Böyük Britaniyada seçkilərdə elektron səsvermə sistemini tətbiq etmək təklif olunub

Отправлено 28 мар. 2014 г., 7:02 пользователем Murad Nabibekov   [ обновлено 24 нояб. 2014 г., 4:35 ]

    Böyük Britaniyanın seçki komissiyasının rəhbəri Cenni Uotson ölkənin seçki sistemində islahatların aparılmasının zəruriliyini bildirib. Onun sözlərinə görə, burada əsas diqqət elektron səsvermə sisteminin yaradılması məsələlərinə yönəldilməlidir. Məqsəd seçkilərdə elə də yüksək fəallıq göstərməyən gənc seçicilərin fəallığını artırmaqdır. C.Uotsonun sözlərinə görə, komissiya seçicilərə seçki günü siyahı üzrə qeydiyyatdan keçməyə də imkan verəcək elektron səsvermə də daxil olmaqla, seçki sistemində islahatların müxtəlif variantlarını nəzərdən keçirəcək.
    Aparılmış sörğular göstərib ki, təqaüdçülərin 76%-i seçkilərdə iştirak etdiyi halda, 25 yaşına çatmamış seçicilərin 66%-i seçki məntəqələrinə getmir.
    “Seçki sistemində islahatlar aparılmayınca, bir çox seçicilər ölkə həyatına təsir göstərməyəcək. Son illər insanların həyat tərzi dəyişilib, yeni səsvermə üsulları isə yoxdur” – deyən C.Uotson qeyd edib ki, problem ölkənin gənc sakinləri və gəlmələr arasında daha kəskin xarakter alıb.
    Nazirlər Kabinetinin nümayəndəsi qeyd edib ki, hökumət daim seçki sisteminin modernləşməsi üsullarının axtarışındadır.
    newsru.com saytının məlumatına görə, seçicilərin onlayn-qeydiyyatı sisteminin tətbiqinə bu ilin yay aylarından start veriləcək.
Mənbə: www.ict.az