Otaq bitkiləri sahiblərinə "xəbərdarlıq edəcək"

Отправлено 14 мар. 2014 г., 12:08 пользователем Murad Nabibekov   [ обновлено 24 нояб. 2014 г., 4:36 ]

    "Parrot" şirkəti öz yeni ixtirasını - Flower Power adlı qurğunu təqdim edib. Dibçəyin torpağına batırılan qurğu otağın temperaturu, işıqlanma və torpağın nəmlik dərəcəsinə nəzarət edir. 

"Computerworld" jurnalının məlumatına görə, bu kimi göstəricilərə görə bitkinin gübrəyə ehtiyacı olub-olmadığı müəyyən olunur. Bu zaman iOS üçün proqram Flower Power-in göstəricilərini otaq bitkiləri üzrə ən böyük verilənlər bazası ilə müqayisə edir. Əgər bitkinin suvarma, gübrə və ya daha çox işığa ehtiyacı varsa, proqram dərhal xəbərdarlıq etməyə başlayır.

Mənbə: www.iсt.az