“Facebook” pilotsuz təyyarə istehsalı ilə məşğul olan şirkəti almaq istəyir

Отправлено 10 мар. 2014 г., 23:16 пользователем Murad Nabibekov   [ обновлено 24 нояб. 2014 г., 4:36 ]

    Dünyanın ən iri sosial şəbəkəsi olan “Facebook” “Titan Aerospace” şirkətini almaq üçün danışıqlar aparır. “Titan Aerospace” böyük yüksəkliklərə qalxmağa qabil olan və günəş batareyaları ilə işləyən pilotsuz təyyarələrin istehsalı ilə məşğuldur.

CyberSecurity.ru saytının bildirdiyinə görə, “Titan Aerospace”in alınması “Internet.org – Hamıya İnternet” konsepsiyasının inkişafı çərçivəsində aparılır. Layihəyə 5 milyard insanı İnternetə çıxışla təmin edəcək texnologiyaların üzərində çalışan mobil-texnoloji şirkətlər koalisiyası daxildir.
    “Titan Aerospace”in ilkin olaraq 60 milyon dollar dəyərində qiymətləndirildiyi deyilir. Rəsmi olaraq isə nə “Facebook”, nə də “Titan Aerospace” sövdələşmə ilə bağlı şərh verməyiblər.
    “Facebook” Yer kürəsinin müasir naqilsiz şəbəkə infrastrukturu olmayan müxtəlif hissələrində təxminən 11 min pilotsuz təyyarənin yerləşdirilməsində maraqlıdır. İlkin mərhələdə İnternetə çıxış yaradan bu təyyarələrin Afrikanın bəzi ərazilərində yerləşdirilməsi təklif olunub. “Facebook” xüsusən də 20 km hündürlükdə işləyə bilən “Solara 60” təyyarəsi ilə maraqlanır. Bu təyyarələr konstruksiya, günəş batareyaları və akkumulyatorların sayəsində havada çox uzun müddətə - 1 il enerjisiz işlərə bilirlər.

Mənbə: www.iсt.az