Maraqlı xəbərlər


"iPhone 6" avqustda satışa çıxarılacaq

Отправлено 12 мая 2014 г., 6:28 пользователем Murad Nabibekov   [ обновлено 24 нояб. 2014 г., 4:30 ]

    Tayvan KİV-inin məlumatına görə, "Apple" şirkəti iPhone-un yeni modelini gözlənilən vaxtdan 1 ay əvvəl - bu il sentyabrda yox avqustda təqdim etməyi planlaşdırır.

    Avqust ayında 4,7 düym ekrana malik model təqdim olunacaq. 5,5 yaxud 5,6 düymlük ekrana malik daha böyük iPhone 6 modeli isə sentyabrda satışa çıxarılacaq. lenta.rusaytının məlumatına görə, 2014-cü ildə şirkət yeni telefonların 80 milyon nüsxəsini buraxmağı planlaşdırır.
    "Nikkei" yapon nəşrinin məlumatına əsasən, iPhone 6 üçün ekranlar Sharp, Japan Display və LG Display şirkətlərindən sifariş olunub. Böyük ölçülü ekran "Apple" şirkətinə "Samsung" ilə mübarizədə öz mövqeyini möhkəmləndirməyə kömək edəcək.

Mənbə: www.iсt.az

Gələcəyin telefonları spirtlə işləyə biləcək

Отправлено 12 мая 2014 г., 6:21 пользователем Murad Nabibekov   [ обновлено 24 нояб. 2014 г., 4:33 ]

    Finlandiyanın Aalto Universitetinin mühəndisi Canmarino Skotti elektrik enerjisini müxtəlif yanacaq materiallarından – maye hidrogen, etanol və metanoldan hasil edən kiçik və səmərəli yanacaq dəliyi hazırlayıb.

    C.Skotti doktorluq dissertasiyasında yanacaq dəliklərinin sənaye istehsalının çox qənaətcil texnoloji prosesini təsvir edir. Bu onu deməyə əsas verir ki, yanacaq dəliklərinin kütləvi istehsalına ən yaxın vaxtlarda başlanacaq.
    Dəliklərin hər biri səthi olmaqla qalınlığı təxminən bir mm, ölçüsü 14х14 mm təşkil edir. Lazım odluqda onları bir-birinə calamaq və bir massivdə qruplaşdırmaq mümkündür. Dəliklərdən biri spirtlə doldurulduqda 0,5 V, maye hidrogenlə doldurulduqda 1 V gərginliyində cərəyan ötürür. Telefon üçün bir neçə yanacaq dəliyi yetərlidir və bu halda onlar müasir akkumulyatorlarla müqayisədə daha az yer tutacaq. Ən əsası isə odur ki, istifadəçi telefonu istənilən mağazada bir neçə saniyəyə enerji ilə doldura biləcək.
    xakep.ru saytının məlumatına görə, C.Skotti miniatür ölçülü yanacaq dəliklərinin istehsalının ucuz başa gəlməsi üçün bir neçə üsul təklif edir. Birincisi, silisium korpusu daha ucuz alüminiumla əvəz etməkdir. Bundan başqa, o, dəliklərin istehsalı üçün lazer ablasiyasından – maddənin səthdən lazer impulsu ilə təmizlənməsindən istifadə etməklə daha effektiv üsullar kəşf edib.
    Alimin proqnozlarına əsasən, spirtlə işləyən ilk mobil telefonlar satışa 1-10 ildən sonra çıxarıla bilər. Hələ bəzi kiçik problem həll olunmalı, yanacaq dəliklərinin doldurulması üsulları tapılmalı və onlar hava çirkləndirməsindən mühafizə edilməlidir. C.Skotti əmindir ki, miniatür yanacaq dəlikləri daha çox kosmonavtika sahəsində tətbiq olunacaq.

