Alimlər DNT tellərindən nanorobotlar hazırlayıblar

Отправлено 20 апр. 2014 г., 4:18 пользователем Murad Nabibekov   [ обновлено 24 нояб. 2014 г., 4:34 ]
    Alimlər nanotexnologiyalar sahəsində yeni bir uğurun astanasındadırlar. Təqdiqatlar uğurla başa çatacağı halda artıq 5 ildən sonra insan orqanizmindəki canlı hüceyrələrin daxilində fəaliyyət göstərə biləcək DNT proqramlaşdırılmış ilk nanorobotlar yaradılacaq. 
    
    Yeni texnologiya onkoloji xəstəliklərin diaqnostikası və müalicəsindən başlayaraq insan hərəkətlərinin idarə edilməsinədək mükəmməl potensiala malikdir.
    Tədqiqatlar İsrailin Bar-İlan Universitetinin tədqiqat qrupu tərəfindən aparılır. Nanorobotların DNT tellərindən yaradılması üçün onlar yetərli qədər nəzəri və texniki bazaya malikdirlər. scienceblog.ru-nun məlumatına görə, hazırda nanorobotlar canlı tarakanların daxilində yerləşdirilməklə sınaqdan keçirilir. Yaxın gələcəkdə bu texnologiya insanlar üzərində də tətbiq ediləcək.
    İsrail alimlərinin xidməti ondadır ki, onlar ilk dəfə olaraq bilavasitə canlı orqanizmin daxilində bu cür proqramlaşdırmanın mümkünlüyünü sübut edə biliblər. Tədqiqatların nəticələri göstərib ki, nanorobotlar müxtəlif molekulların köməyilə orqanizmin funksiyalarına təsir edə bilir. Burada faktiki olaraq, söhbət orqanizmin daxilində olan nanorobotların geniş hesablama imkanlarından gedir.
    Əldə olunmuş nəticələr baxımından, texnologiyanın gələcəkdə geniş tətbiq imlanlarından danışmaq olar. Misal üçün, nanorobotlar xərçəng heceyrələrini və ya toksik molekulları aşkar edərək məhv etməklə daşıyıcının orqanizmini zəhərlənmədən qoruya bilər. Bu cür nanorobotlar aqressiv vəziyyətə cavab olaraq depressiya əleyhinə və trankvilizator molekullarını da buraxa bilər. Belə terapiya həbsxana və digər islah müəssisələrinə yaxşı alternativ ola bilər. Texnologiya eyni zamanda qanunlara riayət etməyənləri ram etmək üçün də cəlbedici görünür. Belə ki, nanorobotlardan istifadə insanın hərəkətlərini məsafədən idarə etməyə faktiki olaraq imkan verəcək.
Mənbə: www.ict.az