehsalın strukturu və səmərəlilik”, “Əmək məhsuldarlığı və iqtisadi inkişafın proporsiyaları”, “Bakının sosial-iqtisadi inkişafı”, “1970-ci illərdə Azərbaycan iqtisadiyyatının inkişafı problemləri”nə həsr edilmiş sanballı monoqrafiyaları iqtisad elminə layiqli töhfə sayılır.
        Alimin elmi rəhbərliyi və bilavasitə iştirakı ilə keçən əsrin 80-ci illərində “Demoqrafik inkişaf və əmək ehtiyatlarından istifadə”, “Dağ rayonlarının sosial-iqtisadi inkişafı”, “Material tutumu”, “Enerji tutumu” adlı məqsədli proqramlar hazırlanmışdır. Bu proqramlar özünün konkretliyi və ünvanlı olması, hər bir şəhər və rayon, sahələr üzrə məqsədlərə nailolma mexanizminin mövcudluğu ilə fərqlənirdi ki, bu da keçmiş sərt planlaşma və idarəetmə sistemində fərqli bir yanaşma hesab edilirdi.
        Akademik Ziyad Səmədzadənin çoxcəhətli elmi fəaliyyətində regionların, o cümlədən Bakının sosial-iqtisadi inkişafının mühüm problemlərinin tədqiqi xüsusi yer tutur. Bu araşdırmalar əsasında 45 çap vərəqi həcmində monoqrafiya dərc edilmiş, konkret tövsiyələr hazırlanaraq ali idarəetmə orqanlarına təqdim olunmuşdur.
        Ötən əsrin 80-ci illərinin sonlarında uydurma Dağlıq Qarabağ probleminin ilk günlərindən akademik Ziyad Səmədzadə ermənilərin Azərbaycanın bu qədim diyarının “sosial-iqtisadi geriliyi haqqında” əsassız iradlarının təhlilinə başlamışdır. Azərbaycana qarşı irəli sürülən saxta ittihamlar, guya ermənilərin həyat səviyyəsinin aşağı olması, onlara qarşı sosial-mədəni baxımdan ayrı-seçkilik edilməsi ilə bağlı iftiralar əsaslandırılmış dəlillərlə təkzib edilmişdir. Akademikin həmin dövrdə hazırladığı tədqiqatların əksəriyyəti geniş əks-səda doğurmuş “Dağlıq Qarabağ: naməlum həqiqətlər”, “Naqornıy Karabax: neizvestnaya pravda” adlı kitablarında öz əksini tapmışdır.
        Z.Səmədzadənin elmi fəaliyyətində Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinin araşdırılması xüsusi yer tutur. Akademik həmkarları ilə birlikdə bütövlükdə SSRİ və digər mütəffiq respublikalar üzrə külli miqdarda müqayisəli materiallar əsasında elmi hesablamalar apararaq mərkəz-ləşdirilmiş plan-maliyyə sisteminə xas ciddi qüsurları üzə çıxardı və sübut etdi ki, xalqın respublikanın ərazisində yaradılmış milli gəlirdən istifadə etmək hüquqları yolverilməz dərəcədə məhduddur. Sonralar bu, Azərbaycanın iqtisadi müstəqilliyi haqqında qanun layihəsi üçün əsas mənbələrdən birinə çevrildi. 1989-cu ildə akademikin rəhbərliyi ilə Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinə həsr olunmuş respublika miqyaslı elmi-praktik konfransın keçirilməsi ölkəmizdə yeni iqtisadi münasibətlərin formalaşdırılmasına kömək etdi.
        
Respublikanın elmi qüvvələrini “Azərbaycan XXI əsrin astanasında” problemi ətrafında cəmləşdirmək üçün Z.Səmədzadənin əhatəli təşkilatçılıq fəaliyyəti xüsusi qeyd edilməlidir. Akademikin elmi redaktəsi ilə nəşr edilmiş “Azərbaycan XXI əsrin astanasında” üçcildliyi həmin istiqamət üzrə elmi axtarışların külliyyatıdır.
        Ziyad Səmədzadənin yaradıcılığında ən mühüm tədqiqat əsəri kimi qiymətləndirilən və 2004-cü ildə işıq üzü görən və ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Böyük yolun mərhələləri” adlı irihəcmli monoqrafiya (rus dilində) öz elmi tutumu, məntiqi və şərhinə görə fərqlənir. Burada Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri, spesifik cəhətləri, ümumi qanuna-uyğunluqları tədqiq olunmaqla onun perspektiv inkişafının konseptual əsasları müəyyən edilir. Z.Səmədzadənin bu kitabını bir çox müddəaları və nəticələri əks etdirən zəngin məlumatlarına görə Azərbaycanın iqtisadi inkişaf problemləri üzrə ensiklopedik əsər kimi xarakterizə etmək olar.
