Smartfonlar üçün “ölüm düyməsi” tətbiq ediləcək

Отправлено 20 апр. 2014 г., 4:21 пользователем Murad Nabibekov   [ обновлено 24 нояб. 2014 г., 4:33 ]
Proqram bütün smartfonlara gələn ildən yükləniləcək 

    ABŞ-da mobil rabitə operatorları və aparıcı smartfon istehsalçıları oğurlanmış aparatların işini məsafədən blok etmək haqqında razılığa gəliblər. Məqsəd istifadəçilərin fərdi məlumatlarını mühafizə etmək və mobil qurğu oğurluqlarının qarşısını almaqdır. Bu haqda iri telekommunikasiya şirkətləri və mobil qurğu istehsalçılarını birləşdirən ABŞ Mobil Kommunikasiyalar Sənayesi Assosiasiyası bəyan edib.

    newsru.com-un məlumatına görə, 2015-ci ilin iyul ayından etibarən ABŞ-da bütün smartfonlar artıq xüsusi proqram təminatı (PT ) ilə satışa buraxılacaq və ya proqramı yükləmək imkanına malik olacaq. Qurğu oğurlandığı və ya itirildiyi halda istifadəçi rabitə operatoruna müraciət edə biləcək, nəticədə istifadəçinin bütün şəxsi məlumatları distant olaraq silinəcək, telefon isə blok ediləcək.
    ABŞ hökuməti mobil elektron qurğu oğurluqlarının sayının nağd pul oğurluğu hallarından dəfələrlə çox olduğunu bildirib. 2012-ci ildə 1,6 milyon amerikalı mobil telefon oğrularının qurbanı olub. Nyu-York və ABŞ-ın digər iri şəhərləri üzrə statistikaya görə, smartfon oğurluğu ümumilikdə edilən oğurluqların 40%-ni təşkil edir.
    Aparılan sorğuların nəticələrinə görə, amerikalıların 99%-i smartfonlarda “ölüm düyməsi”nin (kill switch) tətbiqinin lehinədir.
Mənbə: www.ict.az