Mənbə: www.iсt.az

Smartfonlar üçün “ölüm düyməsi” tətbiq ediləcək

Отправлено 20 апр. 2014 г., 4:21 пользователем Murad Nabibekov   [ обновлено 24 нояб. 2014 г., 4:33 ]

Proqram bütün smartfonlara gələn ildən yükləniləcək 

    ABŞ-da mobil rabitə operatorları və aparıcı smartfon istehsalçıları oğurlanmış aparatların işini məsafədən blok etmək haqqında razılığa gəliblər. Məqsəd istifadəçilərin fərdi məlumatlarını mühafizə etmək və mobil qurğu oğurluqlarının qarşısını almaqdır. Bu haqda iri telekommunikasiya şirkətləri və mobil qurğu istehsalçılarını birləşdirən ABŞ Mobil Kommunikasiyalar Sənayesi Assosiasiyası bəyan edib.

    newsru.com-un məlumatına görə, 2015-ci ilin iyul ayından etibarən ABŞ-da bütün smartfonlar artıq xüsusi proqram təminatı (PT ) ilə satışa buraxılacaq və ya proqramı yükləmək imkanına malik olacaq. Qurğu oğurlandığı və ya itirildiyi halda istifadəçi rabitə operatoruna müraciət edə biləcək, nəticədə istifadəçinin bütün şəxsi məlumatları distant olaraq silinəcək, telefon isə blok ediləcək.
    ABŞ hökuməti mobil elektron qurğu oğurluqlarının sayının nağd pul oğurluğu hallarından dəfələrlə çox olduğunu bildirib. 2012-ci ildə 1,6 milyon amerikalı mobil telefon oğrularının qurbanı olub. Nyu-York və ABŞ-ın digər iri şəhərləri üzrə statistikaya görə, smartfon oğurluğu ümumilikdə edilən oğurluqların 40%-ni təşkil edir.
    Aparılan sorğuların nəticələrinə görə, amerikalıların 99%-i smartfonlarda “ölüm düyməsi”nin (kill switch) tətbiqinin lehinədir.
Mənbə: www.ict.az

Alimlər DNT tellərindən nanorobotlar hazırlayıblar

Отправлено 20 апр. 2014 г., 4:18 пользователем Murad Nabibekov   [ обновлено 24 нояб. 2014 г., 4:34 ]

    Alimlər nanotexnologiyalar sahəsində yeni bir uğurun astanasındadırlar. Təqdiqatlar uğurla başa çatacağı halda artıq 5 ildən sonra insan orqanizmindəki canlı hüceyrələrin daxilində fəaliyyət göstərə biləcək DNT proqramlaşdırılmış ilk nanorobotlar yaradılacaq. 
    
    Yeni texnologiya onkoloji xəstəliklərin diaqnostikası və müalicəsindən başlayaraq insan hərəkətlərinin idarə edilməsinədək mükəmməl potensiala malikdir.
    Tədqiqatlar İsrailin Bar-İlan Universitetinin tədqiqat qrupu tərəfindən aparılır. Nanorobotların DNT tellərindən yaradılması üçün onlar yetərli qədər nəzəri və texniki bazaya malikdirlər. scienceblog.ru-nun məlumatına görə, hazırda nanorobotlar canlı tarakanların daxilində yerləşdirilməklə sınaqdan keçirilir. Yaxın gələcəkdə bu texnologiya insanlar üzərində də tətbiq ediləcək.
    İsrail alimlərinin xidməti ondadır ki, onlar ilk dəfə olaraq bilavasitə canlı orqanizmin daxilində bu cür proqramlaşdırmanın mümkünlüyünü sübut edə biliblər. Tədqiqatların nəticələri göstərib ki, nanorobotlar müxtəlif molekulların köməyilə orqanizmin funksiyalarına təsir edə bilir. Burada faktiki olaraq, söhbət orqanizmin daxilində olan nanorobotların geniş hesablama imkanlarından gedir.
    Əldə olunmuş nəticələr baxımından, texnologiyanın gələcəkdə geniş tətbiq imlanlarından danışmaq olar. Misal üçün, nanorobotlar xərçəng heceyrələrini və ya toksik molekulları aşkar edərək məhv etməklə daşıyıcının orqanizmini zəhərlənmədən qoruya bilər. Bu cür nanorobotlar aqressiv vəziyyətə cavab olaraq depressiya əleyhinə və trankvilizator molekullarını da buraxa bilər. Belə terapiya həbsxana və digər islah müəssisələrinə yaxşı alternativ ola bilər. Texnologiya eyni zamanda qanunlara riayət etməyənləri ram etmək üçün də cəlbedici görünür. Belə ki, nanorobotlardan istifadə insanın hərəkətlərini məsafədən idarə etməyə faktiki olaraq imkan verəcək.
Mənbə: www.ict.az