        Akademikin son illərdə gördüyü işlərdə Azərbaycan iqtisadiyyatı dünya təsərrüfatı sisteminin tərkib hissəsi kimi nəzərdən keçirilir. O, Azərbaycan iqtisadiyyatının inkişafını ümumdünya miqyaslı iqtisadi inkişaf kontekstində təqdim edir. Ziyad Səmədzadənin dövlətin iqtisadi təhlükəsizliyi probleminə həsr edilmiş 20 il bundan əvvəl apardığı tədqiqatları, məqalələri, elmi ideya və məruzə-ləri mahiyyət etibarilə respublika iqtisad elminin yeni istiqamətinin yaranmasına təkan vermişdir.
        Alimin Çində, MDB məkanında və bir çox Avropa, Asiya ölkələrində yüksək qiymətləndirilən “Dünya iqtisadiyyatı: Çin iqtisadi möcüzəsi” (2001-ci il), “Çin qlobal dünya iqtisadiyyatında” (2009-cu il), “Kitay v qlobalnoy mirovoy ekonomike” (2010-cu il) əsərlərini də qeyd etmək yerinə düşərdi. Xüsusi vurğulanmalıdır ki, akademik Ziyad Səmədzadə Çin iqtisadi fenomenini Azərbaycanda tədqiq edən ilk alimlərdəndir.
        Kitablarında Çin modelinin hərəkətverici qüvvəsi olan iqtisadi islahatların atası Den Syaopin islahatlarının dərin qatları ətraflı şəkildə təhlil edilir. Müəllifn haqlı fikrinə görə, “Çin möcüzəsi”nin mühüm sirlərindən biri də odur ki, ölkədə aparılan iqtisadi islahatlarda radikallığa yol verilmədi, mülkiyyət formaları qarşı-qarşıya qoyulmadı, struktur islahatları sənayedə mərhələ-mərhələ aparıldı, dövlət iqtisadiyyatı ilə yanaşı, özəl sektora da yol açıldı. Məlum olduğu kimi, müasir iqtisadi proseslər diqqətlə nəzərdən keçirildikdə aydın olur ki, bu ölkədə yeni informasiya iqtisadiyyatı qlobal miqyasda fəaliyyət göstərir. Ona görə də Çin inkişaf modelinin dünya təsərrüfatı sisteminə inteqrasiya təcrübəsi çox əhəmiyyətlidir. Beləliklə, akademik Z.Səmədzadənin “Çin qlobal dünya iqtisadiyyatında” kitabı Azərbaycanın iqtisad elmində böyük hadisədir. Unikal iqtisadi inkişaf modeli haqqında yazılan bu nadir əsər Azərbaycanla Çin arasında dostluq əlaqələrinin inkişafına özünün müsbət təsirini göstərir.
        Müstəqil Azərbaycan dövlətinin tarixində keçid dövrü özünəməxsus yer tutur. Azərbaycan dövləti bu illər ərzində gələcəyimiz üçün fundamental əhəmiyyətli işlər gördü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabr ayının
        2-də Bakı Dövlət Universitetinin 90 illik yubiley mərasimindəki çıxışında ölkəmizin iqtisadiyyatında keçid dövrünün başa çatdığına dair tarixi bəyanatından sonra iqtisad elmi artıq yeni müstəvidə inkişaf etməyə başlamışdır. Bu baxımdan 2010-cu ildə akademik Ziyad Səmədzadənin baş redaktorluğu ilə “Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Milli inkişaf modelinin formalaşması problemləri” mövzusunda respublika elmi-praktiki konfransının materiallarının cəmləşdiyi külliyyat çap olundu.
        
AMEA-nın müvafiq qərarına uyğun olaraq keçirilən konfransda iqtisadçılarımız Azərbaycanın müstəqillik əldə etdikdən sonra ölkəmizdə yeni iqtisadi sistemi yaratmaq konsepsiyasının mahiyyəti, keçid dövrünün xüsusiyyətləri, ziddiyyətləri, bu dövrün uğurla başa çatdırılması, Azərbaycanın qlobal maliyyə böhranından yüksək səviyyədə çıxarılması və bu gün də dünyada inkişaf sürətinə görə lider ölkə olaraq tanınması kimi aktual məsələləri araşdırmışlar.
        Külliyyata 90-dək respublika, eləcə də xaricin nüfuzlu təşkilatlarını, elm-təhsil müəssisələrini təmsil edən 400-ə yaxın müəllifin yazıları daxil edilmişdir. Təqdim edilən məruzə və tezislərdə iqtisadçılar Azərbaycan dövlətinin, onun başçısı Prezident İlham Əliyevin apardığı siyasəti birmənalı şəkildə dəstəkləyir, ölkəmizin iqtisadi qüdrətinin möhkəmlənməsinə xidmət edən bu və ya digər fikirlərlə çıxış edirlər. Görkəmli alim 45 ildən artıqdır ki, çoxsaylı simpozium və konqreslərdə Azər-baycanı ləyaqətlə təmsil edir. O həm də yeni ideya və üsulların, müasir iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. Bu ideyalar akademikin 1981-1992-ci illərdə baş redaktoru olduğu “Azərbaycanın xalq təsərrüfatı” jurnalının səhifələrində ardıcıl şərh edilir. 1999-cu ildən akademik “İqtisadiyyat” adlı qəzetin təsisçisidir. Alimin “Azərbaycan iqtisadiyyatı Böyük Vətən müharibəsi illərində” mövzusu ilə əlaqədar apardığı tədqiqatlar da diqqətəlayiqdir. Onun 2005 və 2010-cu illərdə 1941-1945-ci illər müharibəsinin 60 və 65-ci ildönümləri ərəfəsində nəşr etdirdiyi “Bakı nefti olmasaydı, faşizm üzərində qələbə olmazdı” və “Qaliblər - Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitabları da maraqlı faktlarla zəngindir.
