İnsanın uçmaq arzusu da reallaşdı - Video

Отправлено 10 мар. 2014 г., 23:29 пользователем Murad Nabibekov   [ обновлено 10 мар. 2014 г., 23:32 ]
Dünya bu gündən etibarən yeni eraya adlayır... İnsanın uçmaq arzusu, yəni özünün bunu idarə edərək uçması artıq realdır.

Tezxəbər xəbər verir ki, Massaçusets Texnoloji İnstitunun tələbələri inanılması çətin olan texnolji yenilik hazırlayıblar. Məşhur filmdə rejissorların xəyal məhsulu olan qurğu artıq realdır.

Adi baxanda skeyt lövhəsinə bənzəyən qurğu insanı sözün əsl mənasında uçurdur. Elm, elektrik və maqnetizmin qarışımı ilə ortaya bu uçan cihazı çıxarıb. Bir neçə ildir üzərində işlənilən layihənin təqdimatı keçirilib. Satışa nə zaman çıxarılacağı bilinməsə də artıq bir çox şirkət onun istehsalında maraqlıdır. Havrbord adlanan aparatın təqdimatı belə desək dünyanı silkələyib. Məşhur aktyorlar da havrboardla tanış olublar.

İxtiraçılar deyirlər ki, budur - kəşf etmək bizdən, uçmaq sizdən.