“Samsung Galaxy S5” smartfonunun satışları rekorda imza atıb

Отправлено 14 апр. 2014 г., 12:30 пользователем Murad Nabibekov   [ обновлено 24 нояб. 2014 г., 4:34 ]

    Koreya KİV-nin məlumatına görə, “Samsung Galaxy S5” satışlara start verilən gün rekorda imza atıb. Belə ki, bu dəfə sələfi “Galaxy S4” ilə müqayisədə 30% daha çox yeni qurğu satılıb.

    ictnews.az elektron xəbər xidmətinin məlumatına görə, ötən həftənin cümə günü 125 ölkədə “Galaxy S5” smartfonunun rəsmi satışlarına start verilib. Yeni smartfonun qiyməti Avropada 600, ABŞ-da isə 700 dollardan başlayır.



“Google Glass” - “ağıllı” eynəklər satışa çıxarılacaq

Отправлено 11 апр. 2014 г., 10:44 пользователем Murad Nabibekov   [ обновлено 24 нояб. 2014 г., 4:35 ]

    “Google” şirkəti ilk dəfə olaraq “Google Glass”- “ağıllı” eynəkləri satışa çıxarmaq qərarına gəlib. Aprelin 15-də ABŞ-dakı bütün istifadəçilər bu eynəkləri şirkətin xüsusi saytında sifariş etməklə əldə edə biləcəklər. 

    Eynək formasında olan daşınan kompüter ilk dəfə 2012-ci ildə nümayiş etdirilmişdi. Həmin vaxt “Google Glass”in sınaq verisyaları yalnız 10 min nəfər üçün əlyetərli idi.
    lenta.ru-nun məlumatına görə, eynəklərin qiyməti 1,5 min ABŞ dollarınadır.
    Qurğunun digər ölkə bazarlarına nə vaxt çıxarılacağı hələ ki, məlum deyil.
    Ekspertlər məşhur istehsalçıların, misal üçün Samsung şirkətinin bazara “ağıllı” saatlar kimi bir sıra modellərinin çıxarılacağını nəzərə alaraq, daşınan qurğuların bu il aparıcı texnologiyalardan olacağını proqnozlaşdırırlar. “Juniper Research” analitika şirkətinin bildirdiyinə görə, 2018-ci ilədək daşınan qurğuların tədarükü 130 milyon ədəd təşkil edəcək.

Mənbə: www.ict.az 



Böyük Britaniyada seçkilərdə elektron səsvermə sistemini tətbiq etmək təklif olunub

Отправлено 28 мар. 2014 г., 7:02 пользователем Murad Nabibekov   [ обновлено 24 нояб. 2014 г., 4:35 ]