        Görkəmli alim, akademik Ziyad Səmədzadənin daha bir kitabı yenicə işıq üzü görmüşdür. Müəllifin “Bakı nefti: qələbənin açarı - şərəfli keçmiş, işıqlı gələcək (1945-2015)” adlı bu nəşri Azərbaycanın qələbəyə böyük töhfəsinin elmdə təzahürüdür.
        İnsan biliklərinin bütün istiqamətləri üzrə təfərrüatları bir araya gətirən ensiklopediyaların tarixi uzun olsa da, Azərbaycanda bu mühüm və dəyərli fəaliyyət sahəsində məqsədyönlü və ardıcıl iş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü və dəstəyi ilə 1976-1987-ci illərdə çap edilən on cildlik “Azərbaycan Sovet Ensiklopediyası” ölkə tarixinə bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olub. Prezident İlham Əliyev həmin ensiklopediyanın nəşrini Azərbaycanın elmi və mədəni həyatında tarixi hadisə kimi səciyyələndirib.
        
Prezident İlham Əliyevin baş redaktorluğu ilə artıq Azərbaycan Milli Ensiklopediyasının ilk cildləri nəşr olunaraq oxucuların istifadəsinə verilib. Bu nəşrlər ölkəmizdə sahə ensiklopediyalarının hazırlanması işini də aktuallaşdırdı, bir çox reallıqlar isə iqtisadi ensiklopediyanın yaradılmasını zərurətə çevirdi. Akademik Ziyad Səmədzadə iqtisadi ensiklopediyanı yaratmaq ideyasını irəli sürərkən artıq dünya iqtisadiyyatının tarixi, müxtəlif iqtisadi nəzəriyyələr, iqtisadi sistemlərin problemləri, dünyada baş verən qlobal iqtisadi proseslər, elmi-iqtisadi məktəblər və onların görkəmli nümayəndələri haqqında kifayət qədər məlumatlar toplamış, dünya iqtisad elminin nailiyyətlərini müasir gerçəkliklər fonunda hərtərəfli araşdırmış, sanballı elmi əsərlər nəşr etdirmişdi.
        Beləliklə, akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə ölkəmizdə ilk dəfə “Böyük İqtisadi Ensiklopediya”nın yaradılması kimi çətin yaradıcı işə başlanıldı. Təqribən 10 illik gərgin zəhmət və səmərəli iş öz bəhrəsini verdi. 2012-ci ildə akademik Ziyad Səmədzadənin rəhbərliyi ilə ilk dəfə irihəcmli, mötəbər və unikal elmi informasiya mənbəyi olan 7 cildlik “Böyük İqtisadi Ensiklopediya” nəşr edildi.
        “Böyük İqtisadi Ensiklopediya” özünün əhatə dairəsi, strukturu, əyani vasitələrdən istifadə səviyyəsinə görə Avropa və MDB məkanında ilk çoxcildlik nəşrdir. Sözün əsl mənasında “Böyük İqtisadi Ensiklopediya” Azərbaycan iqtisad elmində əhəmiyyətli bir hadisədir.
        Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədridir. Respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının elmi bazasının gücləndirilməsi məsələlərinin həllində fəal iştirak edir. Akademik Z.Səmədzadə İxtisaslaşdırılmış Elmi Şuranın sədridir. Həmçinin o, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidentidir.
        2010-cu ildə Prezident İlham Əliyev Azərbaycanda iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə Ziyad Əliabbas oğlu Səmədzadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalamışdır. 2010-cu ildə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan-Belarus Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədr müavini, akademik Ziyad Səmədzadəni Fransisk Skorina medalı ilə təltif etmişdir.
        Ömrünün yetkinlik dövrünə qədəm qoyan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ziyad Səmədzadə müasirlik ruhu və daha böyük həvəs, enerji ilə müstəqil Azərbaycanın iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edən ciddi tədqiqatlar üzərində işləyir, faydalı tövsiyələr və proqnozlar hazırlayır, səmərəli ictimai fəaliyyət göstərir, iqtisadi qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün əzmlə çalışır. Bu yolda görkəmli alimə, akademik Ziyad Səmədzadəyə müvəffəqiyyətlər diləyirik.
"Azərbaycan" qəzeti, 24 iyun 2015
Mənbə: www.science.gov.az
Fotolar müxtəlif internet saytlarından götürülüb.

1-10 of 92