Robotlaşdırılmış "Nissan Leaf" CEATEC sərgisində

Отправлено 10 мар. 2014 г., 23:11 пользователем Murad Nabibekov   [ обновлено 24 нояб. 2014 г., 4:36 ]

    "Nissan" şirkəti CEATEC sərgisində avtomobillər üçün avtonom idarəetmə texnologiyalarının imkanlarını nümayiş etdirib. Nissan Leaf-ın modifikasiya olunmuş variantı nümayiş zalına müstəqil şəkildə, sürücü müdaxiləsi olmadan daxil olub. Maşın ətrafdakı vəziyyəti "tanımaq" üçün beş lazer və beş kamera ilə təchiz olunub. Nissan satış məqsədilə özünü idarə edən avtomobilləri isə 2020-ci ildə buraxmaq niyyətindədir. 
    Japan Daily Press bildirib ki, avtomobil qabaqcadan müəyyən olunmuş marşrut üzrə hərəkət edərək dayanacaqda boş yeri avtomatik təyin edir. Avtomobil-robot digər maşın sürücülərinin hərəkətlərini insanlardan daha yaxşı təxmin edir, onlara çox sürətlə reaksiya verir. "Computerworld" jurnalının məlumatına görə, bu avtomobil qəza vəziyyəti yaratmadan, işıqforun olmadığı yol ayrıclarından da keçə bilir. 

Mənbə: www.iсt.az