"Huawei"in əməkdaşlarına işdə yatmağa icazə verilir

Отправлено 11 мар. 2014 г., 23:15 пользователем Murad Nabibekov   [ обновлено 24 нояб. 2014 г., 4:38 ]
    "Huawei" şirkətinin əməkdaşları şirkətin əsas şəhərciyi olan Şençjendə nahar fasiləsi zamanı onlar üçün ayrılmış çarpayılarda uzanıb istirahət edə bilərlər. Qalan zamanı isə onlar iş stolunun arxasında keçirirlər. Şirkətin vitse-prezidentinin sözlərinə görə, bu korpusda iş vaxtı saat 8-in yarısından axşam 6-ya kimidir.

"Computerworld" jurnalının məlumatına istinadən, sahəsi 2 kv km-dən ibarət olan zavodun təxminən 40 min işçisi var. Əməkdaşlar nahar vaxtının 5 dəqiqəsini yemək yeməyə, qalan hissəsini isə yatmağa sərf edirlər. Bəziləri isə bu müddət ərzində stolüstü tennis oynamağa və ya parkda gəzməyə üstünlük verirlər.
    Vitse-prezident, həmçinin əlavə edib ki, qeyri-iş saatlarında əməkdaşları narahat etmək qəbuledilməzdir.

Mənbə: www.iсt.az