    Böyük Britaniyanın seçki komissiyasının rəhbəri Cenni Uotson ölkənin seçki sistemində islahatların aparılmasının zəruriliyini bildirib. Onun sözlərinə görə, burada əsas diqqət elektron səsvermə sisteminin yaradılması məsələlərinə yönəldilməlidir. Məqsəd seçkilərdə elə də yüksək fəallıq göstərməyən gənc seçicilərin fəallığını artırmaqdır. C.Uotsonun sözlərinə görə, komissiya seçicilərə seçki günü siyahı üzrə qeydiyyatdan keçməyə də imkan verəcək elektron səsvermə də daxil olmaqla, seçki sistemində islahatların müxtəlif variantlarını nəzərdən keçirəcək.
    Aparılmış sörğular göstərib ki, təqaüdçülərin 76%-i seçkilərdə iştirak etdiyi halda, 25 yaşına çatmamış seçicilərin 66%-i seçki məntəqələrinə getmir.
    “Seçki sistemində islahatlar aparılmayınca, bir çox seçicilər ölkə həyatına təsir göstərməyəcək. Son illər insanların həyat tərzi dəyişilib, yeni səsvermə üsulları isə yoxdur” – deyən C.Uotson qeyd edib ki, problem ölkənin gənc sakinləri və gəlmələr arasında daha kəskin xarakter alıb.
    Nazirlər Kabinetinin nümayəndəsi qeyd edib ki, hökumət daim seçki sisteminin modernləşməsi üsullarının axtarışındadır.
    newsru.com saytının məlumatına görə, seçicilərin onlayn-qeydiyyatı sisteminin tətbiqinə bu ilin yay aylarından start veriləcək.
Mənbə: www.ict.az

Instagram-da ən məşhur görməli yerlər

Отправлено 28 мар. 2014 г., 7:00 пользователем Murad Nabibekov   [ обновлено 24 нояб. 2014 г., 4:35 ]


    The Daily Mail-in məlumatına görə, Parisin Eyfel qülləsi Instagram-da ən populyar görməli yer olub. Belə ki, fotoservisə bu məşhur tikili ilə çəkilmiş 977,3 min şəkil yüklənib.

    Top 20-nin ikinci pilləsində Nyu-Yorkdakı Tayms meydanı qərarlaşıb. Instagram istifadəçiləri bu görməli yerin 773,6 mindən çox şəklini yükləyiblər. Londonun Biq-Beni isə 689,4 min şəkillə üçüncü yeri tutub.
    gazeta.ru saytından bildirilir ki, beynəlxalq reytinqdə, əsasən, ABŞ-da yerləşən görməli məkanlar yer alıb. Tayms meydanından başqa, buraya Empayr-steyt-bildinq göydələni (8-ci yer), Qrand-Kanyon (9-cu yer), "Qızıl Qapılar" körpüsü (10-cu yer), Bruklin körpüsü (12-ci yer) və Azadlıq heykəli (13-cü yer) aiddir.
    Siyahıya, həmçinin London Eye əyləncə çarxı, Harrods univermağı, Hayd-park, Southbank mərkəzi kimi məşhur yerlər da daxildir.
Mənbə: www.iсt.az

İlanın dərisinin altına çip daxil ediləcək

Отправлено 19 мар. 2014 г., 6:06 пользователем Murad Nabibekov   [ обновлено 24 нояб. 2014 г., 4:35 ]

    Hindistanın qəbul etdiyi yeni qanun layihəsində sehrbazlardan - ilan ovsunçularından tələb olunur ki, hər bir kobraya özü və sahibi haqqında məlumatların saxlanıldığı elektron mikrosxem daxil edilsin.
     «Наука и жизнь» jurnalının məlumatına görə, çipin ilanın dərisinin altına yeridilməsi əməliyyatı dövlət hesabına həyata keçiriləcək. Bu kampaniya sürünənlərin nadir növlərinin mühafizəsinə yönəlmişdir.

Mənbə: www.iсt.az


Azərbaycanda bu il İKT sektorunun gəlirləri 245 milyon manat təşkil edib

Отправлено 19 мар. 2014 г., 6:04 пользователем Murad Nabibekov   [ обновлено 24 нояб. 2014 г., 4:35 ]

    Cari ilin yanvar-fevral aylarında ölkədə müəssisə və əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 243,9 milyon manat təşkil edib. ictnews.az elektron xəbər xidmətinin məlumatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11,2 faiz artıb.
    İnformasiya və rabitə xidmətlərinin ümumi həcminin 72,4 faizi əhalinin, 58,1 faizi isə mobil rabitə xidmətlərinin payına düşüb.
    Beləliklə, ölkədə mobil rabitə xidmətlərindən əldə olunmuş gəlirlərin ümumi həcmi 141,7 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çoxdur. 

Mənbə: www.ict.az


1-10 of 17